25
ilə çıxış edirdi. Vaxtı ilə kutilərə məxsus olan torpaqların böyük hissəsi indi Lullubi
hökmdarının əlinə keçmişdi.
E.ə. XXI əsrdə şumerlər lullubilər üzərinə tez-tez talanedici yürüşlər
etmişdilər. Lullubilər də kutilərlə birlikdə İkiçayarasında yaşayan xalqlar üzərinə
işğalçı yürüşlərə çıxırdılar. Lullubilər təxminən 1500 il ərzində Azərbaycan və
qonşu ərazilərin tarixində mühüm rol oynamışdı. Lullubi tayfaları Ön Asiyada öz
qoçaqlığı və döyüşkənliyi ilə seçilirdilər və adları bir sıra qonşu xalqlar arasında
vahimə ilə çəkilirdi. Hurrilər və urartulular lullu etnonimini daha çox «yadelli»,
«düşmən» mənasında işlədirdilər. E.ə. II minilliyin əvvəllərində lullubi mənşəli
sülalə, hətta Aşşur taxt-tacını ələ keçirmişdi.
E.ə. XIV-XIII əsrlərdə Assuriya və Yeni Babil hökmdarlarının kitabələrində
Lullume ölkəsi və onlarla aparılan savaşlar haqqında məlumatlar verilir. Lullube
torpaqları e. ə. I minilliyin başlanğıcında Zamua ölkəsi kimi tanınırdı. Manna
dövlətinin tərkibinə daxil olan İç Zamuanın şimal hissəsi yazılı mətnlərdə bəzən
Lullume adlandırılır.
Kuti və Lullubi dövlətləri e.ə. III minilliyin sonlarında süquta uğramışdı.
Dostları ilə paylaş: