Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 412,98 Kb.
Pdf görüntüsü
səhifə11/21
tarix18.09.2023
ölçüsü412,98 Kb.
#145244
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
267 azerbaycan tarixi m N1azerbaycan erazisinde ibtidai icma qurulushu tayfa ittifaqlari ve erken dovlet qurumlari (1)

Az
ıxantrop (Azıx adamı) 
adlanır. Bu tapıntı Azərbaycanın 
dünyada ən qədim insan ocaqlarından biri olmasının göstəricisidir.
Orta paleolit dövrü (təxminən e.ə.100-40-cı minillik) 
Mustye dövrü 
adlanır. 
Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və 
qəlpələr qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə edirdilər. 
Ibtidai insan dəstəsində kişilər ovçuluq, qadınlar isə ev işləri və yığıcılıqla məşğul 
olurdular. Qarabağda Tağlar mağarasındakı ocaq yerləri insanın süni od əldə 
etmək vərdişinə tamamilə yiyələndiyini göstərir. Orta paleolitdə yaşayan bacarıqlı 
insanları Neandertal adlandırırlar.
 
Üst paleolitdə (40 min il –14 min il əvvəl)
ağıllı insan meydana çıxması 
ilə Azərbaycanda qəbilə icması formalaşmağa başladı. Qəbilə icmasında ibtidai 
yaşayış daha sabit və davamlı şəkil aldı. Bir neçə qəbilənin birləşməsi ilə tayfa 
yarandı. Qan qohumlarından ibarət tayfa birgə təsərrüfat aparır, öz ərazisində 
bütün təbii ehtiyatlardan birgə istifadə edirdi. Bu zaman istehsal vasitələri və 


15 
məhsul üzərində ümumi mülkiyyət mövcud idi; birgə əmək və birgə yaşayış 
qaydaları hökm sürürdü. Qəbilə icmasının ictimai həyatı və təsərrüfatında 
eneolitin sonunadək (e. ə.VI minillik) qadın aparıcı yer tutmuşdur. Yalnız ovçuluq
və balıqçılıqla məşğul olan kişilərdən fərqli olaraq qadınlar yem toplayır, ev işləri 
görür, odu qoruyur və uşaqların qayğısına qalırdılar. Qəbilədə qadın, ana üstün 
yer tutduğuna, nəsil ana xətti ilə getdiyinə görə həmin dövr matriarxat 
(anaxaqanlığı) adlandırılmışdır. 
Mezolit (
e. ə. XII - VIII minilliklər).
 
Azərbaycanda mezolit dövründə ox və 
kamanın kəşfi ovçuluğun inkişafında böyük rol oynamışdır. Heyvanların uzaqdan 
ovlanması imkanı yaranmış, qida ehtiyatı artmış və ovçuluq əsas peşəyə 
çevrilmişdir. Bu dövrdə ovçuluq və yığıcılıqla yanaşı, istehlak təsərrüfatının daha 
bir sahəsi olan balıqçılıq meydana çıxmışdır. Istehlak təsərrüfatı ilə məşğul olan 
insanlar geniş əraziyə yayılmaq imkanına malik deyildilər.
Mezolitdə insanlar heyvanların əhliləşdirilməsinə başladılar. Bununla da 
ibtidai heyvandarlığın əsası qoyulmuş oldu. Insanlar ilk əkinçilik vərdişlərinə də 
bu dövrdə yiyələnmişdilər. Nəticədə mənimsəmə təsərrüfatından istehsal 
təsərrüfatına keçidin əsası qoyuldu.
Azərbaycanda mezolit dövrü Qobustan və Damcılı düşərgələri əsasında 
öyrənilmişdir.

Yüklə 412,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin