Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


OXU PROSESİNDƏ BAŞ VERƏN NÖQSANLAR



Yüklə 0,51 Mb.
səhifə41/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   37   38   39   40   41   42   43   44   ...   97
Oxu təliminin metodikası 18.03.23

OXU PROSESİNDƏ BAŞ VERƏN NÖQSANLAR

Oxu prosesində baş verən nöqsanlar heç də səbəbsiz deyildir. Oxu texnikası və oxu vərdişlərinin yaranması bir sıra çətinliklərlə müşayiət olunur. Birinci sinfə gələn uşaqların savad təlimi dövründə qarşılaşdığı psixoloji problemlərdən ən mürəkkəbi oxu və yazı sahəsində baş verir. Oxu təlimində baş verən çətinliklər disleksiya adlanır və onun da öz mərhələləri vardır.


Oxunun pozulmasının bir sıra aparıcı səbəbləri mövcuddur. Görmə, görmə-məkan qavrayışı və yaddaşın formalaş­maması səbəbi vizual (görmə) disleksiyanı formalaşdırır. Oxu təlimindəki digər çətinliklərin yaranmasının səbəbi nitq funk­siyasının normal inkşaf etməməsi ilə bağlı olub nitq disleksiyası adlanır. Ümumiyyətlə, kiçikyaşlıların oxu çətinliklərinin əsas səbəblərini aşağıdakı kimi müəyyənləşdirə bilərik:

  • oxu vərdişlərinin yaranmaması;

  • intonasiyaya düzgün əməl edilməməsi;

  • bəzən mətndəki məfhumların mürəkkəbliyi, anlaşılmaması;

  • görmə qavrayışının məhdudluğu;

  • fonematik təhlilin ilk vaxtlar yüksək inkişaf etməməsi;

  • semantikanın düzgün dərk edilməməsi;

  • lüğət ehtiyatının məhdudluğu[3, s.247].

  • Buraya bəzi məqamları da əlavə etmək lazımdır:

  • açıq hecaların açar kimi istifadə edilməməsi;

  • səs-heca təhlil-tərkib metoduna lazımınca əməl edilməməsi;

  • oxu prosesində oriyentasiyanın zəifliyi;

  • oxuya motivasiyanın davamlı olmaması;

  • oxu təlimində ardıcıllığın pozulması;

  • nəqletməyə üstünlük verilməməsi;

  • şagirdlərin maraq sferasının nəzərə alınmaması və s.

Oxu təlimi ilə bağlı nöqsanların xarakteri həm müxtəlif, həm də mürəkkəbdir. Məsələn:
Ötürmə-oxu zamanı səslərin, hecaların ya da sözlərin bir hissəsinin, söz birləşmələrinin ya da bütün bir sətrin oxunmadan keçilməsidir. Ötürmənin iki növü məlumdur: birincisi, şagirdin tanımadığı və ya anlamadığı sözləri bilərəkdən oxumaması; ikincisi, səs, heca ya da sözlərin fərqində olmadan edilən ötürmədir. Bəzi ötürmələr diqqətsizliklə bağlı olsa da, tez-tez söz, heca, hərf buraxılaraq oxuma səhifə üzərində göz izləməsinin düzgün aparılmadığına işarədir. Bu səhvə tez-tez yol verən uşaq­ların oxuyacağı mətni barmaqla izləyərək oxuması faydalıdır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin