Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə66/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   62   63   64   65   66   67   68   69   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Ev tapşırığı: Dostluq haqqında atalar sözləri tapıb yazın.
Qiymətləndirmə: Təqdimatlara əsasən aparılır.


Elmi - kütləvi mətnlərin oxusu üzrə işin metodikası

I-IV siniflərin “Azərbaycan dili” dərsliklərinə daxil edilən materialları xarakterinə görə iki yerə bölmək olar:


1. Elmi - kütləvi mətnlər
2. Bədii mətnlər
Dərsliklərin tərtibi zamanı bəzi dövrlərdə elmi - kütləvi, bəzi vaxtlarda isə bədii mətnlərə üstünlük verilmişdir, məsələn: Böyük pedaqoq K.D.Uşinskinin “Vətən dili” kitabı ancaq elmi - kütləvi mətnlərdən ibarət olmuşdur.
I-IV siniflərin dərsliklərindəhekayə-oçerk üslubunda yazıl­mış elmi - kütləvi materiallar verilmişdir ki, buraya təbiət və coğrafiyaya, tarixə aid mətnlər daxildir.
Belə materialların verilməsində başlıca məqsəd şagirdləri ətraf aləmlə tanış etmək, əşyalar, hadisələr barədə bilik vermək­dir.
Təbiətşünaslığa aid materiallar, əsasən, fəsli prinsip üzrə verilir. Bu prinsipə əsasən şagirdlər payız, qış, yaz və yayda təbiətdə, insanların həyatında baş verən dəyişikliklər, təbiət hadisələrinin dəyişməsinin insanların, bitkilərin, heyvanların, quşların həyatına təsiri, qarşılıqlı əlaqəsinin qanunauyğunluqları haqqında məlumat alırlar.
İctima-tarixi materiallar tarixi günlərdə (18 oktyabr, 17 noyabr, 31 dekabr, 20 yanvar, 8, 20-21 mart, 28 may) öyrənilir. Bu həmin materialların oxusunu həyatla əlaqələndirməyə imkan verir.
Elmi-kütləvi materialların öyrədilməsi bir tərəfdən şagird­lərin oxu vərdişinin inkişafına kömək edir, digər tərəfdən təbiətə və tarixə aid praktik biliklər verir.
Elmi-kütləvi mətnlərin oxusu şagirdlərə təbiətin insan həyatındakı rolunun dərk edilməsi, qidalanmaq, nəfəs almaq, tə­biət və insan, bunların qarşılıqlı əlaqəsi, insanların təbiəti qoru­masının zəruri olduğunu tərbiyə edir.
Təbiətə aid mətnlərin oxusu heyvanlar, bitkilər aləmi, mövsümi hadisələr, iqlim dəyişməsi ilə şagirdləri tanış edir.
Coğrafi materialların oxusu şagirdləri ölkəmizin sərvətləri, dənizi, nefti, şəhərləri, kəndləri, çayları, dağları ilə tanış edir.
Tarixi materiallar vətənimizin keçmişi, xalq qəhrəman­ları, şəhidlər və onların qəddar və ikiüzlü işğalçılara qarşı mü­barizəsi haqqında bilik verir.
Belə mətnlər ilk cümlədən başlayaraq hissə-hissə oxunub izah olunur, uşaqlarda Koroğlu, Babək, Cavanşir, Qaçaq Nəbi kimi qəhrəmanlara və həmçinin Qarabağ döyüşlərində şəhid olmuş igidlərimizə qarşı məhəbbət yaradılır.
Elmi-kütləvi mətnlər mütləq həyatla əlaqələndirilməlidir. Bunun üçün təbiətə, istehsalata, muzeylərə ekskursiyalar təşkil olunmalı, təbiətdə baş verən hadisələrin-qarın yağması, tufan, ağacların tumurcuqlaması, çiçək açması üzərində müşahidə aparmaq, ölkəmizin həyatına dair kinofilmlərə baxmaq, qəhrə­man­lar və iş adamları ilə görüşlər keçirmək faydalıdır.
Elmi-kütləvi mətnlərdə sözlər ancaq həqiqi mənada işlənir və elmi terminlərə geniş yer verilir.
Elmi-kütləvi mətnlərin oxusu zamanı oxunmuşların tək­rarı, biliyi sistemləşdirmək və ümumiləşdirmək məqsədi ilə müqayisə üsulundan istifadəyə geniş imkanlar vardır.
Elmi-kütləvi mətnlərin xarakteri - bilik verməsi, yeni an­layış yaratması, ekskursiya, müşahidə, əşya dərsləri ilə bağlı ol­ması daha çox ümumiləşdirmə tələb edir.
Müşahidə, ekskursiya, əşya dərsləri gəzintilərə aid digər mövzular oxu dərsliyində verilən başqa mövzularla əlaqəli tədris olunur. Bu mövzular təlim-tərbiyə məqsədi daşıyır. Həm də bunlar oxu vərdişlərinin inkişafına və rabitəli nitqə xidmət edir. Müşahidə dərsləri təkcə təbiəti öyrənmək yox, həm də xalqın tarixi, əməksevər insanların işi ilə əlaqələndirilir. Ekskursiya dərsləri ən çox coğrafi materiallara aid olur, əşya və hadisələr, təbii şəraitdə müşahidə olunur. Ekskursiya planlı şəkildə aparı­lır. Əvvəlcə, hazırlıq işləri görülür, giriş müsahibəsi və məlu­mat­ların verilməsi nəzərdə tutulur. Ekskursiya zamanı əşya dərs­lərinə aid materiallar da toplamaq olar.
“Azərbaycan dili” fənni öz təbiəti etibarilə inteqrativ fəndir. Şagirdlər I sinifdən etibarən elmi-kütləvi (elmi idraki, əməli) xarakterli materiallar oxumağa başladıqlarından hər bir mətnlə istər-istəməz bir neçə elm sahəsinin qovuşması ilə qarşılaşırlar.İndi I-II sinif şagirdləri günəş, su, hava, torpaq, bitkilər aləmi, canlılar, insan, xalqımızın ya­şayış tərzi, azadlıq, müstəqillik uğrunda mübarizəsi, elm-tex­nika yenilikləri, kosmos və s. haqqında oxumalı olurlar.
Elmi-kütləvi mətnlərdə şagirdlər üçün yeni material şərh olunur. Ona görə də bədii materialların tədrisi prosesində olduğu kimi elmi-idraki mətni bütöv oxuyub, məzmunun dərk edilə­cəyi­nə ümid bəsləmək olmaz. Bu, məzmunun səthi mənimsənil­məsi ilə nəticələnir. Belə mətnlər hissə-hissə oxunmalı, hər hissə dərindən təhlil edilib, başa düşüldükdən sonra digər hissənin oxunub təhlil edilməsinə keçmək lazımdır.



Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin