Məlumat mübadiləsi: Qruplar öz işlərini təqdim edirlər.
Məlumatın müzakirəsi: Qruplar bir-birinin işinə münasibət bildirirlər.
Ümumiləşdirmə və nəticə: “Əqrəb və qurbağa” təmsilində yaxşılığa qarşı pislik edən insanların xarakteri açılır. Belə ki, yaxşı və pis adətlər vardır. Yaxşı adətlər xeyirxahlıq doğurur. Pislik ziyan gətirir, odur ki, pis adətlərdən uzaqlaşmaq lazımdır.
Yaradıcı tətbiqetmə (və ya ev tapşırığı): Adətlər haqqında danışın.
Qiymətləndirmə: Meyar cədvəli əsasında aparılır.
m eyarlar
qruplar
|
I Qrup
|
II Qrup
|
III Qrup
|
I Qrup
|
Münasibətini əsaslandırır.
|
+
|
_
|
+
|
+
|
Düzgün oxuyur.
|
_
|
+
|
+
|
+
|
Təmsili fərqləndirir.
|
+
|
+
|
+
|
+
|
Əsas fikrə münasibətini bildirir.
|
+
|
+
|
+
|
+
|
Tapmacaların oxusu üzrə işin metodikası
Bədii söz nümunələrindən biri də tapmacalardır. Tapmacalar da nağıllar, atalar sözləri kimi xalq tərəfindən yaradılır. Tapmacalar yığcam və dərin mənalı olduğu üçün tez sevilir və əzbərlənir. Tapmacalar kiçik yaşlı məktəblilərin təfəkkürünün və nitqinin inkişafına güclü təkan verən onları düşünməyə, fakt və hadisələri tutuşdurmağa, fərqli və oxşar cəhətləri müəyyənləşdirməyə təhrik edən mühüm vasitələrdən biridir. Xalqın yaratdığı bu nümunələrdə əlamətlərinə görə müəyyən bir şeyin tapılması qarşıya məqsəd qoyulur.
Tapmacalar şagirdlərin Azərbaycan dilinin fonetik səs sisteminə yiyələnməsi, lüğət ehtiyatının zənginləşdirilməsi, düzgün tələffüz qaydalarının mənimsənilməsi, oxu və nitq bacarıqlarının formalaşdırılması üçün geniş imkanlara malik bir qaynaqdır. Bu qaynaqdan bəhrələnmək müəllimlərin bacarıq və səriştəsindən çox asılıdır. İbtidai siniflərdə tapmacaların öyrənilməsi şagirdlərdə əşyaların əlaməti, keyfiyyəti, forma və məzmunu haqqında dolğun təsəvvürlərin yaranmasına imkan verməklə, onların nitqinin obrazlılığını, ifadəliliyini təmin edir. Tapmacalar şagirdlərin zehni inkişafına, iti düşünmə qabiliyyətlərinə zəmin yaradır, onlar tapmacalardakı gizli fikri açmaq üçün müvafiq əşyanın əlaməti, forması və məzmununu araşdırmağa başlayırlar.
K.D.Uşinski yazırdı: “Tapmaca üzərində aparılan belə müsahibə uşağın yadında möhkəm qalır, çünki gözəl və onlar üçün maraqlı olan bir şey axtarıb yapmağa, onunla əlaqədar olan izahatlar uşaqların hafizəsində möhkəm iz buraxmış olur” [36, s.192].
Qeyd etmək lazımdır ki, tapmacalarda insanların cəmiyyət haqqındakı fikirləri, həyat təcrübəsi, təbiət üzərində müşahidələri, məişət məsələləri və s. şeylər bədii formada, obrazlı şəkildə ifadə edilmişdir[33, s.11].
Tapmacaların seçilməsində həm dərsin məqsədi, həm də şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, I-IV sinif dərsliklərində verilən tapmacalar həm oxu, həm də dil dərslərində nəzərdə tutulan materialların tələblərinə uyğun olmalıdır. I-II siniflərdə imkan daxilində əyanilikdən istifadə olunmalıdır. Şagirdlər əşyanın əlamətlərini sadalamağı, onlar haqqında fikir yürütməyi məhz əyanilik şəraitində daha yaxşı həyata keçirirlər. III-IV siniflərdə isə mücərrədliyə üstünlük verilir.
“Tapmacalarda sual ifadə olunur. Bu sualın cavabını tapmaq üçün ilk növbədə tapmacadakı açar- sözlərə diqqət yetirmək lazımdır. Məsələn:
Yatanda yumru yatar,
Ətinə dərman qatar.
Hər kəs tutmaq istəsə,
Tikanı ələ batar.
Bu tapmacada yumru, dərman, tikan açar- sözlərdir. Yəqin, başa düşdünüz ki, tapmacanın cavabı “kirpi”dir[18, s.130].
“Tapmacalardan dərs vaxtı istifadə etmək üçün iki tələbi nəzərə almaq lazımdır:
Mövzunun tədrisində istifadə olunacaq tapmacalar.
Tapmacaların müstəqil öyrədilməsi” [32, s.259].
Meyvə, tərəvəz, giləmeyvə şəkillərinin birlikdə təqdim olunması hər birinə dair kifayət qədər tapmacalar tapmağa imkan verir. Təcrübəli müəllimlər şagirdlərin özlərinə tapmacalar düzəltdirir, bu zaman şagirdlər fikri əməliyyatlar aparır, əşyaların əlamətlərini nəzərdən keçirir, onları ifadə etmək üçün müvafiq ifadələr tapırlar. Məsələn: Rəngi sarıdır, özü dadlıdır (heyva).
Qırmızı dənələri var.
Həm şirin, həm də turş olar (nar).
Özü ala, yeri tala,
Para-para, qəlbi qara (lalə).
Həyətdə dağdır,
Pambıqdan ağdır,
Evə gələr,
Suya dönər (qar).
Oxu mətnlərinin maraqla qarşılanması üçün müəllim motivasiya mərhələsində müvafiq tapmacalardan istifadə edə bilər . Bu zaman şagirdlərin təfəkkürü “səfərbər” olunur, onlar tapmaca və ya tapmacaların cavabını tez və düzgün tapmaq üçün, sanki yarışırlar. Müəllim belə məqamlardan səmərəli istifadə etməklə işini düzgün qurmuş olur.
Oxu və nitq inkişafına xidmət edən tapmacaları müəllim əvvəlcədən seçib hazırlamalıdır. Tapmacaların seçilməsində aşağıdakı cəhətlər gözlənilməlidir:
Tapmacanın məzmunu aydın, konkret və qısa olmalıdır.
Tapmacada dilin sadəliyini və axıcılığını gözləmək lazımdır.
Tapmacanın məzmunu əşyanın əlamətini, xüsusiyyətlərini aydınlaşdırmalıdır.
Tapmacada işlənən söz və ifadələr uşaqlar üçün aydın olmalıdır.
Tapmacadakı fikirlər uşaqlar üçün anlaşıla biləcək səviyyədə olmalıdır.
Müəllim tapmacanın məzmununun dərk olunmasına ciddi fikir verməlidir.
Bəzən şagird hətta ona tanış olan əşya haqqındakı tapmacaların cavabını da tapmaqda çətinlik çəkir. Tapmacaların tapılması üçün əşyanın müəyyən nişanələri üstüörtülü şəkildə verilir. Həmin nişanələr şagirdi fikirləşməyə, onun nəyə aid olduğunu axtarıb tapmağa, düşünməyə vadar edir. Belə hallarda müəllim tapmacanın cavabını deməyə tələsməməlidir. Şagirdə bir az da fikirləşmək üçün vaxt vermək, tapmacadakı obyektə oxşar əşyaları xatırlatmaq, əşyanın digər əlamətlərini təsvir etmək lazımdır. Şagirdlərə ən çox onların mühiti ilə bağlı tapmacalar vermək məsləhətdir. Təcrübə göstərir ki, kənd yerlərində ən çox heyvanlar, quşlar haqqında, şəhərdə isə texnikaya aid tapmacalara üstünlük verilir. Təbiət, təbiət hadisələri, meyvə, tərəvəz, çiçəklər, güllər haqqında tapmacaların söylənməsi üzrə həm kənd, həm də şəhər məktəbində eyni tərzdə iş gedir. Bir sıra tapmacalar insanlar, məişət əşyaları, bitkilər, heyvanlar, meyvələr haqqında məlumat verən təlim materialı rolunu oynayır.
Məsələn: Balaca quyu,
İçində suyu,
Ağcadan ağdı,
Sarıdan sarı (Yumurta).
Bizim evdə bir kişi var,
Ağzında iki dişi var (Qayçı).
Anaxanım atlandı,
Qol-qanadı qatlandı (Kələm).
Yatanda yumru yatar,
Ətini dərmana satar,
Kim istəsə, onu tutmağa
Tikanları əlinə batar (Kirpi).
Yazda yığar yeməyini,
Çox sevir öz əməyini,
Qışda yeyər baharadək,
Nədir adı, tapın görək? (Qarışqa).
Bu tapmacaların sözlərində müxtəlif əlamətlər deyilir. Tapmacaların bəzilərində müxtəlif əşyaya aid biliklər təhlil-tərkib şəkilində verilir, şagird onun cavabını tapmaq üçün diqqətlə fikirləşməli olur ki, bu da onun hafizəsini, yaradıcı təfəkkürünü və daxili nitqini inkişaf etdirir. O, gördüyü əşyaları tutuşdurur, tapmacalardakı nişanələri müqayisə edir və nəhayət əşyanı tapır. “Unutmamalıyıq ki, kim çox müqayisə edirsə, o da yaxşı öyrənir”(Y.A.Komenski); “Və yaxşı təlim ... üçün müqayisə etməyi bacarmaq lazımdır” (A.Disterveq).
Nəzərdə tutulan əşyalar arasında oxşar cəhətlər müəyyənləşdirilir. Hər bir əşyaya aid olan əlamətlərin köməyi ilə başqa bir əşyanın tapılması nəzərdə tutulur. “Altı bulaq içərlər, üstü zəmi biçərlər” tapmacasında qoyunun qırxılması ilə zəminin biçilməsi, südünün sağılması ilə bulağın qarşılaşdırılması maraqla qarşılanır.
Şagirdlərin təsəvvürlərinin genişlənməsində, təfəkkürün inkişafında tapmacaların böyük əhəmiyyəti vardır. Tapmacalar zehni qabiliyyətin inkişafına kömək edir. Tapmacalar qısa yığcam və ritmli olur. Onlar hadisə və əşyanın əlamətlərini bədii surətdə əks etdirir. Məsələn:
Uçub gələr səhər-səhər,
Bizə yazdan verər xəbər. (Qaranquş)
Tapmacalar şagirdlərin müşahidəçiliyini artırır, ətraf şeylər haqqında təsəvvürlərini zənginləşdirir ki, bunların idraki əhəmiyyəti vardır. Tapmacaların bəzisi elə maraqlı məsələlər üzərində qurulur ki, bunları tapmaq üçün dərin düşüncə, iti hafizə tələb olunur. Məsələn:
Tap-tapmaca,
Gül yapmaca,
Deşiklədim,
Atdım saca. (Fəsəli)
Alçaq damdan qar yağar. (Ələk)
Belə unudulmaqda olan tapmacaları söyləmək keçmiş irsimizə, babalarımızın dediklərinə, milli dilimizə, onun söz xəzinəsinə olan hörmətdir. Biz heç vaxt unutmamalıyıq ki, babalarımızın keçmiş deyim-duyumları bugünkü məktəblilər üçün örnəkdir, xəzinədir.
Tapmacalar kiçikyaşlı məktəbliləri düşünməyə və şəxsi təcrübələrini əks etdirməyə yönəldir. Bəzən onlar maraqlı tapmacalar düşünür və deyirlər. Bütün tapmacalar aid olduqları varlıqların, cisim və hadisələrin müəyyən əlamətlərini özündə əks etdirir. Həmin əlamətlərə görə əşyanın adını tapmaq şagirdi fikirləşməyə, cisim və hadisələri nəzərdən keçirməyə, onların əlamət və xüsusiyyətlərini araşdırmağa, gördüklərini təsəvvüründə canlandırıb tapmacada deyilənlərlə müqayisə aparmağa və izah etməyə təhrik edir. Oxu materialları ilə bağlı iş apararkən tapmacaların didaktik imkanlarından istifadə hər bir müəllimin diqqət mərkəzində olmalıdır.
Dostları ilə paylaş: |