Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə58/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   54   55   56   57   58   59   60   61   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Ə. Cəmil. Vətən. [18, s. 22].
Y a x u d:
Qayada bir şəkil var,
Yallı gedir adamlar.
Nələr düşür gör yada:
Ən çətin zamanda da
İnsan gülüb-oynamış,
Canda müsiqi eşqi
Qayıq-qayıq qaynamış.
X.Rza Ulutürk. “Yallı rəqsi” rəqsi. [19, s.192].
Y a x u d:
Qalsan belə susuz, ac
Yavan çörəyə möhtac
Ağız açma namərdə!
Ürəyində dərd yaşa:

Sən insansan! Əyilmə!


Yoxsul yaşa, mərd yaşa!
X.Rza Ulutürk, “Əyilmə”.
Şeir oxumağın sirlərini şagirdlərə başa salmaq üçün müəllim ifadəli oxu nümunəsi verməlidir. Bu prosesi yalnız yamsılama kimi başa düşmək səhv olardı. Müəllim öz nümunəsi ilə şagirdləri özü kimi oxumağa deyil, oxu prosesində fasiləni, sürəti, məntiqi vurğunu, intonasiyanı gözləməyə dəvət edir. Bunun üçün isə müəllimin özü şeiri ifadəli oxumağa ciddi hazır­laşmalı, onun əsas ideyasını tonunu, sürətini, ritmini müəy­yənləşdirməli və məşq etməlidir. Əgər müəllim çətinlik çəkirsə, söz ustalarının, aktyorların ifasında şeirlərin oxunma qaydasını şagirdlərə çatdırmalıdır. Şagirdlərdə şeirin oxusuna şüurlu münasibət yaranarsa, onlar düzgün oxumağa alışarlar. Şagirdlər şeirin məzmununa uyğun sözlə “şəkil çəkməyi” bacarmalıdırlar. Şeirlərin oxusunda bütöv oxudan, həmçinin şeiri bənd-bənd paylayıb oxutmaqdan da istifadə etmək mümkündür.
Dərs nümunəsi:
Standart:2.1.1; 2.2.1; 3.1.4.
Mövzu:H.Arifin “Ana” şeiri
Təlim nəticəsi:
1. “Ana” şeirindəki hadisələri həyat hadisələri ilə müqayisə edir.
2. “Ana” şeirini intonasiya ilə oxuyur.
3.Ana haqqında mühakimə xarakterli kiçikhəcmli esse yazır.
İnteqrasiya: ədəbiyyat və həyatla
İş forması: böyük və kiçik qruplar
İş üsulu: əqli hücum, klaster, işgüzar səs-küy,Venn diaqramı
Resurslar: iş vərəqləri, flamasterlər, şəkillər,
Dərsin gedişi
Motivasiya, problemin qoyulması.
Müəllim sinfə müraciətlə soruşur:
-Ondan min dəfə yazılıb, amma yenə az olub, ondan milyon dəfə də yazılacaq, amma yenə
az olacaq. Kimdir o?
Şagirdlər açar sözü tapırlar:
ANA!

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin