Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


II qrup. Əgər çoban kəndlilərlə belə zarafat etməsəydi, yalan danışmasaydı, nağılın sonu necə olardı? III qrup



Yüklə 453,07 Kb.
səhifə55/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   51   52   53   54   55   56   57   58   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

II qrup. Əgər çoban kəndlilərlə belə zarafat etməsəydi, yalan danışmasaydı, nağılın sonu necə olardı?
III qrup. Yalan danışmaq nələrə səbəb ola bilər?
IV qrup. Siz evdə ehtiyatsızlıq edib qabı sındırsaydınız, nə edərdiniz?
Nəzərə alın ki, otaqda sizdən və hələ danışmayan 1 yaşlı qardaşınızdan başqa heç kəs olmayıb.

  1. Ananıza qabı qardaşınızın sındırdığını deyərdiniz. O, bunu inkar edə bilmir. Balaca olduğu üçün ana onu tənbeh etmir. Beləliklə, siz də cəzadan canınızı qurtarırsınız, qardaşınıza da heç nə olmur.

  2. Günahınızı boynunuza alırsınız. Ana diqqətsizliyə görə sizi danlayır, cəzalandırır.

Seçiminizi əsaslandırın.
Məlumat mübadiləsi və müzakirəsi. Qruplar öz işlərini təqdim edirlər. Qruplar bir-birinin işinə münasibət bildirirlər.
Nəticə: Şirin yalandan acı həqiqət yaxşıdır. Hər işdə, hər sözdə, hər yerdə düz olmaq lazımdır.
Ev tapşırığı: Dərslik, tap.3-4[18, s.174-175].
Qiymətləndirmə: Təqdimata əsasən aparılır.
Nağıllar uşaqların təfəkkürünün inkişafına təsir göstərir, fantaziyanı inkişaf etdirir. Uşaqlar özlərini nağıl qəhrəmanına bənzədir, yaranan “çətinliklərin” aradan qaldırılması yollarını fikirləşir və öz planlarını söyləməklə yaradıcılıqlarını inkişaf etdirmiş olurlar. Eyni zamanda nağıllardakı oyun-nəğmələr də uşaqların məntiqi təfəkkürünü, bədii zövqünü və rabitəli nitqini inkişaf etdirir, onları kitab oxumağa həvəsləndirir.
Nağılların şagird təfəkkürünün inkişafında rolu

Təhsilin bünövrəsi hesab olunan ibtidai sinifdə insanın gələcək xarakterinin, yaradıcılıq meyllərinin əsası qoyulur. Bu işdə isə uşağın oxuduğu ilk kitabların, bədii əsərlərin, o cümlədən nağılların əhəmiyyəti çox böyükdür. Çox zaman ibtidai siniflərdə oxunan nağılların əhəmiyyətindən danışarkən ana dilinin mənimsənilməsi və estetik tərbiyəsi ön plana çəkilir. Bədii ədəbiyyatın imkanları məhdud dairədə təsvir olunur. Halbuki, yaxşı bədii əsər uşağın həm nitqinə, həm estetik tərbiyəsinə, həm də təfəkkürünə təsir edir. Deməli, biz uşağa yaxşı oxu üçün yaxşı bədii əsər versək onun həm nitqinə, həm də təfəkkürünə güclü təcir edə bilərik. Bu vəzifələri yerinə yetirmək üçün uşaq oxusuna cəlb olunan əsərlərdən çox şey asılıdır. Çünki uşağın oxuduğu hər bir kitab onun təfəkkürünün formalaşmasına təsir edir. Təfəkkürün formalaşması uşağı həssas və duyğular aləmi ilə yanaşı, elmi yaradıcılığa da istiqamətləndirir.


Kiçik yaşlı məktəblilərdə təfəkkürün inkişafı müxtəlif fəaliyyət sahələri ilə bağlıdır. Burada ən çox inkişafetdirici fəaliyyət sahəsi kimi oxu materiallarını göstərə bilərik. Bu oxu materialları içərisində nağılların rolunu xüsusi vurğulamaq lazımdır. Kiçik yaşlı məktəblilərdə təfəkkürün inkişaf etdirilməsinin əsas üsullarından biri kimi nağılların rolu əvəzsizdir.
Bu metodun oxu dərslərində düzgün təşkili uşaqlarda təfəkkürün inkişafına mühüm şərait yaradır. Belə ki, şagirdin təlim fəaliyyətində uğur qazanması üçün təfəkkürün inkişaf etməsi çox vacib amillərdəndir. Təfəkkürü normal inkişaf etmə­yən insan həyatda hər hansı yaradıcılıq, novatorluq sahəsində uğur qazana bilməyəcəkdir. Odur ki, ibtidai siniflərdə şagirdlərin təfəkkürünün inkişaf inkişaf etdirilməsi çox vacib məsələlərdəndir.
Xalq yaradıcılığının zəngin laylarından olan nağıllar ibtidai sinifdə oxuyan şagirdlərin daxili aləminin zənginləş­məsində, həyata baxışında, təfəkkür və təxəyyülünün inkişafında mühüm rol oynayır. Bu yaş dövründə məntiqi təfəkkürlə yanaşı, yaradıcı təfəkkürlə bağlı inkişaf elementləri təzahür edir.
Müasir psixologiyada divergent və konfergent təfəkkür, eləcə də lateral təfəkkür (Edvard və Bono) konsepsiyası formalaşmışdır. İstər divergent təfəkkürün, istərsə də lateral təfəkkürün yaradıcılıq effektləri önəmlidir. Bu gün məktəbdə təhsilə yanaşma dəyişmişdir. Şagirdlərə sadəcə olaraq bilik və ehkamlar vermək deyil, müəyyən bacarıq və vərdişləri inkişaf etdirmək tələb olunur. Əzbərləməklə əldə olunmuş bilik tez bir zamanda unudulur. Şəxsiyyətyönümlü təhsilin əsas məqsədi isə şagirdlərin təfəkkürünü inkişaf etdirmək, onların elmlərə müstəqil yiyələnməsinə şərat yaratmaqdır. Bunun üçün şagirdin intellekt qabiliyyətini inkişaf etdirmək lazımdır. Deməli, bu gün ibtidai sinfə gələn uşağın başqa cəhətləri ilə yanaşı intellekt qabiliyyətlərinin inkişaf etdirilməsi xüsusi bir məqsəd kimi qarşıya qoyulmalıdır. Bəs intellekt nədir? İntellekt latın dilindən (intellektus-anlamaq, başa düşmək) götürülmüş, genişmənada insanın düşünülmüş fəaliyyətləri, dar mənada isə düşünmək deməkdir.
I-IV sinif “Azərbaycan dili” dərsliklərində verilmiş nağıllar məhz bu yaş dövründə şagirdlərin daha dərindən düşünə bilmək, həyat hadisələri və nağılların axarında özünü tapa bilmək, nağıllar vasitəsilə təfəkkürün inkişafına nail olmaq məqsədini güdür. Müasir mərhələdə bu həqiqəti dərk edən müəllimlər nağılların oxusu zamanı şagirdlərin intellektinə təsir edən suallardan yararlanırlar. Məsələn,

  • Nağıldakı obrazların adları; onlarda bəyəndiyin və bəyənmədiyin keyfiyyətlər hansıdır? Nəyə görə?

  • Özündə bəyəndiyin və bəyənmədiyin xüsusiyyətlər varmı? Hansılardır?

  • Nağıldakı hər hansı hadisəni dəyişmək istərdinmi və necə?

  • Nağıl haqqında duyğularınla bağlı şeir yaza bilərsənmi?

  • Nağılda hansı bölmələr xoşuna gəldi və ya gəlmədi? Nə üçün?

  • Nağılda sənə qeyri-adi görünən hadisə və obrazlar hansılardır? Hansı cəhətlərinə görə onları qeyri-adi hesab edirsən? Həyatda bu obrazlara və hadisələrə rast gəlmək olarmı?

  • Hadisələrin baş verdiyi məkanları ardıcıllıqla sadalaya bilərsənmi?

  • Nağılda rastlaşdığın yeni sözlər və onların mənalarını yaza bilərsənmi?

  • Nağılla bağlı ssenari yazmalı olsan, hadisə və qəhrəmanları necə seçərdin?

  • Nağılda ən çox sevdiyin bənzətmə hansıdır?

  • Nağıldakı qəhrəmana məktub yazsan, nə yazardın?

  • Nağılı oxuduqdan sonra hansı nəticəyə gəldin?

  • Nağılı sən yazsaydın sonunu necə bitirərdin və s.

Azərbaycan dilinin zərifliyini, incəliyini və gözəlliyini uşaqlar kiçik yaşlarından anlamalıdır. Bunun üşün xalq yaradıcılığı nümunələri, o cümlədən nağılların təsir gücünü dəyərləndirə bilərik.
“Çox vacibdir ki, uşaqlar öz inkişafları dövründə fərdi azadlığı hiss etsinlər. Bütün uşaqlar müstəqil nəticə çıxarmalı və müstəqil qərarlar çıxarmağı bacarmalıdırlar [35, s.11]. Məşhur nağıl qəhrəmanlarının adlarını, onların əsas xarakterik xüsusiyyətlərini əks etdirən sözləri də yazmaq olar. Təfəkkürün inkişaf etdirilməsi, beynin fəallığı, çevikliyi yeganə çıxış yoludur. Bunu təkcə oxu prosesi deyil, bütövlükdə məktəb sistemi nəzərə almalıdır. Ya biz hər gün uşaqların intellektinə təsir göstərən bədii əsərlər vasitəsilə onları inkişaf etdirməli, ya da bütün dərslərimizi onların düşüncəsinə uyğun gələn oyunlar şəklində qurmalıyıq. Ağılı necə məşq etdirmək olar? Bu sual müasir təhsilin qarşısında dayanan əsas vəzifələrdən biridir. Dünya təcrübəsi göstərir ki, cəmiyyət üçün müstəqil inkişaf edən, yaradıcı şəxsiyyət yetişdirmək lazımdır. Bunun üçün aşağıdakıları bilmək faydalı olar:
1. Yaradıcı və müstəqil düşünmə qabiliyyətini aşkara çıxarmaq;
2. Fəallığı və marağı üzə çıxarmaq;
3. Müstəqil olaraq şagirdlərin biliklərə yiyələnmək bacarığını müəyyən etmək;
4. Təşəbbüskarlığı alqışlamaq.
Belə bir şəxsiyyətin tərbiyəsi üçün yeni dövrdə təlimin vəzifələri şagirdlərə bilik və bacarıqların aşılanmasını təmin etməkdir. Şagirdlərin məlumatı müstəqil olaraq toplamaları, tənqidi təhlil etmələri, tənqidi qiymətləndirmələri, nəticə çıxarmaları vacibdir. Demək olar ki, bütün alimlər intellektin ölçülməsini test vasitəsilə olduğunu təsdiq etsələr də, onun müəyyən edilməsində fikirlər təzad təşkil edir. L.Terman “abstrakt düşünmək qabiliyyəti”, E. Torndayk “həqiqət və doğru olan kriteriya əsasında gözəl cavab vermək qabiliyyəti”, S. Kolvin isə “ətraf aləmdə baş verən hadisələri dərk etmək və alışmaq bacarığını təmin edən biliklər yığını və təlimdə qabaqcıllıq” kimi fikirləri ilə intellekti təyin edirlər. İngilis psixoloqu Q. Ayzenk insan intellektinin əsasını əqli proseslərin bir-birini tez-tez əvəz etməsində görürdü. Fəlsəfi fikir bədii ədəbiyyatla idrakın sıx birliyini etiraf edir. Deməli, bu cəhətləri nəzərə almalı, uşaqların intelekt qabiliyyətlərinin inkişaf etdirilməsini yaddan çıxarmamalıyıq. Dünya psixoloqlarının bu gün də davam edən mübahisələrinin vahid ortaq məxrəclərindən biri odur ki, uşaqlarda anadangəlmə qabiliyyətlərin inkişaf etdirilməsi olduqca əhəmiyyətlidir. Bu qabiliyətlərin paralel inkişafı şübhəsiz ki çox vacibdir. Elə qabiliyyətlər var ki, onun inkişafı üçün şagirdin müstəqil inkişafı kifayət edir. Lakin elə qabiliyyətlər var ki, onu bağça tərbiyəçisi və ibtidai sinif müəllimi daimi nəzarətdə saxlamalıdır. Belə qabiliyyətlərdən biri məntiqi təfəkkürdür. “Məntiqi təfəkkür yalnız elmi fəaliyyətə deyil, həyatın bütün sahələrində insana lazım olan vərdişdir. Məsuliyyətli anlarda düzgün qərar çıxartmaq, disput və diskusiyalarda öz mövqeyini əsaslandırmaq, arqumentləri elə ardıcıllıqla düzmək ki, qarşıtərəf “hə” deməyə məcbur olsun. Bütün bunlar istənilən yaş dövründə insana lazım olan bacarıqlardır və əsasında da məntiq durur. Yaxşı olardı ki, bu bacarıq orta məktəbin aşağı siniflərindən başlayaraq şagirdlərə aşılansın. Onu da qeyd etmək lazımdır ki, məntiqi təfəkkür bir çox biliklərin əzbərlənməsinə deyil, məntiq süzgəcindən keçirməklə qavranılmasına kömək edir və bu yolla qazanılmış bilik insan hafizəsindən uzun müddət silinmir” [24, s.5]. Şagirdlər arasında intellekt qabiliyyətlərinə görə fərq qoymaq, yəni şagirdlərin intellekt qabiliyyətlərini müəyyənləşdirmək müəllimin səlahiyyətindədir. Lakin bir cəhəti unutmaq olmaz ki, intellekt qabiliyyəti zəif olan şagirdləri də inkişaf etdirib qabaqcıllar sırasına çıxartmaq bu günün aktual məsələlərin­dəndir. Bu gün cəmiyyətimizi belə bir sual düşündürür. Şagird psixikasını idarə etmək mümkündürmü? Adi halında süst, xəyalpərvər təsiri bağışlayan şagirdi sinfin qabaqcılları sırasına çıxartmaq mümkün olan işdirmi? Təhsil sistemimizdə baş verən yeniliklər, fəal təlimin getdikcə daha çox artan nüfuzu belə suallar ətrafında bizi düşünməyə vadar edir. Uşağın yaradıcı təfəkkürünü müəyyənləşdirən başlıca amil onun öz təcrübəsidir. Kiçikyaşlı məktəblinin bildiyi, öyrəndiyi şeylər hələ çox az olduğundan onun xəyalları da maraqsız, fantaziyası sönükdür. Bunları canlandırmaq, məntiqi, tənqidi, yaradıcı təfəkkürə qida vermək üçün nağıllardan istifadə çox faydalıdır. Kiçik yaşlı şagirdlərin həyatında nağıllar qeyri-adi təsir gücünə malikdir. Nağılların tədrisi ilə bağlı bilik və bacarıqların dairəsi genişləndikcə, şagirdin fantaziyası da zənginləşir. Uşaqlarda yaradıcı təfəkkürün formalaşmasında nağıllar çox mühüm rol oynayır. Çünki kiçik məktəb yaşlarında artıq yaradıcı fəaliyyət üçün psixoloji təməl formalaşmış olur. Şagirdlərdə təsəvvür və fantaziya inkişaf edir, hər şeyi öyrənməyə həvəs yaranır, hadisələri müşahidə etmək və nəticələri analiz etmək bacarığı formalaşır, onlar müqayisələr aparır, faktları ümumiləşdirir, nəticələr çıxarır, fəaliyyətə qiymət verirlər. Onlarda maraqlar, meyillər, tələbatlar formalaşır ki, bunlar da yaradıcılığa sövq edən amillərdir. Şagirdlərdə təfəkkürün inkişaf etdirilməsi prosesi oxu materialllarının, o cümlədən nağılların tədrisi ilə sıx bağlıdır. Müəllim nağılların tədrisi zamanı hər bir şagirdin hansı qabiliyyətə malik olduğunu nəzərə almalıdır. Bu, nağılların tədrisi prosesində xüsusi problem kimi qarşıda durur. Müəllim hər bir şagirdin maraq və arzularını bilməli, hansı nağılları sevdiyini öyrənməlidir. Müəllim ibtidai sinif şagirdlərinin müvəffəqiyyət qazanmasının sirlərini araşdırmağı bacarmalıdır.
Harvard universitetinin professoru Hovard Qardner adlı psixoloqu “Əqlin hüdudları” (1983) adlı kitabında “Çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsini yaratdı. Bu nəzəriyyəyə əsasən insanın 8 əqli qabiliyyəti haqqında nəzəri fikirlər irəli sürüldü. “Bu gün orta məktəbdə təhsilə yanaşma dəyişir. Şagirdlərə sadəcə olaraq bilik və ehkamlar vermək deyil, onlarda müəyyən bacarıq və vərdişlər inkişaf etdirmək tələb olunur. Əzbərləməklə əldə edilmiş bilik tez bir zamanda unudulur, lakin bacarıq və vərdişlər yaddan çıxmır, şəxsiyyətyönümlü təhsilin əsas məqsədi şagirdi alim etmək deyil, onu müstəqil həyata hazırlamaqdır. Bu məqsədlə şagirdin həm intellektini, həm xarakterini, həm də mənəviyyatını düzgün formalaşdırmaq və inkişaf etdirmək lazımdır”[24]. Lakin Hovard Qardnerin çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi bu gün dünya psixoloqlarının ən çox cəlb edən bir problem kimi qarşıda durur. Müasir şəraitdə Qardner nəzəriyyəsinin daha geniş planda tətbiqi müşahidə olunmaqdadır. “Təlimin müasir metodları” adlı kitabda oxuyuruq: Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün müəllimlər təfəkkür prosesi və onun xüsusiyyətlərinə bələd olmağa çalışırlar. Məlumdur ki, təfəkkür müxtəlif növlərə malikdir. Məsələn:
1.Tənqidi təfəkkür. Hər hansı hadisəyə şübhə ilə yanaşmaq, etiraz etmək, fikir söyləmək və s. tənqidi təfəkkürdür.
2. Dialektik təfəkkür. Dialektik təfəkkür dedikdə-hadisələrdə ziddiyətlərin vəhdətini və mübarizəsini, yeniliklərin necə yarandığını görmək və onların inkişaf istqamətlərini aşkar etmək nəzərdə tutulur.
3. Məntiqi təfəkkür. Məntiqi təfəkkür dedikdə-biliklərin əqli şəkildə qavranılması, köhnə biliklərlə yeni biliklər arasında sıx bağlılıq başa düşülür.
4. Ümumiləşmiş təfəkkür. Ümumiləşmiş təfəkkür dedikdə elmi biliklərin fərqli və oxşar cəhətlərini aşkar etmək başa düşülür.
5. Kateqoriyalı təfəkkür. Bu, oxşar əlamətləri qruplar, siniflər üzrə birləşdirməyi nəzərdə tutulur.
6. Nəzəri təfəkkür. Bu, ən yüksək ümumiləşdirilmiş hadisələrin ən vacib qanunauyğunluqlarını dərk etdirməkdir.
7. Deduktiv təfəkkür. Bu, fikrin ümumi haldan xüsusi hala, konkret fikrə doğru inkişafıdır.
8. İnduktiv təfəkkür. Bu fikrin xüsusi haldan ümumi hala keçməsi və nəticə çıxarılmasıdır.
9. Alqoritmik təfəkkür. Bu, göstəriciləri ardıcıl, sistemli yerinə yetirməkdir.
10. Texniki təfəkkür. Bu, texniki yeniliklər üçün fikri fəallıq, şagirdi texniki əməyə hazırlamaqdır.
11. Reproduktiv təfəkkür. Bu, mənimsənilmiş bilikləri aktivləşdirməyə çalışan fikri fəallıqdır.
12. Produktiv təfəkkür (yaradıcı). Bu, yeni elmi tapşırıqları, məsələləri müstəqil həll etmək imkanı verir.
13. Sistemli təfəkkür. Bu, təbiət vəcəmiyyətin qanunauy­ğunluqlarını düzgün inkişaf etdirmək, elmi dünyagörüşü formalaşdırmaqdır.
Müəllimlər şagirdlərin fəallığını inkişaf etdirmək üçün hansı növ təfəkkürün çatışmadığını müəyyən etdikdən sonra onun inkişaf etdirilməsi qayğısına qalmaqla keyfiyyət əldə edilməsinə, şagirdin irəliyə doğru inkişafına imkan yaradırlar. Şagidlərin təfəkkürünün inkişaf etdirilməsi üçün müəyyən prinsiplərin nəzərə alınması məsləhət görülür. Göründüyü kimi, kitab müəllifləri Qardner nəzəriyyəsinin yeni şəraitdə daha kiçik detallarına gedib çıxmışlar. Bunun isə başlıca səbəbi şagird təfəkkürünə təsir etməyin yeni metod və yollarını axtarmaqdan ibarətdir[26, s.57].
Kiçik məktəblilərin özlərinə məxsus psixoloji xüsusiyyətlərivardır: bu yaşda qeyri-ixtiyari diqqət, mexaniki hafizə, konkret təfəkkür üstünlük təşkil edir. Onların nitq bacarığı da zəif olur. Çox vaxt şagirdlər nağılları şeir kimi əzbərləyir, mexaniki yadda saxlamağa çalışırlar. Bunun qarşısı alınmasa, onlarda əzbərçilik yarana bilər. Buna görə müəllim şagirdləri nağılı öz sözləri ilə danışmağa, plan tutmağa, suallara cavab tapmağa, nağıl üzrə kiçik inşalar yazmağa daha çox cəlb etməlidir.
Bu yaşda əsas fəaliyyət növü təlimdir:təlimdə uşaq biliklərə yiyələnir, tərbiyə olunur və psixi cəhətdən inkişaf edir. Müəllim şagirdlərə öz təlim əməklərini düzgün təşkil etməyə, öyrənmənin səmərəli yollarını öyrətməyə çalışmalıdır. K.D.Uşinski bunu ibtidai təlimdə bilik verməkdən də vacib vəzifə hesab edirdi. Kiçik məktəblilərlə təlim-tərbiyə işində bu yaşın xüsusiyyətlərini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir. Onlardan başlıcaları aşağıdakılardan ibarətdir:
a) kiçik məktəblilər hər şeyi öyrənməyə can atırlar; bunu nəzərə alıb şagirdlərdə mütaliə tələbatı formalaşdırmaq lazımdır;
b) uşaqlar şən, emosional təbiətə malikdirlər; müəllim və valideynlər bədii əsər və filmlərdən, canlı sözdən istifadə edib onlarda yüksək mənəvi hisslər (vətənə məhəbbət, xeyirxahlıq, qayğıkeşlik, diqqətlilik və s.) aşılamağa çalışmalıdırlar;
c) kiçik məktəblilərdə ünsiyyət tələbatı güclüdür; bunu nəzərə alıb uşaqları kollektiv tədbirlərə, birgə oyuna, əməyə cəlb etmək, onlarda kollektivçilik, yoldaşlıq, dostluq, nəzakətlilik, kimi keyfiyyətlər aşılamaq lazımdır;
ç) uşaqlar təsir altına tez düşür, müəllimə inanır, onun dediklərini sözsüz yerinə yetirirlər. Bundan şagirdlərin düzgün tərbiyəsi üçün istifadə edilməlidir;
d) ibtidai sinif şagirdləri müəllimin tapşırıqlarını böyük həvəs və səylə yerinə yetirirlər. Müəllim müəyyən tapşırıqlar sistemi tətbiq etməklə, uşaqları həvəsləndirməklə onlarda müsbət keyfiyyətlər tərbiyə etməyə nail ola bilər.
Bu yaş dövründə uşaqların nağıla marağı daha güclü olur. Kiçik yaşlı şagirdlərin psixi inkişafının özünəməxsus keyfiyyətlərini nəzərə almaqla yaş xüsusiyyətlərinə uyğun nağılların tədrisi yuxarıda qeyd olunan fəaliyyət növlərinin həyata keçməsini stimullaşdırır.
Bu yaş dövründə uşaqların iradi (ixtiyarı) diqqəti nisbətən zəif inkişaf etmiş olur. Onlar uzun müddət fikirlərini toplamaqda çətinlik çəkir, diqqətlərini iki iş üzərində bölə bilmirlər. Ona görə də, müəllimlər nağıllar üzrə işi daha maraqlı təşkil etməli, uşaqların diqqətinin formalaşmasına qayğı göstərməlidirlər. Ona görə ki, “diqqət ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Deməli, təlimin heç bir kəlməsi bu qapıdan keçmədən uşağın ruhuna daxil ola bilməz…”(K.D.Uşinski).
Uşağı bu qapını açıq saxlamağa çalışdırmaq birinci dərəcəli əhəmiyyətli işdir, təlimin bütün müvəffəqiyyəti buna nail olmaq üzərində qurulur. Uşaqlarda fəal (ixtiyari) diqqəti inkişaf etdirmək vacibdir. Çünki fəal diqqətdə təfəkkürün inkişafı üçün daha əhəmiyyətli mövqe daşıyır.
Uşaqların diqqəti onların maraqları ilə çox əlaqədardır. Maraq diqqətin güclənməsinə səbəb olur. Bu yaşda olan uşaqlar müxtəlif məsələlərlə maraqlanır və çoxlu suallar verirlər. Belə suallara cavab vermək zəruridir. Kiçikyaşlı məktəblilərdə mexaniki hafizə qüvvətli olsa da, saxlanması yalnız mexaniki yolla deyil, həm də məntiqi yolla olur. Bu yaş dövrünü səciyyələndirən xüsusiyyətlərdən biri də onlarda təfəkkürün inkişafıdır. Şagirdlər ətraf aləmin hadisələrinin səbəb-nəticə əlaqələrinin mahiyyətinə dərindən nüfuz etməyi öyrənmədən əvvəl bu yaş dövründə təfəkkür məşqləri keçir. Bu məşqlər nəticəsində onlar əşya və hadisələrin mahiyyətini görürlər. Uşaqlar canlı obrazı əvvəlcə görür, sonra onu təsəvvür edir və təsəvvüründə yaradır.
Kiçikyaşlı məktəblilər daim axtarışda olub bilmədiklərini öyrənməyə həvəs göstərirlər. Nağıllar aləmi şagirdlərin ətraf aləmlə, təbiətlə, əməklə, müxtəlif əşyalarla bağlı fikirlərində yeni bir aləm yaradır. Onlar yeni ideyalarla yaşayır, ətraf aləmin əşya və hadisələri ilə tanış olur, onların keyfiyyət və xüsusiyyətlərinə dair biliklərə yiyələnirlər. Təbiət hadisələrini dönə-dönə müşahidə etdikcə, uşaqlar onların başvermə səbələri ilə maraqlanırlar. Getdikcə onların əlamət və keyfiyyətlərinə daha dərindən bələd olmağa çalışırlar. Belə ki, uşaqları nə üçün yağış, qar yağır, külək əsir, tufan baş verir, zəlzələ olur, adamlar bir-birini öldürür, müharibə edirlər, adamlar qocalır, ölür və s. kimi problemli məsələlər daha çox düşündürür. Nağıllarda verilən sirli-sehirli aləm və onların həyata tətbiqi onları düşündürür. Uşaqlar sinifdən-sinifə keçdikcə, real aləmin əşya və hadisələrini dərk edir; havanın vəziyyətini, hər fəslin özünəməxsus əlamətlərini öyrənir, bu sahədə öz təsəvvür və anlayışlarını genişləndirirlər. Şagirdlər nağıllar vasitəsilə tanış olduqları vəhşi heyvanlar və ev heyvanları haqqında müəyyən biliklər əldə edir, onların insanlara fayda verdiklərini öyrənirlər. Uşaqlar öyrənirlər ki, təbiət müxtəlif səslər, rənglər və formalarla zəngindir. Təbiət eyni vaxtda bir neçə duyğuya təsir edir. Meşədə, parkda olarkən uşaqlar yaşıl yarpaqları, güllərin, çiçəklərin bir-birindən fərqlənən rəngini görür, onların ətrini hiss edirlər. Bu kimi məsələlər uşaqları nağıllar kimi heyrətləndirir. Göy gurultusu, ildırım çaxması, vulkan püskürmələri uşaqları düşündürür. Nağıllar aləminin həyat hadisələri kimi qavranıl­ması və həyat hadisələrinin nağıl kimi əsrarəngiz olması kiçikyaşlıların təfəkkürünün inkişafında çox böyük rol oynayır.



Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin