Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə60/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   56   57   58   59   60   61   62   63   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Təmsillərin oxusu. Təmsil uşaqları çox maraqlandıran janrlardan biridir. Təmsillər nəzm və nəsr şəklində yazılan kiçik həcmli hekayə­lərdir. Təmsillərdə paxıllıq, hiyləgərlik, tənbəllik, lovğalıq, yalançılıq, xəbərçilik, xainlik və s. bu kimi pis cəhətlər tənqid olunur. Xeyirxahlıq, zəhmətsevərlik, sadəlik, təvazö­karlıq, düzlük, doğruluq, səmimiyyət və s. bu kimi xüsusiyyətlər alqışlanır. Təmsillərdə təsvir olunan hadisə və əhvalatlarda, əsasən, heyvan, quş və bitkilər iştirak edir. Onları yazıçı insan kimi canlandırır, danışdırır, kimə isə rəğbət bəsləyir, kimi isə ifşa edir. Hiyləgər və acgözləri tənqid atəşinə tutur, igidləri düş­mənlərə qarşı mübarizəyə çağırır. Epik növün ibtidai forma­larından biri olan təmsil hələ qədim yunan ədəbiyyatında (Ro­ma­da Fadr, Yunanıstanda Ezop (e.ə.VI-V əsrlər) mövcud idi.  Hin­distanda  təmsillər toplusu "Pançatantra"(III əsr) məlumdur.
Yeni dövrün ən məşhur təmsil yazanlarından biri fransız şairi Jan Lafonten (XVII əsr) olmuşdur. Rusiyada təmsil janrının kulminasiyası İ.A.Krılovun yaradıcılığı hesab olunur.
Azərbaycan ədəbiyyatında təmsilin ilk nümunələrinə N.Gəncəvinin "Sirlər xəzinəsi" əsərində rast gəlinir. A.Bakı­xanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairlərimizin təmsilləri məşhurdur.
Təmsillər məzmununa görə iki yerə bölünür:

  1. Alleqorik əsərlər.

  2. Təmsillər.

  1. Alleqorik əsərlər- fikir və əhvalatlar konkret olaraq bir əşya tərəfindən söylənilir.

  2. Təmsillərdə - fikir və əhvalatlar “oxşama, bənzətmə, əvəzetmə” və s. kimi təsvirlə verilir.Təmsillər satirik, gülüş və nəsihətamiz məzmunda yazılır.

“Ümumiyyətlə, təmsillər şagirdlərdə bədii dili öyrənməyə maraq oyadır və bədii zövq almaq tərbiyə edir. Təmsillərin tədrisində iki məqsəd qarşıya çıxır:

  • şagirddə əsərin məzmununu öyrənməyə maraq oyatmaq;

  • şagirdin diqqətini əsərin ideyasına yönəltmək” [32, s.203].

Təmsillərin əsasında alleqoriya durur. Təmsil yazanlar hey­van, quş, həşərat, bitki və başqa əşyaların obrazlarında insan­ların tipik mənfi xasiyyətlərinə (yalançılıq, oğurluq, acgözlük, qorxaqlıq və s.) gülür, öyüd-nəsihət verirlər. Bütün bunlar müəl­limdən aktyorluq məharəti tələb edir.
Epik növə daxil olan bu əsərlərin öz quruluş xüsusiyyətləri vardır. Burada insanlara məxsus keyfiyyətlər cansız varlıqlar üzərinə köçürülür. Adətən, nəzmlə yazılır və üç hissədən ibarət olur. Giriş, əsas hissə, nəticə. Təmsillər öyüd, nəsihət xarakterli olur və tərbiyəvi, hikmətli fikirlər əsas hadisələrdən sonra verilir. Deməli, oxu prosesində onun bu keyfiyyətinə diqqət yetirilməli, səhnələşdirmə ünsüründən istifadə etməklə ifadəli oxunu həyata keçirmək lazımdır.
Təmsillərin dili sadə, zəngin və rəngarəngdir. Təmsillərin oxu xüsusiyyətlərinə nəzər salsaq, onun oxusu kiçik bir pyesin oxusunu xatırladır. Oxu zamanı təmsilin dili üzərində iş apar­maq lazımdır. Məsələn, A.Səhhətin “Ayı və şir” təmsilində tülkünün hiyləgərliyindən söz açılır.
Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə,
Çeynədilər, dişlədilər, diddilər,
Bir-birini al qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb bu haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar.
Şagirdlər tülkünün nə qədər hiyləgər olduğunu yəqin edir­lər. Məlumdur ki, ayının və şirin taqəti olsaydı tülkü qorxudan o ətrafa getməzdi. Əks təqdirdə tülkü ayı və şirin əlinə keçsə idi, onu parçalayardılar. Lakin ayı və şirin taqətdən düşdüyünü görən tülkü ovu götürüb qaçır.
Təmsil üçün xarakterik cəhət odur ki, müəllifin özü təm­silin axırında nəticə verir. Məsələn, Seyid Əzim Şirvaninin “Qar­ğa və tülkü” təmsilində yaltaq deyil, yaltağa inanan müha­kimə edilir. Şagirdlərdə gülünc vəziyyətə düşən qarğaya qarşı təəssüf hissi yaranır.
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar.
Alleqoriya və təmsillər janr, məzmun və ideya baxımından tərbiyəvi məqsəd daşıyır. Buna görə də I-IV siniflərdə alleqorik əsərlərin və təmsillərin paralel öyrədilməsi məqsədə müvafiq sayılır.
Təmsillərin oxu xüsusiyyətlərinə və intonasiyaya düzgün əməl olunması şagirdlərin nitq və təfəkkürünün inkişafında mühüm rol oynayır. “Təmsillərin ifadəli oxusu şagirdlərə imkan, şərait yaradır ki, ifadəli oxu əsərin məzmunu, oradakı kinayə ilə işlənən ifadələri düzgün dərk etsinlər və bədii ədəbiyyatın ən qüdrətli vasitəsi olan tərbiyə imkanlarını duya bilsinlər. Bunları şagirdlər şərti olaraq qəbul etsələr, onlar təmsillərin məzmununu nağıl etməyi bacaracaqlar, sual-cavabda sərbəst iştirak edərək, söhbət zamanı hadisələrin ardıcıllığını gözləyəcək, çətin mənalı sözlərin şərhinə səy göstərəcəklər”[32, s.201-202].
Təmsillərdə işlənən ifadələrin “gizli” məna­ları və izahı, bu mənaların verilmə tərzi kiçik məktəblilərin nitq bacarıqlarının inkişafında öz əksini tapır. Təmsillərin tədrisində istifadə edilən beyin həmləsi, sual-cavab, şaxələndirmə, Venn diaqramı, BİBÖ, akvarium, qərarlar ağacı və s. texnikalardan istifadə edilməsi şagirdlərin monoloji və dialoji nitq bacarıqlarının inkişafında mühüm rol oynayır. “Bu janrda əsərin öyrənilməsi zamanı şagirdlər rollar üzrə oxunun xüsusiyyətləri ilə tanış olurlar. Təcrübə göstərir ki, şagirdlər əsərin bir ifaçı tərəfindən oxunmasına nisbətən, dialoq şəklində yazılmış təmsilin rollar üzrə oxusunda daha həvəslə iştirak edirlər. ... Rollar üzrə oxu zamanı şagirdlər bir-birini görməli, bir-birinə müraciət imkanına malik olmalıdırlar” [15, s.147-148].
Təmsillərdə verilən personajların canlandırılması üçün təşkil edilən rollu oyunlar şagirdlərdə böyük coşqu yaradır. Burada əsas məsələ təmsilin oxusu üzrə işin düzgün təşkilindən asılıdır, çünki şagirdlərin nitqi oxunun tələblərinə cavab verdikdə rolların ifası dolğun və təbii alınır. Təmsillərin öyrənilməsinə marağın yaradılması bilavasitə onun oxusu üzərində aparılan işin səviyyəsi ilə “ölçülür”.
Təmsillərin tədrisinə dair dərs nümunəsi[18].

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin