Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə61/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   57   58   59   60   61   62   63   64   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Standart:1.1.2.Dinlədiyi fikirlə bağlı münasibətini əsas­lan­dırır.
2.2.1.Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir, hekayə, təmsil, nağıl) fərqləndirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir
Mövzu: “Əqrəb və qurbağa”
Təlim nəticəsi:1“Əqrəb və qurbağa” mətni ilə bağlı münasibətini əsaslandırır.
2. “Əqrəb və qurbağa” təmsilini müəyyən olunmuş tələblərə uyğun düzgün oxuyur.
3. “Əqrəb və qurbağa” təmsilini janrlara görə (şeir, hekayə, təmsil, nağıl) fərqləndirir.
4. Təmsildəki əsas fikrə münasibətini bildirir.
İnteqrasiya: H-b.: 2.1.2; 3.1.2; X-d.:2.2.2.
İs üsulu: anlayışın çıxarılması, beyin həmləsi, müzakirə, debat
İş forması: böyük və kiçik qruplarla iş
Resurslar: vatman, şəkillər,slayd, rəngli flamasterlər, qayçı, yapışqan.
Dərsin gedişi
Motivasiya. Problemin qoyuluşu.
Lövhədən anlayışın çıxarılması üsulunda hazırlanmış vatman asılır, bundan əlavə şəkillər təqdim olunur (ağac əkən və budağı sındıran oğlan, kitab oxuyan və kitabı cıran məktəbli, saçlarını darayan və saçları daranmamış qız).
Müəllim suallarla şagirdlərə müraciət edir.
-Şəkildə gördükləriniz haqqında nə deyə bilərsiniz? (fərziyyələr dinlənilir).
-Sual işarəsinin arxasında hansı söz gizlənib?(adət, vərdiş).
-Niyə yaxşı və pis adlandırırıq?(xeyirli və ziyanlı olmasına görə).
-Yaxşı adətlər hansılardır?(...)
-Pis adətlər hansılardır?(...)


Tədqiqat sualı: Adətlər haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması: Əvvəlcə, böyük qrupla iş aparılır.“Əqrəb və qurbağa” təmsili [18, s.125] şagirdlər tərəfindən hissə-hissə oxunur. Müəllim oxunun düz­gün­lüyünə fikir verir, nöqsanları düzəldir. Əsərin janrı haqqında müsahibə aparır. Sonra fəsillərə uyğun bölgü aparmaqla qruplar yaradılır. Hər qrupa iş vərəqi təqdim edilir və vaxt elan olunur (məsələn, qrup işlərinin yerinə yetirilməsinə 10 dəqiqə vaxt verilir).
İş vərəqi 1
1.Təmsili oxuyun. Kimin haqlı olduğunu müəyyənləşdirin və fikirlərinizi əsaslandırın.
2. Təmsilin məzmununa uyğun atalar sözü tapın.
İş vərəqi 2
1.“Dost dosta tən gərək, tən olmasa gen gərək” atalar sözünün bu təmsilə uyğunluğu varmı? Fikrinizi əsaslandırın.
2. Təmsili daha nə cür qurmaq olar? Öz mətninizi söy­ləyin.
İş vərəqi 3
1.Adət sözünü hansı sözlə əvəz etmək olar? Yaxşı və pis bildiyiniz adətlərdən danışın.
Xalqımıza xas olan adətlərdən danışın və münasibət bil­dirin: hansı yaxşıdır, hansı pis (xonça bəzəmək, tonqal qala­maq).
İş vərəqi 4
1.Əqrəb sözünü iki mənada işlədin. Əqrəb və qurbağa haqqında bildiklərinizi danışın.
2. Təmsildəki hadisələrə münasibət bildirin.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin