487
müəyyənləşdirməklə ümumi yerüstü biokütlə ilə aparılacaq azotun miqdarına dair
dəqiq fikir söyləmək mümkün olur.
Abşeronun suvarılan boz-qonur torpaqlarında “Qobustan” yumşaq buğda
sortunun məhsuldarlığı da müxtəlif olmuşdur. Ən yüksək nəticə hektara fosfor,
kalium (P
60
K
60
) fonunda 120 və 150 kq ammonium şorası (təsiredici maddə) verdikdə
alınmışdır. 3 ildə orta hesabla hər hektardan 64,43 və 64,02 sentner dən məhsulu
yığılmışdır. Gübrə hesabına artım gübrələrin norma və nisbətlərindən asılı olaraq
6,66-31,27 sen/ha olmuşdur. Tək azot verdikdə artım 6,66 sen/ha, fosfor, kalium
fonunda hektara 90 kq azot verdikdə gübrə hesabına artım 24,92 sen/ha, 120 və 150
kq azot verdikdə isə müvafiq olaraq 31,27 və 30,86 sen/ha olmuşdur. Tarla
təcrübələrinin nəticələri göstərir ki, fosfor, kalium fonunda azot normasının
artırılması heç də həmişə dən məhsulunun artırılmasını təmin etmir. Belə ki, azot
normasını 90 kq-dan 120 kq-a qədər artırdıqda dən məhsulu 24,92-dən 31,27 sen/ha
qədər artırdığı halda fosfor, kalium fonunda azotun normasını 120 kq/ha və 150 kq/ha
qədər artırdıqda dən məhsulu artımı alınmamışdır (30,87 sen/ha).
“Qobustan” yumşaq buğda sortu tərəfindən azotun gübrədən mənimsənilmə
əmsalı azot gübrəsinin normasından asılı olaraq müxtəlif olmuşdur. Fosfor, kalium
fonunda azot normasını 90 kq-dan 120 kq-a qədər artırdıqda azotun gübrədən
mənimsənilmə əmsalı demək olar ki, dəyişməmişdir. N
90
P
60
K
60
gübrə normasında
gübrədən mənimsənilmə əmsalı 71,04%, N
120
P
60
K
60
gübrə normasında isə 73,70%
olmuşdur. Lakin azot gübrəsinin normasını 150 kq-a qədər artırdıqda azotun
gübrədən mənimsənilmə əmsalı 90 və 120 kq-la müqayisədə 4,4 və 7,06%
azalmışdır.
Dostları ilə paylaş: