Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti



Yüklə 74,2 Kb.
səhifə4/10
tarix04.04.2022
ölçüsü74,2 Kb.
#54703
1   2   3   4   5   6   7   8   9   10
referat 5685

G i r i ş
Bazar münasibətləri şəraitində istehsal prosesinin əsasını əmək vasitələri, əmək əşyaları və istehlak məhsullarının istehsalında insanın məqsədəuyğun fəaliyyəti kimi əməyin özü təşkil edir. Əmək vasitələrinə maşınlar, avadanlıqlar, alətlər və əmək əşyaları təsir göstərmək və istehsal prosesində onların görünüşünü dəyişmək üçün ayrılmış digər alətlər, habelə istehsalın normal işləməsi üçün lazım olan bütün digər maddi şəraitlər (binalar, körpülər, yollar və s.) daxildir. Azərbaycan respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli İ-94 saylı əmri ilə təsdiq edilmiş və 1 yanvar 1996-cı ildə qüvvədə olan “Təşkilatların mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat”a müvafiq olaraq 1 yanvar 1996-cı ildən sonra alınan əsas vəsait vahidinin və y dəstinin dəyərinin minimum həddi 100 manat həcmində müəyyən edilmişdir.

Yeni Milli Mühasibat Uçotu qaydalarında artıq 100 manat məhdudiyyəti yoxdur, sadəcə 1 il məhdudiyyəti var. Belə çıxır ki, yeni standartlara əsasən, əgər hər hansı bir aktivin, əmlakın dəyəri 100 manatdan aşağıdırsa, amma onun faydalı istifadə müddəti 1 ildən yuxarıdırsa, artıq o “torpaq, tikili və avadanlıq” kimi uçota alına bilər.

“Torpaq, tikili və avadanlıqlar üzrə” 7 saylı Milli Mühasibat Uçotu Standartı 64 maddədən ibarətdir və burada tam şəkildə verilib.

Bu standart digər Milli Mühasibat Uçotu Standartının başqa uçot qaydasının tələb etdiyi və ya başqa uçot qaydasının istifadəsinə yol verdiyi hallar istisna olmaqla torpaq, tikili və avadanlıqların mühasibat uçotuna tətbiq edilməlidir.

Bu standart aşağıdakılara tətbiq edilmir:


  1. “satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlərin uçot və dayandırılmış əməliyyatlar üzrə” Kommersiya təşkilatları üçün 23 saylı Milli Mühasibat Uçotu Standartına uyğun olaraq satış üçün nəzərdə tutulmuş kimi təsnifləşdirilən torpaq, tikili və avadanlıqlar;

  2. Kənd təsərrüaftı fəaliyyətinə aid edilən bioloji aktivlər;

  3. Investisiya mülkiyyətinə;

  4. Tədqiqat və qiymətləndirmə aktivlərinin tanınması və ölçülməsinə;

  5. Neft, təbii qaz və oxşar bərpa edilməyən ehtiyatlar kimi yeraltı sərvətlər və faydalı qazıntılardan istifadə hüquqlarına.

Buna baxmayaraq, hazırkı standart bu maddənin b) və a) bəndlərində təsvir edilmiş aktivlərin inkişafı və saxlanılması üçün istifadə olunan torpaq, tikili və avadanlıqlarına tətbiq edilir.

Mühasibat balansının 11-ci maddəsi “Torpaq, tikili və avadanlıqlar” adlanır. Bu maddəyə təşkilatın maddi və fiziki formaya malik aktivləri daxildir. “Torpaq , tikili və avadanlıqlar” 7 saylı Milli Mühasibat Uçotu Standartında açıqlanıb. Mühasibat balansının bu maddəsinə təşkilatın mülkiyyətində olan və ya maliyyə icarəsi üzrə istifadə edilən amortizasiya xərcləri çıxıldıqdan sonra torpağın, tikililərin, avadanlıqların, maşınların, cihazların, nəqliyyat vasitələrinin və digər torpaq, tikili və avadanlıqların xalis balans dəyəri aiddir. Bu maddəyə həmçinin 13 saylı Milli Mühasibat Uçotu Standartına əsasən torpaq, tikili və avadanlıqların təkrar istehsalı ilə əlaqəli yaranmış hər hansı məsrəflərin kapitallaşdırılması daxildir. Torpaq, tikili və avadanlıqlar müvafiq olaraq hesablar planının 111 və 113-cü hesablarında uçota alınır.

Torpaq, tikili və avadanlıqlar dövriyyədənkənar maddi aktivlər olmaqla, hər bir təşkilat tərəfindən aşağıdakı məqsədlər üçün istifadə olunur:


  1. istehsalda və ya mal-materialların çatdırılması və ya xidmətlərin göstərilməsində;

  2. digər tərəflərə icarəyə verilməsi zamanı;

  3. inzibati məqsədlər üçün.

Bütün torpaq, tikili və avadanlıqlar əldə edilməsinə və ya qurulmasına çəkilən xərclərin həcmindən, onların ödənilməsi qaydasından, xidmət müddətindən asılı olaraq, torpaq, tikili və avadanlıqlara və inventarlara bölünür.

Təşkilatda torpaq, tikili və avadanlıqların uçotu üzrə tətbiq edilən ilkin sənədlərin nümunəvi formaları Maliyyə Nazirliyi ilə razılığa əsasən DSK tərəfindən işlənib hazırlanıb. Bu uçot sənədlərinin vahid metodologiyasını və göstəricilər sistemini təmin edir, habelə torpaq, tikili və avadanlıqların, bioloji aktivlərin bütün ilkin uçotunun təşkilini sadələşdirir və nizama salır.

Təşkilatda torpaq, tikili və avadanlıqların uçotu onların nümunəvi təsnifatına müvafiq olaraq , mərkəzləşmiş qaydada təşkil edilir. Uçot hər bir təsərrüfat qrupu daxilində ayrı-ayrı inventar obyektləri çərçivəsində aparılır. İnventar obyekti dedikdə, vahid bütövlükdə birləşdirilmiş və konkret istehsal funksiyalarının yerinə yetirilməsi üçün ayrılmış torpaq, tikili və avadanlıqların, bioloji aktivlərin hər bir ayrıca və ya kompleks əşyası başa düşülür.

Uçotun düzgün təşkil edilməsi və torpaq, tikili və avadanlıqların mühafizəsinə nəzarətin təmin edilməsi üçün, hər bir inventar obyektinə müəyyən nömrə verilir. Həmin nömrə metal jetona dəlinir və yaxud da obyektə yağlı boya ilə yazılır. Bu zaman həmin vəsaitlərin hər bir nomenklatura qrupu üçün seriya sıra nömrəsi ayrılışdır ki, bunun vasitəsi ilə həmin şifr əsasında obyektin bu və ya digər təsnifat qrupuna, məsələn, bina üçün 001-099, qurğular üçün 100-199 və i.a. aid olduğunu müəyyən etmək mümkün olur. İnventar nömrəsi obyektin təşkilatda bütün istismar dövrü ərzində saxlanılır. O, obyektin mövcud olması və hərəkətini rəsmiləşdirən bütün ilkin sənədlərdə əks olunur.

Torpaq, tikili və avadanlıqların obyektlər üzrə analitik uçotu təşkilatın mühasibatı tərəfindən nümunəvi formada inventar kartoçkalarında aparılır. Bütün inventar kartoçkaları hər bir obyektə ayrıca açılır.

İstismar prosesində təşkilatın daxilində obyektin yerdəyişməsi haqqında , onun əsaslı təmiri və çıxması haqqında kartoçkalarda qeydlər aparılır. Bunun üçün əsas, ilkin sənədlərin, texniki pasportların və vəsait obyektlərinin əldə edilməsinə, qurulmasına, yerləşməsinə və ləğv edilməsinə aid digər sənədlərin məlumatları xidmət edir. Ən mühüm obyektlərə təşkilatın baş mexanik şöbəsində xüsusi pasport hazırlanır.

Torpaq, ikili və avadanlıqların düzgün istifadə edilməsi, ölkənin iqtisadiyyatının gələcəkdə yüksəldilməsi üçün böyük əhəmiyyətə malikdir. Ona görə həmin vəsaitlərin yaxşı təşkil edilmiş mühasibat uçotu çox vacibdir.



  1. Yüklə 74,2 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin