Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti


Təsərrüfatın iqtisadi xarakteristikası



Yüklə 74,2 Kb.
səhifə6/10
tarix04.04.2022
ölçüsü74,2 Kb.
#54703
1   2   3   4   5   6   7   8   9   10
referat 5685

Təsərrüfatın iqtisadi xarakteristikası

Göygöl – Azərbaycan Respublikasında rayondur. İnzibati mərkəzi Göygöl şəhəridir. Göygöl rayonu Gəncə-Qazax istisadi rayonuna daxildir. Ərazisi 1030 km2, əhalisi 57000 nəfərdir.

Bu rayon Azərbaycan Respublikası iqtisadiyyatında həm resurs, həm də geoiqtisadi baxımdan önəm daşımaqla respublika əhəmiyyətli iqtisadi siyasi layihələrində nəzərə alınmaqdadır. Gəncə-Qazax iqtisadi rayonu Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göy-göl, Qazax, Şəmkir, Tovuz rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir. Həmin rayon və şəhərlər inzibati ərazi vahidində, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinə bölünürlər. İqtisadi rayonda 12 şəhər, 9 rayon, 2 şəhərdaxili rayon, 42 qəsəbə, 278 kənd inzibati ərazi vahidləri və 521 kənd yaşayış məntəqələri vardır. Gəncə-Qazax iqtisadi rayonunda 375 bələdiyyə fəaliyyət göstərir.

Tədqiqat aparılan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu nun yardlmçı təcrübə təsərrüfatı Göygöl rayonundakı Firuzabad qəsəbəsində yerləşir Qəsəbə rayon mərkəzindən 8 km aralı məsafədə yerləşir.

Təsərrüfatı iqtisadi cəhətdən xarakterizə etmək üçün aşağıdakı göstəricilərdən istifadə olunmalıdır: təsərrüfatın torpaq fondunun quruluşu, təsərrüfatın həcmini xarakterizə edən göstəricilər, satılan məhsulların rentabellik səviyyəsi, əsas fondların quruluşu və s.

Tədqiqat aparılan ETHİ-nun yardımçı təcrübə təsərrüfatının həcmini xarakterizə edən göstəriciləri 2.1 saylı cədvəldən görmək olar.

Cədvəl 2.1.

Göygöl rayonundakı ETHİ-nun yardımçı təcrübə təsərrüfatının

həcmini xarakterizə edən göstəricilər



Göstəricilər



İ l l ə r

2011-ci ilə nisbətən 2013-cü ildə artma +, azalma -

2011

2012

2013


1. Ümumi məhsul, manat

48208

50534

36400

-11808`

2. Ümumi milli gəlir, man.

37684

5542

13186

-24498

3. Əmtəəlik məhsul, man.

22508

23000

11923

-10585

4. Kənd təsərrüfatına yararlı torpaq, ha

1501

1501

1501



O cümlədən : əkin yeri, ha

263

263

163

-

5. İşçilərin orta illik sayı, nəf.

10

12

16

-

6. Əsas fondların orta illik dəyəri ,man.

52472

79281

71846

+6


O cümlədən: k kənd təsərrüfatı təyinatlı əsas istehsal, fondlar man.

73252

57360

71846

-10626


7. Mal-qara, şərti baş

157

127

129

-1406

8. Məhsul istehsalı, sent.

332

307

486

-28

taxıl

599

150

926

+151

quru ot

123

108

46

+327

süd

19,3

14

17

-77

ət (diri çəkidə)










-2,3

yun

5

2,0

2,4

-2,6

2/1 saylı cədvəlin məlumatlarından görünür ki, ETHİ-nun yardımçı təcrübə təsərrüfatı ümumi məhsulun həcminə, əmtəəlik məhsulun həcminə görə rayonda orta təsərrüfatlardan biridir. Aparılan tədqiqatdan aydın olur ki, təsərrüfatda illər üzrə ümumi məhsul istehsalı 36400 manatdır. Belə ki, ümumi məhsulun həcmi 2011-ci ilə nisbətən 2013-cü ildə 11808 manat azalmışdır. Həmin illərdə ümumi gəlir və əmtəəlik məhsulların dəyəri də azalmışdır. Belə ki, 2013-cü ildə 2011-ci ilə nisbətən ümumi gəlir 24498 manat və əmtəəlik məhsulun dəyəri 10585 manat azalmışdır.

Son üç ildə təsərrüfatda kənd təsərrüfatına yararlı torpaq sahəsinin həcmi, əkin sahəsi dəyişməmişdir. 2011-2013-cü illərdə kənd təsərrüfatına yararlı torpaq sahəsi 1501 hektar və əkin yeri 263 hektar təşkil etmişdir.

2011-ci illə müqayisədə 2013-cü ildə əsas fondların orta illik dəyəri 19896 manat, kənd təsərrüfatı təyinatlı əsas istehsal fondlarının dəyəri 1406 manat, mal-qaranın sayı 28 şərti baş, süd istehsalı 77 sentner, ət (diri çəkidə) 23 sentner, yun istehsalı 2,6 sentner azalmış, işçilərin orta illik sayı 6 nəfər, taxıl istehsalı 154 sentner, quru ot istehsalı 327 sentner artmışdır.

Müəssisənin istehsal-təsərrüfat prosesində məhsul istehsalı üçün müxtəlif əmək, material, pul ehtiyatlarından istifadə edirlər. Onların tərkibində əsas yerlərdən birini də əsas fondlar tutur.

Tədqiqat aparılan Göygöl rayonundakı ETHİ-nun yardıçmçı təcrübə təsərrüfatı heyvandarlıq təsərrüfatı olduğu üçün burada əsas fondların tərkibində binaların və qurğuların xüsusi çəkisi yüksəkdir. Bunu 2.2 saylı cədvəldən görmək olar

Cədvəl 2.2

ETHİ-nun yardımçı təsərrüfatında əsas fondların tərkibi və quruluşu



Göstəricilər



2011-ci il

2013-cü il

2011-ci ildə 2012-ci ildə

Artma +, azalma -


Manat


Yekuna görə %-lə

Manat


Yekuna görə %-lə

1. Binalar

38892

47,3

38892

47,3

-

2. Qurğular

617

0,7

617

0,8

-

3. Maşın və avadanlıqların cəmi

8621

10,5

8621

12,0

-

O cümlədən:

a)güc maşınları və avadanlıqları


1717

2,1

1717

2,4

-


b)iş maşınları və avadanlıqları

4062

4,Ş9

4062

5,7

-

4.Nəqliyyat vasitələri

6856

8,3

2698

3,7

-4158

5. İstehsalat və təsərrüfat inventar və alətləri

1912

2,3

1912

2,7

-


6. Məhsuldar heyvanlar

25112

30,4

18644

25,9

-6468

7. Əsas vəsaitlərin cəmi

82472

100

71846

100

-10626

O cümlədən: bitkiçilikdə

40809

49,5

34206

47,6

-6603

heyvandarlıqda

41663

50,5

37640

52,4

-4023

Cədvəlin təhlili göstərir ki, ETHİ-nun yardımçı təctübə təsərrüfatında 2013-cü ildə əsas vəsaitlərin cəmi 2011-ci ilə nisbətən 10626 manat azalaraq 71846 manata enmişdir. 2011-ci ildə əsas istehsal fondlarının tərkibində binalar 38892 manat və ya 47,3 %, qurğular 617 manat və ya 0,7 % , maşın və avadanlıqların cəmi 8621 manat və ya 10,5 %, nəqliyyat vasitələri 6856 manat və ya 8,3 %, istehsal və təsərrüfat inventar və alətləri 1912 manat və ya 2,3 % , məhsuldar heyvanlar 25112 manat və ya 30,4 % təşkil etmişdir. Göründüyü kimi 2011-ci illə müqayisədə əsas istehsal fondlarının tərkibində 2013-cü ildə azalma yalnız məhsuldar heyvanların və nəqliyyat vasitələrinin dəyərində olmuşdur. Əsas istehsal vəsaitlərinin tərkibində hər iki ildə əsas yeri heyvandarlığın əsas vəsaitləri tutur. Bu göstərici 50,5 - 52,4 % təşkil edir.

Bazar iqtisadiyyatı şəraitində rentabellik göstəricilərindən istifadə bir qədər genişdir. Bu göstərici əsas və dövriyyə fondlarından istifadəni, məsrəflərin iqtisadi səmərəliliyinin və s. bu kimi vacib məsələlər barəsində təsəvvür yaradır. Ayrı-ayrı məhsullar üzrə rentabellik səviyyəsini hesablamaq üçün satışdan əldə edilən mənfəəti həmin məhsulun tam maya dəyərinə bölmək lazımdır. Bu göstəricinin təhlil edilməsi böyük əhəmiyyət kəsb edir.

ETH-nun yardımçı təcrübə təsərrüfatında satılmış məhsulların rentabellik səviyyəsini müəyyən etmək üçün 2.3 saylı cədvəlin məlumatlarını nəzərdən keçirək.

Cədvəl 2.3

ETHİ-nun yardımçı təcrübə təsərrüfatında satılan məhsulların

rentabellik səviyyəsi


Göstəricilər



İ l l ə r

2011-ci ilə nisbətən 2013-cü ildə artma +,azalma -

2011

2012

2013


1. Satılan məhsulların maya dəyəri, manat

22508

23000

11923

-10585


O cümlədən: bitkiçilik

6178

3154

600

-5578

heyvandarlıq

16330

19486

11323

-5007

2. Satılan məhsulların tam maya dəyəri, man.

36021

28223

16524

-19497


O cümlədən: bitkiçilik

21681

2600

816

-20865

heyvandarlıq

14340

25623

15708

+1368

3. Mənfəət +, zərər -, man.

-13513

-5223

-4601

+8912

O cümlədən: bitkiçilik

-15503

+914

-216

+15287

heyvandarlıq

+1990

-6137

-4385

-6375

4. Rentabellik səviyyəsi, %-lə













O cümlədən: bitkiçilik

-71,5

-35,2

-26,4

+45,1

heyvandarlıq

+13,9

23,9

-27,9

-41,8

2.3 saylı cədvəlin məlumatlarında göründüyü kimi ETHİ-nun yardımçı təcrübə təsərrüfatı son 3 ildə zərərlə nəticələnmişdir. Belə ki, 2011-ci ildə zərərlilik səviyyəsi 18,5 % və 2013-cü ildə zərərlilik səviyyəsi 27,9 % təşkil etmişdir. Təsərrüfatda hər iki sahə, həm bitkiçilik həm də heyvandarlıq sahələri son iki ildə zərərlə işləmişdir. 2013-cü ildə satılan məhsulların dəyəri 11423 manat, onların tam maya dəyəri 16524 manat olmuşdur. 2011-ci ildə 13513 manat, 2012-ci ildə 5226 manat, 2013-cü ildə isə 4601 manat zərər əldə edilmişdir. 2011-ci illə müqayisədə bütövlükdə təsərrüfat üzrə 2013-cü ildə zərərlilik səviyyəsi 9,6 %, o cümlədən bitkiçilik üzrə 45,1 % azalmış, heyvandarlıq üzrə isə 41,8 % artmışdır.

Təsərrüfatın iqtisadi şəraitinin təhlili göstərir ki, təsərrüfatda kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli şərait mövcuddur.


Yüklə 74,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin