Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti


Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi



Yüklə 74,2 Kb.
səhifə8/10
tarix04.04.2022
ölçüsü74,2 Kb.
#54703
1   2   3   4   5   6   7   8   9   10
referat 5685

3.2. Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
Torpaq, tikili və avadanlıqların tənzimləşdirilməsi və uçota alınmasında onların düzgün qiymətləndirilməsinin böyük əhəmiyyəti vardır. Torpaq, tikili və avadanlıqlar natural və dəyər göstəriciləri üzrə qiymətləndirilir.

Torpaq, tikili və avadanlıqların natural göstəricilər üzrə uçota alınması və tənzimlənməsi həmin vəsaitlərin texniki tərkibini müəyyən etməyə, təşkilatın istehsal güclərini hesablamağa, istehsal fondlarından səmərəli istifadə etmək üçün daxili istehsalat imkanlarını aşkara çıxarmağa imkan verir. Torpaq, tikili və avadanlıqların dəyərlə qiymətdən düşməsinin də böyük əhəmiyyəti vardır. Torpaq, tikili və avadanlıqların dinamikası, quruluşu, həmin vəsaitlərin ümumi məbləği dəyərlə hesablanır. Torpaq, tikili və avadanlıqlar: a) ilkin dəyərlə; b) ədalətli dəyərlə; c) köhnəlmə dəyərini çıxmaqla hesablanmış dəyərlə (qalıq dəyəri balans dəyəri ilə qiymətləndirilir.

Torpaq, tikili və avadanlıqlar, onların gətirilməsi və qurulması üzrə xərcləri daxil etməklə, əldə edilməsinə və yaxud tikintisinə çəkilən məsrəflərdən ibarət olan bütöv manata qədər məbləğlərdə ilkin (inventar) dəyərilə uçota alınır.

Torpaq, tikili və avadanlıqların ilkin dəyəri, bir qayda olaraq onların bütün fəaliyyət dövrü ərzində dəyişilmir. Yalnız kökündən yenidənqurma və ya yeni avadanlıqda təmin edilmə , ya da ilkin dəyərində səhvin aşkar edilməsi istisnalıq təşkil edir. Ümumiyyətlə, yenidən qiymətləndirmə ancaq hökumətin qərarı ilə həyata keçirilir.

İlkin dəyər aşağıdakı düstur əsasında hesablanır: İd = Q+Naq+Mon

Burada İd – torpaq, tikili və avadanlıqların ilkin dəyərini;

Q – avadanlığın alınma qiyməti;

Naq – avadanlığın istehsalata gətirilməsi ilə əlaqədar olan

hazırlıq və nəqliyyat xərcləri;

Mon – tikinti-quraşdırma xərcləri.

Cari uçotda ilkin dəyərdən başqa torpaq, tikili və avadanlıqların qalıq dəyəri ilə müəyyən edilir. Torpaq, tikil və avadanlıqların qalıq dəyərini tapmaq üçün onun ilkin dəyərindən köhnəlmə məbləğini çıxmaq lazımdır.

Avadanlıqların istehsalı və eləcə də tikinti işlərinin aparılması müxtəlif dövrlərdə əmək məhsuldarlığının, əmək haqqının və materiallar üçün qiymətlərin səviyyəsi dəyişilən şəraitdə aparılır. Ona görə müxtəlif vaxtlarda əldə edilmiş, yaxud istehsal edilmiş birinci torpaq, tikili və avadanlıqların ilkin dəyəri əmək məsrəflərinin müxtəlif səviyyəsini əks etdirir, yəni eyni növ torpaq, tikili və avadanlıqların başagəlmə məbləği müxtəlif olur.

Torpaq, tikili və avadanlıqları ilkin dəyərini və qalıq dəyərini cari uçot məlumatlarından istifadə etməklə aşkar etmək mümkün olarsa, ədalətlidəyəri iə yalnız torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi yolu ilə müəyyən edilir. Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi 1925-ci ilin oktyabrın 1-də aparılmışdır. Bu tarixə kimi təşkilatların balanslarında torpaq, tikili və avadanlıqlar həm əvvəlki çar valyutsı ilə (qızıl manatla) və həm də qiymətdən düşmüş sovet valyutası ilə uçota alınırdı. Yenidən qiymətləndirmə sonra 1945-ci il yanvarın 1-nə və 1960-cı ilə yanvarın 1-nə olan tarixə aparılmışdır. Texniki tərəqqinin yüksək templə inkişafı və planlaşdırmanın təkmilləşdirilməsinə yönəldilmiş bir sıra iqtisadi tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq 1972-ci il yanvarın 1-nə olan vəziyyətə növbəti yenidən qiymətləndirmənin aparılmasının vacibliyi ortaya çıxdı.

Bərpa (ədalətli) dəyəri dedikdə müasir şəraitdə torpaq, tikili və avadanlıqların həmin obyektinin əldə edilməsi və ya tikilməsi üçün lazım olan məsrəf məbləğləri başa düşülür.

Azərbaycan Respublikasında torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi üç dəfə Nazirlər Kabinetinin aşağıdakı müvafiq qərarları ilə həyata keçirilmişdir:


  1. 20 yanvar 1993-cü il tarixli 57 saylı qərar;

  2. 16 iyun 1994-cü il tarixli 238 saylı qərar;

  3. 2 avqust 1996-cı il tarixli 99 saylı qərar.

1993-cü ilin yanvarın 1-nə yenidən qiymətləndirilmiş torpaq, tikili və avadanlıqların onların bərpa dəyəri hesab olunurdu. 1993-cü il yanvarın 1-dən sonra işə salınan torpaq, tikili və avadanlıqlarınki isə onun inventar dəyəri hesab olunurdu.

Azərbaycan Respublikasının NK-nin 2 avqust 1996-cı ildə AR-da torpaq, tikili və avadanlıqların (fondların) yenidən qiymətləndirilməsi haqqında 99 saylı qərarı olmuşdur. Torpaq, tikili və avadanlıqların balans dəyərinin mövcud bazar qiymətlərinə uyğunlaşdırılması və özəlləşdirmə prosesində dövlət əmlakının dəyərinin düzgün müəyyənləşdirilməsini təmin etmək mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq AR-da olan bütün idarə və təşkilatlara tapşırılmışdır ki, 1996-cı il iyul ayının 1-i vəziyyətinə mövcud torpaq, tikili və avadanlıqların bu qərarda təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, indeksləşdirmə yolu ilə yenidən qiymətləndirilməsini həyata keçirsinlər.

Həmin qərarda müəyyən edilmişdir ki, bütün təşkilatlarda torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi nəticəsində yaranan dəyər fərqi onların sərəncamında qalır. Bu qərarda torpaq, tikili və avadanlıqların vahidinin və dəstinin dəyərinin minimum həddi 100 manat həcmində limitləşdirilməsi nəzərdə tutulmuşdur.

Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsinin nəticələri mühasibat uçotu və hesabatında aşağıdakı qaydada əks etdirilir.

01 iyul 1996-cı ilə balansda olan əsas vəsaitlərin balans dəyərinə təyin edilmiş müvafiq indekslər (əmsallar) tətbiq etmək yolu ilə yenidən haqq-hesab edilərək bərpa dəyəri müəyyənləşdirildikdən (yenidən qiymətləndirildikdən) sonra onların 01 iyul 1996-cı ilə balans dəyəri ilə bərpa dəyəri arasındakı fərq (artım) 01 “Əsas vəsaitlər”, eyni zamanda gələcəkdə alınma hüququ olan uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər üzrə 03 “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” debetində və istehsalat təyinatlı əsas vəsaitlər 87 “Əlavə kapital” hesabının, qeyri-istehsalat təyinatlı əsas vəsaitlər üzrə isə 88 “Bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər)” hesabının 4-cü “Sosial sferaların fondu” subhesabının kreditində əks etdirilir.

Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi və bunların əsaslandırılmış köhnəlmə normalarının müəyyən edilməsi məhsulun maya dəyərinin hesablanması üçün mühüm əhəmiyyət kəsb dir.

Mühasibat uçotunda və hesabatda torpaq, tikili və avadanlıqların bir qayda olaraq, ilkin dəyərlə əks əks etdirirlər, o da aşağıdakı obyektlər üçün müəyyən edilir:

a)təşkilatın özündə hazırlananlar, habelə ödəmə hesabına digər təşkilatlardan və şəxslərdən əldə edilənlər – gətirilmə, quraşdırma, tikilmə üzrə xərcləri daxil etməklə həmin obyektlərin tikilməsi və ya əldə edilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq;

b) nizamnamə kapitalına təsisçilər tərəfindən onların keçirdikləri qoyuluşların tərəflərin razılaşması üzrə;

c) digər təşkilatlardan və şəxslərdən əvəzsiz alınanlar, habelə hökumət orqanının subsidiyaları kimi daxil olanlar – ekspert yolu ilə və ya qəbul-təhvil sənədlərinin məlumatları üzrə.

Əvvəlcə istismarda olan ödəmə hesabına əldə edilən torpaq, tikili və avadanlıqlar, gətirilmə və qurulma üzrə xərcləri, habelə alqı-satqıya aid sənədlərdə göstərilən, bu obyektlər üzrə köhnəlmə məbləği əlavə olunan dəyərlə uçota qəbul edilir.

Torpaq, tikili və avadanlıqların ilkin dəyəri, əgər həyata keçirilmələri nəticəsində səmərəli xidmət müddəti və ya obyektlərin istehsal gücləri artarsa, buraxılan məhsulların miqdarı çox olarsa və ya onun istehsalat maya dəyəri aşağı düşərsə, texniki yenidən quraşdırmalarla və ya əsaslı modifikasiyası (yenidən qurulması) ilə əlaqədar olan xərclərin məbləği qədər artır.

Yuxarıda qeyd olunanlarla yanaşı ilkin dəyər aşağıdakılar hesab olunur:


  1. Bina və qurğular üçün onlar proqram üsulu ilə tikilən zaman – obyektin smeta (müqavilə) qiyməti; onlar təsərrüfat üsulu ilə tikilən zaman isə - obyektin faktiki maya dəyəri. Hər iki halda ilkin dəyərə layihə-axtarış işlərinə çəkilən daxil edilir;

  2. Quraşdırma tələb edən avadanlıqlar üçün əldə edilmə üzrə məsrəflər, gətirilmə üzrə xərclər, özüllər və ya dayaqların quraşdırılması və tikilməsi üzrə və layihə-axtarış işlərinə məsrəflər, həmçinin obyektlərin inventar dəyərinə daxil edilməli olan digər məsrəflər;

  3. Quraşdırma tələb etməyən avadanlıqlar üçün – gətirilməsi üzrə xərcləri və göstərilən avadanlıqların əldə edilməsi ilə əlaqədar olan sair xərcləri daxil etməklə əldə edilməsi üzrə məsrəflər;

  4. Əvəzsiz daxil olan vəsaitlərin obyektləri üçün – lazım olan hallarda obyektin qurulmasına məsrəfləri əlavə etməklə verilməyə aid sənədlərdə göstərilən , verən tərəfin mühasibat uçotunun məlumatları üzrə onların dəyəri;

  5. Əvvəlcə istismarda olan və ödəmə hesabına əldə edilən torpaq, tikili və avadanlıqların obyektləri üçün – satışa aid sənədlərdə göstərilən, köhnəlmə məbləğlərini əlavə etməklə, əldə edilməyə, götürülməyə, quraşdırmaya aid məsrəflər.

Torpaq, tikili və avadanlıqların obyektləri kifayət qədər uzun dövr ərzində xidmət etdikləri üçün, onların ilkin dəyəri tədricən müasir şəraitdə oxşar obyektlərin tikilməsinə və əldə edilməsinə çəkilən xərclərdən kənarlaşır. Bu kənarlaşma onların ədalətli qiymətləndirilməsini tətbiq etmək nəticəsində, daha doğrusu, ilkin dəyərini müasir şəraitdə obyektlərin təkrar istehsalı dəyərinə yenidən hesablanması nəticəsində nəzərə alınır. İlkin dəyərin ədalətli dəyərə dəyişilməsi torpaq, tikili və avadanlıqların müvafiq obyektələrin yenidən qiymətləndirilməsi yolu ilə baş verir.

Bazar iqtisadiyyatı şəraitində aktivləri real qiymətləndirmək vacibdir, ona görə torpaq, tikili və avadanlıqların ədalətli dəyərlə yenidən qiymətləndirilməsi, bazarın vəziyyəti (konyukturası) dəyişdikcə daimi həyata keçirilir. Torpaq, tikili və avadanlıqların əvvəlki və yeni ədalətli dəyəri arasındakı fərq cari ilin maliyyə nəticələrinə (mənfəətə) aid edilir.

Torpaq, tikili və avadanlıqların dəyəri fiziki və mənəvi köhnəlmənin təsiri nəticəsində azalır. Bu azalma amortizasiya ayırmaları hesabına, daha doğrusu, amortizasiya ayırmalarının normaları üzrə köhnəlməni istehsal edilən məhsulların dəyərinə daxil etməklə ödənilir. Torpaq , tikili və avadanlıqların obyektlərinin ədalətli dəyərlə qiymətləndirilməsi ilkin dəyərdən və ya ədalətli dəyərdən hesablanmış köhnəlməni çıxmaq yolu ilə həyata keçirilir.

Beləliklə, torpaq, tikili avadanlıqlar qiymətləndirmənin üç növünə: ilkin, ədalətli və qalıq növünə malikdir. Təşkilatın torpaq, tikili və avadanlıqları balansda qalıq dəyəri ilə əks olunur. Arayış şəklində balansın valyutasına daxil edilməklə torpaq, tikili və avadanlıqların ilkin dəyəri və köhnəlməsi göstərilir.



Yüklə 74,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin