AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Akseptor sahənin xüsusiyyətləri və hazırlanması



Yüklə 1,26 Mb.
səhifə12/28
tarix25.11.2016
ölçüsü1,26 Mb.
#37
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

Akseptor sahənin xüsusiyyətləri və hazırlanması:


Dəri qreftləri cərrahi yolla açılmış, təmizlənmiş, dəri qüsuru və ya qranulyasiya toxuması inkişaf edən yaralar üzərinə köçürülür. Bu yaralar birləşdirici toxumanı qidalandıra bilən və qranulasiya toxuması əmələ gətirə bilən qan dövranına malik olmalıdır. Radiasiya verilmiş sahələrdə isə çox yavaş da olsa, qranulaqsiya toxuması inkişaf edir. Təmiz sümük, qığırdaq, vətər və sinir toxumasında qranulasiya toxuması inkişaf etmir.

Qranulyasiya gedən sahələrdə qreft üçün iki amil əsas tutulmalıdır.



  • Klinikası

  • Bakterial florası

Sağlam qranulyasiya toxuması qüsursuz, qırmızı rəngli və vaskulyardır. Spontan qanaxmalar və üzərində kollagen təbəqələr olmur. Uzun müddət qreftlənməyən qranulyasiya toxuması fibrozlaşır. Tipik jelatinli görünüşü olan hemorragik qranulyasiya toxuması, Streptococcus pyogenes üçün əlverişli şəraitdir.

Tərkibində 1 qram toxumaya 100 000 (105)-dən çox bakteriya olan toxumalarda dəri qrefti tutmur. Streptococcus pyogenes üçün bu miqdar daha da azdır. Normal dəridə 103/qram toxuma miqdarında stafilokok, streptokok və digər bakteriyalar var. Yaralanmadan sonra bu sayın 105 olana qədər keçən müddətinə “qızıl period” deyilir. Yad cisimlər bu müddəti qısaldır. Bakteriyaların təzyiq altında irriqasiya (kanal və ya boşluğun içərisinin antiseptiklə yuyulması) və yaradan ölü toxumanın kəsilib təmizləməsi lazımdır. Qranulyasiya toxuması inkişaf edən sahələrdə bu məqsədlə alloqreft və ya təzə amniotik membranın bioloji sarğı olaraq istifadə olunması effektlidir. Yaralanmadan sonrakı ilk 3-4 saat müddətində antibiotiklərin tətbiqi təsirli olur. Yerli antibakterial preparatlar daha effektli olur.


Dəri qreftlərinin götürülməsi:

Natamam dəri qreftlərinin kəsilməsi:


Ən çox istifadə olunan qreft alətləri aşağıdakılardır:

  • Humby bıçağı: Blair modelindən inkişaf etdirilmiş və onun yerinə keçmişdir. Ən çox istifadə olunan qreft kəsmə alətidir.

  • Drum dermatomu

  • Elektrikli dermatom

Qreft götürüləcək nahiyə müvafiq antiseptik məhlulla təmizlənir. Bıçağı rahat hərəkət etdirə bilmək üçün nahiyə vazelinlənir. Donor nahiyə müvafiq vəziyyətdə asistent tərəfindən gərgin tutularkən cərrah qrefti götürür.

Tam dəri qreftlərinin kəsilməsi:

Defektin modeli donor sahədə çəkilərək götürüləcək qreftin defekt sahəsinə tam uyğynluğu təmin olunur. Qreft lanset, pinset və qayçının köməyi ilə götürülür. Tam dəri qreftləri altında piy toxuması saxlanılmamalıdır. Əgər qalıbsa, defekt sahəsinə qoyulmazdan əvvəl qayçının köməyilə təmizlənməlidir.



Dəri qreftlərinin tətbiqi. Tətbiq olunma prinsipləri natamam və tam qreftlər üçün eynidir. Hər ikisində də akseptor sahənin hemostazı kifayətli olmalıdır.

Natamam dəri qreftləri 3 formada tətbiq oluna bilər:



  • Sheet (təbəqə) qreft. Xüsusilə, infeksiyanın olmadığı cərrahi yaralara qreft tək bir təbəqə şəklində tətbiq olunur.

  • Mesh (ilgək) qreft: Tək bir təbəqə qreftdə kiçik dəlikər açılmışdır. Bu dəlikər İnfeksiyanın olduğu, hemostazın yaxşı olmadığı nahiyələrdə drenajı təmin edir . Sağalmadan sonra estetik görünüşü yaxşı deyil.

  • Postage-stamp qrefti (poçt markası ölçüsündə qreftlər): İnfeksiyalaşmış nahiyələrə kiçik hissələr şəklində qreft qoyulur.

Bağlı qreftləmə. Qreft köçürüldükdən sonra yatağı ilə sıx təmas etməsi üçün kip sarğı qoyulur. Bu iki üsulla edilir:

  1. Tie-over dressing. Qreftin üzərindəki təzyiqi saxlayan tikişlərdir. Qreft yatağına tikilir, sapların ucları uzun saxlanılır və qreftin üzərinə qoyulan sintetik süngərin üzərində bağlanıb bərkidilir. Qreft ilə süngər arasında furasilinli steril sarğı qoyulmalıdır ki, ilk sarğı zamanı çətinlik törətməsin.

  2. Kip sarğı. Qranulyasiyalı sahələrdə yaranın kənarları tikiş tutmadığı üçün bu metoddan istifadə olunur. Amma üz nahiyyəsində istifadəsi çətinlik törədir. Tam dəri qreftlərində kip sarğı ilə immobilizasiya 7-10 gün (bu müddətdə qreftdə vaskulyarizasiya yaranır), natamam dəri qreftləri üçün 7 gün kifatət edir. Qranulyasion nahiyələrdə natamam dəri qreftinin sarğısı əməliyyatdan 4 gün sonra açılır. Bundan sonra qoyulan dəstək və immobilizasiya sarğısı, qreftin bərkiməsinə qədər qalır.

Açıq qreftləmə. Sağlam bir qranulyasiya sahəsinə hemostaz problemi olmadığı zaman edilir. Beləliklə, qreftə nəzarət mümkün olur.

Donor sahəyə qulluq. Dəri qreftləri sağalarkən iki tip büzüşmə müşahidə olunur.


  1. Birincili büzüşmə. Qreft götürüldükdən dərhal sonra derma təbəqəsindəki elastik liflərin yığılması ilə kiçilir. Bu qreft nə qədər qalındırsa, elastik liflərin yığılması o qədər çox olur. Lakin qrefti gərməklə (dartmaqla) öhdəsindən gəlinə bilər.

  2. İkincili büzüşmə. Qreft ilə yatağı arasındakı çapıq toxmasının inkişafı nəticəsində olur. Qreftləmədən sonrakı 10-cu gündə başlayır və 6 ay davam edir. Aşağıdakı amilləri nəzərə almaq lazımdır.

  • dəri qrefti nə qədər qalındırsa, bir o qədər az olur.

  • akseptor sahə nə qədər rigiddirsə, bir o qədər az olur.

  • dəri qrefti nə qədər tamlıqla bitişərsə, bir o qədər az olur.

Zədənin növü

Qreftin növü

Seçilmə səbəbi

Infeksion yaralar (yanıq-lar da daxil olmaqla)

Natamam nazik və ya ilgək qreftlər

Qalın qreftlərin bu tip zədələr də bitişmə ehtimalı azdır.

Qidalanması pis olan sahələrdə olan yaralar

Natamam nazik və ya ilgək qreftlər

Qalın qreftlərin bu tip zədələrdə bitişmə ehtimalı azdır.

Kiçik səthli üz yaraları

Tam qreft və ya lokal fleb

Ən yaxşı estetik nəticəni verir.

Böyük səthli üz yaraları

Tam qreft və ya fleb

Donor sahənin məhdud ölçüdə olmasına görə tam dəri qrefti istifadə olunmur.

Bükücü səthdə infeksiya-laşmayan yaralar

Natamam qalın və ya tam qreft və ya fleb

Minimal kontraktura inkişaf edir.

Tam qalınlıqda göz qapağı itkisi

Lokal flep və ya birləşmiş dəri qrefti

Bərpa üçün birdən çox toxuma elementi lazım olur.

Burun ucunda dərin itki

Lokal flep və birləşmiş dəri qrefti

Bərpa üçün natamam və tam dəri qreftlərindən daha qalın toxuma lazımdır.

Vətəri və ya siniri qopmuş açıq yaralar

Fleb

Qalın qoruyucu bir örtük lazımdır, açıq vətər və sinir üzərində dəri qrfeti bitişmir.

Açıq avaskulyar sümük və ya qığırdaq

Dəri və ya əzələ flebi

Sərbəst qreftlər avaskulyar akseptor sahələrdə yaşamırlar.

Dərin radiasiya yanığının kəsilib xaric edilməsi nəticəsində yaranan yaralar

Aksial və ya muskulokutan (əzələ-dəri) fleb

Dəri qreftləri avaskulyar akseptor sahələrdə yaşamırlar.

Dəri qreftləri götürüldükləri nahiyənin xüsusiyyətlərini özündə saxlayır. Əvvəlcə tük follikulları, piy vəziləri və sinir ucları kəsildiyi üçün quru olurlar. Bu müddətdə nəmli saxlanılmalıdırlar. Hissiyatın bərpası qreftləmədən 3 həftə sonra başlayır, iki ilə qədər davam edir. Bu səbəbdən dəri qreftlərinə əməliyyatdan sonra 6 ay qulluq etmək lazımdır.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin