Epidemiyalogiyası. Fogh Anderson (1939) Danimarkada dodaq və damaq yarıqlarına 1,5% - 1,8% rast gəlmişdir. Müxtəlif ölkələrdə fərqli statistik məlumatlar olsa da, ümumiyyətlə, dodaq və damaq yarıqlarına 0,1%, yalnız damaq yarıqlarına 1/2500 halda rast gəlinir. Fogh Andersona görə dodaq və damaq yarıqları aşağıdakı faizlərdə rast gəlinir: ancaq dodaq yarıqları - 25%, dodaq və damaq yarıqları - 50%, ancaq damaq yarıqları -25%. Dodaq və damaq yarıqları ümumiyyətlə 63% hallarda kişilərdə, 37% hallarda qadınlarda, təkcə damaq yarığı isə 70% hallarda qadınlarda, 30 % hallarda isə kişilərdə rast gəlinir.
Dodaq və damaq yarıqlarının müştərək olmasında irqin rolu vardır. Statistik məlumatlara görə Yaponiyada dodaq və damaq yarıqlarına 0,21% sıxlıqla, Zaqafqaziyada isə 0,1% sıxlıqla rast gəlinir. Amerikada zəncilər arasında aparılan statistikaya görə dodaq və damaq yarıqlarına demək olar ki, rast gəlinmir. Lakin sadəcə damaq yarığının meydana gəlməsində irq fərqinə rast gəlinməmişdir.
Anatomiyası. Dodaq yarıqlarını və onunla birlikdə rast gəlinən nazal deformasiyaları normal strukturuna gətirmək üçün əvvəlcə normanı bilmək vacibdir. Hər xəstədə hansı tip anomaliyanın olması diqqətli olaraq araşdırılmalı, əvvəlcədən nə etmək mümkün olduğunu və əlimizdə nələrin olduğunu bilərək mümkün olanın ən yaxşısını tətbiq etmək vacibdir.
Normal bir burun septumdan ibarət düzgün vəziyyətdə yerləşmiş kolumelladan ibarətdir. Burun qanadlarının bucaqları simmetrik yerləşərək bərabər ölçüləri olan qanad qığırdaqlarından ibarətdir və qanad dabanının üzərində yerləmişdir. Bərabər ölçüdə yerləşən burun dabanları burun dəlikləri ilə sərhədlənir. Üst dodaq m.orbicularis oris əzələsi əhatə olunaraq mərkəzdə çuxurcuq və cüt dodaq burun şırımından ibarətdir (həmin nahiyəyə filtrum deyilir). Üst dodaqda mukokutanoz birləşmənin əmələ gətirdiyi ...... “Cupid yayı“, yaxud “Eros yayı” deyilir. Dodaqların normal vəziyyəti: üst dodağın yan hissələrinin az miqdarda çevrilməsi ilə alt dodaqdan bir qədər öndə olur.
Dodaq yarığının anatomiyası:
Dodaq yarığında deformasiya müxtəlif formalarda olmaqla bərabər burun və dodaqda deformasiyalar ümumi xətləri ilə aşağıdakı kimi təsnif oluna bilər:
-
Nazal deformasiya ilə birlikdə birtərəfli komplekt olmayan yarıq.
-
Nazal deformasiya ilə birlikdə birtərəfli komplekt yarıq.
-
Tam və ya tam olmayan kolumella ilə birlikdə ikitərəfli komplekt olmayan yarıq.
-
Bir tərəfi komplekt, bir tərəfi komplekt olmayan yarıq.
-
Kolumellanın qısalığı ilə birlikdə iki tərəfli komplekt yarıq.
-
Nadir mərkəzi yarıqlar.
Alveolyar bir defektin və ya ön damaq yarığının, ya da hər ikisinin bir yerdə olub-olmadığını nəzərə almaq çox vacibdir.
Şəkil ....
Təsnifat. Embriloji baxımdan dodaq, alveolyar çıxıntı və damaq yarıqlarını tam olaraq qiymətləndirmək lazımdır. Lakin cərrahi baxımdan hər yarığa görə cərrahi şərtlər dəyişdiyinə görə subqruplara ayırmaq məqsədə uyğundur. Normal bitişmə kəsici dəlikdə (foramen incisivum) göründüyünə görə tasnifat kəsici dəliyə görə aparılır.
İCA (İnternational Cleft lip and palate Assocation) təsnifatı :
-
Birincili damaq yarıqları (arxa tərəfdə foramen incisivum -la sərhəd):
-
Dodaq yarıqları:
-
bir tərəfli
-
mərkəzi (qeyri-komplekt və komplekt formaları)
-
ikitərəfli
-
Alveolyar çıxıntı yarıqları:
-
bir tərəfli
-
mərkəzi (qeyri-komplekt və komplekt formaları)
-
ikitərəfli
-
submukoz yarıqlar
-
kəsici dişlərin olmaması
-
İkincili damaq yarıqları:
-
Yumşaq damaq yarıqları
-
Sərt damaq yarıqları (qeyri-komplekt və komplekt formaları)
-
Submukoz yarıqları
-
Mandibulyar yarıqlar:
-
Alt dodaq yarıqları
-
Mandibula yarıqları
-
Alt dodaq sinusları
-
Nazo-okulyar yarıqlar (Burun qanadından medial kantusa1 qədər gedir).
-
Oro-okulyar yarıqlar (Ağız bucağından palbebral çökəkliyə qədər gedir).
-
Oro-aural yarıqlar (Ağız bbucağından qulağa qədər uzanır)2.
Spina adlı alim 1974-cü ildə yuxarıda göstərilən təsnifatı dəyişdirərək sadəşmiş hala gətirmişdir:
I Qrup: Foramen incisivum-un ön tərəfində olan yarıqlar (alveolyar yarığı olan və olmayan dodaq yarığı) - Preinsisiv yarıqlar:
-
Bir tərəfli (total və hissəvi)
-
İki tərəfli (total və hissəvi)
-
Mərkəzi (total və hissəvi)
II Qrup: Foramen incisivum-un ön və arxa tərəfindəki yarıqlar (dodaq, alveol və damaq yarıqları) - Transinsisiv yarıqlar:
-
Bir tərəfli
-
İki tərəfli
III Qrup: Foramen incisivum-un arxasında olan yarıqlar:
-
Total
-
Hissəvi
IV Qrup: Nadir rast gəlinən fassial yarıqlar.
Məqsəd. Dodaq yarıqlarının cərrahi müalicəsində məqsəd normal anatomik xətləri yaratmaqdır. Nəticələr həm funksional həm də kosmetik baxımdan qəbul olunmalıdır. Çalışmaq lazımdır ki, sağlam və funksional dairəvi əzələ, bərabər filtrum şırımları və filtrum çuxuru olan, mukokutanoz birləşmənin düzgün ağ xəttlə sərhədləndiyi “cupid yayı” və mərkəsində vermillion qabarcığına malik bir dodaq formalaşsın. Əməliyyat zamanı burun dəliklərini, burun döşəməsi və bərabər burun dəlikləri astanası ilə düzəldilən simmetrik qanad qığırdağı və düzgün burun çəpəri ilə dəstəklənən bir kolumella düzəltmək nəzərdə tutulur.
Zaman. Əməliyyatın planlaşdırılması həyatın ilk 48 saatından başlayıb 6 ayına kimi uzadıla bilər. Əməliiyatın gecikdirilməsinin tərəfdarları uşağın böyüməsi nəticəsində, dodaq toxumasının çox olması nəticəsində cərrahi işləmənin rahat olmasına istinad edirlər. Bundan əlavə, vaxtın keçməsi xəstəni daha düzgün izləmək, validenylərin deformasiya ilə yaxından tanış olması, reablitasiyası və korreksiyası ilə əlaqəli problemləri daha sadə qəbul etməsinə gətirib çıxarır.
Əməliyyatın nə vaxt aparılmasında qəti bir fikir olmasa da, bir çox cərrahlar 10 həftəlik, təqribən 4,5 kq bədən çəkisinə və an azı 10 q% hemoqlobinə, 10 000-dən az leykositə malik olan xəstəni (“Onlar qaydası”) əməliiyat etməyi məsləhət görürlər. Heç bir əks göstərişləri olmayan xəstələri 2-3 aylığında əməliyyat etmək optimal hesab olunur. Bu vaxt ərzində uşağın müqaviməti və anesteziyaya davamiyyəti artır, əməliyyat sahəsi böyümüş olur. Həmçinin, premaxilla və prolabium-un protuziyasının qarşısını almaq üçün bəzi ekstraoral ləvazimatlardan istifadə olunur. Ancaq bu ekstraoral ləvazimatların istifadəsi xüsusi nəzarət altında olmalıdır, çünki uşaq üçün bu çox narahatlıq yaradır.
Erkən əməliyyat aşağıdakı üstünlüklərə malikdir: valideynlərin və yaxın qohumların psixoloji baxımdan əziyyət çəkməməsi, bağlanmış dodağın maksilyar qövsün üzərini örtməsi, cavan toxumalarda yaxşılaşma potensialının daha çox olması, cərrahi travmaya qarşı daha rezistent olması, anadan alınan immunitetin çox olması, növbəti illərdə təkrar hospitalizasiyanın olmaması və əməliyyat zamanı mikroskopdan istifadə etməmək.
Dodağın bərpasında çətinlik yarandıqda ilkin dodaq adheziyası etmək məqsədə uyğundur (Randall-Graham dodaq adheziyası metodu). Beləliklə, bu metod alt nahiyədəki maksilyar və premaksilyar segmentlərin bükülməsinin qarşısını alıb, digər tərəfdən büzülmüş qonşu toxumaların da uzanıb yerinə gəlməsinə şərait yaradır. Bu metodda qəti olaraq əməliyyatları 8 həftə əvvəl aparmaq lazımdır. Qüsur yarıq kənarlarından müvafiq hissələr çıxarılaraq hazırlanan dördbucaq şəkilli fleblə bağlanır. Bu əməliyyatla 4 vacib nəticə əldə etmək olur.
-
Alveolun ön hisssəsi bağlanır.
-
Burun qanadının istiqaməti düzəldilir.
-
Lokal böyümə prosesi stimulə edilir.
-
Sonrakı əməliyyatlar üçün lazımı qədər toxuma ehtiyatı qalır.
Dostları ilə paylaş: |