AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 1.26 Mb.
səhifə16/28
tarix25.11.2016
ölçüsü1.26 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

Əməliyyatdan əvvəlki dövr: Əməliyyatdan əvvəlki dövrdə uşağın ümumi vəziyyətinə nəzər yetirmək lazımdır. Əgər uşağın çəkisi artmırsa və ümumi vəziyyəti qənaətbəxş deyilsə əməliyyatı təxirə salmaq lazımıdr. Xəstənin pediatrı ilə daimi əlaqə saxlamaq lazımdır və əməliyyatın aparılma zamanını bir yerdə təyin etmək lazımdır. Xəstə əməliyyata hazır olduqdan sonra, əməliyyatdan 48 saat əvvəl xəstəxanaya gətirilməlidir. Qanın ümumi analizi, laxtalanma və koaqulyasiya müddətləri, sidiyin analizi dəqiq yoxlanmalı və fiziki müayinələrdən keçməlidir. Həmin müayinələr damaq yarıqları üçün də aparılmalıdır. Ancaq damaq yarıqlarında nazofaringeal selik, yaxud irinli selik əməliyyat üçün problem yaratmamalıdır.

Dodaq və damaq yarıqlarında anesteziya. Endotraxeal anesteziya dodağın şəklini dəyişdirməmək üçün alt dodağın tam ortasından xaricə çıxan oral bir boru ilə aparılır. Eyni zamanda hemostatlarla aparılan hemostaz kifayət qədər olmadıqda, nahiyəyə 1/200000 adrenalinlə lokal anestetik inyeksiya edilir. Bu bölgəyə yumşaq toxumaların kəsilərək sərbəstləşdirilən üst dodaq şırımı və burun damı da daxildir. Dodaqda sonradan əyilmələrin qarşısını almaq üçün lokal anestetiklərdən istifadə məhdudlaşmalıdır.


Dodaq yarıqlarında endotraxeal narkoz aparılmırsa və ya xəstənin vəziyyəti ona imkan vermirsə, sedativ lokal infiltrasiya ilə əməliyyat aparıla bilər, amma bu tam məqsədə uyğun deyildir.



Cərrahi texnika



Bir tərəfli dodaq yarıqları. Dodaq yarığı deformasiyaları toxuma çatışmazlığı və lokalizasiyasına görə kifayət qədər variasiyalara malikdir. Bir təfərli dodaq yarıqlarında bəzi normal sabit nöqtələr mövcuddur. Müalicə zamanı bu sabit nöqtələrin düzəldilməsi planlaşdırılır və seqmentlər qarşı-qarşıya normal vəziyyətinə qaytarılır.


Uzun illərdir ki, çoxsaylı cerrahi metodlar təklif olunmuşdur və əlimizdə olan toxumaların düzgün istifadəsi çatışmazlıq və əyilmə əmələ gətirən toxumaları kompensasiya etmək üçün toxumaları lazımi şəkildə formalaşdırmaq lazımdır.

Bügün dodaq yarıqları əməliyyatları dörd kateqoriyada təsnif edilir:



  1. Xətti bərpa

  2. Üçbucaq fleb metodu ilə bərpa

  3. Dördbucaq fleb metodu ilə bərpa

  4. Rotation-advencement fleb metodu ilə bərpa

Hər kateqoriyanın özünün klinik xüsusiyyəti və cərrahi taktikası vardır.

  1. Düz-xətt və ya Lineer bağlanması (Rose-Thompson üsulu). Müasir dodaq cərrahiyyəsində ən qədim və ən sadə metoddur. Əməliyyatdan sonrakı dövrdə kosmetik nəticələrin pis olmasına görə indiki zamanda istifadəsi maksilyar qövsün erkən formalaşdırılması ilə məhdudlaşır. Uşağa sonrakı dövrlərdə mütləq korreksiyaedici əməliyyatlar aparılmalıdır.

Aşağıda göstəriləcək müxtəlif cərrahi metodlar Z-plastikanın variasiyalarıdır. Biri-birilərindən Z-plastikanın vertikal səviyyəsi ilə fərqlənirlər.

  1. Üçbucaq fleb üsulu. İlk dəfə olaraq Mirault, Blair, Braun və McDouel tərəfindən lateral üçbucaq şəkilli bir fleb olaraq inkişaf etdirilmişdir. 1930-50-ci illərdə çox geniş istifadə olunurdu. Burada qayda lateral yarıq tərəfdən geniş bir üçbucaq flebin medial seqmentə sürüşdürülməsindən ibarətdir. Düz xətt bərpası üsuluna nisbətən çapıq toxumasının yaxşı olmasına baxmayaraq normal sabit nöqtələrin olmaması və pis bir “Cupid yayı” ilə nəticələnməsi çatışmayan cəhətləridir.

Tennison və Randal hələ də istifadə olunan üçbucaq fleb əməlyyatını genişləndirmişdilər. Təbii ki, eyni ilə istifadə oluna bilər və ya şablon işarələmələr qarşıdakı dodaq seqmentlərinin əvvəlcədən hesablanmış Z-plastika komponentləri kimi istifadə olunması məqsədəuyğundur. Lateral tərəfdə düzəldilən üçbucaq fleb, medial seqmentə vermillionun sərhəddi üzərində yerləşdirilir. “Cupid yayı” saxlanılır və gözəl bir dodaq haşiyəsi yaradılır. Üçbucaq flebin çatışmayan cəhətləri normal filtrumun olmaması və dodağın alt hissələrinin geri qalmasıdır.

  1. Dördbucaq fleb üsulu: Hagedorn tərəfindən inkişaf etdirilmiş, Le Mesurier tərəfindən modifikasiya edilib genişləndirilmişdir. Üsul kobud olaraq yarıq tərəfin lateralından medial seqmentlərə dörbucaq flebin rotasiyasıdından ibarətdir. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, gözəl bir “Cupid yayı” (düzgün dodaq haşiyəsi) yaradılır, amma üsulun tərbiqi çətindir. Üz inkişaf etdikcə yarıq tərəfdə dodağın formasında əyilmə olur və orta xəttdən çıxaraq dodaq distorsiyası ilə nəticələnir.

  2. Rotasion-advencement fleb üsulu. 1950-ci illərin sonlarında Milard tərəfindən inkişaf etdirilmiş, indiki zamana qədər birtərəfli dodaq cərrahiyyəsində ən ideal üsul sayılmaqdadır. Bütün xəstələri bu üsulla əməliyyat etmək mümkündür, amma, ən münasib istifadə yeri böyük infra-ların dodağın yarıq tərəfində olduğu hallardır.

Tennison üçbucaq fleblərində planlaşdırdığı riyazi uyğunluğun əksinə olaraq rotasion-advencement fleb metodu əməliyyat sırasında əyilə bilən kənarlara icazə verərək sərbəst kəsikləri tətbiq etməklə planlaşdırılır. Cərrah bu üsulla əməliyyat edərkən əvvəlcə xüsusi işarələr qoymalı və kəsikləri bu nöqtələr əsasında aparmalıdır.

Bilateral dodaq yarıqları. Bilateral dodaq yarıqlarında məsələnin hələ də qəti bir həlli yoxdur. Bu mövzuda bir çox metodlar təklif olunsa da, ancaq onların az bir hissəsi nisbətən qənaətbəxşdir. Bu qüsurlarda birtərəfli dodaq yarıqlarında müşahidə olunan assimetriya olmasa da, buradakı çətinlik hissələrin ikitərəfli çatışmazlığına əlavə olaraq ifrat və simmetrik distorsiyanın olmasıdır. Həmçinin, ikitərəfli yarıqlarda “Cupid yayı” qalınlıqları olmamasını nəzərdə saxlamaq lazımdır. Eyni zamanda embrioloji olaraq frontonazal komponent deyilən nahiyələrdə müxtəlif dərəcələrdə vertikal qısalıq mövcuddur. Bu, nazal tipdən dodaq prolabiumunun sərbəst kənarının ortasına qədər olan məsafədir. Uyğunsuzluq prolabial uzunluqda, kolumellanın uzunluğunda və ya hər ikisində ola bilər. Bu qısalıq səbəbi ilə prolabium həm aşağıdan, həm də yuxarıdan çəkildiyindən ip dartma mücadiləsinə oxşayır. Bəzi cərrahlar nazal tipə az fikir verərək prolabiumu aşağıya doğru - dodağa tərəf çəkir, digərləri isə prolabiumu yuxarıya - kolumellaya doğru çəkərək dodağı burunun altında gərgin olaraq tikirlər. Hər iki metodun öz üstünlükləri olduğuna görə həm dodağa, həm də buruna uyğun birincili uzlaşma tətbiq olunmalıdır. Əməliyyat texnikasına görə ikitərəfli yarıqlar aşağıdakı modifikasiayalara bölünürlər.

  1. Qeyri-komplekt ikitərəfli dodaq yarıqları

  2. Komplekt və qeyrı-komplekt ikitərəfli dodaq yarıqları

  3. Komplekt ikitərəfli dodaq yarıqları

İlk iki qrupda üçbucaq fleb metodu və ya rotasion-advencement fleb üsulu müxtəlif modifikasiyalar ilə tətbiq edilə bilər.

Komplekt bilateral yarıqlarda isə kolumella çatışmazlığı, xaricə çıxmış maksilla rekonstruksiyanı çətinləşdirir. Burada da üçbucaq fleb, rotasion-advencement üsulları və ya dodağın üst hissəsində rotasion-advencement və dodağın alt hissəsində üçbucaq fleb kombinasiyasından ibarət Skoog metodu ilə bərpa olunmalıdır.



Dodaq yarığı bərpasından sonrakı dövr (xəstəyə nəzarət).

Cərrahi əməliyyatdan sonra dodağın dərisində, tikiş xəttinə bol antibiotik məlhəmi sürtülür və bu, əməliyyatın 5-ci gününə qədər gündə 3 dəfə təkrar olunmalıdır. Bu, burundan gələn seliyin tikiş dəliklərindən yaraya keçməsinin qarşısını alır. Tikişlər əməliyyatdan 5 gün sonra sökülür. Qidalanma qaşıq və ya şırnağ ilə aparılır və xəstə 5-ci gün evə yazılır.



Dodaq yarığı əməliyyatlarının ağırlaşmaları:

  • Yara infeksiyası

  • Yaranın açılması və ya çapıq inkişafı

  • Permaksilla nahiyəsində infeksiya

  • Premaksillanın geri çəkilməsi (retrusion)

  • “Fit” deformasiyası

  • Dodağın vertikal ölçüsünün çox uzun olması

  • Maksilyar segmentlərin premaksillanın arxasına kollapsı



1   ...   12   13   14   15   16   17   18   19   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə