AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə34/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   30   31   32   33   34   35   36   37   ...   50
4 biznes


XXI FƏSİL. İNVESTİSİYANIN  

PLANLAŞDIRILMASI 

 

21.1. İnvestisiyanın iqtisadi mahiyyəti və təsnifatı 

 

“İnvestisiya”  –  xarici  mənşəli  söz  olub  tərcümədə  gəlirin  və  sosial 

effektin alınması məqsədilə hər hansı müəssisəyə, sosial-iqtisadi proqrama, 

layihəyə uzunmüddətli kapital qoyuluşudur. 

İ

qtisadi  ədəbiyyatlarda  investisiya  anlayışı  barədə  müxtəlif  fikirlərə 



rast  gəlinir.  Onların  içərisində  ən  geniş  yayılan  və  tez-tez  istifadə  olunan 

tərif  belədir.  İnvestisiya  gəlir  əldə  etmək  məqsədilə  iqtisadiyyatın  müxtəlif 

sahələrinə, müəssisələrə, sahibkarlıq layihələrinə, sosial-iqtisadi proqramla-

ra pul vəsaitinin və digər kapitalın uzunmüddətli qoyuluşudur. 

“İnvestisiya  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının  qanu-

nunda  göstərilir  ki,  investisiya  –  gəlir  (mənfəət)  və  ya  sosial  səmərə  əldə 

etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan 

maliyyə  vəsaitindən,  habelə  maddi  və  intellektual  sərvətlərdən  ibarətdir. 

Belə vəsaitlər və sərvətlər aşağıdakılardan ibarətdir: 

 



pul  vəsaiti,  məqsədli  bank  əmanətləri,  kreditlər,  paylar,  səhmlər 

və digər qiymətli kağızlar; 

 

daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa 



maddi sərvətlər); 

 



müvafiq  qaydada  rəsmiləşdirilmiş  elmi-təcrübi  və  digər  intel-

lektual sərvətlər; 

 

texniki,  texnoloji,  kommersiya  və  digər  biliklərin  məcmusu 



(“nou-hau”). 

Ə

sas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi isteh-



salın  digər  formada  inkişafına  investisiya  yatırımları  kapital  qoyuluşları 

şə

klində həyata keçirilir. 



İ

nvestorların  investisiya  qoyuluşu  və  onun  həyata  keçirilməsi  ilə  əla-

qədar  bütün  hərəkətlərinin  məcmusu  investisiya  fəaliyyəti  adlanır.  İnves-

tisiya fəaliyyətinin növləri aşağıdakılardır: 

 

özəl investisiya fəaliyyəti; 



 

dövlət investisiya fəaliyyəti; 



 

xarici investisiya fəaliyyəti; 



 

birgə investisiya fəaliyyəti. 



İ

nvestisiya fəaliyyətinə investisiya – inşaat prosesləri daxildir. Bunsuz 

ə

sas  fondlarının  təkrar  istehsalı  (yeni  obyektlərin  tikilməsi,  müəssisələrin 



texniki silahlanması, genişləndirilməsi, istehsal güclərinin artırılması) qeyri-

mümkündür. 



Бизнесин тяшкили вя идаря едилмяси 

310 


Kapital  qoyuluşu  –  əsas  kapitala  (əsas  fondlara)  yönəldilən  real  in-

vestisiyadır.  Başqa  sözlə,  yeni  obyektlərin  inşasına,  mövcud  müəssisələrin 

genişləndirilməsinə,  yenidən  qurulmasına  və  texniki  silahlanmasına,  maşın 

və avadanlıqların alınmasına, layihə-axtarış işlərinə çəkilən xərclərdir. 

İ

qtisadi  məzmununa  görə  kapital  qoyuluşu  ictimai  məhsulun  (yığım 



fondunun) əsas fondların təkrar istehsalına yönəldilən hissəsidir. Formasına 

görə  kapital  qoyuluşu  pul  vəsaitləri  şəklində  çıxış  edir,  hansı  ki,  əsaslı  ti-

kintiyə, əsas fondların tərkibinə daxil olan avadanlıqların və digər əmək va-

sitələrinin alınmasına sərf olunur. 

Beləliklə, kapital qoyuluşu xalq təsərrüfatının inkişafı və əhalinin so-

sial  tələbatının  ödənilməsi  üçün  nəzərdə  tutulan  əsas  fondların  yaradılması 

və təzələnməsi ilə əlaqədar ictimai zəruri xərclərin məcmusudur.  

Ə

sas  fondların  təkrar  istehsalı  formalarına  görə  kapital  qoyuluşu 



təsnifləşdirilir: 

 



yeni tikintiyə; 

 



mövcud müəssisələrin genişləndirilməsinə; 

 



texniki silahlanmaya və yenidənqurmaya. 

Texnoloji əlamətlərinə görə kapital qoyuluşu bölünür: 

 

tikintiyə və montaj işlərinə; 



 

maşın və avadanlıqların alınmasına; 



 

sair kapital işlərinə və xərclərə. 



İ

nvestisiyanın uçotu, təhlili və effektivliyinin yüksəldilməsi məqsədilə 

onun elmi cəhətdən əsaslandırılmış təsnifatı vacibdir. 

İ

nvestisiya məqsədlərinə görə iki kateqoriyaya ayrılır: 



1.  Əsas  fondların  yaradılması  və  təkrar  istehsalını  təmin  edən  kapital 

ə

mələgətirən  investisiya.  Elmi  ədəbiyyatlarda  və  praktikada  bu  investisiya 



kapital qoyuluşu formasında real investisiya kimi işlədilir. 

2. Portfel investisiya – qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) 

və maliyyə aktivlərinə qoyulan kapitaldır.  

Kapital  əmələgətirən  investisiya

  əsas  fondların  təkrar  istehsalı  və 

iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə 

qoyulmuş pul vəsaitidir.  



Real investisiya

 başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real 

investisiyanın  tərkibinə  əsas  fondlara  investisiya  (əsas  kapital),  torpaq 

sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri 

ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir. 

Portfel (maliyyə) investisiyası

 – faktiki səhmlərə, istiqrazlara, vekselə 

və  digər  qiymətli  kağızlara  qoyulan  kapitaldır.  Qiymətli  kağızlar  əslində 

kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır). 



Fiktiv  kapitalın 

yaranması  kommersiya  və  istehsal  fəaliyyətinin 

genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə 


Бизнесин тяшкили вя идаря едилмяси 

311 


tələbatın  artması  ilə  əlaqədardır.  Fiktiv  kapital  tarixən  borc  qiymətli  ka-

ğ

ızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənə-



di formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə 

etmək  hüququ  qazanır.  Fiktiv  kapitalın  əsas  funksiyası  istehsalın  təşkili  və 

genişləndirilməsi üçün pul vəsaitlərini səfərbərliyə almaqdır. 

İ

stənilən müəssisə vaxtaşırı istehsal güclərinin və maddi-texniki baza-



nın  təzələnməsinə  ehtiyac  duyur.  Əsas  kapitalın  yaradılmasına,  genişlən-

dirilməsinə, yenidən qurulmasına və texniki cəhətdən silahlanmasına çəkilən 

xərclər  bununla  əlaqədardır.  Bu  isə  bazardakı  dəyişikliklərin  obyektiv  və 

subyektiv  səbəblərindən  irəli  gəlir.  Aydındır  ki,  müəssisə  bu  dəyişikliklərə 

istehsalın  həcmini  artırmaq,  yeni  məhsul  növlərini  mənimsəmək  və  inves-

tisiya  qoymaq  vasitəsilə  reaksiya  verir.  Müəssisənin  xarici  dəyişikliklərə 

reaksiyavermə  dərəcəsi  müxtəlifdir.  Bazarda  reallaşdırılan  məhsulun  həc-

mini  saxlamağa  ehtiyac  olduğu  halda  əsas  fondların  köhnəlmiş  hissəsinə 

kapital  qoyuluşu  ağrısız  keçir.  Çünki  tələb  olunan  məhsula  vəsait  qoyulu-

ş

unun  riski  minimumdur.  Əsas  fəaliyyətin  genişləndirilməsinə  investisiya 



qoymaq  və  ya  istehsal  fəaliyyətinin  yeni  istiqamətlərinə  kapital  qoymaq 

haqqında  məsələlər  çətinliklə  həll  olunur.  Belə  ki,  bu  halda  bir  sıra  yeni 

amilləri –bazarda əmtəənin satılma şəraitini, əlavə maddi, əmək və maliyyə 

resurslarının mövcudluğunu, yeni bazarların mənimsənilməsi imkanlarını və s. 

nəzərə almaq lazım gəlir. Elə olan təqdirdə gələcək fəaliyyətin inkişaf isti-

qamətləri və  investisiya qoyuluşunu planlaşdırmaq zərurəti meydana çıxır. 

Ə

sas kapitala qoyulan investisiyadan əlavə vəsait dövriyyə kapitalına 



(real  investisiyalar)  və  müxtəlif  maliyyə  alətlərinə  (məsələn,  səhmlərə, 

istiqrazlara, qiymətli kağızların törəmələrinə) yatırılmaqla da həyata keçirilə 

bilər.  Buna  görə  də  investisiyalar  kapital  qoyuluşundan  daha  geniş  anla-

yışdır, deməli, onları eyniləşdirmək yanlış fikirdir. 

İ

nvestisiyalar  sərt  rəqabət  mübarizəsində  (həm  daxili,  həm  də  xarici 



bazarlarda)müəssisənin fəaliyyət göstərməsinə və bir addım irəli getməsinə 

kömək  edir,  öz  məhsullarının  qiymətlərini  daha  çevik  tənzimləmək  imkanı 

yaradır  və  s.  Çəkilən  xərclərin  özünüödəməsi  layihələrinin  reallaşdırılması 

və iri layihələrdən gəlir əldə olunması prosesləri uzun illər çəkir. Ona görə 

də  inkişaf  tempini  artırmaq,  iqtisadiyyatı  canlandırmaq  və  dinamik  inkişaf 

etdirmək  vacibdir.  Əgər  aşağıda  sadalananlar  üçün  vəsait  tapılmasa,  onda 

gələcəkdə  müəssisənin  normal  işini  və  sabit  maliyyə  vəziyyətini  təmin  et-

mək imkanı əldən çıxa bilər: 

 

istehsalın genişləndirilməsi və inkişafı; 



 

ə



sas vəsaitlərin müntəzəm surətdə təzələnməsi; 

 



istehsalın texniki səviyyəsinin kəskin yüksəldilməsi; 

 



prioritet  sahələrdə  məhsulun  keyfiyyətinin  və  rəqabətqabiliyyə-

tinin artırılması; 



Бизнесин тяшкили вя идаря едилмяси 

312 


 

təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi; 



 

qiymətli  kağızlar  və  müəssisənin  digər  aktivlərinə  vəsait  qoyu-



luşu üzrə fəaliyyətin aktivləşdirilməsi. 

Beləliklə, investisiya ən mühüm iqtisadi kateqoriyadır, bütün səviyyə-

lərdə  və  sadə  və  geniş  təkraristehsal  proseslərində,  struktur  dəyişikliklə-

rində, gəlirin maksimallaşdırılması və bu əsasda bir çox sosial problemlərin 

həllində son dərəcə əhəmiyyətli rol oynayır. 

İ

nvestisiyalar müxtəlif əlamətlərə (meyarlara) görə təsnifləşdirilir: 



1. Kapitalın yatırılma obyektlərinə görə. 

Yeni  yaradılan  müəssisələrə,  mövcud  əsas  fondların  yenidən-

qurulmasına, genişləndirilməsinə və texniki silahlanmasına qoyulan real in-

vestisiyalar.  Onlar  öz  növbəsində  başlanğıc  investisiyalar  (netto-inves-

tisiyalar)  və  ekstensiv  investisiyalar  (reinvestisiyalar)  ola  bilər.  Gəlir  əldə 

etmək  məqsədilə,  müxtəlif  maliyyə  alətlərinə,  xüsusilə  qiymətli  kağızlara 

kapital qoyuluşu maliyyə investisiyaları hesab edilir. 

2. İnvestisiya layihələrində iştirakının xarakterinə görə. 

Birbaşa  investisiyalar.  İnvestorlar  investisiya  qoyulan  obyektlərin  se-

çilməsində  və  kapital  qoyuluşunda  birbaşa  iştirak  edirlər.  Adətən  birbaşa 

investisiyalar  bilavasitə  müəssisənin  nizamnamə  fonduna  kapital  qoymaq 

yolu ilə həyata keçirilir. 

Dolayısı  investisiyalar  –  investorun  başqa  şəxslərin  (maliyyə 

vasitəçilərinin) vasitəsilə  kapital qoymasıdır. 

3. İnvestisiya qoyma dövrünə görə. 

Qısamüddətli investisiyalar – bir ilə qədər dövrə kapital qoyuluşudur. 

Müəssisələrə  qısamüddətli  investisiya  qoyuluşunun  əsasını    qısamüddətli 

maliyyə qoyuluşu təşkil edir. 

Uzunmüddətli investisiyalar – bir ildən çox dövrə kapital qoyuluşudur. 

Müəssisələrə  uzunmüddətli  investisiya  qoyuluşunun  əsas  forması  təkrar 

istehsala vəsait kapital qoyuluşudur. 

4. Mülkiyyət formasına görə. 

Xüsusi  investisiyalar  –  fiziki  və  hüquqi  şəxslərin  qeyri-dövlət  sek-

toruna  kapital qoyuluşu ilə xarakterizə olunur. 

Dövlət  investisiyaları  –  dövlət  müəssisələrinin  kapital  qoyuluşudur, 

həmçinin dövlətin və qeyri-büdcə fondlarının vəsaitləridir. 

5. Regional mənsubiyyətinə görə. 

Milli  (daxili)  investisiyalar  –ölkələrin  rezidentləri  tərəfindən  onun 

ə

razisində obyektlərə kapital qoyuluşu ilə xarakterizə olunur. 



Xarici  investisiyalar  –    ölkənin  investisiya  obyektlərinə  rezident 

olmayanların kapital qoyuluşudur. 

Ölkə  müəssisələrinə  investisiya  qoyuluşunun  əsasını  real  investisiya 

təşkil  edir.  Müəssisələrin  əksəriyyətinə  belə  investisiya  qoyuluşu  müasir 

şə

raitdə  onların  investisiya  fəaliyyətinin  yeganə  istiqamətidir  ki,  bu  da 



Бизнесин тяшкили вя идаря едилмяси 

313 


müəssisələrin  investisiya  fəaliyyəti  sistemində  real  investisiyaların  idarə 

edilməsinin rolunu əhəmiyyətli  dərəcədə artırır. 

Biznes  layihələrinin  məqsədlərini  nəzərə  alaraq  real  investisiyaları 

(kapital əmələ gətirən) aşağıdakı qruplara ayırmaq olar: 

 

ə



sas kapitala investisiya qoyuluşu; 

 



ə

saslı təmir xərcləri; 

 

torpaq sahələrinin və təbiətdən istifadə obyektlərinin alınmasına 



investisiyalar; 

 



qeyri-maddi  aktivlərə  (patentlər,  lisenziyalar,  proqram  məhsul-

ları, elmi-tədqiqat və təcrübi-konstruktor işləmələri və s.) investisiyalar; 

 

dövriyyə vəsaitlərinin artırılmasına investisiyalar. 



İ

nvestisiyalardan effektiv istifadə edilməsi onların strukturundan əhə-

miyyətli dərəcədə asılıdır. İnvestisiyaların strukturu dedikdə onların növlərə 

görə tərkibi, istifadə istiqamətləri və ümumi investisiya qoyuluşunda onların 

payı başa düşülür. 

İ

nvestisiya  qoyuluşunun  ümumi  həcmində  ən  çox  payı  real  (kapital 



ə

mələgətirən) investisiyaya (80%-ə yaxın) düşür. 

Kapital  əmələgətirən  investisiyaların  strukturunda  əsas  yeri  əsas  ka-

pitala  investisiya  qoyuluşu  tutur.  Onun  tərkibinə  yeni  obyektlərin  tikilmə-

sinə  və  mövcud  müəssisələrinin  yenidən  qurulmasına,  genişləndirilməsinə 

və texniki silahlanmasına çəkilən xərclər daxildir. 

 

21.2. İnvestisiyanın planlaşdırılması  

prinsipləri və göstəriciləri 

 

Hər  bir  müəssisə,  firma  və  şirkət  mülkiyyət  formasından  asılı  olma-



yaraq  sahibkarlıq  fəaliyyətinə  başlamazdan  öncə  maliyyə  xərclərini  və  son 

nəticəni müəyyənləşdirməklə tədbirlər planı işləyib hazırlayır. İqtisadiyyatın 

bütün sferalarında, müəssisələrdə əsaslı tikintinin həyata keçirilməsi kapital 

qoyuluşunu planlaşdırmadan qeyri-mümkündür. 

Kapital  qoyuluşunun  planlaşdırılması  gələcək  dövrdə  əsas  fondların 

təkrar  istehsalı  üzrə  kapital  qoyuluşunun  proqnozu  və  plan  hesablamaları 

sistemidir.  Əsas  fondların  təkrar  istehsalı  üçün  kapital  qoyuluşu  planı  bu 

prosesin mühüm tərəflərini əhatə edir, maliyyələşdirmə mənbələri ilə onun 

vəhdətliyini və proporsionallığını təmin edir. 

Kapital  qoyuluşunun  planlaşdırılmasının  əsas  vəzifəsi  istehsal  güc-

lərini  və  əsas  fondları  artırmaqdan,  kapital  qoyuluşundan  effektiv  istifadə 

etməkdən  ibarətdir.  Bu  vəzifəni  yerinə  yetirmək  üçün  kapital  qoyuluşunun 

planlaşdırılması  bir  sıra  prinsiplər  əsasında  həyata  keçirilir.  Bu  prinsiplər 

aşağıdakılardır: 

 

planın konkret və əsaslandırılmış olması; 



Бизнесин тяшкили вя идаря едилмяси 

314 


 

kapital  qoyuluşunun  həcminin  maliyyələşdirmə  mənbələri  ilə 



balanslaşdırılması; 

 



planlaşdırmanın  stabilliyi; 

 



planlaşdırmanın fasiləsizliyi; 

 



planlaşdırmanın elmiliyi. 

Kapital  qoyuluşu  planı  əsaslı  tikintinin  son  məqsədi:  istehsal  güc-

lərinin  işə  düşməsi,  əsas  fondların  və  digər  obyektlərin  istismara  buraxıl-

ması ilə bilavasitə əlaqədardır. Bu əlaqə kapital qoyuluşu planında aşağıdakı 

göstəricilərin köməyilə müəyyən edilir: 

 



istehsal  güclərinin  işə  düşməsi,  o  cümlədən  mövcud  müəssi-

sələrin genişləndirilməsi və yeni obyektlərin tikilməsi planı; 

 

ə



sas fondların istismara buraxılması; 

 



kapital qoyuluşunun həcmi; 

 



kapital qoyuluşuna daxil olan müəssisə və obyektlərin siyahısı. 

İ

stehsal güclərinin və əsas fondların işə düşməsi planı kapital qoyulu-



ş

unun həcmini planlaşdırmaq üçün əsas sayılır. Kapital qoyuluşunun həcmi 

işə  düşməsi  nəzərdə  tutulan  istehsal  güclərinin  vahidinə  xüsusi  kapital 

qoyuluşu  normativi  və  əsas  fondlarından  istifadənin  səmərəlilik  normativi 

ə

sasında müəyyənləşdirilir. Xüsusi kapital qoyuluşu normativi sahələr üzrə 



yeni obyektlərin tikilməsi üçün, mövcud müəssisələrin yenidənqurulması və 

texniki silahlanması üçün ayrıca hesablanır. 

 

21.3. İnvestisiyanın maliyyələşdirilməsi mənbələri 

 

İ



nvestisiyanın maliyyələşdirilməsi mənbələri aşağıdakılardan ibarətdir: 

 



müəssisənin öz vəsaitləri (amortizasiya ayırmaları, çıxdaş olmuş 

ə

mlakın reallaşdırılmasında əldə olunan vəsait, daxili aktivlərin səfərbərliyi, 



bölüşdürülməmiş gəlir və digər pul yığımları); 

 



borc  vəsaitləri  (bankların  krediti,  maliyyə-investisiya  strukturla-

rının  borcları,  müəssisənin  qiymətli  kağızlarının  emissiyasının  yerləşdiril-

məsindən əldə olunan vəsait, kredit verənlərə olan borclar); 

 



mərkəzləşdirilmiş  resurslar  (büdcədən  ayrılmış  qaytarılmayan 

məbləğ və güzəştli dövlət investisiya kreditləri); 

 

xarici investisiyalar (nizamnamə fonduna pul qoyuluşu və müəs-



sisənin  səhmlərinin  satın  alınması,  xarici  bankların  və  beynəlxalq  təşki-

latların kreditləri və ayrı-ayrı vətəndaşların vəsaitləri). 

İ

nnovasiya  fəaliyyəti  həmişə  qeyri-müəyyən  şəraitlərdə  həyata  ke-



çirilir, buna görə də çox variantlara malikdir. İnvestisiyanın planlaşdırılması 

prosesində  onun  nəzərdə  tutulan  həcmi  haqqında  məsələnin  həlli  daha 

ə

həmiyyətlidir. Aydındır ki, investor risk dərəcəsi aşağı olan layihələrə daha 



çox  maliyyə  vəsaiti  ayırmağa  meyilli  olacaq,  nəinki  yüksək  risk  dərəcəsi 

Бизнесин тяшкили вя идаря едилмяси 

315 


olan  layihələrə.  ayrılan  vəsaitin  miqdarı  haqqında  qərar  qəbul  edərkən  in-

vestisiya həcmi və risk dərəcəsi göstəricilərindən başqa digər göstəricilər də 

nəzərdən keçirilir. Bəllidir ki, bir layihənin müxtəlif cəlbedici göstəricilərlə 

nəzərdən  keçirilməsi  variantları  çox  ola  bilər.  Ancaq  müəssisə  investisiya 

qoymaq  üçün  məhdud  maliyyə  vəsaitlərinə  malikdir,  buna  görə  də  əlavə 

maliyyələşdirmə mənbələri axtarıb tapmaq lazımdır. 

İ

nvestisiyaların  maliyyələşdirilməsi  mənbələri  –  investisiya  resursları 



kimi istifadə oluna biləcək pul vəsaitləridir. 

İ

nvestisiyaların  maliyyələşdirilməsi  metodları  –  investisiya  prosesini 



maliyyələşdirmək  məqsədilə  investisiya  resurslarının  cəlbedilmə  mexaniz-

midir. Elmi ədəbiyyatlarda investisiyaların maliyyələşdirilməsinin aşağıdakı 

metodları  göstərilir:  özünü  maliyyələşdirmə;  səhmlərin  emissiyası;  kredit 

maliyyələşdirilməsi;  lizinq;  qarışıq  maliyyələşdirmə;  layihə  maliyyələş-

dirməsi. 

Özünümaliyyələşdirmə,  bir  qayda  olaraq,  kiçik  investisiya  layihələ-

rində istifadə olunur. Bu metodun əsasında son dərəcə öz (daxili) mənbələ-

rindən (təmiz gəlirlər, amortizasiya ayırmaları və təsərrüfatdaxili ehtiyatlar) 

maliyyələşdirmə durur.  İnvestisiyaların maliyyələşdirilməsi mənbələri kimi 

istehsalın inkişafına istiqamətlənmiş xalis gəlirin miqdarı bir çox amillərdən 

asılıdır:  reallaşdırılan  məhsulun  həcmi,  məhsul  vahidinin  reallaşdırılma 

qiyməti,  məhsul  vahidinin  maya  dəyəri,  gəlirlərin  vergi  tarifləri,  gəlirlərin 

istehlaka və inkişafa bölünməsi siyasəti. Amortizasiya ayırmaları müəssisə-

nin  özünümaliyyələşdirmə  qabiliyyətinə  əhəmiyyətli  təsir  göstərir.  Müəs-

sisədə onların miqdarı əsas fondların ilkin və ya bərpa qiymətindən, əsas is-

tehsal  fondlarının  (ƏİF)  aktiv  hissəsinin  payından,  ƏİF-nin  yaş  struk-

turundan  asılıdır.  Müəssisənin  özünümaliyyələşdirmə  qabiliyyəti  amorti-

zasiya ayırmalarının əlavə olunma üsullarından bilavasitə asılıdır.  

Kredit  maliyyələşdirməsi  aşağıdakı  formalarda  həyata  keçirilə  bilər: 

kredit,  istiqraz  borcları,  əhalidən  borc  vəsaitlərinin  cəlb  olunması  (istehlak 

kooperasiyasının  yaradılması üçün). Kredit dedikdə, qaytarılmaq və  adətən 

faiz  ödəmək  şərti  ilə  pul  və  ya  mal  formasında  borclar  başa  düşülür. 

Uzunmüddətli  kreditlərin  rəsmiləşdirilməsi,  verilməsi  və  ödənilməsi  (bir 

ildən çox müddətə) qaydaları bank ilə və borc götürənlər arasında bağlanmış 

müqavilə  ilə  tənzimlənir.  Veriləcək  kreditin  məbləği,  onun  istifadə  edilmə 

müddəti və qaydası, faiz dərəcəsi və kredit üzrə digər ödəmələr, öhdəliklərin 

təmin  olunması  formaları  (əmlakın  girovu,  zəmanəti  və  s.)  krediti  mü-

qavilədə nəzərdə tutulur. 

Uzunmüddətli  kreditin  qaytarılması  müddətini  müəyyənləşdirərkən 

bank  çəkilən  xərcləri  borclunun  təmiz  gəliri  hesabına  ödənməsini,  müəssi-

sənin  ödəməqabiliyyətini,  kredit  riskinin  səviyyəsini,  kredit  resurslarının 

dövriyyəsinin  sürətləndirmə  imkanlarını  nəzərə  alır.  Borc  götürən  uzun-

müddətli  borc  almaq  üçün  özünün  ödəməqabiliyyətini  xarakterizə  edən 


Бизнесин тяшкили вя идаря едилмяси 

316 


aşağıdakı sənədləri təqdim edir: axırıncı hesabat tarixinə mühasibat balansı; 

gəlirlər  və  zərərlər  haqqında  hesabat;  texniki-iqtisadi  əsaslandırma  və 

biznes-plan. 

İ

nvestisiyaların  maliyyələşdirilməsi  formalarından  biri  də  istiqraz 



borclarıdır  ki,  bu  da  istiqrazların  emissiyasına  əsasən  kənardan  (xaricdən) 

götürülür. İstiqraz qiymətli kağızdır və onun sahibinin təyin edilmiş vaxtda 

bu  qiymətli  kağızın  üzərində  göstərilən  nominal  qiymətini  təsbit  olunmuş 

faizlə və ya faizsiz (diskont istiqraz) geri almaq hüququ vardır. 

İ

nvestisiyaların  səhmdar  maliyyələşdirməsindən,  adətən  investisiya 



fəaliyyətinin sahə və ya regional diversifikasiyası zamanı irimiqyaslı inves-

tisiyaların  reallaşdırılmasında  istifadə  edilir.  İri  investisiya  layihələrinin 

maliyyələşdirilməsinin  bu  metodunun  tətbiqi  onunla  izah  edilir  ki,  emis-

siyanın  aparılması  ilə  əlaqədar  xərclər  böyük  həcmdə  cəlb  edilmiş  vəsait-

lərlə  örtülür.  Bu  metod  çərçivəsində  investisiya  resurslarının  cəlb  edilməsi 

adi səhmlərin əlavə emissiyası vasitəsilə həyata keçirilir. Bu metodun tətbiq 

edilməsinin  mahiyyəti  ondan  ibarətdir  ki,  əlavə  emissiya  haqqında  qərarın 

qəbulu  əvvəlki  səhmdarların  nizamnamə  kapitalındakı  proporsional  iştirak 

payının dəyişilməsinə və əvvəlki səhmdarların gəlirlərinin azalmasına səbəb 

ola  bilər.  Bu  adi  səhmlərin  emissiyasının  nizamnamə  kapitalının  artmasına 

səbəb  olması  ilə  əlaqədar  baş  verir  ki,  bu  da  öz    növbəsində  səhmdarların 

sayını  çoxalda  və  hər  səhmə  düşən  dividendi  azalda  bilər.  Səhmlərin  yeni 

emissiyası, adətən investorlar tərəfindən neqativ siqnal kimi qiymətləndirilir 

və  şirkətin  səhmlərinin  kursuna  mənfi  təsir  göstərir.  Eyni  zamanda,  in-

vestisiyanın  maliyyələşdirilməsi  metodu  kimi  səhmdar  maliyyələşdiril-

məsinin də bir sıra üstünlükləri vardır: 

  böyük  həcmdə  emissiya  zamanı  cəlb  edilmiş  vəsaitlərin  qiyməti 



aşağı olur; 

  cəlb edilmiş vəsaitlərdən istifadə olunmasına görə ödəmələr məc-



buri deyil, səhmdar cəmiyyətinin maliyyə vəziyyətindən asılı olaraq həyata 

keçirilir; 

  cəlb  edilmiş  investisiya  vəsaitlərindən  istifadə  olunmasına  məh-



dudiyyət qoyulmur. 

Qarışıq  maliyyələşdirmə  metodu  –  bir  neçə  maliyyələşdirmə  metod-

larından  eyni  vaxtda  istifadə  olunmasını  nəzərdə  tutur.  Məsələn,  səhmdar 

maliyyələşdirilməsi  ilə  yanaşı  kredit  maliyyələşdirilməsindən  də  istifadə 

edilə  bilər.  Qarışıq  maliyyələşdirmə  zamanı  səhmdar  cəmiyyətinə  məxsus 

paya nəzarət etmək lazımdır. 

İ

nvestisiyaların maliyyələşdirilməsi layihə maliyyələşdirilməsi metodu 



ilə  həyata  keçirilə  bilər  və  onu  sadəcə  investisiya  layihəsinin  maliyyələş-

dirilməsi  kimi  xarakterizə  etmək  lazımdır.  Bu  zaman  layihə  özünün  borc 

öhdəliklərini yerinə yetirməyə xidmət edir. 


Бизнесин тяшкили вя идаря едилмяси 

317 


Layihə maliyyələşdirilməsi metodunun səciyyəvi xüsusiyyəti risklərin 

idarə  olunması,  risklərin  layihə  iştirakçıları  arasında  bölüşdürülməsi, 

xərclərin  və  gəlirlərin  qiymətləndirilməsidir.  Layihə  maliyyələşdirilməsinə, 

həmçinin reqresin müəyyən olunması ilə maliyyələşdirmə də deyilir. (reqres 

– verilmiş borc məbləğinin qaytarılması haqqında tələbnamədir). 

Layihə maliyyələşdirməsinin üç forması vardır: 

 

borc alana tam reqreslə maliyyələşdirmə. Bu zaman kredit verən 



borc  götürəndən  heç  bir  zəmanət  və  ya  girov  qoymaq  istəmir,    layihənin 

reallaşdırılması ilə bağlı bütün riskləri öz üzərinə götürür; 

 

borc  alana  reqres  hüququ  olmadan  maliyyələşdirmə.  Borc  alan 



üçün belə maliyyələşdirmə formasının dəyəri kifayət qədər yüksəkdir, çünki 

kredit verən yüksək risk dərəcəsi üçün müvafiq kompensasiya almağa ümid 

edir; 



 



məhdud reqres hüququ ilə maliyyələşdirmə. Bu maliyyələşdirmə 

formasında bütün risklər layihə iştirakçıları arasında bölüşdürülür və hər bir 

iştirakçı öz üzərinə konkret kommersiya öhdəlikləri götürür. 

  Lizinq icarə forması olmaqla əsas fondların maliyyələşdirilməsinin ən 

ə

lverişli metodudur.  



Lizinq investisiya maliyyələşdirilməsinin ən mütərəqqi formalarından 

biridir. Onun əsasən iki forması geniş yayılıb: maliyyə və operativ lizinq. 



 Maliyyə lizinqi

 – öz fəaliyyəti dövründə avadanlığın amortizasiyasının 

tam dəyərini və ya onun çox hissəsini, həmçinin icarə verənin gəlirini örtən 

məbləğin ödənməsini nəzərdə tutan razılaşmadır. Bu razılaşmanın fəaliyyət 

müddəti  qurtardıqda  icarəçi  obyekti  icarə  verənə  qaytara,  bu  avadanlığın 

yenidən  icarəyə  götürülməsi  haqqında  razılaşma  imzalaya  və  qalıq  dəyəri 

üzrə lizinq obyektini ala bilər. 

Operativ  lizinq

  –  müddəti  amortizasiya  dövründən  qısa  olan  razılaş-

madır. Razılaşmanın fəaliyyət müddəti başa çatdıqdan sonra müqavilə pred-

meti sahibinə qaytarıla bilər və ya yenidən icarəyə verilə bilər. 

İ

qtisadi  nöqteyi-nəzərindən  lizinqin  avadanlıq  almaq  üçün  verilən 



kreditlə  oxşarlığı  vardır.  Real  aktivləri  kreditlə  alarkən  alıcı  borcu  ödəmək 

üçün müəyyən edilmiş vaxtda ödəmələri aparır, bu zaman real aktiv satıcısı 

kreditin qaytarılmasını təmin etmək üçün borc tam qaytarılana qədər kredit 

verilən obyektin mülkiyyət hüququnu özündə saxlayır. 

Lizinq  çərçivəsində    investisiyanın  maliyyələşdirilməsi  mənbələri 

aşağıdakılar ola bilər: 

 

bank  krediti  –  əgər  lizinq  müqaviləsi  üzrə  verilən  əmlak  lizinq 



verən tərəfindən bank krediti hesabına alınıbsa; 

 



lizinq  verənin  öz  vəsaiti  –  əgər  lizinq  müqaviləsi  üzrə  verilən 

ə

mlak lizinq verənin öz vəsaiti hesabına alınıbsa; 



Бизнесин тяшкили вя идаря едилмяси 

318 


 

bank  krediti  və  lizinq  verənin  xüsusi  vəsaiti  –  əgər  müqavilə 



predmeti hər iki mənbədən istifadə etməklə əldə olunubsa; 

 



lizinq  alanın  xüsusi  vəsaiti  –  əgər  söhbət  qaytarılmış  lizinqdən 

gedirsə. 

İ

carə müddəti sona çatdıqda təsərrüfatçı subyekt (icarəçi) əsas fondları 



lizinq  şirkətinə  qaytara  bilər,  ya  güzəştli  şərtlərlə  müqavilənin  müddətini 

uzada bilər, ya da onu qalıq qiyməti ilə ala bilər. 

 

Lizinq zamanı icarəçi lizinq şirkətinə icarə haqqı ödəmir, əmlakın tam 



qiymə-tini  möhlətlə,  hissə-hissə  ödəyir.  Lizinq  əməliyyatlarını  həyata 

keçirərkən lizinq (icarə) ödəmələrinin məbləğinin müəyyənləşdirilməsi çox 

mürəkkəb məsələdir.  

Lizinq ödəmələrinin tərkibinə aşağıdakı əsas elementlər daxildir: 

 

amortizasiya; 



 

sövdələşməni həyata keçirmək üçün lizinq verən tərəfindən cəlb 



olunmuş resurslara görə ödəmə; 

 



lizinq  verənin  riskini  və  gəlirini  nəzərə  almaqla  hesablanmış 

lizinq faizi. 

 

 

 



 

 

Kredit verən (bank və  



ya maliyyə strukturu) 

Avadanlıq  

təchizatçısı 

Lizinq verən 

Sığorta 

ş

irkəti 



Lizinq 

alan 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin