AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   33   34   35   36   37   38   39   40   ...   50
4 biznes


III BÖLMƏ. BİZNESİİDARƏ EDİLMƏSİ 

 

XXIII FƏSİL. BİZNESİİDARƏ EDİLMƏSİNƏ 

SİSTEMLİ-MƏQSƏDLİ YANAŞMA 

 

23.1. Sistemli-məqsədli yanaşmanın metodoloji əsasları 

 

Biznesdə  gedən  proseslər  daha  mürəkkəb,  dinamik  xarakter  alır.  Bu 



proseslərin səmərəli idarə edilməsinin və proqnozlaşdırılmasının əhəmiyyəti 

getdikcə  artır.  2008-2009-cu  illərin  ümumdünya  maliyyə-iqtisadi  böhranı 

bunu bir daha sübut etdi. Deyilən səpkidə müasir idarəetmə vasitələrinin tət-

biqi  böyük  əhəmiyyət  kəsb  edir  ki,  onlardan  biri  sistemli-məqsədli  yanaş-

madır. 

Sistemli-məqsədli yanaşma tədqiq olunan obyektin bütün spesifik xas-



sələrinin  öyrənilməsinə  və  deməli,  onun  quruluşu  və  təşkilinin  müəyyən 

edilməsinə yönəldilib. Professor T.Ə.Quliyevin fikrincə “... sistem, qarşılıqlı 

təsir vəziyyətində olan eynicinsli, bir-birilə uyğunluq təşkil edən ünsürlərin 

yeni xassəli məcmusudur.

 

Hər  bir  sistemin  ona  məxsus  olan  xüsusiyyətləri,  ayrı-ayrı  xarici  tə-



sirlərə öz reaksiyası vardır. İstehsal obyektləri – mürəkkəb iyerarxiyalı, bir-

birilə sıx bağlı, qarşılıqlı əlaqədə olan, alt sistemlərdən ibarət sistemdir. 

İ

stehsal  sisteminin  alt  sistemləri  aşağıdakılardır:  müəssisə,  sex,  sahə, 



“insan-maşın” sahəsi. 

Hər  hansı  biznes  obyektinin  (müəssisənin)  təşkili  və  idarə  edilməsi 

onun sisteminin layihəsinin təşkil edilməsi və fəaliyyətin həyata keçirilmə-

sindən ibarətdir. Bu cür işlərə daxildir:  

-  sistemə daxil olan elementlərin (alt sistemlərin) arasındakı əlaqələri 

müəyyənləşdirmək; 

-  sistemin  elementlərinin  əlaqəli  inkişafı  üçün  tələb  olunan  şəraitin 

yaradılması və nəzərdə tutulan məqsədlərə çatması; 

-  bu  qarşılıqlı  əlaqələrin  inkişafını  təmin  edən  mexanizmin  yaradıl-

ması; 


- idarəetmə  orqanlarının  quruluşu,  sistemi  idarə  edən  metodların  və 

qurumların yaradılması. 

İ

stehsalın  idarə  edilməsində  sistemli  yanaşma  ən  əvvəl  ABŞ-da  ya-



ranıb  və  geniş  yayılıb,  artıq  bütün  dünyada  istifadə  olunur.  Bu  yanaşmaya 

görə firma, müəssisə mürəkkəb bir sistemdir, ayrı-ayrı alt sistemlərdən (şö-

bələrdən, istehsal sahələrindən) ibarətdir və onların funksiyaları qarşılarında 

duran və həlli vacib olan məqsəd və vəzifələrdən ibarətdir. 

Təşkilatın  idarəetmə  və  istehsal  quruluşu,  formalaşdırılan  alt  sistem-

lərin qruplaşması qeyd olunan məqamlarla müəyyən edilir: 



Бизнесин тяшкили вя идаря едилмяси 

338 


“Sistem”  anlayışına  görə  onun  (təşkilatın)  tərkibinə  daxil  olan  bütün 

alt sistemlər bir-birilə sığ bağlıdırlar və xarici mühitlə geniş əlaqədardırlar. 

Beləliklə, hər hansı bir firma, təşkilat bir-birilə sıx bağlı olan daxili element-

lərdən ibarətdir. Nəzərə almaq lazımdır ki təşkilati sistemin daxili quruluşu 

alt sistemlərinin avtonom rejimində işlənməsi mümkünlüyünü nəzərdə tutur.  

Sistemli  yanaşma  sistemin  xarici  mühitlə  xüsusi  qarşılıqlı  əlaqəsini 

nəzərdə tutur və xarici qüvvələr daxili elementlərə də sistem şəklində təsir 

göstərir. Professor T.Ə. Quliyev haqlı olaraq qeyd edir ki “... iqtisadi dəyər, 

sosial  sistemlərin  davranış  fəaliyyəti  daha  da  mürəkkəbləşir.  Ona  görə  də 

mürəkkəb sistemlərin dinamikasının giriş, çıxış göstəricilərin, xarici mühitlə 

ə

laqəsinin hərtərəfli öyrənilməsi – xüsusi yanaşma və təhlil üsullarını tələb 



edir”. Sistemin mahiyyətini əks etdirmək üçün cürbəcür vasitələrdən istifadə 

olunur: qrafik, riyazi, matrisa, həlletmə ağacı və sairə. Sadalanan vasitələrin 

heç  biri  ayrılıqda  sistemin  mahiyyətini  daxili  elementlərin  bağlılığını  tam 

şə

kildə əks etdirmir. Daxili elementlərin (alt sistemlərin) arasında əlaqələrin 



hərtərəfli  təhlili  idarə  olunacaq  obyektin  modelinin  qurulması  üçün  böyük 

ə

həmiyyət kəsb edir.  İdarəetmə qərarlarının  effektivliyinin artırılması üçün 



modellə  eksperimentin  aparılması  çox  vacibdir,  yəni  bu  yüksək  nəticələrə 

nail olunması üçün daha zəruridir.  

İ

stehsalın idarə olunmasına sistemli yanaşma ona əsaslanır ki diversi-



fikasiya və qeyri-mərkəzləşmiş istehsal üzrə planların hazırlanması istehsal 

sahələrinin bir-birilə əməkdaşlıq marağına xidmət edir və bu sahələr vahid 

istehsal  sistemi  təşkil  edirlər.    Bu    cür    yanaşma    kompyuter    texnikasının  

inkişafı və mərkəzləşdirilmiş informasiya mərkəzlərinin yaradılması nəticə-

sində mümkün olmuşdur. 

Sistemli  yanaşma  əsasında  kompyuterlərin  istifadəsi  istehsalın  ida-

rəetmə  metodlarını  və  quruluşunu  təkmilləşdirməyə  imkan  verir.  Sistemli 

yanaşmaya əsaslanan idarəetmə sistemində axırıncı iş idarəetmə qərarlarının 

qəbul edilməsi kimi başa düşülür. 

İ

darəetməyə  sistemli-məqsədli  yanaşmada  aşağıdakı  anlayışlardan 



istifadə edilir: 

-  sistem  nəzəriyyəsi.  Bu  konsepsiyadır  və  ona  əsasən  menecerlər 

təşkilatı (müəssisəni) açıq daxildə bir-birilə bağlı olan elementlərdən ibarət 

və dəyişilən xarici mühitdə ayrı-ayrı məqsədlərə  nail olmasına  yönəldilmiş 

bir sistem kimi qəbul edirlər; 

- sistem ayrı-ayrı unikal xassələrə malik bir-biri ilə bağlı olan bir vahid 

məcmusudur. Təşkilatlar xarici mühitlə dinamik əlaqədə olduğuna görə açıq 

sistem kimi qəbul olunurlar; 

- idarəetmədə əks təsir əlaqələr sistemi – idarəetmədə əks təsir əlaqələr 

sistemi  planlardan  kənara  çıxmaların  korrektəsinə  yönəldilmiş  tədbirlər 

haqqında məlumatların istənilən bir mexanizmidir; 


Бизнесин тяшкили вя идаря едилмяси 

339 


-  situasiyalı  yanaşma  –  bu  konsepsiyaya  əsasən  təşkilatın  daxili  və 

xarici mühit amillərinin funksiyasıdır; 

- qərar həlletmə alternativin seçilməsi deməkdir; 

-  qərarı  qəbuletmə  meyarları  –  qərarların  alternativ  variantlarını 

müqayisə etmək üçün normalardır; 

-  məqsədlər  –  müəssisədə  qrup  şəklində  işləyən  və  nail  olunmasına 

çalışılan  son  nəticələrdir.  Formal  təşkilatlar  işin  nəticələrini  planlaşdırma 

vasitəsilə müəyyən edirlər; 

-  məqsədli  idarəetmə  –  dörd  müstəqil  mərhələdən  ibarət  olan  bir 

prosesdir.  Onlara  nail  olmaq  üçün  realistik  planların  hazırlanması;  işin 

nəticələri  və  keyfiyyətinin  sistematik  ölçülməsi;  planda  nəzərdə  tutulmuş 

məqsədlərə nail olmaq üçün korrektə edilmiş idarəetmə qərarların qəbulu. 

Alternativ  variantlardan  bir  hərəkət  variantının  seçilməsi-idarəetmə 

qərarının qəbul edilməsi deməkdir. Ən azı iki mümkün variantlardan mene-

cer tərəfindən bir optimal hərəkət variantının seçilməsinə yönəldilmiş hərə-

kətlər idarəetmə qərarı başa düşülür. Variantların sayı çoxaldıqca, seçiləcək 

qərarın  mürəkkəblik  dərəcəsi  artır.  Qərarların  qəbul  edilməsinə  tələbat 

təşkilatın istehsal və kommersiya fəaliyyətində olan problemlərlə bağlıdır.  

İ

darəetmə qərarlarının qəbulu aşağıdakı mərhələlər üzrə aparılır: 



  variantların təhlili; 

  hər variantla bağlı nailiyyətlərin və itkilərin qiymətləndirilməsi; 



  reallaşdırılan qərarların faktiki nəticələrinin qiymətləndirilməsi. 

Variantların  öyrənilməsinə  yönəldilmiş  iqtisadi  təhlil  istənilən  idarə-

etmə  qərarının  qəbul  edilməsini  qabaqlamalıdır.  İqtisadi  səmərəlilik  idarə-

etmə qərarlarının qəbulu üçün seçmə meyarıdır. 

Qərarların  qəbul  edilməsində  iqtisadi  təhlilin  əhəmiyyətinin  artması 

sistemli təhlilin tətbiqinə gətirib çıxartmışdır, hansı ki, öz növbəsində isteh-

salatın idarə edilməsində baş verən aşağıdakı ciddi dəyişikliklərlə bağlıdır: 

  gündəlik idarəetmədən strateji, perspektiv idarəetməyə keçid; 



  ayrılmış müstəqil sistemlərdən kompleks sistemlərə keçid; 

  yeni  məhsulların  və  bazarların  mənimsənilməsində  operativliyin, 



çevikliyin artması; 

  ayrı-ayrı  hadisələrin  təhlilindən  qərar  variantların  sistematik  təh-



lilinə keçid; 

  operativ  nəzarətin  müasir  informasiya  texnologiyaları  və  kompyu-



terlərin tətbiqinə əsaslanması. 

İ

darəetmədə əsas tələbat rasional qərarların qəbul edilməsində iqtisadi 



təhlilin və kompyuterlərin tətbiqi ilə bağlı idi. Rasional (səmərəli) qərar ob-

yektiv təhlilə əsaslanmış seçimdir. Səmərəli qərarın düşüncələrə əsaslanmış 

qərardan fərqi ondan ibarətdir ki, burada keçmişin təcrübəsi əsas deyildir. 


Бизнесин тяшкили вя идаря едилмяси 

340 


İ

qtisadi təhlil – xərclərin və gəlirlərin müqayisəsi və müəssisənin gəli-

rinin  qiymətləndirilməsi  metodlarının  məcmusudur.  İqtisadi  təhlil  zamanı 

məqsədlər aşkarlanır, onların arasında prioritetlər və qarşılıqlı əlaqələr təyin 

edilir. Məqsədlər əsasında firmanın, müəssisənin, istehsal sahəsinin inkişaf 

strategiyası  müəyyənləşdirilir.  Sistemli-məqsədli 

yanaşmanın  əsas 

nailiyyəti-müəssisənin çevik təşkilati struktur tətbiq etməsi tələbidir və onun 

proqramlı  şəkildə  dəyişməsinin  mümkünlüyüdür.  Bu  baxımdan  ABŞ  və 

Yaponiya firmalarında geniş  yayılmış istehsalın layihə şəklində təşkili təq-

dirəlayiqdir. 

Layihə təşkili firma idarəetməsinin üfüqi əlaqələr səviyyəsində tətbiq 

edilir və bu zaman ənənəvi şaquli əlaqələrlə kəsişir. Beləliklə, idarəetmənin 

matris  strukturu  yaranır,  hansı  ki,  bir  bölməni  başqa  bölməyə  və  ya  bir 

neçəsinə inteqrasiya olunmasına şərait yaradır. 

Sistemli yanaşma nəticəsində məqsədlər proqramlarla və onların real-

laşdırılması planları ilə sıx əlaqələri qurmağa imkan yaradır. Bu vaxt, həm-

çinin resursların düzgün bölünməsi və istifadəsi məsələsi həll olunur, hansı 

ki, büdcədə və maliyyə hesabatında öz əksini tapır. 

 

23.2. Sistemli-məqsədli idarəetmədə təhlilin yeri və rolu 



 

Sistemli təhlilin məqsədi-istehsalın səmərəliliyinin artırılmasına yönəl-

dilmiş  məqsədlərin  və  strategiyasının  seçilməsi  üçün  tələb  olunan  məslə-

hətləri, tapşırıqları menecerlərə verməkdən ibarətdir. Sistemli təhlil son mü-

hitlərə  yönəldilmiş  tədbirlərin  xərclər-effekt  nöqteyi-nəzərindən  müqayisə-

sini nəzərdə tutur. Təhlil prosesi aşağıdakı addımlardan ibarətdir: 

- problemlərin müəyyən edilməsi; 

- məqsədlərin seçilməsi; 

- ayrı-ayrı variantların müqayisə edilməsi; 

- məlumatın toplanması; 

- modellərin qurulması; 

- xərclərin nəticələrlə müqayisə edilməsi. 

Təhlil prosesi üç əsas mərhələyə bölünür:  

- problemin formalaşdırılması – təhlil aparılan sahələr müəyyən edilir, 

təhlilin elementləri müəyyənləşdirilir; 

-  tədqiqat-məlumatların  toplanması  və  alternativ  variantların  hazır-

lanması; 

- alternativ variantların qiymətləndirilməsi. 

Sistemli  təhlil  aparılarkən  problemlə  yanaşı  onu  yaradan  real  şərait 

tədqiq edilir. Bunun üçün tələb olunur:  

- qərarları qəbul edən insanlar qarşısında duran məqsədlərin sistematik 

tədqiqi  və  bu  qərarların  qiymətləndirilməsi  üçün  əsaslı  meyarlar,  hər  bir 



Бизнесин тяшкили вя идаря едилмяси 

341 


məqsədə  nail  olunması,  strategiyaya  görə  risklərin,  xərclərin  və  effektin 

müqayisəli qiymətləndirilməsi; 

-  alternativləri  müqayisə  etmək  və  tələb  yarandıqda  ayrı-ayrı  məq-

sədləri seçmək. 

Xərclərin  və  son  nəticələrin  müqayisəsi  sistemli  təhlilin  ən  vacib 

tələblərindən  olaraq  heç  də  yeni  bir  fikir  deyil.  Bu  fikirlər  planların  tərtib 

edilməsi  prosesində  əvvəllər  də  istifadə  edilmişdir.  Yenilik  burada  ondan 

ibarətdir ki, sistemli  yanaşma təhlilin daha dəqiq, keyfiyyətlə aparılmasını, 

qeyri-müəyyənlik  hallarının  açıq-aydın  göstərilməsini  nəzərdə  tutur.  Bir 

tərəfdən  istehsal  proseslərinin  mürəkkəbləşməsi,  o  biri  tərəfdən  isə  xarici 

mühit amillərinin təsiri nəticəsində strateji planlaşdırmanın əhəmiyyəti xeyli 

artmışdır.  Bununla  əlaqədar  qəbul  edilən  qərarların  əsaslandırılması  üçün 

sistemli təhlil xüsusi əhəmiyyət kəsb edir. 

Ə

məliyyatların tədqiqi metodlarından fərqli olaraq sistemli təhlil daha 



geniş,  mürəkkəb  məsələlərin  həlli  üçün  istifadə  edilir.  Sistemli  təhlilin 

prosedurası aşağıdakı prinsiplərlə müəyyən edilir: 

  bütün təhlil boyu açıq və dəqiq informasiyaya əsaslanmaq, məqsəd-



ləri düzgün müəyyən etmək; 

  qoyulmuş məsələnin həllinə yönəldilmiş bütün faktların kəmiyyətcə 



qiymətləndirilməsi; 

  bütün  araşdırılan  alternativlərin  iqtisadi  nəticələrinin  müəyyən 



edilməsi. 

Xarici iqtisadi ədəbiyyatda firmaya aid sistem dedikdə daxili element-

lərin  və  proseslərin  bir-biri  ilə  sıx  əlaqədə  olaraq  vahid  bir  məcmu  kimi 

çıxış etməsi başa düşülür və bu vəhdətlik qoyulmuş məqsədə çatmaq üçün 

böyük əhəmiyyət kəsb edir. 

Biznesin  idarə  edilməsinə  sistemli-məqsədli  yanaşmanın  ən  vacib  

vasitəsi istifadə edilən kompyuter texnikasıdır. Ancaq müasir idarəetmə sis-

temlərini informasiya texnologiyalarla və ya kompyuter sistemləri ilə eyni-

ləşdirmək  olmaz.  İdarəetmə  sistemləri  daha  genişdir  və  aşağıdakı  müna-

sibətləri özündə cəmləşdirir: 

 təşkilatı quruluşun iyerarxiyası; 



 hüquqların və münasibətlərin bölüşdürülməsi; 

 müəssisənin və onun bölmələrinin işinin səmərəliliyinin bütövlükdə 



və ayrılıqda qiymətləndirilməsi metodları. 

“Məqsədli  idarəetmə”  termininin  istifadəsi  onu  göstərir  ki,  firmanın 

fəaliyyətinin  idarə  edilməsində  sistemli  yanaşma  metodologiyasından  isti-

fadə  edilir.  Bu  isə  firmanın  fəaliyyətini  nəzərdə  tutulmuş  son  məqsəd  əsa-

sında  kompleks  planlaşdırılmasının  şərt  olmağını  tələb  edir.  Bu  cür  plan-

laşdırmaya  əks  təsir  maliyyə  göstəricilərin  olmasını  vacib  edir.  Planlaşdır-

manın  səmərəlilik  səviyyəsini  artırmaq  üçün  onun  məqsədləri  analitik 


Бизнесин тяшкили вя идаря едилмяси 

342 


vasitələrin  geniş  istifadəsi  ilə  hesablanmış  kəmiyyət  və  keyfiyyət  gös-

təricilərinə əsaslanmalıdır. 

İ

darəetmədə  sistemli  yanaşmanın  əsasını  informasiya  sistemi  təşkil 



edir, çünki bu idarəetmə sisteminin modelini təşkil edir və həm də qərarların 

qəbul edilməsi üçün ayrı-ayrı elementlərin birləşdirilməsi vasitəsidir.  

İ

stehsalda  operativ  idarəetmə  elektron  hesablama  maşınlarının  tətbiqi 



olduqca vacibdir və burada informasiyanın əsas hissəsi rəqəmli şəkildə təhlil 

edilir.  Ancaq  bu  hesablama  maşınlarının  idarəetmənin  yüksək  pilləsində 

tətbiqi  imkanları  məhduddur,  çünki  sahələrin,  funksiyaların  koordinasiyası 

tələb olunur. Burada söhbət texniki məhdudluqdan yox, sosial-iqtisadi məh-

dudluqdan gedir, çünki hər bir təşkilatda formal əlaqələrlə bərabər qeyri-for-

mal əlaqələrdə mövcuddur və bu əlaqələr təşkilatı quruluşda əks olunmur. 

Təşkilatın  qeyri-formal  quruluşu  insanlar  arası  münasibətlərdən,  ənə-

nələrdən,  yazılmamış  etik  qaydalardan  və  normalardan  ibarətdir  və  onun 

dəyişdirilməsi  daha  çətindir.  Müəssisələr  səviyyəsində  idarəetmədə  müasir 

dövrdə  operativ  problemlərin  həll  edilməsi  üçün  geniş  miqyasda  komp-

yuterlərin istifadəsinə əsaslanan modelləşmə metodu geniş tətbiq edilir. Bu 

səbəbdən  ABŞ-da  və  ayrı  inkişaf  etmiş  ölkələrdə  fəaliyyət  göstərən  iri 

kompaniyalarda  qərarların  qəbulu  prosesində  çoxlu  sayda  analitiklər  və 

menecerlər  iştirak  edirlər.  Bununla  əlaqədar  olaraq  menecerlərdən  öz  tələ-

batlarını  dəqiq  formalaşdırılması  tələb  olunur,  analitiklər  isə  real  vəziyyəti 

nəzərə almaqla bu tələblərə əsaslanaraq modellər qurur və problemlərin həll 

edilməsi variantlarını təhlil edirlər. 

 

23.3. İstehsal sistemləri və onların quruluş



 

İ

stehsalın  idarəetməsinə  sistemli-məqsədli  yanaşmanın  ehtimalına 



ə

sasən  istehsalçı  müəssisə  (firma)  və  onun  istehsal  təsərrüfat  sahələri 

ə

məliyyat  funksiyaları  yerinə  yetirən  vahid  bir  sistemdir.  Əməliyyat  funk-



siyalarına elə bir hərəkətlər daxildir ki, onların nəticəsində əmtəələr və xid-

mətlər  istehsal  edilir  və  istehlakçılara  göndərilir.  İstehsal  prosesində  əmə-

liyyat nəticəsində: 

  əməyin  predmetinin  fiziki-kimyəvi  keyfiyyətləri  məqsədyönlü 



şə

kildə dəyişilir; 

  detalların və ayrı-ayrı vasitələrin birləşməsi baş verir; 



  əmək əşyaları ayrı-ayrı texnoloji nəzarət, nəqliyyat və  ya əmtəənin 

saxlanması üçün hazırlanır; 

  informasiyanın  toplanılması,  saxlanılması  və  ya  göndərilməsi  baş 



verir. 

“Əməliyyat”  və  “istehsal”  terminləri  qarşılıqlı  əlaqəlidirlər.  Ancaq 

“istehsal” altında daha çox əmtəənin istehsalı və xammalın emalı başa düşü-


Бизнесин тяшкили вя идаря едилмяси 

343 


lür, amma “əməliyyat” termini daha genişdir, çünki o, həm əmtəənin isteh-

salına, həm də xidmətin göstərilməsinə aiddir. 

Ə

məliyyatların  sayı  kifayət  qədər  çoxalanda  keyfiyyətli  idarəetməyə 



yüksək  tələbi  olan  idarəetmə  sistemi  yaranır.  İstehsal  sisteminin  idarə 

edilməsi üzrə qərarlar qəbul edilərkən bütün amillər, istehsal sahələrinin sa-

yından asılı olmayaraq mütləq nəzərə alınmalıdır. Burada o fikrə əsaslanırlar 

ki, bütün istehsal sahələrini təmsil edən firmalar öz fəaliyyətlərini bir vahid 

məqsədə yönəldirlər. 

Hər bir istehsal firması özünəməxsus istehsal sistemindən ibarətdir və 

ə

mtəələrin  (xidmətlərin)  istehsalına  yönəldilmiş  funksiyaların  və  hərəkət-



lərin məcmusudur. Firmanın  tamamlanmış istehsal  hərəkətlərindən  ibarət   

sistem əməliyyat sistemi adlanır. 

İ

stehsal sisteminin idarə edilməsi – bütün istehsal proseslərinin şüurlu 



idarə edilməsidir və bilavasitə onun tərkibinə daxildir: 

a)  müəssisənin  istehsal  fəaliyyətinin  ümumi  strategiyasının  və 

istiqamətlərinin işlənib hazırlanması; 

b)  istehsal  sisteminin  işlənib  hazırlanması  və  tətbiqi,  o  cümlədən  is-

tehsal proseslərinin hazırlanması və istehsal güclərinin yerləşdirilməsi haq-

qında qərarların qəbulu, məhsul layihəsinin hazırlanması, işlərin yerinə yeti-

rilməsi, standartların və normaların tətbiq edilməsi; 

c)  sistemin  gündəlik  fəaliyyətinin  planlaşdırılması  və  nəzarətin  təş-

kili. Bu səmərəli və ardıcıl planlaşdırmanı, sifarişlərin istiqamətlərini, məh-

sulun  istehsal  qrafikini,  detalların,  cürbəcür  istehsal  elementlərin  axınının 

idarə edilməsini zənn edir. 

İ

stehsal  sistemi  –  ayrı-ayrı  istehsal  vahidlərindən  və  istehsal 



sahələrindən ibarətdir: 

  İstehsal vahid birliyi – eyni istehsal tapşırığının yerinə yetirilməsi 



ilə məşğul olan fəhlələrdən, avadanlıqdan və istehsal sahələrindən ibarətdir. 

  İstehsalat sahəsi – müəssisədə konkret məsələnin, tapşırığın yerinə 



yetirilməsinə məsuliyyət daşıyan formal bir qrupdur, məsələn, sex, sahə.  

  Sahə, sex, şöbə – hansısa bir fəaliyyəti həyata keçirən və ya keçirt-



mək  üçün  məsuliyyəti  daşımaq  üçün  yaradılmış  bir  vahid  təşkilatı  qurum-

dur. 


  Yardımçı istehsal və ya xidmət sahəsi – istehsal sahələri üçün tə-

mir,  daşımalar,  materialların  saxlanması  və  sairə  kimi  xidmətlər  həyata 

keçirir. 

Firmanın istehsal quruluşunu xarakterizə edir: 

- müəssisələrin  quruluşu  (istehsal  gücü,  ixtisaslaşmanın  və  koope-

rasiyanın formaları); 

- firmanın  sahə  mənsubiyyətinə  aid  istehsal  olunan  məhsulun  xassəsi 

(xarakteri). 


Бизнесин тяшкили вя идаря едилмяси 

344 


23.4. Sistemli-məqsədli idarəetmənin dünya təcrübəsi 

 

Müasir şəraitdə ABŞ və Yaponiya firmalarının idarə edilməsində kifa-



yət  qədər  fərqlər  mövcuddur.  Bu  həm  istehsalın  genişləndirilməsinə  (kom-

paniyaların,  ölçülərin  artırılması  vasitələrinə),  həm  də  istehsalın  səmərə-

liliyin  artırılması  məsələlərinə  (texnoloji  bazasını  inkişaf  etdirmə  və  isteh-

salın inkişafın idarəedilməsi vasitələri) aiddir. 

 Firmanın  istehsal  gücünün  genişləndirilməsi  ayrı-ayrı  vasitələrlə  hə-

yata keçirilə bilər, o cümlədən: 

- öz maliyyə resurslarına əsaslanan yeni avadanlığa və tikintilərə əlavə 

kapital qoymaq; 

- başqa firmaları udmaqla və onlarla müştərək biznes yaratmaq; 

- tələb olunan avadanlıq və istehsal müəssisəsini icarəyə vermək; 

- yeni avadanlığı lisenziya ilə birlikdə almaq; 

- müştərək müəssisə yaratmaq və istehsal güclərini birləşdirmək; 

- podrat müqavilə əsasında müştərək müəssisəni tikmək.  

Amerika kompaniyaları istehsal güclərinin genişləndirilməsində bütün 

yuxarıda sadalanan vasitələrə rəğmən müəssisələri udmağa (zəbt etməyə) və 

ya  birləşmələrə  xüsusi  yer  ayırırlar.  Yapon  firmaları  isə  bu  kimi  problem-

lərin həll edilməsində öz maliyyə resurslarına əsaslanırlar və praktiki olaraq 

özgə kompaniyaları almaqdan çəkinirlər. Bunun da əsas səbəblərindən biri – 

heyətin  idarə  edilməsində  işçilərin  ömürlük  işə  götürülməsi  və  qərarların 

qrup şəkilində qəbul edilməsi prinsipləridir. Buna görə müəssisələrin alınıb-

satılması  Yaponiyada  normal  hərəkət  sayılmır.  Yapon  firmaları  istehsalın 

inkişaf vasitələri arasında əsas üstünlüyü müştərək kommersiya müəssisələ-

rinin  yaradılması  və  ya  tikilməsinə  verir.  Xarici  firma  partnyorluğa  cəlb 

edilərkən öz üzərinə müasir texnologiya ilə təchizedilmə vəzifəsini götürür, 

Yapon firmaları isə öz üzərinə istehsal obyektləri və təchizat ilə bağlı məsə-

lələri götürməyə üstünlük verirlər. 

Tərəfdaş  şəklində  hər  ikisi  Yapon  firması  olduqda  onlar,  adətən  bir-

birini tamamlamaq  məqsədilə  malik  olduğu ən yaxşı vasitələri birləşdirir-

lər və nəticədə müştərək müəssisənin yüksək səmərəliliyinə nail olurlar. 

ABŞ  firmalarında  istehsalın  idarə  edilməsinə  məxsus  olan  ən  vacib 

xüsusiyyətlər aşağıdakılardır: 

-  ümumi  təchizatçıların sayının azaldılması, vaxtında, keyfiyyətli bir-

başa  təchizat  xidməti  göstərən  təchizatçılara  üstünlük  verilməsi  və  onların 

seçilməsi; 

- təchizatçılara  uzunmüddətli  qarşılıqlı  əlaqədə  xidmət  göstərməsinə 

ə

saslanan münasibətlərin qurulması; 



- təchizat  funksiyalarını  həyata  keçirən  partnyorlar  öz  səylərini 

birləşdirirlər  ki,  vaxtında  və  itkisiz  təchizat  xidməti  göstərsinlər,  nəqliyyat 

xərclərini  minimuma  endirsinlər,  anbarlarda  olan  ehtiyatları  azaltsınlar, 


Бизнесин тяшкили вя идаря едилмяси 

345 


qoyulmuş  məqsədlərə  nail  olunması  istiqamətində  menecerlər  fəaliyyət 

göstərirlər; 

- planın təsdiqləmə təcrübəsi ona əsaslanır ki, hər bir müəssisə öz gös-

təricilərinin  vaxtında  təsdiqləməsinə  çalışır.  Şərait  dəyişdikcə,  planda  mü-

vafiq dəyişikliklər aparılır; 

- menecerlər  öz  idarəetmə  fəaliyyətində  müasir  texniki  vasitələrdən 

(şəxsi kompyuter, teletayp, telefaks və s.) geniş istifadə edirlər; 

- gələcəyi  görmək  və  lazımi  tədbirləri  həyata  keçirmək  menecerin 

fəaliyyətində ən yüksək keyfiyyətlərindən biridir; 

- məhsulun  yaranma,  istehsal  və  satış  mərhələlərindən  keçmə  vaxtı 

azaldıqca, onların arasındakı sərhədlər getdikcə silinir; 

- idarəetmədə  heyətin  iştirakının  genişləndirilməsi  nəticəsində  müdi-

riyyətlə işçilərin arasında münaqişələrin sayı xeyli azalır; 

- müəssisələrdə  fəhlə  (işçi)  briqadaların  yaradılması  onların  məsuliy-

yətinin  və  hüquqlarının  genişləndirilməsi  (həm  məhsulun  istehsalına,  key-

fiyyətinə, həm də təhlükəsizlik texnikasına, təchizata, istehsal proseslərinin 

səmərəliliyinin  artırılmasına,  avadanlığın  təmirinə,  nizam-intizamı  qayda-

larına riayət edilməsinə) nəticəsində əmək məhsuldarlığı artır, istehsal xərc-

ləri isə azalır. 

- seçmə işçi qrupların yaradılması və ora sıravi işçilərin cəlb edilməsi 

onların  planlaşdırma  prosesində  iştirakı  nəticəsində  işçilərlə  menecerlər 

arasında münasibətlər xeyli yaxşılaşır, verilən səmərəli təkliflərin sayı artır. 

ABŞ-ın şirkətlərində məhsul layihəsi, adətən bir qrup yüksək səviyyəli 

mütəxəssislər tərəfindən hazırlanır. Tədqiqin böyük bir hissəsi bir qrup ixti-

saslaşmış mütəxəssis tərəfindən yerinə yetirilir və adətən onlar müstəqil şə-

kildə  işləyirlər.  Amerika  firmalarının  təcrübəsi  göstərir  ki,  ayrı-ayrı  sahə-

lərin təmsilçiləri arasında sıx münasibətlər yarandıqda mürəkkəb istehsal və 

satış problemlərinin həll edilməsi mümkün olur.  

ABŞ  firmalarının  istehsal  fəaliyyətinə  mənfi  təsir  edən  faktorlara 

aşağıdakıları aid etmək olar: 

- yeni idarəetmə metodlarının tətbiqi ilə bağlı çətinliklər; 

- təlimatların çox olması; 

- geniş  əhatəli  mütəxəssislərlə  müqayisədə  dar  mütəxəssislərə 

üstünlük verilməsi; 

- funksional ixtisaslaşmanın inkişafı; 

- qısamüddətli mənfəətin alınmasına istiqamətlənmə; 

- yığılmanın aşağı səviyyədə olması; 

- istehlak xərclərinin çoxalması; 

- investisiyaların həcminin azaldılması. 

Yapon  firmalarında  keyfiyyətə  və  nəzarətə  əsas  diqqət  sexlərdə  və 

istehsal  sahələrində  həyata  keçirilir.  Fəhlələr  gündəlik,  standart  əməliyyat-

larla  yanaşı,  istehsal  xətti  adı  verilmiş  rejimdə  işlədikdə,  qeyri-standart 



Бизнесин тяшкили вя идаря едилмяси 

346 


ə

məliyyatları  da  yerinə  yetirirlər;  avadanlığı  yenidən  sazlamaq,  işin  pozul-

masının  səbəblərini  müəyyən  etmək  və  aradan  qaldırmaq  istehsal  olunan 

malın  keyfiyyətinə  nəzarət  olunur.  Yapon  firmalarında  kənardan  mütə-

xəssisləri  o  vaxt  cəlb  edirlər  ki,  mövcud  işçilər  üçün  əməliyyatları  yerinə 

yetirmək  çox  mürəkkəbdir,  xüsusi  hazırlıq  tələb  edir.  Belə  bir  yanaşma 

boşdayanma vaxtını azaldır, istehsal xərclərinə qənaət edir, həm də işçilərin 

istehsal-texnoloji proseslərin idarə olunmasında iştirakını artırır. 

Yapon  firmalarında  işçilərin  biliyini,  təcrübəsini,  təkliflərini  elmi-

tədqiqat və konstruktor şöbələrinə ötürülməsinə xüsusi diqqət yetirilir. İda-

rəetmə sistemində istehsal sexləri mərkəzi yer tutur və burada toplanan nou-

hau  (now-how)  firma  tərəfindən  bütövlükdə  strategiyanın  seçilməsinə, 

avadanlığın və texnologiyaların seçilməsinə təsir göstərir. 

Mühəndis-texniki heyəti firmanın öz fəhlələrindən formalaşır.  

Yapon firmalarının idarə edilməsində bir sıra aşağıdakı xüsusiyyətləri 

göstərmək olar: 

 daha mürəkkəb texniki-texnoloji nöqteyi-nəzərindən məhsulun isteh-



salına keçdikcə istehsalın texniki-texnoloji mürəkkəbliyi azalır; 

 mürəkkəb  məhsulun  istehsalının  standart,  sadə  və  asan  idarəedilən 



ə

məliyyatların məcmusu əsasında reallaşdırılması; 

 istehsalın  avtomatlaşdırılmasının  əsas  istiqaməti  kimi  saxlamaq 



şə

rtilə  bütün  işlərin  maksimum  sadələşdirilməsi  və  səmərələşdirilməsi, 

proqramlardan kənara çıxan dəyişikliklərin azaldılması; 

 yeni məhsul istehsalını mümkün edən yeni texnologiyaların yaradıl-



ması istiqamətində bütün səylərin və resursların cəmləşdirilməsi; 

 istehsalatda əsas layihədə “kənara çıxmaları” heyət tərəfindən müəy-



yən  edilməsi  üçün  “aşağıdan”  idarəetmə  şəraitin  və  mexanizmin  yaradıl-

ması. 


Yapon  müəssisələrində  yeni  məhsullar,  adətən  bir  qrup  ekspert  tərə-

findən yaradılır və onların hamısı bir-biri ilə sıx əməkdaşlıq edir. Firma çər-

çivəsində  yeni  məhsul  yaradılarkən  hamıdan  bütövlükdə  fikirləşmək  tələb 

olunur.  

Bunu – idarəetmədə sistemli yanaşmanı yapon modeli adlandırmaq və 

yapon  iqtisadiyyatının  davamlı  inkişafının  əsas  faktorlarından  biri  hesab 

etmək olar. 


Бизнесин тяшкили вя идаря едилмяси 

347 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin