AZƏrbaycan respublikasi təHSİl naz


Şəkil 21.1. Lizinq razıla



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə35/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   31   32   33   34   35   36   37   38   ...   50
4 biznes


  Şəkil 21.1. Lizinq razılaşmasının çoxtərəfli mexanizminin sxemi 

Бизнесин тяшкили вя идаря едилмяси 

319 


21.4. İnvestisiya layihələrinin qiymətləndirilməsi  

meyarları və metodları 

 

Mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisələr  investisiya 



fəaliyyəti  göstərərkən  bir  çox  amilləri  nəzərə  almalıdırlar.  İnvestisiya  fəa-

liyyəti ilə bağlı qərarın qəbul edilməsi mürəkkəb proses olduğuna görə  hə-

yata  keçiriləcək  investisiya  layihələrinin  istiqaməti  və  növləri,  dəyəri  və 

sayı, maliyyə ehtiyatlarının miqdarı və investorların şəxsi  maraqları tədqiq 

edilib öyrənilməlidir.   

Ukrayna  iqtisadçıları  V.P.Savçukun,  S.İ.Prilipkonun  və  Y.Q.Veliç-

konun  fikrincə  beynəlxalq  təcrübədə  müəssisənin  inkişaf  planı  biznes-plan 

formasında  tərtib  olunduğuna  görə  bu  planı  həm  də  müəssisənin  inkişaf 

layihəsi kimi də qəbul etmək olar. Əgər həmin layihə investisiya qoyuluşu 

tələb edirsə, onu investisiya layihəsi kimi səciyyələndirmək lazımdır. 

Layihələrin  əksəriyyətinin  investisiya  qoyuluşları  tələb  etməsi 

qənaətinə gələn bir qrup Azərbaycan alimlərinin fikrincə isə investisiya la-

yihəsi  “...müəyyən  məqsəd  güdən  müəssisənin  fəaliyyətinin  dəyişmələri 

haqqında xüsusi formada işlənmiş təklif və ya ideyadır”. 

A.Erdal  və  V.Kərimov  investisiya  layihəsinə  “...hər  hansı  bir  kapital 

qoyuluşunun  iqtisadi, texniki  və  maliyyə  imkanlarının  planlı  şəkildə  hazır-

lanması...”  kimi  baxılarsa,  F.B.Əliyev  investisiya  layihəsini  “...investisi-

yanın  hüquqi,  iqtisadi,  texniki  və  maliyyə  təhlillərinin  planlı  şəkildə  ha-

zırlanması...” kimi nəzərdən keçirir. 

Rus  iqtisadçısı  V.İ.Çekşinin  fikrincə,  investisiya  layihəsi  dedikdə 

“...arzu  olunan  sosial-iqtisadi  səmərəliliyi  əldə  etmək  məqsədilə  elmi-təd-

qiqat, təcrübi-konstruktor, tikinti-quraşdırma, sınaq, işəsalma-sazlayıcı, təh-

vil-təslim,  təşkilati-hüquqi,  reklam-tərtibat,  informasiya  və  s.  xidmətlərin 

həyata  keçirilməsi  formasında  vəsaitlərin  investisiya  obyektinə  qoyulması 

və  toplanması  üzrə  texniki  iqtisadi  qərarların  və  təşkilati-maliyyə  tədbir-

lərinin məcmusu...” başa düşülməlidir. 

Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi,  istənilən  halda  inves-

tisiya layihələri müxtəlif maliyyələşdirmə mənbələri və imkanları, texnoloji 

və  təşkilati  təminat,  reallaşdırma  müddəti  və  s.  cəhətdən  səciyyələndirilə 

bilər. Lakin onlardan hər biri eyni dərəcədə vacib olsalar da investisiya fəa-

liyyətinin  maliyyələşdirmə  aspektləri  bir  çox  hallarda  həlledici  əhəmiyyət 

kəsb  edir.  Hər  hansı  investisiya  layihəsinin  investorun  tələblərinə  cavab 

verib-vermədiyini  müəyyən  etmək  üçün  aşağıdakı  maliyyə  xarakterli  sual-

ların araşdırılması vacibdir: 

1.  Layihənin  həyata  keçirilməsi  üçün  tələb  olunan  maliyyə  vəsaitinin 

məbləği. 

2.  Tələb  olunan  həcmdə  maliyyə  vəsaitlərinin  mənbələri  və  onlardan 

istifadənin qiyməti. 



Бизнесин тяшкили вя идаря едилмяси 

320 


3.  İnvestisiyanın  iqtisadi  səmərəlilik  göstəriciləri,  ayrılan  investisiya 

qoyuluşu ilə gözlənilən maliyyə nəticələrinin müqayisəsi. 

İ

qtisadi  ədəbiyyatda  investisiya  layihələrinin  səmərəliliyinin  qiymət-



ləndirilməsinə  müxtəlif  yanaşmalar  mövcuddur.  Mülkiyyət  formaları,  qiy-

mətin əmələgəlməsi üsulları və s. mövqelər baxımından müxtəlif təsərrüfat 

sistemləri  öz  aralarında  əhəmiyyətli  fərqlərə  baxmayaraq  investisiya  layi-

hələrinin  qiymətləndirilməsinə  prinsipial  yanaşmalarda  bir  çox  ümumi-

liklərə  malikdirlər.  İnvestisiya  layihələrinin  səmərəliliyinin  qiymətləndiril-

məsi prinsiplərini  iqtisadçılar üç qrupa ayırırlar: 

1)  metodoloji  prinsiplər  –  işin  konseptual  tərəfinə  aid  edilən  daha 

ümumi prinsiplər, layihələrin səmərəliliyinin qiymətləndirilməsi “fəlsəfəsi” 

və baxılan layihənin spesifik xüsusiyyətindən daha az asılı olan prinsiplər; 

2) metodiki prinsiplər – layihə ilə, onun spesifik xüsusiyyəti ilə, layi-

hənin iqtisadi və maliyyə cəlbediciliyi ilə artıq birbaşa bağlı olan prinsiplər; 

3)  əməliyyat  prinsipləri  –  informasiya-hesablama  nöqteyi-nəzərindən 

layihənin səmərəliliyinin qiymətləndirilməsi prosesini yüngülləşdirən prinsiplər. 

İ

qtisadçılar  investisiyanın  qiymətləndirilməsi  prinsiplər  sisteminin 



strukturunu aşağıdakı sxem üzrə təklif edirlər (sxem 21.1). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Sxem 21.1. İnvestisiyanın qiymətləndirilməsi prinsipləri 

 

İ



nvestisiyanın səmərəli-

liyinin qiymətləndirilməsi 

prinsipləri 

Metodoloji 

Metodiki 

Ə

məliyyat 



•səmərəlilik 

•uyğunluq 

•obyektivlik 

•təshihlik 

•sistemlilik 

•komplekslilik 

•resursların 

məhdudiyyətliliyi 

tələbatın qeyri-məhdudluğu 

•layihənin, 

investorların tərkibinin 

spesifikliyi 

•iştirakçıların 

maraqlarının üst-üstə 

düşməməsi 

•dinamiklik 

•xərc və nəticələrin 

qeyri-bərabər 

dəyərliliyi, qeyri-

sinxronluğu 

•razılaşdırma 

•məhdud idarəolunma 

•informasiyanın qeyri-

tamlığı 


•kapitalın strukturu 

•modelləşdirmə 

•kompyuter yardımı 

•interaktiv rejim 

•simplifikasiya 


Бизнесин тяшкили вя идаря едилмяси 

321 


İ

qtisadi  ədəbiyyatda  investisiyanın  səmərəlilik  göstəricilərini  aşağı-

dakı əlamətlərə görə təsnifləşdirirlər: 

1.  Ümumiləşdirici  göstəricilərin  növü  üzrə.  Həmin  göstərici  növləri 

investisiyanın iqtisadi səmərəlilik meyarı kimi çıxış edirlər: 

-  mütləq.  Burada  ümumiləşdirici  göstəricilər  layihənin  reallaşması 

ilə  əlaqədar  nəticə  və  xərclərin  dəyər  qiymətləndirmələri  arasındakı  fərq 

kimi müəyyən edilir; 

-  nisbi.  Burada  ümumiləşdirici  göstəricilər  layihənin  nəticələrinin 

dəyər  qiymətləndirmələrinin  onların  alınmasına  çəkilən  məcmu  xərclərə 

nisbəti ilə müəyyən edilir; 

-  vaxt.  Burada  ümumiləşdirici  göstəricilər  investisiya  xərclərinin 

ödəmə dövrü kimi qiymətləndirilir. 

2.  Müxtəlif  vaxta  malik  pul  xərcləri  və  nəticələrinin  müqayisəsi 

metodu üzrə: 

- statik.  Burada müxtəlif vaxt anlarında meydana çıxan pul axınları 

bərabər dəyərlə qiymətləndirilir; 

-  dinamik.  Burada  layihənin  reallaşdırılması  ilə  əlaqədar  meydana 

çıxan pul axınları onların diskontlaşdırılması vasitəsilə ekvivalent əsasa gə-

tirilir ki, bununla da müxtəlif vaxtlarda pul axınlarının müqayisəliliyi təmin 

edilir. 

Statistik  metodlar  uçot  qiymətləndirmələrinə  əsaslanan  metodlar 

kimi,  dinamik  metodlar  isə  diskontlaşdırıcı  qiymətləndirmələrə  əsaslanan 

metodlar kimi səciyyələndirilir. 

Rus  alimi  V.Z.Çernyak  investisiya  layihəsinin  səmərəlilik  göstəri-

cilərini aşağıdakı kimi qruplaşdırır: 

1. Kommersiya (maliyyə) səmərəliliyi göstəriciləri. Bu göstəricilərdə 

layihənin  birbaşa  iştirakçıları  üçün  onun  reallaşdırılmasının  maliyyə  nə-

ticələri nəzərə alınır. 

2.  Büdcə  səmərəliliyi  göstəriciləri.  Bu  göstəricilərdə  respublika  və 

yerli  büdcələr  üçün  layihənin  həyata  keçirilməsinin  maliyyə  nəticələri  əks 

etdirilir.  

3.  İqtisadi    səmərəlik    göstəriciləri.    Bu    göstəricilərdə    investisiya  

layihəsi  iştirakçılarının  birbaşa  maliyyə  maraqlarından  kənara  çıxan  və  la-

yihənin reallaşması ilə bağlı xərc və nəticələr nəzərə alınır. 

Eyni zamanda, qeyd etmək lazımdır ki, hər bir investisiya layihəsinin 

səmərəliliyinin  qiymətləndirilməsi  müəyyən  prinsiplərə  cavab  verən 

aşağıdakı meyarlar nəzərə alınmaqla həyata keçirilməlidir: 

- vaxta görə pulun dəyərinin təsiri; 

- alternativ xərclərin uçotu; 

- layihənin parametrlərində mümkün dəyişmələrin uçotu; 

-  mühasibat  göstəricilərinə  görə  deyil,  pul  vəsaitlərinin  real  axını 

ə

sasında hesablamaların aparılması; 



Бизнесин тяшкили вя идаря едилмяси 

322 


- inflyasiyanın əks etdirilməsi və uçotu; 

- layihənin həyata keçirilməsi ilə əlaqədar riskin uçotu. 

İ

nvestisiya  layihələrinin  səmərəliliyinin  hesablanması  üçün  istifadə 



olunan əsas göstəricilər kimi aşağıdakılar tövsiyə edilir: 

- xalis gəlir; 

- xalis diskontlaşdırılmış gəlir; 

- daxili gəlirlilik norması; 

- əlavə maliyyələşdirməyə tələbat; 

- xərc və investisiyanın gəlirlilik indeksləri; 

- ödəmə müddəti; 

- layihə iştirakçısı olan müəssisənin maliyyə vəziyyətini xarakterizə 

edən göstəricilər qrupu. 

Maliyyə  cəhətdən  reallaşdırma  şərtləri  və  səmərəlilik  göstəriciləri 

pul axınları əsasında hesablanır ki, onun da konkret tərkibi qiymətləndirilən 

səmərəlilikdən  asılıdır.  Müxtəlif  illərdə  əlavə  maliyyələşmənin  məqsəd-

lərinə  və  spesifik  xüsusiyyətlərinə  müvafiq  olaraq  investisiya  layihəsinin 

maliyyə  göstəriciləri  cari  və  proqnoz  qiymətlərlə  hesablanır.  Qalan  göstə-

ricilər isə cari və deflyasiya olunmuş qiymətlərlə hesablanır.  

 


Бизнесин тяшкили вя идаря едилмяси 

323 


XXII FƏSİL. BİZNES-PLANIN  

REALLAŞDIRILMASI 

 

22.1. Biznes-planın reallaşdırılması metodları 

 

Biznes-planın  reallaşdırılması  mərhələsi  vəsaitin  yönəldilməsi  üzrə 



qərar qəbul ediləndən kommersiya prosesi başlayana qədər olan dövrü əhatə 

edir. Bu bölmədə ilk növbədə biznes-planın məqsədi bir daha vurğulanmalı 

və  onun  reallaşdırılması  aşağıdakı  istiqamətlərdə  açıqlanmalıdır.  Biznes-

planın reallaşdırılması şəbəkə planlaşdırılması və kompyuter texnikasından 

istifadəyə  və  alternativ  reallaşdırma  variantlarının  seçilməsi  istiqamətində 

aparılmalıdır.  Buna  nail  olmaq  üçün  reallaşdırma  qrafikinin  tərtib  edilməsi 

və  ona  riayət  edilməsi  vacibdir.  Bu  zaman  əsas  diqqət  ayrılmış  vəsaitdən 

düzgün istifadə olunmasına yönəldilməsidir. 

Biznes-planın reallaşdırılması dedikdə – onun tərtib edildiyi müəssisə 

üçün xarakterik olan bütün daxili və ondan kənar işçi tapşırıqlarının yerinə 

yetirilməsi başa düşülür, daha doğrusu, işgüzar biznes-planın layihə mərhə-

ləsindən  real  istehsalat  mərhələsinə  keçirilməsidir.  Reallaşacaq  biznes-

layihənin və onun üçün lazım olan vəsaitin planlaşdırılması özündə bir neçə 

məsələləri əks etdirir. Onlara aiddir: 

-  layihəni  tətbiq    etmək    üçün  firmada  və  ondan  kənar  işgüzar 

məsələlərin müəyyən edilməsi; 

-  biznes-planın  reallaşdırma  mərhələsində  3  addım  təcrübəsindən 

istifadə; 

-  şəbəkə planlaşdırılması və kompyuter texnikasından istifadə; 

-  reallaşdırmanın  alternativ  metodlarından  və  s.  istiqamətlərdən 

geniş istifadə. 

Biznes-planın effektiv reallaşdırılması metodunun seçilməsi prosesinə 

baxaq (sxem 22.1).  

Hər bir təşkilat yalnız daxili imkanlara və xarici perspektivlərə uyğun 

dəyişikliklərə  reaksiya  verir,  belə  ki,  hər  cür  informasiyaların  yararlı  və 

yararsız məlumatları olur. 

 

 

 



 

 

 



 

 

 



Бизнесин тяшкили вя идаря едилмяси 

324 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Sxem 22.1. Yeni layihənin reallaşdırılması  

metodlarının hazırlanması 

 

Nəzərdə  tutulan  düzəlişin  səmərəsi,  yaxud  faydalılığı  onun  istifadə 

olunma məqsədilə əlaqədar müəyyən edilir. Biznes-layihənin dəyəri onunla 

müəyyən  edilir  ki,  təqdim  olunan  layihə  praktiki  olaraq  nə  dərəcədə  real-

laşdırıla bilər, bu layihəyə uyğun olaraq biznesi dəyişdirmək imkanı varmı. 

Müəssisənin  yeni  inkişaf  səviyyəsinə  keçirilmə  prosesini  zəncirvari: 

yenidənqurma → uyğunlaşma → təcrübə → yeni yaranma çərçivədə təşki-

latın daxili prioritetlərinin dəyişilməsi mərhələləri sistemi kimi başa düşmək 

lazımdır. 

Bu  proses  müəssisə  haqqında  geniş  informasiya  spiral  xətt  üzrə 

inkişafla ifadə olunur.  

1.  Prosesdə məşğul olanların hamısının hərəkətlərini əlaqələndirmək. 

2.  Əsas mərhələlərin yerinə yetirilməsində prioritetləri ayırmaq. 

3.  Planlaşdırılan fəaliyyətin əsas elementlərini konkretləşdirmək. 

4.  Aparılan biznesin dəyişikliyinə reaksiyanı kəmiyyətcə hesablamaq. 

5.  Gələcək  inkişafın  bazası  sifətilə  qazanılan  təcrübəni  qiymətlən-

dirmək. 

6.  Yeni inkişaf konsepsiyası işləyib hazırlamaq və onu praktiki olaraq 

real şəraitə uyğunlaşdırmaq. 

Bu cür yanaşmanın səmərəliliyi dünya təcrübəsində artıq təsdiqlənib. 

 

 

Plan işləmələrin 



keyfiyyəti 

Planlaşdırma imkanı 

İ

nkişafın daha keyfiyyət 



səviyyəsinə çıxmasının  

xüsusiyətləri 

Dəyişikliklərin qəbul 

olunması потенсиалы 

 

Müəssisənin real 



imkanı 

Planın 


reallaşdırılması 

metodu 


Бизнесин тяшкили вя идаря едилмяси 

325 


22.2. Biznes-planın reallaşdırılması sistemi 

 

«Biznes-plan»  anlayışı  ilə  «müəssisənin  potensialı»  və  «rəqabətqabi-



liyyətliliyi»  anlayışları  sıx  əlaqəlidir.  Bu  anlayışlar  bazarda  müəssisənin 

imkanını,  onlardan  istifadə  dərəcəsini  və  keyfiyyətini  müəyyən  edirlər. 

Rəqabətqabiliyyətliliyə nail olunması biznes-planın reallaşdırılması sayəsin-

də müəssisə potensialının reallığa çevrilməsi nəticəsində mümkündür. 

 

 

  



 

 

          



 

 

 



 

 

 



 

 

Şə

kil 22.1. Biznes-planın reallaşdırılması sistemi 



 

Müəssisənin  potensial  imkanının  müəyyənləşdirilməsi  yalnız  onun 

işlədiyi  şəraitin  təhlilini  nəzərə  almaqla  realdır.  Müəssisə  potensialını  aşa-

ğ

ıdakı sxem şəklində göstərmək olar.  



 

 

 



 

 

 



  

 

 



 

 

 

 

 

 

 

 

Sxem 22.2. Müəssisə potensialının sxemi 

Maliyyə 


Menecment 

Базар 


Xammal 

material 

Heyət 

Texnika, 



texnologiya 

Biznes-planın yerinə yetirilməsi 

Rəqabətqabiliyyətlilik 

Potensial  

Biznesin yeni  keyfiyyəti 

Xarici mühit 



Бизнесин тяшкили вя идаря едилмяси 

326 


Müəssisənin  potensialını  formalaşdıran  bütün  texniki-iqtisadi,  maliy-

yə, sosial və digər prosesləri aşağıdakı qruplara ayırmaq olar: məhsul isteh-

salının  mövcud  imkanlarından  istifadə  prosesi;  müəssisə  potensialının  ge-

nişləndirilməsi  prosesi  –  təkrar  istehsalın  genişləndirilməsi;  təkrar  istehsal 

bazarının formalaşması və genişlənməsini təmin edən proseslər. 

Menecer  prinsipcə  öz  müəssisəsinin  potensial  imkanını  kifayət  qədər 

dəqiq qiymətləndirməlidir. Bu zaman menecerin mövcud istehsal güclərinin 

tam yüklənməsi, dövriyyə aktivlərinin azalması, əsas fondların təzələnməsi 

prosesinin olmaması və digər amillərə əsaslanaraq müəssisənin xarici mühiti 

haqqında düzgün təsəvvürü olmalıdır. 

 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

Sxem 22.3.  Müəssisənin xarici mühiti 

 

Biznes-planın yerinə yetirilməsi prosesində biznes-proseslərin monito-

rinqinin  müntəzəm  aparılması  vacibdir.  Monitorinq  biznesin  əlaqələndiril-

məsinin effektiv aləti ilə ifadə olunur, belə ki, söhbət cari problemdən gedir, 

eyni  zamanda,  ciddi  mürəkkəblik  çox  dərində  gizlənir.  Təhlil  nəticəsində 

aşkarlanır  ki,  əsas  problem  heyətin  işinin  düzgün  əlaqələndirilməməsindən 

ibarətdir.  Eyni  zamanda,  monitorinq  idarəedici  heyətin  peşəkarlıq  səviyyə-

sinin  artırılmasına  tələbatı  və  biznesdə  yeni  müasir  meyilləri  nəzərə  almaq 

ə

sasında praktiki fəaliyyətdə ən yüksək nəticəyə nail olmaq haqqında aydın 



təsəvvür yarada bilər.  

 

Müəssisə 



Ə

mtəə bazarı 

Resurs bazarı 

Kapital 


bazarı 

Sosial-iqtisadi 

və təbii 

amillər 


Məhsulun 

istehlakçıları 

Material, komplektləş-

dirici məmulat, yanacaq, 

enerji, sair resursları 

göndərənlər 

Banklar, 

investisiya 

fondları və 

digər investorlar 

Yerli əhali,  

ekoloji obyekt 



Бизнесин тяшкили вя идаря едилмяси 

327 


Çoxsaylı  xarici  firmaların  biznes-planlarının  məzmununu  ümumiləş-

dirilməklə  biznes-planın  reallaşdırılması  sxemini  aşağıdakı  kimi  tərtib 

etmək olar: 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

Sxem 22.4. Biznes-planın reallaşdırılması sxemi 

 

Biznes layihəsinin reallaşdırılması prosesinin idarə olunması aşağıdakı 

məsələlərin həllini nəzərdə tutur: 

-  layihənin  həyata  keçirilməsi  üçün  firmada  və  ondan  kənarda  yerinə 

yetiriləcək işlərin tipini müəyyən etmək; 

-  həyata keçirilən məsələlərdə hadisələrin həyata keçirilməsi ardıcıllı-

ğ

ını müəyyən etmək; 



-  layihənin həyata keçirilmə qrafikini hazırlamaq; 

-  nəzərdə tutulan məsələləri həyata keçirmək və başa çatdırmaq üçün 

lazım olan maddi, əmək və maliyyə ehtiyatlarını müəyyən etmək; 

-  layihənin bütün reallaşdırma dövrü üçün lazım olan pul vəsaitlərinin 

məbləğini dəqiq müəyyən etmək. 

 

 

 

 

Tələbat, obyektiv zərurət, 

istəklər, meyillər 

 

Məqsəd - nəticə 



Məqsəd (təsir) 

      Layihənin məqsədi 

Dəyəri  (qiyməti) 

Layihənin reallaşdırılması 

kim 

necə 


Бизнесин тяшкили вя идаря едилмяси 

328 


22.3. Biznes-planın reallaşdırılmasında “üç addım” təcrübəsi 

 

Biznes-planın tətbiqi zamanı bir-birini əvəz edən «üç addım» təhlil qay-



dasından istifadə edilir. Planın reallaşdırma mərhələsi aşağıdakı ardıcıllıqla 

həyata keçirilir: 

- planın tətbiq edilməsi üçün işçi qrupunun müəyyən edilməsi; 

-  yeni  idarə  orqanının  (kompaniyanın)  yaranması  və  onun  hüquqi 

ə

sasları; 



-  firmanın  qeydə  alınması  və  onun  hüquqi  prosesinin  həyata 

keçirilməsi; 

- firmanın hökumət səviyyəsində tanınması; 

- maliyyə fəaliyyətinin planlaşdırılması; 

- texnologiyanın alınması və tətbiqi; 

- istehsal prosesinin təşkili; 

-  injinirinq  fəaliyyətinin  təşkili,  həyata  keçirilməsi  və  kontraktın 

bağlanması; 

- torpaq sahəsinin alınması; 

- avadanlıqların alınması və tikintinin aparılması; 

- xammalla təminat və xidmət işinin təşkili; 

- istehsalqabağı marketinqin təşkili. 

Firmaların yaranması dörd mərhələdə həyata keçirilə bilər: 

1) 


Firmaları  yaratmaq  üçün  işgüzar  tərəfkeşlərlə  sazişin  bağlan-

ması; 


2) 

İş

güzar  tərəflər  arasında  maliyyə  sabitliyi  ilə  əlaqədar  sazişin 



bağlanması və lazım olan normativ-hüquqi sənədlərin ədliyyə orqanlarında 

rəsmi təsdiq edilməsi; 

3) 

Firmanın  yaranması  haqqında  tərtib  edilmiş  sənədlərin  ədliyyə 



orqanlarında rəsmi təsdiq edilməsi; 

4) 


Firmanın  fəaliyyətinin  hüquqi  cəhətdən  rəsmiləşdirilməsi  onun 

vergi və auditor təşkilatlarında, statistika orqanlarında və s. qeydə alınması. 

Biznes-planın  reallaşdırma  qrafikinin  tərtib  edilməsi  istiqaməti 

öyrənilərkən ilk növbədə tətbiqin  «üç addım»  təcrübəsindən istifadə etmək 

lazımdır. 

Birinci addımda menecer həyata keçiriləcək məsələlərin həcminə var-

madan, tətbiq edilən hadisənin ardıcıllığını müəyyən edir. 

İ

kinci  addımda  –  məzmunu  ilə seçilən məsələləri  hansı  yolla həll 



etmək və proqnozlaşdırmaqla məşğul olur. 

Üçüncü  addımda  –  tədqiqatçı-menecer  tətbiq  üzrə  qrafiki  təsdiq  edir, 

hər  bir  tədbirin  başlanğıcı  və  sonunu,  bütün  hadisələrin  ardıcıllıqla  həyata 

keçirilməsini  müəyyənləşdirir.  İstənilən  tədbiri  həyata  keçirərkən  aşağıda-

kıları  nəzərə  almaq  vacibdir:  yerinə  yetirilən  işin  məzmunu  açıqlanmalı, 

tələb  olunan  ehtiyatlar  aşkara  çıxarılmalı;  məsələnin  həyata  keçirilmə 



Бизнесин тяшкили вя идаря едилмяси 

329 


müddəti  dəqiqləşdirilməli  və  ona  cavabdeh  şəxslər  müəyyən  edilməli;  la-

zımi  informasiya  toplanmalı,  başqa  məsələlərlə  əlaqə  aydınlaşdırılmalı  və 

son nəticə qiymətləndirilməlidir. 

 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin