20.3. Müəssisənin maliyyə fəaliyyətinin qiymətləndirilməsi
Maliyyə vəziyyətinin qiymətləndirilməsində əsas məqsəd öz daxili
tələbatını ödəmək və xarici agentlər qarşısında öhdəliklərini yerinə yetirmək
üçün müəssisənin potensial imkanlarını aşkara çıxartmaqdır.
Müəssisənin maliyyə dayanaqlığı maliyyə resurslarının elə vəziyyətini
ə
ks etdirir ki, bu zaman müəssisə pul vəsaitləri ilə azad manevr edərək
Бизнесин тяшкили вя идаря едилмяси
300
onlardan effektiv istifadə etmək yolu ilə məhsulun istehsalı və satışının
fasiləsiz prosesini təmin etməyə qadirdir.
Müəssisənin maliyyə hesabatının təhlili yolu ilə maliyyə-təsərrüfat
fəaliyyətinin müxtəlif göstəriciləri arasında qarşılıqlı əlaqə və qarşılıqlı
asılılıq aşkara çıxarılır. Əvvəlki illərdə müəssisə fəaliyyətinin təhlilinin və
cari maliyyə vəziyyətinin qiymətləndirilməsinin nəticəsi maraqlı şəxslərə və
təşkilatlara gələcək dövr üçün idarəetmə qərarları qəbul etməyə imkan verir.
Müəssisənin maliyyə vəziyyəti vəsaitlərin tərkibi və yerləşdirilməsi,
onların mənbələrinin strukturu, kapitalın dövretmə sürəti, vaxtında və tam
həcmdə öz öhdəliklərinin yerinə yetirmək qabiliyyəti ilə xarakterizə edilir.
Maliyyə vəziyyəti müəssisənin iqtisadi fəaliyyətini xarakterizə edən mühüm
amildir. Maliyyə vəziyyəti müəssisənin rəqabətqabiliyyətinin, işgüzar əmək-
daşlıqda onun potensialını müəyyən edir, müəssisənin özünün və tərəfdaş-
larının maliyyə və digər münasibətlər üzrə iqtisadi maraqlarına nə dərəcədə
təminat verdiyini qiymətləndirir.
Müəssisənin maliyyə vəziyyətinin təhlili mütləq və nisbi əmsalların
köməyilə aşağıdakı beş istiqamət üzrə aparılır :
- balansın tərkibi və strukturunun qiymətləndirilməsi;
- müəssisənin likvidlikinin və ödəməqabiliyyətinin qiymətləndi-
rilməsi;
- işgüzar aktivliyin qiymətləndirilməsi;
- müəssisənin maliyyə dayanaqlığının qiymətləndirilməsi;
- rentabelliyin qiymətləndirilməsi.
İ
lkin təhlil aparmaq üçün mənbə balans hesab edilir. Göstəricilərin
dinamikası balansın üfüqi və strukturunun işə şaquli təhlili əsasında öyrə-
nilir. Üfüqi və şaquli təhlil göstəriciləri analitik aqreqatlaşdırılmış balansda
ə
ks etdirilir, hansı ki, aktiv və passivlərin tərkibini, aktivlərin strukturuna
uyğunluğunu qiymətləndirməyə imkan verir.
Ödəməqabiliyyəti bütün kreditorlar tərəfindən təqdim edilən tələblərin
və borcların ödənilməsinə müəssisənin hazır olmasıdır. Bura uzunmüddətli
borc vəsaitləri daxil edilmir, hansı ki, qaytarılma müddəti əvvəlcədən mə-
lumdur. Beləliklə, əgər müəssisə özünün bütün qısamüddətli öhdəlikləri
üzrə hesablaşmaları aparmaq və fasiləsiz istehsal prosesini davam etdirmək
vəziyyətindədirsə, onda o ödəməqabiliyyətli sayılır. Ödəmə qabiliyyəti
müəssisənin maliyyə vəziyyətinin və onun dayanaqlığının xarici təzahür for-
masıdır.
Borcların ödənilməsi üçün potensial vəsait debitor borcları və müəssi-
sənin malik olduğu əmtəə material qiymətli ehtiyatlar hesab edilir. Nəzəri
cəhətdən borcların ödənilməsi müəssisənin dövriyyə vəsaitlərilə təmin edi-
lir. Buna görə də müəssisə o zaman ödəməqabiliyyətli sayılır ki, onun döv-
riyyə vəsaitlərinin məbləği borclarının həcmindən xeyli çoxdur.
Бизнесин тяшкили вя идаря едилмяси
301
Ödəməqabiliyyətinin qiymətləndirilməsi cari aktivlərin likvidliyinin
xarakteristikası əsasında həyata keçirilir, hansı ki, onların pul vəsaitinə çev-
rilməsi üçün zəruri vaxtı müəyyən edilir. Həmin aktivin pul vəsaitinə çev-
rilməsi vaxtı nə qədər az tələb olunarsa, onun likvidliyi bir o qədər yüksək
olar.
Müəssisənin likvidliyi balansın likvidliyinə nisbətən daha ümumi anla-
yışdır. Balansın likvidliyi yalnız daxili mənbələr hesabına ödəniş vəsait-
lərinin axtarılmasını nəzərdə tutur. Ancaq müəssisə kənardan borc vəsaitləri
cəlb edə bilər, əgər işgüzar dünyada uyğun imici və yüksək investisiya
cəlbediciliyi varsa. Ödəmə qabiliyyəti və likvidlik anlayışları çox yaxındır.
Belə ki, balansın likvidlik dərəcəsindən ödəmə qabiliyyəti bilavasitə asılıdır.
Balansın likvidliyi müəssisənin ödəmə qabiliyyətinin əsasını təşkil edir.
Nisbi göstəricilər əsasında likvidliyin qiymətləndirilməsi üçün cari
likvidlik əmsalı, aralıq, yaxud sürətli likvidlik əmsalı, mütləq, yaxud kritik
likvidlik əmsalı hesablanır. Cari likvidlik əmsalı cari aktivlərin məbləğinin
cari passivlərin ümumi məbləğinə olan nisbəti ilə müəyyən edilir. O, aktiv-
lərin cari passivləri üstələməsi dərəcəsini göstərir və müəssisənin müflis-
ləşməsinin birinci meyarı sayılır.
Müəssisənin maliyyə dayanaqlığı ehtiyatların və xərclərin təminedilmə
səviyyəsi və onların formalaşmasının xüsusi və borc mənbələri, xüsusi və
borc vəsaitlərinin həcminin nisbəti ilə müəyyən edilir, mütləq və nisbi gös-
təricilər sistemini xarakterizə edir. Praktiki iş maliyyə hesabatının məlu-
matları əsasında aparılır. Zəruri informasiya bazası kimi mühasibat balansı
çıxış edir.
İ
stehsal fəaliyyətinin gedişində müəssisədə əmtəə-material qiymətli-
lərin daim formalaşması gedir. Bunun üçün həm xüsusi dövriyyə vəsaitlə-
rindən, həm də borc vəsaitlərindən istifadə olunur. Ehtiyatların və xərclərin
formalaşması mənbələrini tam əks etdirmək üçün aşağıdakı mütləq gös-
təricilərdən istifadə olunur:
1. Xüsusi dövriyyə vəsaitlərinin miqdarı. O, xüsusi vəsait mənbələri
və əsas vəsaitlər və qoyuluşlar arasında fərq kimi hesablanır.
2. Ehtiyatların və xərclərin formalaşması üçün xüsusi dövriyyə
vəsaitlərinin və uzunmüddətli borc mənbələrinin miqdarı.
3. Ehtiyatların və xərclərin formalaşması üçün əsas vəsait mənbələ-
rinin ümumi miqdarı. O, xüsusi dövriyyə vəsaitlərinin, uzunmüddətli və
qısamüddətli kreditlərin və istiqraz vərəqlərinin məbləği kimi hesablanır.
Müəssisənin maliyyə dayanaqlığı xüsusi və borc vəsaitlərinin vəziyyə-
ti ilə xarakterizə olunur və maliyyə əmsalları sisteminin köməyilə təhlil
edilir.
Müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlilinin tamamlayıcı mər-
hələsi təsərrüfat fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsidir. Müəs-
sisənin təsərrüfat fəaliyyətinin səmərəliliyi işgüzar aktivlik və rentabellik
Бизнесин тяшкили вя идаря едилмяси
302
göstəricilərinin vasitəsilə müəyyən edilir. İşgüzar aktivlik müəssisənin
aktivlərinin nisbi miqdarını, yaxud istehsal prosesində onların istehlakının
miqdarını əks etdirir. Rentabellik mənfəətin əsas normalaşdırılan dövriyyə
istehsal fondlarına olan nisbəti kimi hesablanır.
Dövriyyə vəsaitlərinin sürətlə dövretməsi onlara tələbatı azaldır,
rentabelliyin artmasına və müəssisənin maliyyə vəziyyətinin yaxşılaşmasına
gətirib çıxarır.
İş
güzar aktivliyin kəmiyyət göstəricisi mütləq və nisbi meyarlarla:
istehsal olunan məhsulun satış həcmi, mənfəət və müəssisənin aktivləri ilə
müəyyən edilir. Mənfəət satışın həcminə və müəssisənin əmlakına nisbətən
daha yüksək sürətlə artır. Buradan nəticə çıxarmaq lazımdır ki, istehsal və
tədavül xərcləri azalmalıdır, müəssisənin resurslarından isə daha effektiv
istifadə olunmalıdır. Geniş mənada rentabellilik gəlirlilik deməkdir. Renta-
bellilik göstəricinə aiddir:
- aktivlərin rentabelliyi. O, xalis mənfəətin aktivlərə olan nisbətidir.
- əsas fondların rentabelliliyi. Xalis mənfəətin əsas fondlara olan
nisbətidir.
Fond birjasında səhmləri kotirovka olan müəssisələrin bazar cəlbedici-
liyinin qiymətləndirilməsi aparılır. Burada səhmdən alınan mənfəət, səhmə
verilən dividend, səhmin bazar qiyməti və s. göstəricilər hesablanılır.
20.4.
Gəlir və mənfəətin planlaşdırılması
Maliyyə planlaşdırılmasının obyektlərini məhsulun satışından alınan
gəlir, mənfəətin formalaşması və istifadəsi, xərclərin ödənilməsi mənbələri,
büdcə, banklar, sığorta və investisiya şirkətləri ilə qarşılıqlı əlaqələr təşkil
edir.
Gəlir müəssisənin xüsusi maliyyə resurslarının formalaşmasının əsas
mənbəyi hesab edilir. Gəlir müəssisənin üç əsas istiqaməti: əsas, investisiya
və maliyyə fəaliyyəti nəticəsində formalaşır.
Ə
sas fəaliyyətdən gəlir məhsulun satışından, işin yerinə yetirilmə-
sindən, xidmətlərin göstərilməsindən alınan qazanc şəklində çıxış edir. İn-
vestisiya fəaliyyətindən gəlir dövriyyədənkənar aktivlərin və qiymətli kağız-
ların satışından maliyyə nəticəsi şəklində ifadə olunur. Maliyyə fəaliyyətin-
dən gəlir şirkətin istiqraz vərəqələrinin və səhmlərinin investorlar arasında
yerləşdirilməsindən alınan nəticəni ifadə edir.
Ə
sas fəaliyyətdən gəlirin ümumi məbləği məhsulun satışından, sənaye
və qeyri-sənaye xarakterli işlərin yerinə yetirilməsindən və xidmətlərin
göstərilməsindən əldə edilən gəlirin cəmini ifadə edir. Bazar münasibətləri
şə
raitində məhsul istehsalına sifarişlərin həcmi tez-tez dəyişilir, müəssisə
istehlakçılara onların tələbatına uyğun həcmdə, keyfiyyətdə və çeşiddə məh-
Бизнесин тяшкили вя идаря едилмяси
303
sul göndərə bilmir. Rəqabətin kəskinləşməsi müəssisəni yeni təchizat bazarı
axtarmağa, məhsulun maya dəyərini və qiymətini azaltmağa məcbur edir.
Hər bir məhsul növü və çeşidi üzrə gəlirin planlaşdırılması həyata
keçirilir. Məhsulun hər bir növü və çeşidi satış üzrə gəlirin məbləği
müəyyən dövr ərzində toplanılır.
Müəssisənin gəliri material xərclərinin ödənilməsinə, əməkhaqqına və
ayırmalara, vergiyə istifadə edilir. Gəlirdən bütün növ ayırmalar və ödə-
mələr çıxıldıqdan sonra xalis mənfəət formalaşır. Başqa sözlə, mənfəət gə-
lirlə istehsal xərcləri arasındakı fərqin miqdarıdır.
Bazar iqtisadiyyatı şəraitində mənfəət müəssisənin iqtisadi inkişafının
ə
sasını təşkil edir. Mənfəətin artması özünümaliyyələşdirmə, geniş təkraris-
tehsal, əmək kollektivinin sosial və maddi tələbatının yaxşılaşdırılması üçün
maliyyə bazası yaradır. Mənfəətin hesabına, həmçinin müəssisənin büdcə,
banklar və digər təşkilatlar qarşısında öhdəlikləri yerinə yetirilir. Bir sözlə,
mənfəət müəssisənin istehsal və maliyyə fəaliyyətini qiymətləndirmək üçün
ə
sas göstəricilərdən biridir. Mənfəət müəssisənin işgüzar aktivliyini və ma-
liyyə resurslarından səmərəli istifadə olunmasını xarakterizə edir.
Mənfəətin planlaşdırılması maliyyə planlaşdırılmasının tərkib hissəsi-
dir. Mənfəətin planlaşdırılması müəssisənin bütün fəaliyyət növləri üzrə
ayrıca həyata keçirilir. Bu, müxtəlif fəaliyyət növlərindən alınan mənfəətdən
verginin tutulması metodologiyasındakı fərqlərlə şərtlənir. Eyni zamanda,
mənfəətin planlaşdırılması buraxılan məhsulun növləri və çeşidləri üzrə
ayrıca aparılır. Belə planlaşdırma metodu birbaşa hesab metodu adlanır. Bu
metodun tədqiqi prosesində məhsulun ayrı-ayrı növləri və maliyyə planının
maddələri üzrə smeta tərtib edilir, mənfəətin həcminə təsir edən bütün amil-
lər nəzərə alınır və qəbul edilmiş müxtəlif idarəetmə qərarlarından maliyyə
nəticələri modelləşdirilir.
Mənfəətin planlaşdırılması üçün istehsal proqramı əsas sayılır. Məhz
istehsal proqramında əmtəəlik məhsulun satışı üzrə plan, anbarda qalan
hazır məhsulun miqdarı, material resurslarına tələbat haqqında zəruri infor-
masiyalar əks etdirilir.
Mənfəətin planlaşdırılmasında əmək xərclərinin uçotu mühüm məsə-
lədir. Sosial fonda ayırmaları nəzərə almaqla əməkhaqqına ayrılan xərclər
planlaşdırılır. Xammala, materiallara, yanacağa və elektrik enerjisinə mütə-
rəqqi məsrəf normaları əsasında material xərcləri planlaşdırılır. Daha sonra
üstəlik istehsal xərcləri smetası tərtib edilir. Bu xərclərin məbləği onların
tərkibindən və istehsalın həcmindən asılıdır. Eyni zamanda, dəyişən və
daimi xərclər ayrıca müəyyənləşdirilir.
Bundan sonra inzibati və kommersiya xərclərinin smetası tərtib edilir.
Bu xərclər heyətə xidmət və onların idarə edilməsi, habelə əmtəənin təchizat
bazarına irəliləməsi ilə əlaqədar xərclərdir. Sözügedən xərclərin bir hissəsi
Бизнесин тяшкили вя идаря едилмяси
304
satışın həcmindən asılıdır, digər hissəsi isə daimidir və ümumi məbləğdə
nəzərə alınır.
Həmin hesablamaların əsasında məhsulun satışından mənfəət üzrə
plan formalaşır.
Fəaliyyətin müxtəlif istiqamətləri və məhsulun növləri üzrə plan
smetalarını ümumiləşdirərək mənfəətin hesablanmasının ümumi ardıcıllığını
alırıq:
- dövriyyə – realizasiyadan alınan qazanc;
- məhsulun maya dəyəri;
- dövrün məsrəfləri;
- maliyyə əməliyyatlarının nəticələri;
- məhsulun realizasiyasından alınan mənfəət;
- sair realizə edilməyən məsrəflərdən alınan nəticələr;
- əsas və maliyyə fəaliyyətindən alınan mənfəət;
- mənfəət vergisi;
- hesabat dövrünün mənfəəti;
- mənfəətdən ayrılan vəsaitlər;
- müəssisənin sərəncamında qalan mənfəət;
- bölünməyən mənfəət.
Ümumi mənfəət müəssisənin istehsal fəaliyyətinin iqtisadi səmərə-
liliyini xarakterizə edən göstəricidir. Balans mənfəəti əsas və maliyyə fəa-
liyyətindən alınan mənfəət, sair realizə edilməyən gəlir və məsrəflərin birgə
məbləğidir. Xalis mənfəət balans mənfəətindən vergiləri çıxmaqla müəyyən
edilir. Bölünməyən mənfəət xalis mənfəətdən hesabat dövründə istifadə
olunan vəsaitləri çıxdıqdan sonra qalan hissədir.
Müəssisənin sərəncamında qalan mənfəətdən düzgün istifadə olun-
ması, yəni müəssisədə elmi-texniki tərəqqinin artım sürəti ilə geniş təkrar-
istehsal arasında optimal nisbətin təmin edilməsi son dərəcə vacibdir. Mən-
fəətin bölgüsü dövlət, fiziki şəxslərin gəlirləri və müəssisə arasında bölgü
münasibətlərinin ümumi sisteminin ayrılmaz tərkib hissəsidir.
Zərərsizlik nöqtəsi və örtülmə əmsalı əsasında planlaşdırma mənfəətin
planlaşdırılmasının qeyri-ənənəvi üsulu sayılır. Zərərsizlik nöqtəsinin təhlili
məsələsi iki aspektdən xüsusilə maraqlıdır: müəssisənin bugünkü fəaliyyə-
tinin təhlili və onun gələcək vəziyyətinin proqnozu baxımından.
İ
ndi zərərsizlik nöqtəsinin planlaşdırılması mərhələlərini nəzərdən
keçirək.
1. Müəssisədə işin vəziyyətinin və satış bazarlarında situasiyanın
tə hlili. Bu mərhələdə daxili və xarici amillər nöqteyi-nəzərindən müəs-
sisənin fəaliyyətinin zəif və güclü tərəfləri təhlil edilir.
2. İstehsal amillərinə və hazır məhsula gələcək qiymətlərin proq-
nozu. Bu mərhələdə iqtisadi-riyazi modelləri tətbiq etməklə toplanmış sta-
tistik informasiyaların köməyilə qiymət faktorları dinamikada planlaşdırılır.
Бизнесин тяшкили вя идаря едилмяси
305
Ə
gər müəssisənin bu cür təhlil aparmağa imkanı yoxdursa, onda bazarda
qiymətin dəyişilməsindəki mövcud meyillərin sadəcə ekstrapoliyası ilə
məhdudlaşmaq olar.
3. Dəyişən və sabit xərclərin hesablanması. Bu mərhələdə əsas və
dövriyyə vəsaitlərinə tələbatı və onların formalaşması mənbələri müəyyən-
ləşdirilir.
4. Zərərsizlik nöqtəsinin hesablanması. Məhsulun maya dəyərinin
və sərfəli satış qiymətinin hesablanması əsasında zərərsizlik nöqtəsi müəy-
yənləşdirilir. Daimi xərcləri ödəmək üçün zəruri istehsalın həcmini hesabla-
dıqdan sonra maliyyə ehtiyatının miqdarı müəyyən edilir. Bu təqribi kə-
miyyət müəssisənin fəaliyyət göstərdiyi xarici mühitin sabitliyindən asılıdır.
Maliyyə ehtiyatının miqdarı müəyyənləşdirildikdən sonra ona nail olmaq
üçün zəruri məhsul buraxılışının və realizasiyasının həcmi hesablanır.
s
n
z
s
s
m
V
V
V
Z
.
.
.
−
=
burada, Z
m
– maliyyə ehtiyatı;
V
s
– satışın həcmi;
V
s.z.n.
– zərərsizlik nöqtəsində satışın həcmidir.
,
.
.
.
TVC
P
TFC
V
n
z
s
−
=
burada TFC – bütün məhsul buraxılışına daimi xərclər;
P – məhsul vahidinin qiyməti;
TVC – məhsul vahidinə dəyişən xərclərdir.
5. Zə rə rsizliyə nə zarə t. Burada söhbət məsrəflərə, maya dəyərinə, satış
planına, gəlirin daxil olmasına və zərərsizlik üzrə planın yerinə yetirilməsinə
nəzarətdən gedir.
Zərərsizlik nöqtəsini müəyyənləşdirdikdən sonra mənfəətin planlaş-
dırılması maliyyə alətlərinin effektivliyi əsasında qurulur, yəni maliyyə eh-
tiyatı müəssisəyə imkan verir ki, zərərə düşmədən məhsul satışının həcmini
azaltsın.
Örtülmə əmsalı – mənfəət və daimi xərclərin satışdan alınan gəlirdə
payıdır. Örtülmə əmsalını bilməklə satışın həcmini, yaxud xərclərin artması
(azalması) zamanı gözlənilən mənfəəti müəyyən etmək mümkündür.
Бизнесин тяшкили вя идаря едилмяси
306
20.5. Büdcə ləş mə maliyyə planlaş dırılmasının alə ti kimi
Müəssisə büdcəsinin tərtibi, qəbulu və sonradan onun icrasına nəzarət
büdcələşmə adlanır.
Müasir bazar iqtisadiyyatı şəraitində əgər büdcələşmə biznesin inkişaf
dinamikası ilə sinxronlaşdırılmazsa, onda müəssisə səmərəli işləyə bilməz.
Büdcənin formalaşması və razılaşdırılması planlaşdırma sistemində ən çətin
və əməktutumlu məsələdir. Məhz ona görə də müəssisələr təqribən yarısı
biznes-planın hazırlanması zaman büdcənin formalaşmasını tam nəzərə ala
bilmirlər.
Büdcələşmə idarəetmə texnologiyası kimi üç hissədən ibarətdir:
−
büdcələşmə texnologiyası;
−
büdcələşmənin təşkili;
−
informasiya texnologiyalarından istifadə edilməsi.
Müəssisədə büdcələşmə sistemi beş mərhələdə həyata keçirilir:
- birinci mərhələdə maliyyə strukturu formalaşdırılır;
- ikinci mərhələdə büdcənin strukturu formalaşır;
- üçüncü mərhələdə idarəetmə uçotunun metodikası və proseduru
işlənib hazırlanır;
- dördüncü mərhələdə planlaşdırmanın reqlamenti müəyyən edilir;
- beşinci mərhələdə büdcələşmə sistemi tətbiq edilir.
Müəssisədə büdcələşmə sisteminin tətbiqində qazanılmış uğurlar büd-
cənin tərtib edilməsi və icrasına nəzarətin bütün reqlament və prosedur-
larının müfəssəl işlənilməsindən asılıdır. Büdcələşmə sisteminin effektivlik
şə
raiti aşağıdakılardır:
−
büdcənin işlənilməsi, icrasına nəzarət və təhlili üçün metodoloji
və metodiki əsasların olması;
−
biznes-planın büdcə ilə razılaşdırılması texnologiyasının mövcud
olması;
−
aşağıdan yuxarıya ötrülən məlumatların doğru və tam olması;
−
biznesin vəziyyəti haqqında operativ məlumatlardan istifadəyə
icazənin olması;
−
büdcə prosesini dəstəkləməyə savadlı mütəxəssislərin hazır
olması;
−
hesablamaların avtomatlaşdırılması.
Büdcələşmənin effektivliyi müəssisənin işinin effektivliyini müəyyən-
ləşdirir. Büdcələşmənin tətbiqi və istifadəsi müəssisənin buna qədər məlum
olmayan çoxlu problemlərinin aşkara çıxarılmasına və təsnifləşdirilməsinə
yaxşı kömək edir.
Büdcə – müəyyən müddətə aktivlərin formalaşması və istifadəsi, ma-
liyyələşmə mənbələri, gəlirlər və xərclər, pul vəsaitlərinin hərəkəti üzrə
Бизнесин тяшкили вя идаря едилмяси
307
planın mərkəzləşdirilmiş şəkildə müəyyən edilən kəmiyyət göstəricilərini
özündə əks etdirən sənəddir.
Toplu büdcə iki tərkib hissədən ibarətdir: əməliyyat büdcəsi və ma-
liyyə büdcəsi.
Ə
məliyyat büdcəsində əks etdirilir:
−
satış büdcəsi;
−
istehsal büdcəsi;
−
materiallara birbaşa xərclər büdcəsi;
−
ə
məkhaqqına birbaşa xərclər büdcəsi;
−
ümumi zavod xərcləri büdcəsi;
−
istehsal ehtiyatları büdcəsi;
−
kommersiya xərcləri büdcəsi;
−
idarəetmə xərcləri büdcəsi;
−
gəlirlər və xərclər büdcəsi (mənfəət və zərərlər planı).
Maliyyə büdcəsinə daxildir:
−
investisiya büdcəsi;
−
pul vəsaitlərinin hərəkəti büdcəsi;
−
balansın proqnozu (balans hesabatı).
Ə
məliyyat büdcəsinin təyinatı planlaşdırmanın natural göstəricilərini
dəyər göstəriciləri ilə əlaqələndirmək, ən mühüm proporsiyaları, məhdu-
diyyətləri və yolverilənləri müəyyənləşdirməkdir, hansı ki, əsas büdcəni
tərtib edərkən nəzərə almaq lazımdır. Əməliyyat büdcəsinin tərkibi müəssi-
sənin qarşıda duran məqsədin xarakterini, biznesin spesifikliyini, metodiki,
təşkilati və texniki hazırlıq səviyyəsini nəzərə alaraq rəhbər tərəfindən
müəyyənləşdirilir.
Ə
məliyyat büdcəsini hazırlayarkən büdcə sənədlərinin formatı müəy-
yən edilir, büdcənin analitiki və maddələr reqlamenti işlənib hazırlanır, büd-
cənin hazırlanması və qəbulu proseduru müəyyənləşdirilir.
Hər bir müəssisə üçün əsas büdcənin olması vacibdir. Onun tərkibinə
balansın proqnozu, gəlirlər və xərclər büdcəsi, pul vəsaitlərinin hərəkəti
büdcəsi daxildir. Əsas büdcənin standart forması vardır. Əsas büdcəni tərtib
edərkən formasına və məzmununa görə maliyyə hesabatı sənədlərinə uyğun
sənədlər tətbiq olunur. Büdcənin müxtəlif növü və forması ola bilər. Onun
strukturu büdcənin tərtib edilməsi predmetindən, büdcənin formalaşması
prosesinin müəssisənin maliyyə strukturu ilə inteqrasiya dərəcəsindən, büd-
cəni hazırlayanların ixtisası və təcrübəsindən asılıdır.
Toplu büdcənin işlənib hazırlanmasının əsas mərhələləri aşağıda-
kılardan ibarətdir:
−
satış proqnozunun hazırlanması;
−
planlaşdırma dövrünə istehsalın gözlənilən həcminin hesab-
lanması;
Бизнесин тяшкили вя идаря едилмяси
308
−
istehsal xərclərinin və əməliyyat məsrəflərinin müəyyən
edilməsi;
−
pul axınlarının və maliyyə tələbatının hesablanması;
−
proqnoz maliyyə hesabatının baza formasının hazırlanması.
Müəssisə büdcəsi həmişə müəyyən vaxt intervalına hazırlanır, hansı
ki, büdcə dövrü adlanır. Büdcə dövrünün müddətinin düzgün seçilməsi
müəssisənin büdcə planlaşdırılmasının effektivliyinin mühüm amilidir.
Büdcə prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
−
keçən ilin büdcəsinin icrası təhlil edilir;
−
büdcənin layihəsi işlənib hazırlanır;
−
büdcə layihəsi təsdiq edilir;
−
cari ilin büdcəsinin icrası təhlil edilir;
−
növbəti il üçün toplu büdcənin layihəsi işlənib hazırlanır.
Бизнесин тяшкили вя идаря едилмяси
309
Dostları ilə paylaş: |