Бизнесин тяшкили вя идаря едилмяси
101
VIII FƏ Sİ L. MÜŞ TƏ RƏ K Bİ ZNES
FƏ ALİ YYƏ Tİ Nİ N TƏŞ Kİ Lİ
8.1. Müş tə rə k biznesin sosial-iqtisadi mahiyyə ti
Müasir dünya iqtisadiyyatında təsərrüfat həyatının beynəlmiləlləşməsi
ölkələr arasında yalnız əmtəə və işçi qüvvəsinin deyil, həm də kapitalın
hərəkətini gücləndirir. Bu da investisiya əməkdaşlığının müxtəlif forma-
larının inkişafına səbəb olur. Xarici investisiyanın cəlb edilməsinin səmərəli
formalarından biri müştərək müəssisələrin yaradılmasıdır.
Milli iqtisadiyyatın formalaşması və inkişafı beynəlxalq iqtisadi əmək-
daşlığın, onun mühüm forması olan müştərək sahibkarlığın genişləndirilmə-
sini obyektiv zəruriyyətə çevirir. Beynəlxalq təsərrüfat əlaqələrinin forma-
laşmasında, dünya iqtisadiyyatına sıx inteqrasiya olunmasında müstəsna rol
oynayan müştərək sahibkarlıq fəaliyyəti özbaşına və idarə olunmaz proses
kimi baş vermir, o əslində dövlətin iqtisadi siyasətinin önəmli istiqaməti
kimi çıxış edir.
Vahid sistem halında formalaşan dünya iqtisadiyyatına qovuşmaq və
onun uğurlarından bəhrələnmək üçün beynəlxalq iqtisadi əməkdaşlığın
müxtəlif formalarından bacarıqla istifadə edilməlidir. Açıq iqtisadiyyat şə-
raitində müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyası
müəyyənləşdirilərkən təbii sərvətlərdən daha səmərəli istifadə olunmasını,
bazar konyukturunun dəyişilməsini, xarici investisiyanın cəlb edilməsini və
onun fəallığının artırılmasını nəzərə almaqla müştərək sahibkarlığın önəmli
forması sayılan müştərək müəssisələrin yaradılmasına üstünlük verilməlidir.
Müştərək müəssisənin mahiyyəti barədə lazımi təsəvvürə malik olmaq
üçün, hər şeydən öncə, müştərək müəssisə anlayışı açıqlamaq, dərk etmək
lazım gəlir. Qərb ədəbiyyatlarında müştərək müəssisə beynəlxalq əməkdaş-
lığın çoxcəhətli formalara daxil olmaqla istehsal fəaliyyətinin təşkilinin xü-
susi hüquqi forması kimi səciyyələndirilir və aşağıdakı əlamətləri göstərilir:
- müştərək müəssisə iki və daha çox tərəflərin aktivlərinin qismən
bölüşdürülməsi, yaxud tərəfdaşlardan hər birinin kapital qoyması yolu ilə
yaradılır;
- müştərək müəssisə istehsal, ticarət, maliyyə, elmi-tədqiqat fəaliyyəti
ilə məşğul ola bilər;
- tərəfdaşlar arasında idarəetmə ilə bağlı məsuliyyət bölüşdürülür;
- kapital qoyuluşu uzunmüddətli olur;
- müştərək sahibkarlıq iştirakçıların fəaliyyətinin yalnız bir hissəsini
ə
hatə edir;
- mənfəət və sahibkarlıq riski tərəfdaşlar arasında onlardan hər birinin
kapital qoyuluşunda payına müvafiq olaraq bölüşdürülür.
Бизнесин тяшкили вя идаря едилмяси
102
Yeri gəlmişkən, qeyd etməliyəm ki, müştərək müəssisələrin yaranma
tarixi çox qədim olmasına baxmayaraq, indiyədək müştərək müəssisə məf-
humunun konkret tərifi verilməyib. Bu zərurəti nəzərə alaraq müştərək
müəssisə anlayışının aşağıdakı məzmunda istifadə olunmasını məqsədəmü-
vafiq sayıram: «Müştərək müəssisə – milli iqtisadiyyatın inkişafında in-
vestisiya qoyuluşunda iştirak edən yerli və xarici hüquqi şəxslər və ya fiziki
şə
xslər arasında bağlanmış saziş əsasında məhsulun istehsalı və satış, işlər
görülməsi və xidmətlər göstərilməsi üçün yaradılan təsərrüfat subyektidir».
Müştərək müəssisələr nizamnamə kapitalı milli və xarici kapitalın
iştirakı ilə formalaşan təsərrüfat subyektləridir.
Müştərək müəssisələrin xüsusiyyətlərinə iki və daha çox tərəfdaş ara-
sında müqavilənin mövcudluğu, hər bir tərəfdaşın pay və iştirak formasının
müəyyən olunması, sahibkar fəaliyyətindəki maraqların ümumiliyi, müştə-
rək müəssisə üzərində nəzarəti təmin edən payın müəyyən edilməsi, hər bir
tərəfdaşın iştirak payına uyğun olaraq məsuliyyətlərin məhdudlaşdırılması
və müəssisənin fəaliyyəti nəticəsində əldə edilən mənfəətin müəyyən
hissəsini almaq hüququ, fəaliyyət müddətinin (məhdud və ya qeyri-məhdud)
müəyyən olunması aiddir.
Müştərək müəssisələr birgə kapital, bir idarəetmə, mənfəət və risklərin
bölüşdürülməsi əsasında yaradılır. Müştərək müəssisələrin nizamnamə
fondu tərəfdaşların vəsaitləri hesabına yaradılır və həm idarəetmə, həm də
mənfəət və riskin bölüşdürülməsi bu paya uyğun həyata keçirilir.
Təşkilati nöqteyi-nəzərdən müştərək müəssislərə, istər bir, istərsə
də çox zavodlu (fabrikli) oluna bilər. Qeyd etmək lazımdır ki, beynəlxalq
iqtisadi münasibətlərdə iştirak edən birzavodlu müəssisələr qrupunda -
kiçik, orta və iri müəssisələr vardır, çoxzavodlu müəssisələr qrupunda –
trestlər, konsernlər və digər istehsal birlikləri iştirak edirlər. Heç təsadüfi
deyildir ki, hər vəziyyətdə xarici investor yerli şəraitə və bazara uyğunlaşır
və az kapital sərfi ilə risk edir. Müştərək müəssisələrin bu forması xarici in-
vestorları cəlb etməklə, mütərəqqi avadanlıq, qabaqcıl texnologiya və
idarəetmə təcrübəsi əldə etmək üçün xüsusi əhəmiyyət kəsb edir.
Müştərək müəssisənin sosial-iqtisadi mahiyyəti tərəfdaşların texnoloji
və emosional əməkdaşlığı ilə müəyyən olunur. Əməkdaşlığın texnoloji tərəfi
tərəfdaşların birgə sərmayə qoyuluşlarında öz əksini tapır. Xarici investor
müştərək müəssisənin yaradılması üçün adətən yeni texnika və texnologiya,
ixtisaslı kadrlar, uzunmüddətli kreditlər cəlb edir, milli investor isə torpaq
sahəsi verir, işçi qüvvəsi, tikinti materialları və xammalı cəlb edir. Əmək-
daşlığın emosional tərəfi isə müəssisənin səmərəli fəaliyyəti üçün tərəfdaş-
ların səylərini birləşdirməsində öz əksini tapır.
Müştərək müəssisəni yaradan tərəflərin məqsədləri üç əsas kateqo-
riyaya bölünür: zəruri istehsal resursların əldə olunması, bazar motivləri, ris-
kin bölüşdürülməsi.
Бизнесин тяшкили вя идаря едилмяси
103
Tərəfdaşların öz istehsal və ya bazar potensialını səmərəli reallaşdır-
maq üçün bu və ya digər resurs növünə çatışmamazlığı çox vaxt müştərək
müəssisənin yaradılması üçün əsas olur. Bu resurslara maliyyə vəsaitləri,
istehsal gücləri, xammal və materiallar, texnologiya, patentlər, idarəetmə
kadrları, informasiya, nou-hau və s. aid ola bilər.
Müştərək müəssisənin yaradılması xarici investora yerli tərəfdaşların
köməyilə ölkənin iqtisadi və siyasi vəziyyəti haqqında informasiya almaq,
dövlət orqanları və yerli istehsalçılarla əlaqə yaratmaq, yerli xammaldan,
maliyyə mənbələrindən, işçi qüvvəsindən, yerli tərəfdaşın istehsal güclə-
rindən istifadə etmək kimi üstünlüklər verir. Yerli tərəfdaşlar isə əlavə ma-
liyyə resursları, yeni texnika və texnologiya, idarəetmə təcrübəsi cəlb et-
məklə istehsal olunan məhsulun rəqabətqabiliyyətini artırmaq imkanına
malik olur.
Beləliklə, müştərək müəssisənin üstünlüyü onun yaradılması üçün bir-
birini tamamlayan və qarşılıqlı səmərəli iqtisadi resursların cəlb edilməsi ilə
müəyyən olunur.
Müştərək müəssisə yerli bazara daxil olan vasitəsi kimi xarici inves-
tora daha geniş informasiya bazası, əlaqə şəbəkəsi əldə etməyə və daxili
bazarı qiymətləndirməyə, yerli istehlakçıların zövq və meyilləri haqqında
məlumat toplamağa, istehlakçılara xidmət göstərməyə imkan verir. Digər
tərəfdən xarici investor yetkin texnika və texnologiyanı və məhsul isteh-
salını inkişaf etməkdə olan ölkələrə keçirməklə kapitalın dövriyyə müd-
dətini artırmış olur. Müştərək müəssisənin yaradılması milli investorun xa-
rici təchizatçı və istehlakçılarla təsərrüfat əlaqələri yaratmasına, yerli bazarı
daha tez mənimsəməsinə xarici investorun satışını istifadə edərək xarici
bazarlara çıxmasına, xarici marketinq təcrübəsinə yiyələnməsinə müsbət
təsir göstərir.
Müştərək müəssisələrin yaradılması xarici yerli şərait və bazar haq-
qında yerli tərəfdaşın biliklərindən istifadə edərək həmin ölkə bazarında az
xərclə möhkəmlənməyə imkan verir. Bu özünü alıcılarla, xammal və resurs
təminatı, işçi qüvvəsindən istifadə və s. ilə əlaqədar əməkdaşlıq nəticəsində
istehsal və tədavül xərclərinin azalmasında, kapitalın dövriyyə sürətinin
artmasında göstərir. Milli tərəfdaşların müştərək müəssisədə iştirakı xarici
tərəfdaşların yerli bazarın qeyri sabitliyi və onunla tanışlıq dərəcəsinin az
olması ilə əlaqədar təsərrüfat risklərini xeyli azaldır. Ümumi kapital qo-
yuluşlarının bölüşdürülməsi nəticəsində bununla
bağlı risklər azalır.
Beləliklə, yaradılma motivlərindən asılı olmayaraq müştərək müəssisə
tərəfdaşların ayrı-ayrılıqda imkanı xaricində olan işgüzar və iqtisadi
məqsədlərin birgə fəaliyyətlə əldə edilməsi vasitəsidir.
Müştərək müəssisə yeni istehsala başlamaq üçün ilkin şəraitini xeyli
yaxşılaşdırsa da, təsisçilərin siyasi, iqtisadi və milli maraqları onların yara-
Бизнесин тяшкили вя идаря едилмяси
104
dılmasında və fəaliyyətində bəzən mürəkkəb və ziddiyyətli münasibətlərin
ə
mələ gəlməsinə gətirib çıxarır. Belə münasibətlər, ilk növbədə, tərəfdaş-
ların məqsədlərindən asılıdır. Onların yaradılması və fəaliyyəti prosesində
tərəfdaşların rəqabət aparan məqsədləri mövcud olur. Bunun nəticəsində xa-
rici investor mütərəqqi texnika və texnologiyanın, idarəetmə və marketinq
təcrübəsinin verilməsini minimumlaşdırmağa, yerli tərəfdaşlar isə maksi-
mumlaşdırmağa cəhd edirlər ki, bu da müştərək müəssisələrin səmərəli
fəaliyyətinə mane olur. Mühüm məsələlərdən biri məhsulun reallaşdırılması
ilə əlaqədardır. Əgər xarici investorun əsas məqsədi yerli bazarda möh-
kəmlənməkdirsə, milli tərəfdaş isə məhsul ixracına çalışarsa, bu cür məna-
felərin toqquşması müəssisənin fəaliyyətinə mənfi təsir göstərir. Digər zid-
diyyətlər istehsalın genişləndirilməsinə zəruriyyət yarandıqda əlavə kapital
qoyuluşlarının həyata keçirilməsi ilə əlaqədardır. Bir tərəfdən, müştərək
müəssisənin iqtisadi səmərəliliyini artırmaq üçün əlavə kapital qoyuluşlarına
zərurət yaranır, digər tərəfdən, onun sərbəst əmtəə istehsalçısına çevrilməsi
tərəfdaşlar tərəfindən əlavə kapital qoyuluşlarının həyata keçirilməsini məh-
dudlaşdırır. Beləliklə, tərəfdaşların məqsədlərindəki ziddiyyətin olmaması
müştərək müəssisənin yaradılması və səmərəli fəaliyyəti üçün əsas şərtdir.
Müştərək müəssisələrin milli iqtisadiyyatın səmərəliliyi nöqteyi-nəzə-
rindən yaradılması onun ölkənin iqtisadi sisteminə daha səmərəli daxil ol-
ması baxımından qiymətləndirilməlidir. Bu məqsədə o vaxt çatmaq olar ki,
müştərək müəssisələrin formalaşması və inkişafı milli iqtisadiyyatın və
ölkədə sahibkarlığın inkişaf strategiyası ilə üzvi surətdə əlaqələndirilir, həm-
çinin müştərək müəssisələrin inkişafı üçün cəlb edilmiş xarici investisiyalar
dərin təhlil edilir.
8.2. Müştərək biznesin əsas formaları
Azərbaycan iqtisadiyyatının idarə edilməsində köklü islahatlar, bazar
münasibətlərinə keçid, iqtisadiyyatın açıq xarakter alması iqtisadi inkişafın
daxili amilləri ilə yanaşı, xarici amillərin də rolunu artırır. Belə şəraitdə
xarici amillər, nəinki birbaşa xarici iqtisadi fəaliyyətlə əlaqədar müəssi-
sələrə, həm də onunla əlaqədar olmayan müəssisələrə də öz təsirini göstərir.
Daxili və xarici amillərin səmərəli nisbətdə ölkənin müqayisəli üstünlüklə-
rinə əsaslanaraq iqtisadiyyatın səmərəliliyinin artırılması və dünya bazarın-
da öz layiqli yerini tutması ölkənin qarşısında duran mühüm vəzifələ-
rindəndir.
Kiçik dövlətlər beynəlxalq əmək bölgüsünə daha aktiv qoşulması və
iqtisadiyyatın açıq xarakteri ilə fərqlənirlər. Ölkənin əhalisi, ərazisi və
ümumi daxili məhsulunun həcmi nə qədər azdırsa, ölkə iqtisadiyyatına xa-
rici iqtisadi amillər bir o qədər çox təsir göstərir. Beynəlxalq əmək bölgüsü
bu ölkələrdə ictimai əmək bölgüsünün, sənayenin sahə strukturunun forma-
Бизнесин тяшкили вя идаря едилмяси
105
laşmasında böyük rol oynayır. İngilis iqtisadçısı K.Leyton düzgün olaraq
qeyd edir ki, kiçik dövlətlər və onun kompaniyaları öz istehsallarının ixti-
saslaşdırılmasına və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə
edilməsinə aktiv cəhdlər etdikdə daha böyük müvəffəqiyyətlər əldə edirlər.
Bu ölkələrin iqtisadi inkişafı onların xarici iqtisadi əlaqələrdə iştirakından
ə
həmiyyətli dərəcədə asılıdır. Buna görə də, Azərbaycan Respublikası qarşı-
sında məqsədəuyğun və təcili olaraq iqtisadiyyatda struktur dəyişikliklərin
aparılması, dünya bazarı tələblərinə istiqamətlənərək istehsal olunan məh-
sulun rəqabət qabiliyyətinin artırılması vəzifəsi durur. Belə şəraitdə əsas
məsələlərdən biri də iqtisadiyyatın yeni keyfiyyət səviyyəsinə keçirilmə-
sidir.
Daxili bazarın həcminə ictimai əmək bölgüsünün inkişaf səviyyəsi
ciddi təsir göstərir. İctimai əmək bölgüsü dərinləşdikcə ixtisaslaşma nəti-
cəsində daxili bazarın həcmi artır. Lakin qeyd olunduğu kimi, kiçik dövlət-
lərdə ictimai əmək bölgüsü beynəlxalq əmək bölgüsü ilə əlaqədardır. Bu da
ölkənin xarici ticarətindən asılı bir prosesdir. Məhz xarici ticarətin geniş-
lənməsi ölkələrin müqayisəli üstünlüklərindən səmərəli istifadə etməyə
imkan verir. Yuxarıda göstərilən əlaqə ölkənin iqtisadi inkişaf səviyyə-
sindən asılıdır. Ölkənin inkişaf səviyyəsi nə qədər yüksəkdirsə, ictimai əmək
bölgüsü bir o qədər dərindir və ölkə beynəlxalq əmək bölgüsündə səmərəli
iştirak edə bilər. İqtisadi inkişafın aşağı səviyyəsində bu proses həmin ölkə-
lərin iqtisadi inkişafına mənfi təsir göstərir.
Bazar iqtisadiyyatına keçid şəraitində yeni iqtisadi münasibətlərin də-
rinləşməsi və bu münasibətlərin daşıyıcılarının formalaşması müəyyən vaxt
tələb edir. Belə şəraitdə fəaliyyət göstərə bilən, bazar təcrübəsinə və
biliklərinə malik kadrların, sahibkarların formalaşması zəruri məsələlərdən
biridir. Yeni investisiya ilə əlaqədar riski öz üzərinə götürməyi bacaran rəh-
bərlərin və sahibkar təbəqəsinin mövcudluğu iqtisadi inkişafda mühüm rol
oynayır. Buna görə də sahibkar təbəqəsinin zəif formalaşması ölkənin
iqtisadi inkişafını ləngidən amillərdən biridir.
Beləliklə, xarici investisiyanın cəlb olunmasını, o cümlədən müştərək
biznesin yaradılmasını zəruri edən amilləri, Amerika iqtisadçısı S.Kuznetsin
qeyd etdiyi kimi, üç əsas qrupa bölmək olar:
1. Maliyyə vəsaiti kimi ümumi milli məhsulda qənaətin həcminin
azlığı. Belə ki, qənaətə meyil o qədər azdır ki, iqtisadi inkişaf üçün zəruri
olan fondların formalaşmasını təmin etmir.
2. Real mənada qənaət edilmiş vəsaitlərin çatışmamazlığı. Belə hal,
ə
halinin istehlak şeyləri istehsalında məşğul olan resursların müəyyən his-
səsinin məhsuldar investisiyaların həyata keçirilməsi üçün istifadə etmək
meyilinin azlığı ilə əlaqədardır.
3. Xarici resursların əldə olunması üçün xarici valyutanın çatış-
maması.
Бизнесин тяшкили вя идаря едилмяси
106
Müştərək biznesin inkişafına təsir göstərən əsas amillərdən biri res-
publikada əlverişli iqlim mühitinin olması və mineral-xammal resurslarının
mövcudluğudur. Respublika neft, qaz, alüminium, tikinti sənayesi üçün
xammal və s. ilə zəngindir. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda
hazırda 3,5 mlrd. ton neft, 200 mln. dəmir filizi, 180 mln. alunit, 400 min
tona yaxın mis ehtiyatı vardır.
Xarici investisiyanın ölkəyə cəlb olunmasında əsas məqsədlər
aşağıdakılardan ibarətdir:
−
ölkədə istehsal olunan rəqabətqabiliyyətinin, istehsalın texniki-
iqtisadi səviyyəsinin artırılması;
−
ölkədə struktur dəyişikliklərin aparılması və mövcud iqtisadi poten-
sialı reallaşdırmaq üçün yeni müəssisələrin yaradılması;
−
yeni ixracyönlü və idxalı əvəz edən istehsalların yaradılması;
−
ölkədə rəqabətin inkişaf etdirilməsi üçün yeni təsərrüfat sub-
yektlərinin yaradılması;
−
az inkişaf etmiş ərazilərin inkişaf etdirilməsi;
−
daxili bazarın tələbatını və ölkənin istehsal potensialını artırmaq
üçün yeni faydalı qazıntı yataqlarının mənimsənilməsi;
−
konsaltinq və marketinq üzrə kadrların hazırlanması sahəsində xa-
rici təcrübədən istifadə.
Xarici investisiyanın cəlb olunması, o cümlədən müştərək biznesin ya-
radılması ilk növbədə istehsal resurslarının təsərrüfat dövriyyəsinə cəlb edil-
məsinə şərait yaradır. Nəticədə, müəyyən həcmdə istehsal amillərinin məş-
ğ
ulluğu artır, milli gəlir təbii resurs istehsalçıları, işçi qüvvəsi və s. tərəfdən
yaradılan əlavə dəyər hesabına artır.
Xarici investisiyanın həcmi artdıqca ölkəyə gətirilən yeni texnika və
texnologiyanın, mütərəqqi idarəetmə və marketinq üsullarının yayılması
nəticəsində ölkənin texnoloji inkişafının sürətlənməsi baş verir. Xarici in-
vestisiyanın cəlb olunması mütərəqqi texnika və texnologiyada öz əksini
tapan, “maddiləşmiş əmək bacarıqları”nın və bunu tamamlayan təşkilati-tex-
noloji və mikroiqtisadi istehsal münasibətlərinin ölkəyə daxil olmasına, yəni
mahiyyətcə, təsərrüfat mikrosisteminin kapital ixrac edən ölkədən idxal
edən ölkəyə keçməsinə imkan verir.
Digər tərəfdən, xarici iqtisadi əlaqələrin inkişafı nəticəsində istehsal
modellərinin mənimsənilməsi baş verir. Bu, iqtisadi ədəbiyyatda “nümayiş-
karlıq effekti” adlandırılır. “Nümayişkarlıq effekti” iki istiqamətdə təsir gös-
tərir: birincisi, o ayrı-ayrı ölkələrdə istehsal strukturunun unifikasiyası pro-
sesinin sürətlənməsi (yeni sahələrin inkişafı yolu ilə, həmçinin yeni əmtəə
avadanlıqlarının idxalı hesabına) əlverişli şərait yaradır, ikincisi, müxtəlif
ölkələr arasındakı əlaqələrin intensivləşməyə meyili nəticəsində geniş
mənada istehlak modellərinin unifikasiyası baş verir. Xarici investisiyanın
Бизнесин тяшкили вя идаря едилмяси
107
cəlb olunması istehsal olunan məhsulun dünya bazarlarına çıxmasına öl-
kənin valyuta gəlirlərinin artmasına müsbət təsir göstərir.
Bununla belə təcrübə göstərir ki, Azərbaycan sənayesinin xarici inves-
tisiya mənimsəməsi qabiliyyətini məhdudlaşdıran bir çox obyektiv və sub-
yektiv amillər mövcuddur. Hər şeydən əvvəl, ölkənin uzun müddət beynəl-
xalq texnoloji mübadilədən kənarda qalması bu resursların mənimsənil-
məsinə ciddi təsir göstərir. Rəqabətqabiliyyətli məhsul istehsalı müəssisənin
lazımi həcmdə yüksək keyfiyyətli xammal, material və dəstləşdirici məmu-
latlarla təmin olunmasından çox asılıdır. Məhz bu amil bəzi ölkələrdə müş-
tərək biznes obyektlərinin çoxunun istehsal fəaliyyətinin anklav xarakter
almasına və xarici investorların müəssisələrinə istiqamətlənməsinə gətirib
çıxarır. Onlar yaradılan obyekt ətrafında investisiya fəallığına gətirib çı-
xarmır və uyğun olaraq əlaqədar istehsalların texnoloji səviyyəsinin art-
masına stimullaşdırıcı təsir göstərmir. Bu cür müəssisələrdə məhsulun
tərkibində yaradılan əlavə dəyər payı aşağı olur.
Beləliklə. xarici investisiyanın, o cümlədən müştərək sahibkarların
üzərinə qoyulan əsas vəzifə onların “iqtisadi artımın katalizatoru və milli
iqtisadiyyatın dünya iqtisadi sisteminə qoşulması vasitəsinə çevrilməsidir”.
8.3. Müştərək biznes fəaliyyətinin səmərəliliyi
Müştərək biznesin yaradılması və fəaliyyətinin iqtisadi səmərəliliyinə
makroiqtisadi və mikroiqtisadi səviyyədə baxılmalıdır. Qeyd edildiyi kimi,
müştərək biznesin yaradılmasında ictimai mənafe və tərəfdaşların oxşar və
fərqli məqsədləri rol oynayır və bunlar birlikdə ziddiyyətli sistem yaradırlar.
Bu baxımdan müştərək biznes fəaliyyətinin əsas məqsədi onun təsisçilərinin
maddi rifahının yüksəldilməsindən ibarətdir və hər bir təsisçi də öz məna-
felərini tam reallaşdırmağa çalışır. Eyni zamanda, dövlətin əsas məqsədi
tənzimləmə vasitələrindən istifadə edərək ölkədə iqtisadi inkişafa nail
olmaqdan və əhalinin maddi rifahının yüksəldilməsindən ibarətdir. Müştə-
rək biznesin yaradılmasının iqtisadi səmərəliliyi sözügedən məqsədlərin
vəhdətindən bilavasitə asılıdır.
Müştərək biznesin yaradılmasının makroiqtisadi səmərəliliyinin me-
yarı bu prosesdəki xalq təsərrüfatı məqsədlərindən asılıdır. Ayrı-ayrı
dövrdən asılı olaraq bu məqsədlər dəyişə bilər. Məsələn, müştərək biznesin
yaradılması yolu ilə xarici investisiyasının cəlb olunması sənaye istehsalının
sahə quruluşunun təkmilləşməsi, onun texniki-iqtisadi səviyyəsinin yük-
səldilməsi, mütərəqqi və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olun-
ması və s. məqsədi daşıya bilər. Bu baxımdan müştərək biznesin makroiq-
tisadi səmərəliliyinin hesablanmasının praktiki əhəmiyyəti xalq təsərrüfatı
məqsədlərinin həyata keçirilməsinə onların təsir ölçüsünün müəyyən
olunması əsasında kapitalın qəbulu sisteminin formalaşdırılmasıdır.
Бизнесин тяшкили вя идаря едилмяси
108
Müştərək biznesin yaradılması və fəaliyyətinin makroiqtisadi səmərə-
liliyini iki formada müəyyən etmək olar. Birinci formada xalq təsərrüfatına
istehsalçı mövqeyindən baxılaraq iqtisadi səmərəlilik müəyyən edilir. Müş-
tərək biznesin yaradılması hesabına ölkə iqtisadiyyatına mütərəqqi texnika
və texnologiya, idarəetmə təcrübəsi cəlb etməklə istehsal xərclərinin azal-
dılması və məhsulun keyfiyyətinin yüksəldilməsi baş verir. Bu formada
özünü biznesin iqtisadi səmərəliliyində konkretləşdirsə də, daha geniş məna
daşıyır. Yəni məhdud iqtisadi resursların səmərəli istifadəsi və bunun
nəticəsində də, xammal və materialların emallıq səviyyəsinin artırılması öl-
kənin iqtisadi imkanlarının artması baş verir. Kiçik dövlətlər xarici iqtisadi
ə
laqələrdən daha çox asılıdır. Bu asılılıq xalq təsərrüfatının istehsalçı kimi
səmərəliliyinin yüksək olmasını tələb edir. Müasir dövrdə əlavə gəliri ilk
növbədə istehsal xərclərinin azaldılması hesabına əldə etmək mümkündür.
Xalq təsərrüfatının istehsalçı kimi iqtisadi səmərəliliyi nə qədər aşağıdırsa,
ölkənin xarici ticarətində “ticarət şəraiti” bir o qədər pisdir. Yəni məhsul va-
hidinə sərf olunan iqtisadi resurslar digər ölkələrə nisbətən artıqdır. Qeyd
etmək lazımdır ki, istehsal növlərindən asılı olaraq xalq təsərrüfatına is-
tehsalçı kimi baxılması əsasında makroiqtisadi səmərəliliyin hesablanması
dövlətin iqtisadiyyatı istər iqtisadi, istərsə də inzibati yolla tənzimlən-
məsində mühüm əhəmiyyətə malikdir.
Hazırda ölkənin mövcud iqtisadi imkanlarından tam istifadə edib mak-
simum əlavə gəlir yaratmaq geniş mənada ölkə iqtisadiyyatının səmərə-
liliyini göstərir. Lakin bu məşğulluğu məhz sərf olunan xərclər hesabına
daha çox səmərə əldə etməklə, istehsal olunan məhsulların həm qiymət, həm
də keyfiyyət baxımından rəqabətqabiliyyətlərinin artırılması hesabına təmin
etmək mümkündür.
Müştərək biznesin milli iqtisadiyyatın inkişafına təsirini səciyyə-
ləndirən göstəricilərindən biri də istehsal olunan məhsulun dəyərində milli
tərəfdaşların payı – istehsal olunan məhsulun “millilik səviyyəsi” hesab
edilir. Bu göstəricilərin artması ölkədə daxili əmək bölgüsünün dərinləşdi-
rilməsini və məşğulluğun səviyyəsinin yüksəlməsini əks etdirir, müştərək
biznesin xalq təsərrüfatı çərçivəsində “muxtariyyət” səviyyəsini göstərir.
Beləliklə, müştərək biznesin yaradılmasının makroiqtisadi səmərəliliyi
onların xalq təsərrüfatı məqsədlərinin həyata keçirilməsinə təsir ölçüsüdür.
Müştərək biznesin yaradılmasının iqtisadi səmərəliliyini qiymətlən-
dirərkən ayrı-ayrı tərəfdaşların iqtisadi səmərəsini də nəzərə almaq lazımdır.
Birbaşa iqtisadi səmərə müştərək biznes fəaliyyətinin iqtisadi səmərəliliyi
ilə əlaqədardırsa, dolayı səmərə istehsal miqyasının və satış bazarının geniş-
lənməsi, yetkin texnika və texnologiyanın, idarəetmə metodlarının tətbiqi və
ümumiyyətlə, yetkin məhsul istehsalı və satışı məhsulun həyat tsiklinin
uzadılması ilə əlaqədardır. Çünki həmin məhsulun inkişaf etmiş ölkələrdə
köhnəlmiş olsa da, inkişaf etməkdə olan ölkələrin bazarları üçün təzə ola
Бизнесин тяшкили вя идаря едилмяси
109
bilər. Bu baxımdan müştərək biznesin istehsal etdiyi məhsulun keyfiyyət
səviyyəsinin təhlili mühüm əhəmiyyətə malikdir. Müştərək biznesin yara-
dılması və fəaliyyətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi me-
todikası aşağıdakı məsələlərin həllinə imkan verir:
−
müştərək biznesin yaradılması və fəaliyyətinin makroiqtisadi səmə-
rəliliyinin müəyyən olunmasına;
−
müştərək biznesdə milli tərəfdaşın iştirakının iqtisadi səmərə-
liliyinin müəyyən olunmasına;
−
müştərək biznesdə xarici tərəfdaşın iştirakının iqtisadi səmə-
rəliliyinin qiymətləndirilməsinə;
−
müştərək biznesin yaradılması üçün layihələrin mümkün variant-
larından ən optimalının seçilməsinə.
Beləliklə, metodika müasir dövrdə bazar iqtisadiyyatının tələblərinə
uyğun müştərək biznesin yaradılması və fəaliyyətinin iqtisadi səmərəlili-
yinin qiymətləndirilməsinə imkan verir və iqtisadiyyatda baş verən köklü
dəyişiklikləri özündə əks etdirir.
Dostları ilə paylaş: |