AZƏrbaycan respublikasi təHSİl naz


 Sivil biznesmenin xarici görünü



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə8/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   4   5   6   7   8   9   10   11   ...   50
4 biznes


 

5.4. Sivil biznesmenin xarici görünüşü 

 

İş



güzar  insanın  xarici  görünüşü  uğura  doğru  ilk  addımdır,  çünki  po-

tensial tərəfdaş üçün onun kostyumu etibarlılıq və nüfuzluluq dərəcəsindən 

xəbər verən kod kimi çıxış edir. Səliqəli, zövqlə geyinmiş insan partnyor və 

kolleqaları tərəfindən xeyirxahlıqla qarşılanacaqdır.  

Biznesmenlərdə geyimə münasibətdə müəyyən stereotip formalaşmış-

dır. İstənilən beynəlxalq yarmarka və ya sərgini ziyarət etsəniz görəcəksiniz 

ki,  stendistlərin  əksəriyyəti  qalstuk,  köynək  və  ya  kostyum  rənginin  se-

çimində  oxşar  baxışlara  malikdirlər.  Hazırkı  dövrdə  bir  çox  biznesmenlər 

modelyerlərin  tövsiyələrini  hesaba  alırlar.  Onların  fikrincə,  qarderobun 

təşkilində təməl prinsip geyimin universallığı olmalıdır.  

Köynəklər  də  açıq  tonlarda,  çox  vaxt  ağ  rəngdə  seçilir.  Qalstukun 

rəngi də mühümdür. Belə bir qayda vardır ki, qalstuk köynək və kostyumla 

eyni  tonda,  lakin  daha  açıq  və  ya  daha  tünd,  yaxud  kostyum  və  qalstuk 


Бизнесин тяшкили вя идаря едилмяси 

72 


kontrast  tonlarda  olmalıdır.  Qalstukun  hansı  formasının  hazırda  dəbdə 

olması ilə də maraqlanmaq lazımdır.  

İş

güzar şəraitdə qısa qollu köynəklər geyinmək düzgün hesab edilmir, 



çünki köynəyin manjeti pencəyin qolunun altından görünməlidir. Əlbəttə ki, 

çox  isti  havada  siz  qısa  qollu  köynəkdə  uzunqolluya  nisbətən  daha  təbii 

görünəcəksiniz.  

Yaxşı olar ki, qara rəngli ayaqqabı geyinilsin. Yayda açıq rəngli kost-

yuma qara rəngli ayaqqabı geyinməmək də olar, lakin istənilən halda səndəl 

olmamalıdır. Əgər imkan varsa, ayaqqabının rəngi kostyumun rəng qamma-

sına  uyğun  seçilməlidir.  Corabların  rəngi  çox  açıq  və  nəzərə  çarpan  olma-

malıdır. Yaxşı olar ki, corab və qalstuk öz rənglərinə görə ahəng təşkil etsin.  

Baş  geyimini  və  əlcəkləri  hazırda  plaş  və  ya  palto  ilə  birlikdə  so-

yuqdan qorunmaq üçün geyinirlər. Şlyapa da üst geyimə uyğun gəlməlidir. 

Yaz  və  yayda  daha  açıq  rəngli,  payız  və  qışda  isə  daha  tünd  rəngli  şlyapa 

geyinilir.  Qara  rəngdə  olmayan  kostyum  və  ya  palto  ilə  qara  rəngli  şlyapa 

geyinmək tövsiyə olunmur.  

Beləliklə, xarici partnyorlarla birinci təmas və növbəti danışıqlar üçün 

diqqətlə  təmizlənmiş  və  ütülənmiş  kostyum,  açıq  rəngli  köynək  və  eyni 

kostyumla tonda qalstuk geyinmək lazımdır.  

Danışıqlara özünə hörmət edən işgüzar insanların yalnız şəhər kənarı-

na gəzinti  zamanı  geyindikləri  gödəkçədə,  idman  şalvarında,  cinsdə,  ha-

belə  dəri pencəkdə gəlmək olmaz.  

Xarici biznesmenlər detalları diqqətlə izləyir və onları öz nəticələrində 

bəhanə kimi istifadə edirlər. Misal üçün, biznesmen ayağını ayağının üstünə 

qoyaraq əyləşdiyi zaman onun ayağının yalın hissəsini göstərən qısa, qırış-

qırış corablar çox pis təəssürat yaradır.  

Tozlu  və  çatlamış  tuflilər  hətta  kifayət  qədər  sanballı  kostyum  haqda 

təəssüratı belə korlaya bilər. Kostyum və qalstuku səndəllərlə tamamlamaq 

kimi  sadəlövh  milli  vərdişi  tərgitmək,  həddən  artıq  kəskin  iyli  odekolon-

lardan və təraş sonrası lasyonlardan uzaq olmaq lazımdır.  

İş

güzar  danışıqlarda  müqavilələrin  bağlanması  zamanı  uğura  nail  ol-



mağı  arzulayan  qadın  biznesmen  üçün  öz  xarici  görkəmi  haqqında  düşün-

mək,  həmçinin  onu  biznesə  xidmət  kimi  qəbul  etmək  çox  mühümdür.  İş-

güzar  geyimi  klassik  biçim,  gözə  çarpmayan  rənglər  və  çoxfunksiyalılıq 

kimi xüsusiyyətlər fərqləndirir. Seksapil şifondan tikilmiş gecə paltarları və 

impressionistlərin  kətan  rəsmlərini  xatırladan  rəsmləri  olan  dəbdəbəli 

ş

alvarlı  kostyumlar  ziyafətlər  və  kokteyllərə  kifayət  qədər  uyğundur,  işə 



belə geyimdə gəlmək karyeranın sonu deməkdir.  

İş

güzar qadının qarderobunda iki-üç yubka, jaket, iki-üç bluzka olma-



lıdır.  Paltarlar  yaxşı  olar  ki,  tez-tez  dəyişsin,  çünki  hər  gün  geyinilən  eyni 

ş

ey təngə gətirir və əhval ruhiyyəni “söndürür”. Dəbə gözübağlı riayət edə-



rək yubkanı həddən artıq qısaltmaq olmaz. Həmçinin sizin cazibədarlığınızı 

Бизнесин тяшкили вя идаря едилмяси 

73 


ifadə edən şeylər (yapışan sviter, cins) də geyinmək düzgün deyil. Bu, ona 

gətirib çıxara bilər ki, kişilər danışıqlarda sizi dinləmək əvəzinə sizin gözəl-

liyinizi seyr edəcəklər. Bundan başqa, onlarda belə bir fikir yarana bilər ki, 

siz  işgüzar  keyfiyyətlərinizin  yox,  ilk  növbədə  sizin  bədən  fiquranızın 

gözəlliyinə inandırmağa çalışırsınız.  

Saç düzümü, makiyaj, bijuteriya sizin işgüzar kostyumunuzu üzvi ola-

raq  tamamlamalıdır.  Saç  düzümü  ciddi,  lakin  bununla  belə  zərif  olmalıdır. 

Bəzəklər mümkün olduqca az olmalıdır, lakin onlardan, ümumiyyətlə imtina 

etmək də olmaz. Ən yaxşı bahalı bəzəklərlə bəzənin. Kosmetika yalnız ya-

xın məsafədən hiss olunmalıdır. Mütəxəssislər dekorativdən çox, profilaktik 

kosmetika  almağı  tövsiyə  edirlər.  Ətirdən  elə  istifadə  olunmalıdır  ki,  onun 

ə

tri güclə sezilsin. Əlbəttə ki, yaxşı ətir olmalıdır. 



Pencəyin, bir qayda olaraq, bütün düymələri bağlı olmalıdır (ən aşağı-

dakı  istisna  olmaqla).  Düymələri  bağlı  olan  pencəklə  tanışlara,  restorana, 

iclasa, teatra gedir, prezidiumda oturur və ya məruzə ilə çıxış edirlər. Düy-

mələri  səhər,  şam,  nahar  yeməyi  zamanı  və  ya  qoltuqda  əyləşərkən  açmaq 

olar.  

Bütün  qəbul  növlərinə  kraxmallı  və  ya  yumşaq  yaxalı  ağ  köynək, 



parlaq və ya qara rəngdən başqa istənilən rəngdə qalstuk geyinmək lazımdır. 

Qara qalstuk, əgər forma geyiminə uyğun gəlirsə, yalnız hüzn əlaməti olaraq 

geyinilir.  

Ciddi kostyumlarla tünd qəhvəyi və ya qara rəngli yarımçəkmə və ya 

çəkmə geyinmək lazımdır. Açır qəhvəyi və ya qəhvəyi çəkmələr qara kost-

yuma  heç  uyğun  gəlmirlər,  qara  çəkmələr  isə  qara  kostyuma  uyğun  gəlir. 

Yay vaxtlarında açıq rəngli kostyumla  rəngli  ayaqqabı  geyinmək  olar.  Qə-

bullara  səndəl,  qalın  altlığı  olan  çəkmələr,  idman  ayaqqabıları  geyinmək 

olar. Parlaq çəkmələr yalnız smokinqlə geyinilir.  

Kişi corablarının rəngi kostyumun rəngindən tünd olmalıdır, bu, kost-

yumun  rəngindən  ayaqqabının  rənginə  keçid  yaradır.  Tünd-göy,  tünd-boz, 

qara corablar ən uyğun gələn rənglərdir. Zolaqlı və ya dama-dama corablar 

gecə kostyumuna uyğun gəlmir.  

Qəbullarda, işgüzar görüşlərdə ciddi geyimlərə və parlaq olmayan ton-

lara  üstünlük  verməlidirlər.  Əgər  qəbul  20:00-a  qədər  başlayırsa,  kostyum, 

don-kostyum, şlyapa geyinilir. Yeri gəlmişkən, şlyapa masa arxasında çıxa-

rılmır, ev sahibəsi isə şlyapa geyinmir.  

Milli bayramla əlaqədar qəbullarda daha qəşəng və normal uzunluqda 

olan don, don-kostyum geyinmək lazımdır. 20:00-dan sonra olan qəbullar və 

naharlara gecə paltarları – qollu və ya qolsuz dəbə uyğun daha gözəl və açıq 

paltarlar geyinilir.  

Geyim və aksesuarların rəngi və materialının sıxlığı mövsümə, habelə 

qəbulun təşkil olunduğu səbəbə uyğun gəlməlidir. Yayda daha nazik və açıq 

rəngli, qışda isə tünd və sıx materiallardan istifadə olunur.  



Бизнесин тяшкили вя идаря едилмяси 

74 


Ə

gər  kişi  ayağını-ayağının  üstünə  qoyaraq  öz  işgüzar  tərəfdaşı  ilə 

söhbət edirsə, o, öz şalvarına diqqət verməlidir, çünki ayağın corabdan  yu-

xarı  hissəsinin  görünməsi  yolverilməzdir.  Ayaqları  tərpətmək,  əllə  dizləri 

tutmaq  olmaz.  Qoltuqda  yayılaraq  oturmaq,  stulda  yellənmək,  stulun, 

qoltuğun və divanın ən kənarında oturmaq nəzakətsizlikdir.  

Qadın oturarkən paltarını və ya paltosunu qaldırmır. O, stulda oturar-

kən ayağını-ayağının üzərinə qoya bilər, lakin alçaq qoltuqda və ya divanda 

ə

yləşərkən  bunu  etməməlidir.  Bu  halda  ayaqları  bir  yerdə  tutmaq,  yəni 



ayaqların  hər  ikisini  bir  tərəfə  istiqamətləndirərək  dizləri  bir  yerdə  tutmaq 

lazımdır. Bu zaman bir dabanı digərinin arxasına qoymaq olar. 

Öz hərəkətlərinə mütləq nəzarət etmək lazımdır. Öskürərkən başını kə-

nara çevirmək və ağızı əllə örtmək lazımdır, kəskin öskürmə zamanı mütləq 

ağıza  yaylıq  qoyulmalıdır.  Burunu  sakit  silmək  lazımdır.  Burunu  çəkmək 

olmaz.  Asqırmaq  tələbatını  burun  ucluğunu  hər  iki  tərəfdən  sıxaraq  müm-

kün  olduqca  boğmaq  və  asqırma  zamanı  yaylığı  ağıza  yaxınlaşdırmaq  la-

zımdır.  

Beləliklə, kostyum seçimi, bütün geyimin (köynək, qalstuk, tufli, bu-

run  yaylığı)  rəng  qamması,  kostyumda  oturmağı  bacarmaq  –  bütün  bunlar 

biznesmendən  ən  ciddi  münasibət  gözləyir.  Hətta  odekolon  və  ətirdən  is-

tifadə  etmək  kimi  xırdalıq  da.  Fransız  atalar  sözünü  yadda  saxlamaq  la-

zımdır: “Kim həddən artıq yaxşı iy verirsə, o pis iy verir”.  

 


Бизнесин тяшкили вя идаря едилмяси 

75 


VI FƏSİL. KİÇİK BİZNESİN TƏŞKİLİ 

 

6.1. Kiçik biznesin mahiyyəti və müəyyən  

edilməsi meyarları 

 

Bazar  iqtisadiyyatının  mühüm  tərkib  hissəsi  olan  sahibkarlıq  hər 

ş

eydən əvvəl kiçik biznesdə təzahür edir. Kiçik biznes istehlak bazarında rə-



qabət mühitinin yaradılmasına, ümumi milli məhsulun artım tempinə, struk-

turuna və keyfiyyətinə təsir göstərir. 

Bazar  prinsipləri  əsasında  fəaliyyət  göstərən  yeni  iqtisadi  sistemi  for-

malaşdırmaq  istiqamətində  tənzimləyici  siyasət  aparan  hökumətimiz  kiçik 

biznesin  təşəkkülü  və  inkişafı  ilə  bağlı  bir  çox  məqsədyönlü  və  sistemli 

tədbirlər həyata keçirir. Lakin bu sahədə hələ də bir sıra problemlər qalmaq-

da  davam  edir.  Bununla  yanaşı  kiçik  biznesin  səmərəli  fəaliyyətinin  təmin 

edilməsi üçün dövlətin strateji siyasəti davamlı olmalı, düzgün müəyyənləş-

dirilməli, təsərrüfat fəaliyyəti ilə məşğul olan sahibkarlar arasında baş verə 

biləcək  inhisarçılıq  meyilləri  bazar  prinsipləri  əsasında  aradan  qaldırmalı, 

haqsız  rəqabətin  qarşısının  alınması  və  aradan  qaldırılması  tədbirləri  ön 

plana çəkilməlidir.  

Adından  göründüyü  kimi  “kiçik  biznes”  bazar  iqtisadiyyatının  sub-

yektləri tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətidir.  

Sahibkarlıq  iqtisadi  fəaliyyətdir.  Müasir  dövrdə  sahibkarlıq  insan  cə-

miyyətinin iqtisadi həyatının bütün sahələrində özünü büruzə verir. İqtisadi 

fikirlərin  inkişafında  olan  dəyişikliklərin  araşdırılması  göstərir  ki,  sahib-

karlıq haqqındakı düşüncələr bu fəaliyyət istiqamətinin təkamülünü xarakte-

rizə edir. Məhz bu prosesin müasir dövrdə aktuallaşması sahibkarlığın çağ-

daş iqtisadiyyatın inkişafında əsas amillərdən biri olduğunu sübuta yetirir. 

Dünya  təcrübəsindən  məlum  olduğu  kimi  kiçik  müəssisələr  bir  çox 

hallarda  işçi  heyətinin  orta  sayı  ilə  müəyyən  olunur.  Bununla  belə  bəzi 

ə

dəbiyyatlarda  bu  iqtisadi  subyektlər  kiçik  bir  qrupun  iqtisadi  fəaliyyəti 



kimi də başa düşülür. Ümumilikdə isə əsaslı olaraq iqtisadi fəaliyyətlə məş-

ğ

ul olan kiçik бизнес kateqoriyasına aid olan subyektləri işçi heyəti, nizam-



namə  kapitalı,  aktivlərin  böyüklüyü  və  dövriyyənin  həcmi  göstəricilərinə 

uyğun olaraq, müəyyən edilirlər. Lakin valyutaların dönərliyində baş verən 

dəyişikliklər  və  bir  sıra  digər  səbəblərdən  dolayı  bölgünün  işçilərin  sayına 

görə aparılması daha məqsədəuyğun hesab olunmuşdur. 

Qeyd edək ki, biznesin tiplərə bölünməsindəki meyarları hər bir ölkə 

və  ya  beynəlxalq  təşkilat  özünün  müstəqil  təsbitləri  əsasında  müəyyənləş-

dirir.   

Məsələn, Dünya Bankı tərəfindən hazırlanan hesabatlarda ölkələrdəki 

кичик  бизнесин  inkişaf  səviyyəsi  üzrə  müqayisələr  aparılan  zaman  


Бизнесин тяшкили вя идаря едилмяси 

76 


işçilərinin  sayı  50  nəfərədək  olan  müəssisələr  kiçik  tipli  sahibkarlıq 

subyektlərinə şamil edilirlər. 

Avropa  Şurası  hesabatlarına  istinadən  isə  1  yanvar  1995-ci  ilin  mə-

lumatına əsasən Avropa Şurasında kiçik бизнеся  aid müəssisələr aşağıdakı 

bölgüyə  uyğun  olaraq  müəyyənləşdirilirdi.  İşçilərinin  sayı  50  nəfər,  illik 

dövriyyəsi 4 mln. ekyu; balansın məbləği minimum 2 mln. ekyu olanlar ki-

çik müəssisələr щесаб олунур. AŞ-də bu göstəricilərdən əlavə digər şərtlər 

daxilində də kiçik müəssisələri müəyyən etmək olur. Avropa Şurasının ko-

missiyasının  təklifinə  əsasən  kiçik  müəssisələrin  aşağıdakı  bölgülər  üzrə 

müəyyən  olunması  irəli  sürülmüşdür.  Buna  əsasən  kiçik  müəssisələr  işçi-

lərin sayı 100 nəfəri ötən, əsas kapitalın məbləği 75 evro olanlar hesab edi-

lirdi. Onu da nəzərə almalıyıq ki, hər hansı bir böyük firmanın, müəssisənin 

nizamnamə  kapitalında  yeri  1/3  həddi  keçməməlidir.  Bununla  belə  AŞ 

komissiyasında  müəssisələri  mikro  və  xırda  tipli  sahibkarlıq  subyektlərinə 

bölərək, qeyd edilir ki, mikro qrupa aid edilən təşkilatlarda işləyənlərin sayı 

10  nəfərə  qədər  olmalıdır.  Aydındır  ki,  bu  tipli  müəssisələr  şəxsi  və  ev 

təsərrüfatlarından  ibarət  olmaqla,  sənətkarlıq  xidmət  sahələrini  əhatə  edir. 

Həmçinin AŞ komissiyası xırda müəssisələrə işçilərinin sayı 10 nəfər ilə 99 

nəfər arasında dəyişən təsərrüfat subyektlərini aid edir. 

Azərbaycanda  kiçik  sahibkarlıq  subyektləri  işçilərinin  sayı  və  illik 

dövriyyəsi  göstəriciləri  müəyyənləşdirilir.  Belə  ki,  bu  meyarlar  aşağıdakı 

kimi formalaşdırılır:  

-  sənaye  və  tikintidə  40  nəfərdən  və  illik  dövriyyəsi  200  min  ma-

natdan; 


-  кənd  təsərrüfatında  15  nəfərdən  və  illik  dövriyyəsi  100  min  ma-

natdan;  

-  topdansatış  ticarət  müəssisələrində  10  nəfərdən  və  illik  dövriyyəsi 

300 min manatdan;  

-  iqtisadiyyatın  digər  sahələrində  5  nəfərdən  və  illik  dövriyyəsi  100 

min manatdan az olan kiçik sahibkarlıq subyektləri.  

Müəssisələrin  həcmi  bu  və  ya  digər  sahənin  xüsusiyyətindən,  onun 

texnoloji vəziyyətindən, fəaliyyət sahəsinin səmərəliliyindən asılıdır. Elə sa-

hələr vardır ki, onlar yüksək kapital və əmək tutumuna, istehsala malik olur. 

Ona görə də böyük həcmli müəssisələrin yaradılması кичик бизнеся nisbətən 

az səmərəlidir. 

Müasir  iqtisadiyyat  üçün  istehsalın  miqyasına  iri  istehsal  strukturlu 

meyillər xasdır ki, buna da bir çox amillər təsir edir. Məsələn,  elmi-texniki 

tərəqqinin davamlı inkişafı bir tərəfdən istehsalın təmərküzləşməsinə gətirib 

çıxarır  və  digər  tərəfdən  isə  iri  firmalar  böyük  maddi,  maliyyə  və  əmək 

resurslarına, həmçinin ixtisaslaşmış kadrlara malik olmaqla çoxsaylı resurs-

ları  özündə  birləşdirirlər.  Ona  görə  də  belə  müəssisələr  iri  miqyaslı  elmi-

texniki əməliyyatlar həyata keçirməyə qadir olurlar. 



Бизнесин тяшкили вя идаря едилмяси 

77 


Kiçik  biznesin  səmərəli  fəaliyyət  göstərməsi  imkanları  iri  istehsalla 

müqa-yisədə bir sıra üstünlüklərə malikdir. Bunlar aşağıdakılardan ibarətdir: 

1)  yerli  bazarlara  məsafə  baxımından  yaxınlıq;  2)  istehlakçıların  (müş-

tərilərin) tələbat-larına maksimum uyğunlaşma; 3) iri firmalar üçün əlverişli 

olmayan  xırda  parti-yalarla  məhsul  istehsalı;  4)  idarəetmədə  paralel  səviy-

yələrin ixtisar edilməsi və s. 

Кичик  бизнесин  fəaliyyətinin  genişləndirilməsi  iqtisadiyyatın  sağlam-

laşdırılması üçün əlverişli şərait yaradır, yəni  

  sağlam rəqabət mühiti yaradır;  



  əlavə iş yerlərinin açılmasına səbəb olur;  

  struktur yenidənqurulmasını təkmilləşdirir;  



  istehlak sektorunun genişləndirilməsini təmin edir; 

  tələbatçılar sektoru genişləndirilir;  



  bazar mallar və xidmətlərlə zənginləşir; 

  ixrac imkanları genişləndirilir;  



  yerli xammal resurslarından səmərəli istifadə edilməsinə şərait 

yaradır; 

Ə

mək tutumlu sahələrin genişləndirilməsi, əhalinin sahibkarlıq fəaliy-



yətinə cəlb edilməsi istehsal güclərindən maksimum istifadə olunması kiçik 

müəssisələrin yaradılmasını zəruri edir. 

Ümumiyyətlə,  kiçik  biznesin  inkişaf  etdirilməsi  iqtisadiyyatın  möh-

kəmliyinin təməlidir. Bir çox tədqiqatçıların fikrincə, bazar iqtisadiyyatı sis-

teminə  keçən  ölkələrdə  kiçik  biznesin  inkişafı  həmin  dövlətlərdə  yeni 

iqtisadiyyata inteqrasiya prosesini sürətləndirir.  

Bundan başqa kiçik biznesin digər sosial-iqtisada əhəmiyyəti vardır: 

  yerli təsərrüfat sferasına tez uyğunlaşma qabiliyyəti;  



  kiçik sahibkarlığın böyük azadlığa malik olması;  

  qəbul edilmiş qərarların cəld və yüksək operativliklə həyata keçiril-



məsi; 

  iqtisadi  fəaliyyətlə  məşğul  olan  zaman  idarəetmə  və  istehsal 



xərclərinin aşağı olması;  

  şəxsin  öz  ideya  və  fikirlərini  həyata  keçirmək  imkanlarının  geniş 



olması; 

  ilkin kapitala tələbatın aşağı olması;  



  müştərilərin  tələbatlarına  uyğun  olaraq  məhsulun  forma  və  key-

fiyyətində tez bir zamanda dəyişikliyin edilməsi imkanlarının olması;  

  şəxsi (sahibkar) kapitalın daha geniş dövriyyəsi. 



  Sahibkara məxsus kiçik müəssisəsinin spesifik çətinlikləri də vardır. 

Məsələn;  müəssisəni  quran  şəxsin  bilik  və  bacarığı,  fəaliyyət  göstərdiyi  

sahədə təcrübə və qabiliyyəti aşağı səviyyədə ola bilər. Odur ki, o, başqala-

rının  (mütəxəssis,  idarəedici)  bilik  və  bacarıqlarından  gərəkli  istifadə 



Бизнесин тяшкили вя идаря едилмяси 

78 


etmədikdə iflasa uğrayar və ya zərərlə üzləşər. Belə müəssisələrdə işləyənlər 

ümumi  qazancdan  əlavə  pay  almaq  imkanından  da  məhrum  qalırlar.  Odur 

ki,  onların  imkanları  məhdud  olduğundan  fəaliyyət  dairələrini  təkmilləş-

dirməkdə, genişləndirməkdə və daha məhsuldar çalışmaqda maraqlı olmur-

lar;  Tək  şəxsin  müəssisəsi,  bir  şəxsin  sərmayəsi  ilə  yaradıldığından  onun 

həcmi də məhdud olur. Kredit almaq imkanı məhdudlaşır, ala bilsə də, yük-

sək faizlə almalı olur və aldığını qaytarmaq imkanı da müəssisənin qazancı 

qarşısında çətinliklər törədir. Belə müəssisələr uzunömürlü olmurlar. Çünki 

bütün  ixtiyar  sahibinin  bir  şəxs  olması  üzündən  onun  dünyasını  dəyişməsi 

və  ya  müəyyən  səbəblər  üzündən  işini  davam  etdirə  bilməməsi,  bu  cür 

müəssisələrin fəaliyyətinə son qoyur. İstər işçiləri, istər mal göndərənlər və 

istərsə də mal alanlarla əlaqədə məsuliyyəti bir şəxs daşıyır. Bütün baş verə 

biləcək müqavilə, cavabdehlik və iddialara bir nəfər bütün varidatı ilə cavab 

verməli  olur.  Qazancın  bir  nəfərdə  toplanması  və  onun  paylanılan  qazanc-

dan daha irihəcmli olması ortaqlı müəssisələrə nisbətən belə müəssisələrdə 

gəlir vergisinin ödənilməsinin yüksək olmasına gətirib çıxarır.  



 

6.2. Kiçik biznesin təşkili xüsusiyyətləri 

 

Kiçik biznes strukturları ilk növbədə müəssisə və birliklərin tərkibin-

dən  struktur  və  istehsal  vahidlərinin,  eləcə  də  istehsal  bölmələrinin  ayrıl-

ması, digər hallarda isə səhm qoyulması əsasında yaradıla bilər. Bazar mü-

nasibətlərinə keçildiyi və bazar infrastrukturunun yaradıldığı müasir şəraitdə 

axırıncı  yol  daha  optimal  hesab  edilir.  Kiçik  biznes  dövlət,  ictimai  koope-

rativ müəssisələrlə, xüsusi şəxslərə, həmçinin mülkiyyətin digər formalarına 

ə

saslanan təşkilatlarla birlikdə təsis edilə bilər. 



Biznesin hər hansı formasının inkişafı əsas etibarilə iki şərtdən: bütün-

lüklə  ölkədəki  və  onun  regionlarındakı  daxili  iqtisadi  şəraitdən  və  konkret 

sahibkarın  təsərrüfat  məqsədlərini  reallaşdırmaq  üçün  öz  hüquqlarından 

istifadə etməsi imkanlarından asılıdır. Bu amillər daha əhəmiyyətli dərəcədə 

mikroiqtisadiyyatın  inkişafına  təsir  göstərir.  Belə  ki,  konkret  şəraitdə  bu 

amillərin bazar konyukturasına və qəbul edilmiş idarəetmə qərarlarının son 

nəticəsinə təsiri çox böyükdür. 

Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi-sosial problemlərin həlli 

inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  olduğu  kimi,  Azərbaycan 

Respublikasında  da  iri  müəssisələrlə  yanaşı  kiçik  biznesin  inkişafı  ilə  bağ-

lıdır və bunların iqtisadiyyatda öz yeri və rolu vardır. Kiçik biznesin ölkə iq-

tisadiyyatının  müxtəlif  sahələrində  özünəməxsus  yer  tutması  ilk  növbədə 

müstəqillik əldə etdikdən sonra ölkədə başlanan demokratikləşmə prosesinin 

və bazar münasibətlərinin inkişafının, iqtisadiyyatın transformasiyasının real 

nəticəsidir. 


Бизнесин тяшкили вя идаря едилмяси 

79 


Kiçik  biznes  subyektləri  də  öz  növbəsində  həm  respublikanın  daxili 

bazarlarının əmtəə və xidmətlərlə zənginləşməsində, inhisarçılığın ləğv edil-

məsində, bütün sahələrdə rəqabətin dərinləşməsində, təşəbbüskar insanların 

yaradıcılığının üzə çıxmasında, mövcud əmək və material ehtiyatlarının tə-

sərrüfat dövriyyəsinə cəlb olunmasında və əhalinin tələbatının optimal ödə-

nilməsində mühüm rol oynayırlar. Eyni zamanda, kiçik biznes ölkənin bazar 

münasibətlərinə  keçməsində  və  bazar  mexanizminin  təkmilləşdirilməsində, 

istehsalçılarla istehlakçılar arasında birbaşa iqtisadi əlaqələrin qurulmasında, 

keçid  dövründə  yaranmış  əhalinin  məşğulluq  problemlərinin  həll  edilmə-

sində,  əhalinin  gəlirlərinin  və  alıcılıq  qabiliyyətinin  artırılmasında  böyük 

ə

həmiyyət kəsb edirlər. 



İ

qtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  кичик  бизнесин  rolunu  qiy-

mətləndirmək  üçün  müxtəlif  meyarlardan  istifadə  edilir.  Xüsusilə,  kiçik 

müəssisələrin  ümumi  daxili  məhsulda,  məşğulluqda  və  s.  payı  əsas 

götürülür. 

Kiçik  biznes  subyektlərinin  sayının  sahələr  üzrə  artması  ilk  növbədə 

ölkədə  iqtisadi  islahatların  aparılması,  istehsalın  texnoloji  və  idarəetmə 

strukturunun yenidən qurulması ilə əlaqədardır. Bu da öz növbəsində kiçik 

həcmli istehsal müəssisələrinin inkişafını sürətləndirir və əlavə iş qüvvəsini 

istehsala  cəlb  edir.  Həmçinin  iri  müəssisələrin  strukturunun  dəyişməsi 

nəticəsində sexlər və filiallar müstəqil istehsal vahidlərinə çevrilirlər ki, bu 

da xırda partiyalarla kiçik seriyalı məhsul istehsalçılarının sayını və rolunu 

xeyli artırır. 

Bununla  belə  ölkədə  biznes  fəaliyyətinin  inkişafı  əhalinin  həyat 

səviyyəsinin yüksəldilməsində və pul gəlirlərinin artırılmasında mühüm rol 

oynayır.  Hazırda  istehsal  münasibətlərində  baş  verən  sürətli  dəyişikliklər, 

ə

halinin  maddi  və  mənəvi  tələbatının  daim  artması  və  istehsalın  fasiləsiz-



liyinin təmin olunması biznes fəaliyyətinin inkişafına əlverişli şərait yaradıl-

masını  zəruri  edən  məsələlərdən  biridir.  Uzun  illər  bazar  münasibətləri 

şə

raitində fəaliyyət göstərən bir sıra inkişaf etmiş ölkələrin təcrübəsi göstərir 



ki,  kiçik  biznesin  inkişafı  və  sağlam  rəqabətin  formalaşması  yoxsulluğun 

azaldılmasında  mühüm  rol  oynayır.  Bazar  münasibətlərinə  keçidin  ilk  illə-

rində  müəyyən  çətinliklərlə  üzləşən  Azərbaycan  Respublikasında    da  yox-

sulluq  yüksək  həddə  çatmış  və  az  bir  vaxtda  əhalinin  90  faizdən  çoxunun 

pul  gəlirləri  minimum  istehlak  səbətinin  dəyərindən  xeyli  dərəcədə  aşağı 

olmuşdur.  Lakin  son  illər  ölkəmizdə  kiçik  və  orta  sahibkarlığın  formalaş-

ması  və  inkişafında  nəzərə  çarpacaq  irəliləyişlər  hər  şeydən  əvvəl,  özünü 

ə

halinin məşğulluğunun  və pul  gəlirlərinin strukturunda baş verən dəyişik-



liklərdə göstərməyə başlamışdır.  

Azərbaycan  Respublikası  hökuməti  tərəfindən  «2003-2005-ci  illər 

üçün  yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramı» 

təsdiq  edilmiş  və  həmin  sənəddə  бизнесин  inkişaf  etdirilməsi  dövlət  siya-



Бизнесин тяшкили вя идаря едилмяси 

80 


sətinin  əsas  istiqamətlərindən  biri  kimi  müəyyənləşdirilmişdir.  Aparılan 

düzgün  dövlət  siyasəti  nəticəsində  ölkədə  yoxsulluğun  səviyyəsi  2003-cü 

ildəki  49  faizdən  2006-cı  ildə  29  faizə  enmişdir.  Azərbaycan  Respublikası 

Nazirlər Kabinetinin 2008-ci il üzrə illik hesabatında isə yoxsulluğun həddi 

19 faiz göstərilmişdir.   

Kичик бизнесин inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasında da öz 

müsbət  təsirini  göstərir.  Bu  baxımdan  кичик  бизнеси  regionlarda  inkişaf 

etdirmək  daha  məqsədəuyğundur.  Çünki  rayonlarda  işsizlik  problemi 

Bakıya nisbətən daha kəskindir. Belə ki, rayonlarda iş  yerlərinin az olması 

ucbatından  əhali  Bakıya  və  Sumqayıt  şəhərlərinə  axışır.  Bu  da  öz 

növbəsində  həmin  şəhərlərdə  demoqrafik  və  sosial-iqtisadi  problemlərin 

artmasına  gətirib  çıxarır.  Amma  kiçik  biznesin  inkişaf  etdirilməsi  sosial 

gərginliyin aşağı düşməsinə səbəb olur. Kiçik biznes, həmçinin regionların 

iqtisadi  inkişafına  imkan  yaradaraq,  paytaxt  ilə  regionlar  arasında  mövcud 

olan qeyri-bərabərliyin yumşaldılmasına gətirib çıxarır. 

Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  11  fevral  tarixli 

fərmanı  ilə  «Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı 

Dövlət  Proqramı  (2004-2008-ci  illər)»  qəbul  edilmişdir.  Bu  proqram  кeçid 

iqtisadiyyatı şəraitində ölkənin bütün ərazisində işgüzar mühitin yaranması-

na,  investisiya  qoyuluşunun  stimullaşdırılmasına,  qeyri-neft  sektorunun 

inkişafına,  məşgullugun  artırılmasına,  yoxsulluğun  azaldılmasına  və  uzun-

müddətli iqtisаdi artımın təmin edilməsinə yönəldilmişdir.  

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  dövlətinin  sosial-iqtisadi  si-

yasətinin  başlıca  məqsədi  orta  və  uzunmüddətli  prioritetlərə  uyğun  olaraq 

ölkənin,  o  cümlədən  onun  ayrı-ayrı  rayonları  üzrə  əhalinin  həyat  səviyyə-

sinin  ardıcıl  şəkildə  yüksəltmək,  yoxsulluğu  və  sosial  bərabərsizliyi  azalt-

maq, iqtisadi artım tempini saxlamaqdan ibarətdir. 

Bu  proqramın  qarşısında  duran  əsas  vəzifə  ölkə  əhalisinin  məşğullu-

ğ

unu  artırmaq  məqsədilə  beş  il  ərzində  600 min  əlavə  iş  yerlərə  açılması 



olmuşdur.  Proqram  çərçivəsində  regionlarda  çoxlu  sayda  kiçik  və  orta  öl-

çülü  müəssisələr  tikilib  istismara  buraxılmış  və  mövcud  müəssisələrin  fəa-

liyyəti  bərpa  olunmuşdur  ki,  nəticədə  730  mindən  çox  yeni  iş  yerləri  açıl-

mışdır. 


Bazar  prinsipləri  əsasında  fəaliyyət  göstərən  yeni  iqtisadi  sistemi 

forma-laşdırmaq  istiqamətində  tənzimləyici  siyasət  aparan  hökumətimiz 

regionlarda  kiçik  biznesin  təşəkkülü  və  inkişafı  ilə  bağlı  bir  çox  məq-

sədyönlü  və  sistemli  tədbirlər  həyata  keçirir.  Lakin  bu  sahədə  hələ  də  bir 

sıra problemlər qalmaqda davam edir. Bununla yanaşı kiçik biznesin səmə-

rəli  fəaliyyətinin  təmin  edilməsi  üçün  dövlətin  strateji  siyasəti  davamlı  ol-

malı,  düzgün  müəyyənləşdirilməli,  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olan  sa-

hibkarlar  arasında  baş  verə  biləcək  inhisarçılıq  meyilləri  bazar  prinsipləri 



Бизнесин тяшкили вя идаря едилмяси 

81 


ə

sasında aradan qaldırılmalı, haqsız rəqabətin qarşısının alınması və aradan 

qaldırılması tədbirləri ön plana çəkilməlidir.  


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin