kil 2.1. Müəssisənin bazar modeli
Blok 1 – müəssisənin əsas vəzifəsi resursları yenidən yaratmaqdan
ibarətdir.
Blok 2 – girişdə resurslar: əmək, material, maliyyə;
Blok 3 – çıxışda resurslar: hazır məhsul, tullantılar, mənfəət, pul
vəsaitləri;
Blok 4 – sosial mühit: müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu xarici
mühit amilləri;
Blok 5 – təbii mühit: faydalı qazıntılar, təbii sərvətlər, hava, su;
Blok 6 – marketinq: resursların girişi və çıxışı ilə qarşılıqlı əlaqə;
Blok 7 – girişdə və çıxışda resursların nisbəti müəssisənin iqtisadiy-
yatını formalaşdırır.
Marketinq siyasətini həyata keçirən zaman məhsulun həyat tsiklini
mütləq nəzərə almaq lazımdır.
2.2. Müəssisənin yaradılması prosesi
Müəssisənin yaradılması mürəkkəb və məsuliyyətli prosesdir. Müəssi-
sənin yaradılması prosesinə başlamazdan öncə onun fəaliyyət konsep-
siyasını işləyib hazırlamaq lazımdır. Müəssisənin fəaliyyət konsepsiyasında
məhsul, yaxud xidmət ideyasının müəyyənləşdirilməsi, marketinq tədqiqat-
larının aparılması, təklif edilən əmtəənin, yaxud xidmətin həcmi və rəqabət
qabliyyətinin əsaslandırılması və s. məsələlər öz əksini tapmalıdır.
Müəssisə: resursların
yenidən yaranması
1
Sosial mühit 4
Müəssisə
iqtisadiyyatı 7
Marketinq
giriş
6
Təbii mühit 5
Marketinq
çıxış
6
Resurslar
xərc
2
Resurslar
nəticə
2
Бизнесин тяшкили вя идаря едилмяси
30
Müəssisənin yaradılması prosesini bir sıra ardıcıl mərhələlərə ayırmaq
olar:
1. Hazırlıq mərhələsi. Bu mərhələdə müəssisənin fəaliyyət konsep-
siyası işlənib hazırlanır, marketinq tədqiqatları aparılır, gələcək müəssisənin
təsisçiləri, təşkilati-hüquqi forması və strukturu, mülkiyyət forması müəy-
yən edilir. Sonra biznes-plan işlənib hazırlanır, müəssisənin likvidlilik, ren-
tabellilik və gəlirlilik səviyyəsi hesablanır. Müəssisənin təsis müqaviləsi və
nizamnaməsinin layihəsi hazırlanır.
2. Təsis mərhələsi. Bu mərhələdə müəssisənin təsis yığıncağının pro-
tokolu tərtib edilir, təsis sənədləri müzakirə olunur, təsdiqlənir və imzalanır.
«Təsis sənədləri» papkası (qovluğu) formalaşır.
Müəssisə əmlak mülkiyyətçilərinin, yaxud onun vəkil etdiyi orqanın,
təşkilatın qərarı ilə ölkənin qanunvericilik aktları ilə nəzərdə tutulan
qaydada yaradıla bilər. Müəssisənin təsisçiləri fiziki və hüquqi şəxslər, döv-
lət orqanları, xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilər. Müəssisə
yaradılarkən təsisçilər arasında qarşılıqlı münasibətləri tənzimləmək məqsə-
dilə təsis müqaviləsi bağlanılır. Təsis müqaviləsində müəssisənin adı və
növü, təsisçilər haqqında məlumat, nizamnamə fondu, hər bir təsisçinin bu
fonddakı payı və öhdəlikləri, mənfəətin bölüşdürülməsi qaydası və s.
göstərilir.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə
nizamnamə əsasında fəaliyyət göstərir. Müəssisənin nizamnaməsi təsisçi bir
şə
xs olduqda təsisçi tərəfindən, təsisçilər çox olduqda isə ümumi təsis
yığıncağı tərəfindən təsdiq edilir. Müəssisənin nizamnaməsində müəssisənin
adı və növü, ünvanı, təsisçi barədə məlumat, müəssisənin hüquq və vəzifə-
ləri, nizamnamə fondu, fəaliyyətin məzmunu və məqsədi, idarəetmə və nə-
zarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mənfəətin
(gəlirin) bölüşdürülməsi qaydası və s. məsələlər göstərilir.
3. Təşkilati mərhələ. Bu mərhələdə müəssisənin yaradılması haqqında
ə
mr verilir və ştat-vəzifə bölgüsü müəyyən edilir.
4. Qeydiyyata alınma mərhələsi. Müəssisənin dövlət qeydiyyatına
alınması ölkənin qanunvericilik aktları ilə nəzərdə tutulan qaydada həyata
keçirilir. Müəssisənin dövlət qeydiyyatı haqqında məlumat uçot vahidlərinin
dövlət reyestrinə daxil edilmək üçün qeydiyyat orqanı tərəfindən on gün
müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Dövlət Sta-
tistika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin dövlət vergi müfəttiş-
liyi orqanına verilir.
Müəssisənin dövlət qeydiyyatına alınması üçün təsisçi tərəfindən
aşağıdakı sənədlər təqdim edilir:
-təsisçinin ərizəsi;
-müəssisənin əsasnaməsi;
-müəssisənin yaradılması haqqında qərar və ya təsis müqaviləsi;
Бизнесин тяшкили вя идаря едилмяси
31
-qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd.
Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələr müvafiq qa-
nunvericiliyə uyğun olaraq mənfəət vergisi və digər məcburi ödənişlər
edirlər.
Müəssisənin əmlakı əsas fondlardan və dövriyyə vəsaitlərindən, habelə
onun müstəqil balansında dəyəri göstərilən digər qiymətli əşyalardan
ibarətdir.
Müəssisənin əmlakı aşağıdakı mənbələrdən formalaşır:
-təsisçilərin pul və maddi payları;
-məhsul satışından, görülən işlərdən və göstərilən xidmətlərdən, ha-
belə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər;
-qiymətli kağızların satışından əldə edilən vəsaitlər;
-bank kreditləri və digər borc vəsaitləri;
-kapital qoyuluşu və büdcədən dotasiyalar;
-fiziki və hüquqi şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələr;
-ölkənin qanunvericilik aktları və qadağan olunmayan digər mənbələr-
dən daxil olan vəsaitlər.
Müəssisə idarəetmə orqanlarının strukturunu, ştat vahidlərini və on-
ların saxlanılması xərclərini müstəqil müəyyən edir. Fərdi və dövlət müəs-
sisəsi istisna olmaqla, bütün müəssisələrin idarə edilməsi payçıların ümumi
yığıncağında təsdiq edilmiş idarə heyəti tərəfindən həyata keçirilir. Təsis-
çilərin ümumi yığıncağı müəssisənin ali idarəetmə orqanıdır. Müəssisənin
fəaliyyətinə aid bütün məsələlər payçıların ümumi yığıncağında müzakirə
olunaraq müvafiq qərar qəbul edilə bilər.
Müəssisənin fəaliyyətinə ən azı iki fiziki şəxsdən ibarət olan idarə he-
yəti rəhbərlik edir. İdarə heyəti müəssisənin fəaliyyətini təşkil edir, tərəfdaş-
larla münasibətdə və müvafiq orqanlarda müəssisənin mənafeyini təmsil
edir.
Fərdi və dövlət müəssisələrinin idarə edilməsi prosesi təsisçilər tərə-
findən müstəqil müəyyən edilir.
Müəssisə dövlət qeydiyyatına alındıqdan sonra qeydiyyat haqqında
şə
hadətnamə verilir. Müəssisənin möhürü hazırlanır. Təsis sənədlərinin və
qeydiyyat haqqında şəhadətnamənin nüsxəsi notarius tərəfindən təsdiq
edilir.
5. Nəhayət beşınci mərhələdə qeydiyyat haqqında tərtib edilmiş şəha-
dətnamə ilə müəssisənin dövlət orqanlarında və fondlarında qeydiyyatı və
uçota alınması həyata keçirilir. Məcburi qeydiyyata alınması tələb edilən
ə
sas orqanlar və fondlar aşağıdakılardan ibarətdir:
-Dövlət Statistika İdarəsi;
-dövlət vergi müfəttişliyi;
-pensiya fondu;
-sosial sığorta fondu;
Бизнесин тяшкили вя идаря едилмяси
32
-məşğulluq fondu;
-bank və s.
Bu mərhələ müəssisənin yaradılması prosesinin tamamlayıcı mərhələ-
sidir, yalnız bundan sonra müəssisə təsis sənədlərinə uyğun olaraq fəa-
liyyətə başlaya bilər.
2.3. Müəssisənin iqtisadi əsasları
Müəssisənin fəaliyyət göstərməsi üçün onun iqtisadi əsasını təşkil
edən istehsal amilləri mövcud olmalıdır. İqtisadi ədəbiyyatlarda istehsalın
dörd amili: əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti göstərilir.
Məlumdur ki, əmək insanın məqsədəuyğun fəaliyyətidir, onun köməyi
ilə insan təbiəti öz tələbatını ödəmək üçün dəyişdirir və uyğunlaşdırır.
A.Marşall «İqtisad elminin prinsipləri» əsərində yazmışdır ki, hər cür əmə-
yin hansısa nəticəni əldə etmək məqsədi vardır. İstehsal amili kimi əmək
dedikdə təsərrüfat fəaliyyəti prosesində insanlar tərəfindən göstərilən bütün
fiziki və əqli cəhətlər, səylər başa düşülür.
Ə
məkdən danışarkən əməyin intensivliyi və əmək məhsuldarlığı anla-
yışlarının mahiyyətini açıqlama lazım gəlir.
Elmi-texniki inqilab əməyin xarakterində və məzmununda dəyişiklik-
lərə gətirib çıxartdı. Əmək daha ixtisaslı əməyə çevrildi, kadrların hazır-
lanmasına sərf olunan vaxt artdı, bilavasitə istehsal prosesində fiziki əməyin
ə
həmiyyəti xeyli azaldı, əmək prosesi əhəmiyyətli dərəcədə mürəkkəbləşdi.
Belə ki, bu zaman insanlar daha mürəkkəb maşın və mexanizmlərlə iş
görmək, işçilər isə texnoloji proseslərin mahiyyətini başa düşmək, bahalı
mürəkkəb avadanlıqlarla rəftar etməyi bacarmaq, lazımi təşəbbüskarlıq gös-
tərmək məcburiyyətində qaldılar.
Sahibkarlar işçi qüvvəsini dövri mətbuatda, radio və televiziyada elan
etmək yolu ilə, əmək birjası və əhalinin məşğulluq mərkəzləri vasitəsilə, ha-
belə dostları və tanışlarının köməyilə tapır və işə götürürlər. Sahibkar heyəti
seçərkən onların ixtisas təhsilini, peşə hazırlığını, iş təcrübəsini, şəxsi
keyfiyyətini, xarici dil bilməsini və kompyuter savadını nəzərə alırlar.
Kadrlar müəssisənin maddi-texniki bazasının mühüm tərkib hissəsidir.
Onlar məhsulun istehsal prosesi ilə əlaqədardır, sənaye-istehsal heyətini
təşkil edirlər. Sənaye-istehsal heyəti fəhlələr, mütəxəssislər və xidmətedici
heyətdən ibarətdir.
Fəhlələr kateqoriyasına məhsulun istehsal prosesində bilavasitə iştirak
edən işçilər aiddir. İdarəetmə, istehsalata texnoloji və təşkilati-planlı rəh-
bərlik, uçot, planlaşdırma, təminat, təchizat və kadrların komplektləşdiril-
məsi funksiyalarını yerinə yetirən heyət, inzibati-təsərrüfat işçiləri, işçilərin
məişət xidməti ilə məşğul olanlar mütəxəssislər kateqoriyasını təşkil edirlər.
Elmi-texniki tərəqqi nailiyyətlərinin istehsalata tətbiqi əməyin xarakterini
Бизнесин тяшкили вя идаря едилмяси
33
dəyişdirir və işçilərin ixtisas səviyyəsinə olan tələbatı artırır. Deməli, işçi
heyətinin düzgün seçilməsi sahibkarlıq fəaliyyətinin uğurla həyata keçi-
rilməsinin ən ümdə problemlərindən biridir.
Kadrların düzgün seçilməsi və onlarla sivil qaydada davranış məhsul
istehsalı prosesində baş verə biləcək hər hansı mürəkkəb, çətin problemin
müvəffəqiyyətlə həll edilməsi üçün əlverişli şərait yaradır. Sahibkarlıq dav-
ranışı elə olmalıdır ki, müəssisənin kommersiya sirri həmişə gizli saxla-
nılsın, müəssisənin imici müdafiə olunsun, istehlakçının və işgüzar adam-
ların hüsn-rəğbətini qazanmaq mümkün olsun. Buna görə də müəssisə kadr-
larla, heyətlə gündəlik səmərəli iş aparılmalı, onların iş keyfiyyətləri mün-
təzəm surətdə dəqiq qiymətləndirilməli, ən yaxşı sahibkarlıq fəaliyyəti
stimullaşdırılmalıdır.
Kapital istehsalın ən mühüm amilidir. İqtisadi nəzəriyyənin klassikləri
A.Smit və D.Rikardo istehsal amili kimi kapital və dövriyyə kapitalı bir-
birindən fərqləndirirlər. Əsas kapital uzun illər istehsal prosesində fəaliyyət
göstərən və bir neçə istehsal tsiklinə xidmət edən artıq maddiləşmiş
kapitaldır, yəni əsas istehsal fondlarıdır. Digər növ kapital bir istehsal tsik-
lində iştirak edərək öz dəyərini istehsal olunan məhsulun üzərinə keçirən
kapitaldır. O dövriyyə kapitalı, yəni dövriyyə istehsal fondlarıdır. Dövriyyə
kapitalına xərclənən pul vəsaiti məhsul satıldıqdan sonra sahibkara tamamilə
qaytarılır. Ancaq əsas kapitala çəkilən xərclər belə tezliklə ödənilə bilməz.
Ə
sas istehsal fondları istehsal prosesində uzun müddət iştirak edən, öz
natural formasını saxlayan və dəyərini istehsal olunan məhsulun üzərinə
tədricən, hissə-hissə keçirən istehsal fondlarıdır. Onun tərkibinə binalar,
tikililər, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, alətlər
və təsərrüfat inventarları daxildir.
Dövriyyə istehsal fondları bir istehsal tsiklində sərf olunan, dəyərini
tamamilə və dərhal istehsal olunan məhsulun üzərinə keçirən istehsal va-
sitələridir. Əmək prosesində onların natural forması və fiziki-kimyəvi
tərkibi dəyişilir. Dövriyyə istehsal fondlarının tərkibinə xammal və əsas ma-
teriallar, alınmış yarımfabrikatlar, köməkçi materiallar, yanacaq və elektrik
enerjisi, tara və tara materialları, təmir üçün hissələr, azqiymətli və tez
aşınan əşyalar, gələcək dövr xərcləri daxildir. Gələcək dövr xərcləri əsasən
yeni məhsulun mənimsənilməsi ilə bağlıdır, deməli, onun xərclənməsinə
ciddi yanaşmaq lazımdır. Yeni məhsulun mənimsənilməsi müddəti nə qədər
uzanarsa, müəssisənin maliyyə vəziyyətini sağlamlaşdırmaq imkanı bir o
qədər çətinləşər. Çünki həmin vaxt kəsiyində gələcək dövr xərcləri istehsal
xərclərinə daxil edilir. Bu işdə sahibkardan çeviklik, yüksək işgüzarlıq,
dövriyyə fondlarından qənaətlə və təyinatı üzrə istifadə etmək qabiliyyəti
tələb olunur.
İ
stehsal amili kimi torpaq son dərəcə müstəsna əhəmiyyətə malikdir.
Torpağı başqa istehsal amillərindən fərqləndirən bir sıra səciyyəvi
Бизнесин тяшкили вя идаря едилмяси
34
xüsusiyyətlər vardır. Ən başlıca cəhət odur ki, torpaq sahəsi məhduddur, in-
sanlar onun həcmini dəyişmək iqtidarında deyil, təbii sərvətlər (su, yanacaq-
enerji resursları, faydalı qazıntılar) ilə zəngindir. Yerin təkində zəngin neft
və qaz yataqları, digər mineral sərvətlər mövcuddur. Torpaqdan səmərəli,
məqsədyönlü istifadə etməklə sahibkarlıq fəaliyyətini genişləndirmək, məh-
sul bolluğu yaratmaq, əhalinin firavan həyat tərzini təmin etmək müm-
kündür. Buna böyük tələbat, həm də əlverişli şərait vardır.
Bazar iqtisadiyyatının əsas atributlarından biri kimi çıxış edən sahib-
karlıq qabiliyyə ti istehsalın mühüm amilidir. Sahibkarın başlıca işi mövcud
iqtisadi resursların kombinasiyasının bütün mümkün yeni üsullarından isti-
fadə etməklə yüksək rəqabətqabiliyyətli məhsul istehsalını təşkil etməkdir.
Birinci şərt odur ki, sahibkar fəaliyyət növünün seçilməsində, istehsal proq-
ramının tərtib edilməsində, maliyyələşdirmə mənbələrinin tapılmasında,
resursların əldə edilməsində, məhsulun reallaşdırılmasında və ona qiymət
qoyulmasında, mənfəətin istifadəsində və s. işlərdə müstəqildir. Lakin sa-
hibkar həmişə bazardan, tələb və təklifin dəyişilməsi dinamikasında, qiymə-
tin səviyyəsindən, yəni mövcud əmtəə-pul münasibətləri sistemindən asılı
vəziyyətdə qalır.
Sahibkarlığın ikinci mühüm şərti qərarların qəbuluna, onların nəti-
cələrinə və bununla bağlı riskə görə məsuliyyət daşımasıdır. Məlum olduğu
kimi risk, həmişə qeyri-müəyyənliklə, gözlənilməz hadisələrlə əlaqədardır,
hətta ən dəqiq hesablamalar və proqnozlar bu amili aradan qaldıra bilməz, o,
sahibkarlıq fəaliyyətinin daimi yoldaşıdır.
Kommersiya sahəsində uğur qazanmağa meyil, mənfəətin artırılmasına
cəhd sahibkarlığın üçüncü mühüm əlaməti sayılır. Sahibkarların fəaliyyəti
təkcə iqtisadi məsələlərlə məhdudlaşmır, onlar cəmiyyətin sosial problem-
lərinin həllində bilavasitə iştirak edir, öz vəsaitlərinin müəyyən hissəsini
mədəniyyətin, təhsilin və səhiyyənin inkişafına, ətraf mühitin mühafizəsinə
xərcləyirlər.
Xüsusi iqtisadi təfəkkür tipi kimi sahibkarlıq praktiki fəaliyyətdə icra
olunan qərarların qəbuluna orijinal baxış və yanaşmaların məcmusu ilə sə-
ciyyələnir. Burada sahibkarın şəxsiyyəti həlledici rol oynayır. Sahibkar
olmaq o deməkdir ki, başqalarının edə bilmədiklərini bacarsın, müstəqil fəa-
liyyət növü seçsin, rəqabət bazarında layiqli yer tutsun, ictimai tələbatın
ödənilməsinə xidmət etsin və yüksək mənfəət götürsün.
Бизнесин тяшкили вя идаря едилмяси
35
III FƏ Sİ L. MÜƏ SSİ SƏ Nİ N İ NNOVASİ YALI
İ
NKİŞAFI
3.1. İ nnovasiyalı inkiş afın konseptual ə sasları
Müasir şəraitdə yeni texnologiyaların təsərrüfat dövriyyəsinə cəlb
edilməsi effektivliyinin yüksəldilməsi müəssisənin innovasiyalı inkişaf
metodologiyasının işlənib hazırlanmasını zəruri edir.
Müəssisədə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin idarə edil-
məsinin müasir prinsiplərinə, eləcə də yeni texnologiyaların tətbiqinin əsas
metodoloji aspektlərinə təkamül prosesində baxmaq məqsədəuyğundur.
Yeni texnologiyaların işlənməsi və tətbiqi sferasında biznesin aparılması
şə
raitinin dəyişilməsini və xarici iqtisadi mühitin trasformasiyasının daxili
idarəetmə qərarlarının qəbul edilməsi metodlarının inkişafına təsirini təhlil
etmək lazımdır. Təhlil nəticəsində meyilin aşkara çıxarılması müasir təsər-
rüfatçılıq şəraitində müəssisənin innovasiyalı inkişafı metodologiyasının
formalaşması üçün konseptual əsas ola bilər.
Məlum olduğu kimi, dünya iqtisadiyyatı müəyyən inkişaf mərhələlə-
rindən keçib: kənd təsərrüfatı, sənaye və postsənaye dövrü. Son illər yeni
qlobal iqtisadi mühitin təşəkkülü prosesi baş verir. Dünya iqtisadiyyatının
sənaye və postsənaye dövrü innovasiya dövrü ilə əvəz olunur.
Yeni iqtisadi sistem deyəsən xarici mühitdə təsərrüfat subyektlərinin
səmərəli fəaliyyət göstərmələrinə imkan verən əsas rəqabət üstünlüklərinin
ə
vəzlənməsilə səciyyələnir. Bu hər şeydən əvvəl qeyri-material aktivlərinin
rolunun artırılmasında, intellektual kapitalın geniş investisiyalaşdırılmasında
təzahur edir.
Strateji resurs kimi elmi biliklərin rolunun artması və müvəffəqiyyətin
ə
sas faktoru kimi texnoloji innovasiyaların artan təsiri ona gətirib çıxar-
mışdır ki, bu gün bütün dünyada müəssisənin iqtisadi artımı mütərəqqi bilik-
ləri və müasir qərarları özündə əks etdirən yeni məhsulun və avadanlıqların
payı ilə müəyyən olunur.
Müəssisə idarəetmə qərarları qəbul edir və eyni zamanda təsərrüfat
fəaliyyətinin müxtəlif sferalarında iqtisadi məqsəd və vəzifələr qoyur.
İ
qtisadi artıma yeni texnologiyaların təsirinin gücləndirilməsi ilə əlaqədar
korporativ və strateji idarəetmə sistemində innovasiyalı inkişafın müasir
rolu və əhəmiyyətini müəyyənləşdirmək zəruridir.
İ
nnovasiyalı inkişafın tədqiqi hər şeydən əvvəl innovasiyalar və on-
ların təsnifatı, innovasiya prosesi və onun təşkilediciləri, innovasiya fəaliy-
yəti və onun xarakteristikası kimi əsas anlayışların öyrənilməsini tələb edir.
Bu iqtisadi kateqoriyaların mahiyyəti və məzmununun açıqlanması, həm-
çinin yeni texnologiyanın işlənilməsi və tətbiqi xüsusiyyətlərinin aşkara
Бизнесин тяшкили вя идаря едилмяси
36
çıxarılması təsərrüfat subyektlərinin innovasiyalı inkişafının həyata keçiril-
məsinin müasir konsepsiyasını müəyyənləşdirməyə imkan verir.
«İnnovasiya» anlayışı ilk dəfə XIX əsrdə mədəniyyətşünaslıq üzrə
elmi-tədqiqatlarda verilmişdir. O, bir mədəniyyətin bəzi elementlərinin di-
gər mədəniyyətlərə daxil olmasını ifadə edirdi. Söhbət Avropa mədəniyyə-
tinə Afrika və Asiya cəmiyyətlərinin ənənələrinin daxil olmasından gedirdi.
XX əsrin əvvəllərində texniki yeniliklərin qanunauyğunluqları öyrənil-
məyə başlandı. Maraqlı innovasiya prosesi, «böyük tsikl»in və ya uzun
«dalğaların» mövcudluğu müşahidə edildi. Qərbdə bu ideyanı iqtisadi nəzə-
riyyələrə uyğunlaşdırmağa, xüsusi olaraq istehsalın tsiklik böhranlarını əsas-
landırmağa və ona bəraət qazandırmağa çalışırdılar. Amerika iqtisadçısı
İ
ozef A.Şumpeter burada radikal texniki-iqtisadi yeniliklərin aktivləşdi-
rilməsi vasitəsilə iqtisadiyyatda növbəti enməni sürətlə dəf etmək imkanını
gördü. Aydınlaşdı ki, mənfəətin mənbəyi yalnız qiymətin dəyişdirilməsi və
ya xərclərin azaldılması deyil, hətta buraxılan məhsulun radikal dəyişməsi
də ola bilər. Bu dövrdə firmalar özlərinin «innovasiya» siyasətinin, bazarı
onun konyukturuna uyğun təmin edən məhsul yeniliklərinin dinamik sistem-
lərini hazırlamağa başladılar. Deməli, marketinq nəzəriyyəsi qiymət me-
xanizmindən daha çox innovasiya mexanizminə əsaslanır.
İ
nnovasiya siyasəti perspektivli ixtira olmaqla yanaşı, iqtisadi və sosial
xüsusiyyətə malikdir. Yeniliklərin çevik mexanizminə əsaslanan firmalar
bazarda tələbin formalaşması təşəbbüsünü ələ almağa imkan yaratdılar.
Beləliklə, «istehlak cəmiyyəti»nin inkişaf prosesində yeniliklərin əhalinin
həyat tərzinə aktiv daxil olması başlandı. Daha doğrusu, tələb təklifin ar-
xasınca gəlirdi.
Firmalar belə strategiyaya davam gətirmək üçün innovasiya proses-
lərini geniş mənada dərindən, hərtərəfli öyrənmək məcburiyyətində qaldılar.
Çünki dünyada elmi nailiyyətlərə düzgün orientasiya, tez-tez və fasiləsiz
dəyişiklikləri işçi heyətinin dərketmə və qavrama qabiliyyəti, həddindən
artıq təkliflərin olduğu şəraitdə firma rəhbərlərindən maksimum seçim
bacarığı tələb olunurdu.
İ
nnovasiya nəzəriyyəsinin ilk banisi Avstriya iqtisadçısı İ. Şumpeter
olub. Sonradan bu nəzəriyyə Almaniya iqtisadçısı Q.Menil, Sovet iqtisadçı-
larından akademik A.İ.Ançişkin, professor L.S.Boyutin, professor
Y.V.Yakoves və başqaları tərəfindən inkişaf etdirilmişdi.
İ
.Şumpater “İqtisadi inkişaf nəzəriyyəsi” əsərində yazmışdır ki, inno-
vasiya prosesləri, yeni kombinasiyalar, yeni texnikadan istifadə, yeni xam-
malın yaranması, yeni məhsulun mənimsənilməsi, yeni təchizat bazarlarının
yaranması və istehsalın yenidən təşkili nəticəsində formalaşırlar.
Hərfi mənada innovasiya (ingiliscə innovation) azərbaycan dilinə
yeniliklərin tətbiqi kimi tərcümə olunur və yeniliklərdən, yaxud kəşflərdən
istifadə prosesi deməkdir.
Бизнесин тяшкили вя идаря едилмяси
37
Hal-hazırda innovasiya fəaliyyəti sahəsində ümumi qəbul olunmuş
terminalogiya yoxdur. Akademik L.İ.Abalkinin fikrincə innovasiya fəaliy-
yəti bir tərəfdən elmin, kəşfin və ixtiranın texnika və texnologiyanın səviy-
yəsinə daim təsir göstərməsində, digər tərəfdən isə elmi-tədqiqatlarda yeni
cihaz və avadanlıqların tətbiqində təzahür edən elm və texnikanın qarşılıqlı
ə
laqəli ardıcıl inkişafı başa düşülməlidir. Elmi-texniki tərəqqi sosial
tərəqqinin ayrılması hissəsi kimi maddi istehsalın və sosial sferanın keyfiy-
yətcə yeniləşdirilməsini stimullaşdırır, əmək məhsuldarlığının daima art-
masına səbəb olur, praktiki olaraq cəmiyyətin bütün tərəflərinə təsir göstərir.
A.V.Sokolov və başqaları innovasiya dedikdə konkret ictimai tələbatı
ödəyən və bir sıra səmərə verə bilən prinsipcə yeni, yaxud modifikasiya
olunmuş vəsaitin (yeniliyin) yaranması və mənimsənilməsinin yekun
nəticəsi başa düşürlər.
«Elmi-texniki tərəqqi» lüğətində qeyd edilir ki, innovasiya – yeni növ
məmulatların, texnologiyaların işlənməsinə, yaradılmasına və yayılması-
na, yeni təşkilati firmaların tətbiqinə yönəldilən yaradıcı fəaliyyətin nəti-
cəsidir.
Bəzi iqtisadçılar «yenilik» və «innovasiya» anlayışlarını eyniləşdir-
məyə çalışırlar. Bu fikirlə qətiyyən razılaşmaq olmaz. Yenilik – hər hansı
fəaliyyət sferasında istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə fundamen-
tal, tətbiqi tədqiqatların, işləmələrin və ya eksperimental işlərin nəticəsidir.
Yenilik ixtira, kəşf, patent, əmtəə nişanı, səmərələşdirici təklif şəklində
tərtib oluna bilər. İnnovasiya idarəetmə obyektinin dəyişdirilməsi və iqti-
sadi, sosial, ekoloji, elmi-texniki və digər növ effektin alınması məqsədilə
yeniliklərin tətbiqinin son nəticəsidir.
Bazar münasibətləri şəraitində müəssisə elm və texniki nailiyyətlərini,
ixtiraları tətbiq edərək öz fəaliyyətini daim təkmilləşdirməyə çalışır.
İ
nnovasiya prosesi aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur:
-yeni növ məhsulun mənimsənilməsi və buraxılan məhsulun modern-
ləşdirilməsi;
-yeni maşın, avadanlıq və materialların istehsalata tətbiqi;
-yeni texnologiyaların və məhsulun istehsalı üsullarından istifadə
edilməsi;
-istehsalın təşkili və idarəetmənin mütərəqqi metodları, vasitələri və
qaydalarının tətbiqi.
İ
qtisadiyyatın bütün sahələrində innovasiya proseslərinin genişləndiril-
məsinin əsas amili istehsalın elmi-texniki nailiyyətlərə uyğun tələbatından
irəli gəlir. İnnovasiya nəzəriyyəsindən lazımınca istifadə etmək üçün pro-
seslər arasında bir başa əlaqəni o mənada öyrənmək lazımdır ki, texniki
yeniliklər təşkilati və iqtisadi dəyişikliklərlə nəticələnsin.
Бизнесин тяшкили вя идаря едилмяси
38
İ
nnovasiya prosesi əmək məhsuldarlığının yüksəldilməsi, tədavül
xərclərinin azaldılması və məhsul satışında keyfiyyətin yüksəldilməsi və
qiymətin aşağı salınması ilə müşahidə olunur. Məhz yeniliklərin dəqiq me-
xanizminə arxalanaraq kompaniyalar və firmalar öz məhsullarının rəqabətə
davam gətirməsini təmin edirlər, tələbatın formalaşmasında təşəbbüsü əldə
saxlayırlar.
İ
qtisadi ədəbiyyatlarda göstərilir ki, elmi-texniki tərəqqinin və isteh-
salın inkişafı baxımından innovasiya fəaliyyəti beş cür olur:
1. Böyük innovasiya. Bu zaman inqilabi yeniliklər həyata keçirilir,
istehsal strukturu, iadəretmə və iqtisadi inkişafın sürəti kökündən dəyişir.
2. Radikal innovasiya. Elmi ideyalar və ixtiralar baş verir ki, nəticədə
texnoloji sistemlərin keyfiyyətinin kökündən dəyişdirilməsi və yeni istehsal
sahələrinin yaranması mümkün olur.
3. Prinsipial innovasiya. Böyük ixtiralar və elmi-texniki təkliflər ya-
ranır ki, bunların da bazasında texnikanın yenisi ilə əvəzlənməsi, fun-
damental elmi prinsipin saxlanması şərti ilə yeni texnologiya yaranır.
4. Mövcud texnologiyanın, obyektlərin, məhsulun və texnikanın tək-
milləşdirilməsinə yönəldilmiş innovasiyalar. Bunun nəticəsində yeni ixti-
ralar meydana çıxır ki, onlar da buraxılan məhsulun əsas texniki-iqtisadi
göstəricilərinin yaxşılaşmasına nail olur.
5. Sadə innovasiya. Bunun vasitəsilə istehsalda istifadə edilən texnika
və texnologiyanın texniki-iqtisadi parametrlərinin bir müddət saxlanmasına
nail olunur.
İ
nnovasiyanın belə sinifləşdirilməsi, bölünməsi dünya bazarında li-
derliyi əldən verməmək, investisiya riskini azaltmaq və elmi-texniki in-
kişafın idarəetmə strategiyasının formalaşması zamanı istifadə etmək üçün
lazımdır. Yeniliklər üç əsas əlamətlətinə görə qruplaşdırılır:
1. yeniliyin tipinə görə;
2. həyata keçirilmə mexanizminə görə;
3. innovasiya proseslərinin xüsusiyyətlərinə görə;
Yenilikləri tipinə görə iki əsas qrupa: maddi-texniki və sosial qruplara
bölmək olar.
Maddi-texniki yeniliklərə:
- texnika (avadanlıqlar, cihazlar, EHM və s.);
- texnologiya (istehsal prosesləri);
- sənaye materialları (xammal və son məhsul) aid edilir.
Sosial yeniliklərə:
- iqtisadi (yeni vergilər sistemi, qiymətləndirmə, əməkhaqqı
sistemi, göstəricilər və s.);
-təşkilati-idarəetmə (yeni təşkilati strukturlar, qərarların hazırlanması
və onların yerinə yetirilməsinə nəzarət və s.);
Бизнесин тяшкили вя идаря едилмяси
39
-sosial-idarəetmə (icra, səhmdar cəmiyyətin fəaliyyətində dəyişik-
liklər, tərbiyə işi, rəhbərin seçilməsi və s.);
-hüquqi (əsasən təsərrüfat qanunvericiliyində baş verən dəyişikliklər);
-pedoqoji (tədris metodları, tərbiyə metodları) aid edilir.
Material-texniki və sosial yeniliklər arasında qarşılıqlı əvəzləmələr
vardır. Belə ki, müəssisədə əmək məhsuldarlığı yeni texnikanın və texnolo-
giyanın tətbiqi vasitəsilə, həmçinin əməyin təşkili və stimullaşdırılmasının
mütərəqqi formalarının tətbiqi sayəsində yüksəldılə bilər. Bir sıra hallarda
ikinci yol daha əlverişli və ucuz başa gəlir.
İ
nnovasiya potensialına görə yeniliklər aşağıdakı kimi bölünürlər:
-radikal və baza yenilikləri (prinsipcə yeni texnologiyalar, idarəet-
mənin metodları, məhsul növləri);
-kombinəedilmiş yeniliklər (müxtəlif əlaqələndirmələrdən istifadə
edərək elementlərin konstruktiv birləşdirilməsi);
-modifikasiya olunmuş yeniliklər (mövcud konstruksiyaların və
prinsiplərin yaxşılaşdırılması).
Texnikanın, texnologiyanın və istehsalın təşkilinin təkmilləşdirilməsi
məsələsi birbaşa bazarda tələb və təklifin dəyişilməsi dinamikası ilə
ə
laqələndirilməlidir.
Texniki yeniliklərin xarakterik cəhətləri istehsalın texniki bazasında
baş verən kəmiyyət dəyişiklikləri ilə fərqlənir, yəni:
-ixtiraların tətbiqi nəticəsində istehsalın texniki səviyyəsində keyfiyyət
sıçrayışı;
-yeniliklərin tətbiqi nəticəsində iqtisadi-sosial və ekoloji effektin əldə
edilməsi.
İ
nnovasiyanın texniki, iqtisadi və sosial nəticələri aşağıdakılardan
ibarətdir:
-məhsulun çeşidi təzələnir və rəqabət qabiliyyəti yüksəlir, əhalinin
artan tələbatının ödənilməsinə bilavasitə imkan verir;
-istehsalın səmərəliliyi yüksəlir, mövcud resurslardan qənaətlə istifadə
olunmasına, istehsal xərclərinin azalmasına və mənfəətin artmasına səbəb
olur;
-yeniliklər əhəmiyyətli sosail nəticələrlə səciyyələnir.
Elm və texnika nailiyyətlərinin istehsalata tətbiqi əməyin xarakterini
dəyişir, əmək şəraitini yüngülləşdirir, ağır əl əməyini aradan qaldırır.
Yeniliklər istehsalda keyfiyyət dəyişiklikləridir. Onları texnika və tex-
nologiyaya, istehsalın təşkilinə və idarəetməyə aid etmək olar. Bunlar bir-
birilə sıx əlaqəlidirlər və məhsuldar qüvvələrin inkişafında, istehsalın səmə-
rəliliyinin yüksəldilməsində keyfiyyətli pillədir.
Texniki yeniliklərin xarakterik xüsusiyyətləri aşağıdakılardır:
-texniki səviyyədə keyfiyyətli sıçrayış (ixtiraların realizə olunması
nəticəsi – yenilik meyarı);
Бизнесин тяшкили вя идаря едилмяси
40
-yeniliklərin tətbiqi nəticəsində iqtisadi, sosial, ekoloji və başqa
səmərəliliyin böyük ölçüsü (səmərəlilik meyarı).
Bu meyarlar yeniliyin xırda, çoxsaylı texniki səmərələşdirmələrdən
fərqləndirməyə imkan verir.
Hazırda elm və istehsalat arasında birbaşa əlaqə yaradılmışdır, çox
vaxt elmi ideyalar istehsalatda həyata keçirilir.
Elmi-texniki tərəqqinin sürətləndirilməsi sənaye məhsullarının daim
yeniləşdirilməsinə gətirib çıxarır. Sənaye məhsulu hər 5 ildən bir təqribən
80 faiz yeniləşir. Son 20 il ərzində məhsulun illik yeniləşmə səviyyəsi 4-5
dəfə; daha mütərəqqi sahələr üzrə 6-7 dəfə artmışdır.
Beləliklə, iqtisadi ədəbiyyatlarda innovasiya haqqında müxtəlif
təriflərə rast gəlinir:
İ
nnovasiya – istehsalın ilkin strukturunda baş verən dəyişikliklərdir,
yəni onun daxili strukturunun yeni vəziyyətə keçididir;
İ
nnovasiya – yeni praktiki vasitələrin yaradılması, yayılması və isti-
fadəsinin kompleks prosesidir (insanların məlum tələblərinin daha yaxşı
təmin edilməsi üçün yeniliklərdir);
İ
nnovasiya – yeni texnoloji ideyaların, təkliflərin, elmi-texniki
qərarların praktiki tətbiq edilməsi və həyata keçirilməsi;
İ
nnovasiya – yeni texnologiya şəklində yeniliklərin, məhsul və xidmət
növlərinin, istehsal, maliyyə, kommersiya və inzibati xarakterli təşkilati-
texniki və sosial-iqtisadi qərarların yerinə yetirilməsidir.
İ
nnovasiya – aparılmış elmi-tədqiqatların və kəşflərin istehsalata tətbiq
edilən (əvvəlki analoqlarda fərqli) obyektləridir.
Həmin təriflərdə iki cəhəti xüsusi vurğulamaq lazımdır: birincisi, bu
«yeni ideya», məhsul və xidmətdir; ikincisı, istehsalata yeniliklərin tətbiq
edilməsidir ki, nəticədə istehsal sisteminin özü dəyişir, istehsal yeni
keyfiyyəti kəsb edir.
Son illərdə sənayecə inkişaf etmiş ölkələrdə (ABŞ, Yaponiya, Alma-
niya və s.) yüksək riskli texnologiyanın xüsusi çəkisinin artması müşahidə
olunur. Mütərəqqi texnologiya üzrə hazırlanmış məhsulların həyat tsikli adi
sənaye məhsullarına nisbətən 3 dəfə kiçik olur.
Bazar iqtisadiyyatı şəraitində istehsalın səmərəliliyinin yüksəldilməsi
üçün yeniliklərin yaradılması və tətbiqi çox vacibdir. Yeniliklər bazar qa-
nunlarının tələblərinə uyğun olaraq cəmiyyət – istehsal – istehlak proses-
lərində iştirakçılara qarşılıqlı fayda verir.
Dostları ilə paylaş: |