Бизнесин тяшкили вя идаря едилмяси
20
1.3. Biznesin təş kilati-hüquqi formaları
Biznesin müxtəlif təşkilati-hüquqi formaları mövcuddur (şəkil 1.2).
Şə
kil 1.2. Biznesin təş kilati-hüquqi formaları
Biznesin təşkilati-hüquqi formaları bir sıra əlamətlərə görə fərqlənirlər
ki, bunlara aşağıdakıları aid etmək olar:
- kapital sahibinin idarəetmədə və müəssisənin istehsal fəaliyyətində
şə
xsən iştirakının zərurilik dərəcəsi;
- sahibkarlıq fəaliyyətini həyata keçirən vətəndaşın və kommersiya
təşkilatının kapital mülkiyyətçisinin kreditorlar qarşısında əmlak məsuliy-
yətinin dərəcəsi;
- müəssisənin nizamnamə kapitalının qoyulan vəsaitin qaytarılması
imkanı və qaydası.
Kollektiv sahibkarlığın ən geniş yayılmış formaları təsərrüfat-yol-
daşlıq və təsərrüfat-cəmiyyət hesab edilir. Bunlar bir sıra ümumi cəhətlərə
malikdirlər:
- təsisçilərin qoyduqları pay hesabına yaranmış əmlak, həmçinin on-
ların fəaliyyəti prosesində istehsal və əldə edilənlər üzərində mülkiyyət
hüququ vardır;
- onların hamısı ümumi mülkiyyət hüququna malik olan kommersiya
təşkilatlarıdır;
- cəmiyyət və yoldaşlıq hüquqi şəxs kimi digər cəmiyyətlərdə və
yoldaşlıqlarda iştirak edə bilərlər;
Biznesin təşkilati-hüquqi formaları
Hüquqi şəxs yaratmadan
vətəndaşların sahibkarlıq
fəaliyyəti
Kommersiya təşkilatları
Təsərrüfat
yoldaşlıq
Təsərrüfat
cəmiyyət
İ
stehsal
kooperativi
Unitar
müəssisə
Бизнесин тяшкили вя идаря едилмяси
21
- nə qədər ki, cəmiyyət və yoldaşlıq öz əmlakının mülkiyyətçisidir, on-
ların təsisçilərinin cəmiyyətə münasibətə görə yalnız məcburi xarakterli
hüququ vardır.
Təsərrüfat yoldaşlıq və təsərrüfat cəmiyyət təsərrüfatçılığın təşkilati-
hüquqi formasına görə bir-birinə yaxındır ki, bu da bir növdən digərinə keç-
məyə imkan verir. Ancaq onların arasında əsas fərq ondan ibarətdir ki,
təsərrüfat yoldaşlıqda şəxslər birləşir, təsərrüfat cəmiyyətdə isə kapitallar
birləşir. Bu əsas fərq onların hüquqi vəziyyətini müəyyən edir:
- təsərrüfat yoldaşlıqda bizneslə fərdi sahibkarlar, yaxud kommersiya
təşkilatları məşğul ola bilər;
- cəmiyyət bir şəxs tərəfindən yaradıla bilər, yoldaşlıq isə yox.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
vətəndaş öz öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir.
Fərdi sahibkarlıq həm fərdi (təkbaşına) yaradılan müəssisə əsasında,
həm də yoldaşlıq və cəmiyyət formasında yaradılan müəssisə vasitəsilə
həyata keçirilə bilər.
Xüsusi fərdi müəssisə bir nəfərin şəxsi mülkiyyəti olaraq həm biznes
fəaliyyətinin həyata keçirilməsinə görə və həm də bu fəaliyyətlə bağlı alınan
nəticələrə görə tam məsuliyyət daşıyır. Xüsusi fərdi müəssisənin nizamnamə
fondu mövcud qanunvericiliklə müəyyən edilmiş müddətdə müəssisənin
hesablaşma hesabına təsisçinin qoyduğu vəsaitdən əmələ gəlir.
Fərdi müəssisənin əmlakı müəssisənin təsisçiləri və iştirakçılarının,
həmçinin onun mənfəətində iştirak edən şəxslərin qoyduqları pay hesabına
formalaşır.
Fərdi müəssisədə əmək fəaliyyəti ilə həm təsisçi, həm də əmək müqa-
viləsi əsasında vətəndaşlar məşğul olurlar. Muzdlu işçilərə əməkhaqqı ödə-
nilir, həmçinin mövcud qanunvericiliklə nəzərdə tutulmuş sosial-iqtisadi
təminatlar verilir.
Fərdi müəssisənin özünün ayrıca hesablaşma hesabı, valyuta hesabı
olur. Müəssisənin əmlakı mövcud və müqavilə qiymətilə müəyyən edilmiş
həcmdə balansda qeyd olunur. Prinsipcə müəssisənin idarəetmə strukturu-
nun istənilən variantı mümkündür, o, işçilərin sayı, istehsalın xarakteri,
mülkiyyətçinin ixtisas səviyyəsi və kompetensiyası kimi amillərdən bila-
vasitə asılıdır.
Biznes fəaliyyətində istifadə olunan kapitalın və sahibkarın intellek-
tual potensialının artması təsərrüfat yoldaşlıq yaratmaqla təmin edilə bilər
ki, bunun da iki növü olur: tam şərikli, payçı və şərikli.
Şə
rikli (tam ortaqlı) müəssisə azı iki fiziki və hüquqi şəxs tərəfindən
müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin
yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar.
Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssi-
sənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssi-
Бизнесин тяшкили вя идаря едилмяси
22
sədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində ya-
ranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət
daşıyır.
Payçı və şərikli (komandit ortaqlıqlar) müəssisə azı bir şərik və payçı
tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs
ola bilər. Şərik müəssisənin öhdəliklərinə və borclarına görə özünün bütün
ə
mlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət da-
ş
ıyırlar. Fəaliyyət göstərən müəssisəyə daxil olan şərik həm də müəssisənin
həmin vaxta kimi olan borclarına görə də bütün əmlakı ilə məsuliyyət da-
ş
ıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi yaranmış borclara görə də
digər şəriklərlə birgə öz əmlakı ilə məsuliyyət daşıyır.
Müəssisənin idarə heyətinin üzvlərinin seçilməsində və onların səla-
hiyyətlərini müəyyənləşdirən nizamnamə müddəalarının qəbul edilməsində
yalnız şəriklərin səs vermək hüququ vardır. Nizamnamənin digər müd-
dəalarının qəbul edilməsində və müəssisədaxili məsələlərin həllində həm də
payçıların səs vermək hüququ vardır. Payçı və şərik müəssisədən çıxdıqda
öz payını geri alır.
Yoldaşlığın göstərilən növlərinə bir neçə ümumi əlamətlər xasdır:
1. Yoldaşlıq – insanların könüllü birləşərək sahibkarlıq fəaliyyəti ilə
məşğul olmasıdır. Praktiki olaraq yoldaşlığa çox da böyük olmayan bir qrup
şə
xslər daxil olur. Şərikləri vahid maraq birləşdirir.
2. Yoldaşlıq – müqavilə birliyidir. Müqavilə yazılı şəkildə bağlanılır
və tam iştirakçıların hamısı tərəfindən imzalanır. Təsis müqaviləsində şərik-
lərin adı, onun yerləşdiyi yer və idarəetmə qaydası haqqında məlumatlar,
qoyulan kapitalın həcmi və tərkibi, nizamnamə kapitalında iştirakçıların pa-
yının dəyişilməsi, iştirakçıların məsuliyyəti barədə məlumatlar əks etdirilir.
3. Yoldaşlıq – əmlak vasitələrinin birləşməsidir, hansı ki, pul, əşya,
daşınan və daşınmaz əmlak şəklində bağlanıla bilər. Daşınmaz əmlaka tor-
paq sahəsi, su obyekti, meşə, bina, tikililər və s. aid edilir. İştirakçılar həm
özünün bütün əmlakını, həm də onun müəyyən hissəsini qoymaq hüququna
malikdir.
4. Yoldaşlıq – maddi vəsaitlərlə yanaşı şəxsi qüvvənin birləşməsidir.
Şə
xsi iştirak işin yerinə yetirilməsində, yaxud xidmətlər göstərilməsində
təşkilati, sərəncam və idarəetmə fəaliyyətinin həyata keçirilməsində, in-
tellektual əməkdə ola bilər. Bu cür iştirakçının payı müxtəlif ola bilər, ancaq
müəssisənin fəaliyyətində hər hansı formada şəxsi iştirakı mütləq vacibdir,
ə
ks təqdirdə iştirakçının mənfəətdən pay istəmək hüququ yoxdur.
5. Yoldaşlığın məqsədi özünün xarakterinə görə ən müxtəlif birgə
fəaliyyətdən mənfəət alınması hesab edilir.
Beləliklə, yoldaşlıq – öz maddi vəsaitlərini birləşdirən və şəxsi səyləri
ilə müştərək fəaliyyətdən mənfəət alınmasına çalışan iştirakçıların
bağladıqları müqaviləyə əsaslanan korporasiyadır.
Бизнесин тяшкили вя идаря едилмяси
23
Sahibkarlıq korporasiyasının müasir təşkilati formalarından biri də
təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətlərinin aşağıdakı növləri fərq-
ləndirilir: məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər,
səhmdar cəmiyyətləri.
Məhdud məsuliyyətli cəmiyyətlər bir və ya bir neçə şəxs tərəfindən
təsis edilir. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı hər bir tə-
sisçinin kapitalının xüsusi çəkisi əsasında formalaşır. Məhdud məsuliyyətli
cəmiyyətin iştirakçıları onun öhdəliklərinə cavbdehlik daşımır və qoyduqları
ə
manətin dəyəri çərçivəsində cəmiyyətin fəaliyyəti ilə bağlı zərərlilik riskini
öz üzərinə götürürlər.
Mə hdud mə suliyyə tli cə miyyə t – ilkin kapitalı iştirakçıların müəyyən
pay şəklində təqdim etdikləri vəsaitlə formalaşan korporasiyadır. İştirakçılar
qoyduqları həmin pay çərçivəsində məsuliyyət daşıyırlar. Məhdud məsuliy-
yətli cəmiyyət şəxsi element və maddi elementi daha hormonik əlaqə-
ləndirməyə imkan verir.
Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları həm fiziki və həm də
hüquqi şəxs ola bilər. Cəmiyyət bir şəxs tərəfindən də yaradıla bilər. Cə-
miyyətin iştirakçıları uğursuzluq baş verdiyi hallarda çox ziyana düşəcəkləri
barədə narahat olmurlar. Çünki onlar cəmiyyətə daxil olarkən özlərinin
qoyduqları payına risk edirlər.
Məhdud məsuliyyətli cəmiyyətlərdən fərqli olaraq əlavə məsuliyyətli
cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sənədləri əsasında müəyyən edilmiş
ə
manətin dəyəri çərçivəsində istər öz əmanətləri üzrə öhdəliklərə və istərsə
də cəmiyyətin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyırlar. Əlavə
məsuliyyətli cəmiyyətin təsis sənədləri məhdud məsuliyyətli cəmiyyətin
tələblərinə, ünvanına və təsisçilərinə uyğun gəlməlidir.
Korporasiyanın bu iki müqayisəli növləri arasında fərq aşağıda-
kılardan ibarətdir. Əlavə məsuliyyətli cəmiyyətdə iştirakçılar cəmiyyətin
ə
mlakı çatmayanda öz şəxsi əmlakları ilə cəmiyyətin öhdəliklərinə cavab-
dehlik daşıyırlar. Beləliklə, iştirakçılar qoyduqları əmanəti bir neçə dəfə
artıra bilərlər və bu nizamnamədə əks etdirilir. İştirakçılar həmrəy olaraq
ə
lavə məsuliyyət daşıyırlar. Əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları öz
qoyduqları əmanətlə yanaşı əlavə əmlaka da cavabdehdirlər. Bu cəmiyyətin
üzvlərinə imkan verir ki, əlavə məsuliyyətli cəmiyyətin fəaliyyətindəki
uyğunsuzluqlarla əlaqədar riski azaltsın, yaxud məhdudlaşdırsın.
Ə
lavə məsuliyyətli cəmiyyətin iştirakçılarından hər hansı birinin müf-
lisləşdiyi halda cəmiyyətin öhdəliklərinə görə onun məsuliyyəti qalan iş-
tirakçılar arasında onların qoyduqları əmanətə uyğun proporsional bölüş-
dürülür. Hərçənd nizamnamədə belə olan halda başqa norma nəzərdə tutula
bilər.
Sə hmdar cə miyyə ti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə
nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya
Бизнесин тяшкили вя идаря едилмяси
24
hüquqi şəxslər tərəfindən könüllü saziş əsasında yaradılan müəssisədir.
Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında
yaradılır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin ək-
səriyyətinin razılığı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar
cəmiyyəti hesab edilir. Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən
cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.
Açıq səhmdar cəmiyyəti (ASC) yaradılarkən səhmlər bütün istəyənlərə
aydın şəkildə satılır. ASC həmçinin səhmlərin azad satışını həyata keçirmək
hüququna malikdir, ASC-də təsisçilərin müəyyən edilmiş minimum sayda
səhmləri olmalıdır ki, kənardan onlara qarşı mümkün sui-istifadə, xəyanət
hallarını aradan qaldıra bilsinlər. ASC-nin başlıca cəlbedici xassəsi odur ki,
onun iştirakçıları başqa səhmdarların razılığı olmadan onlara məxsus
səhmləri ala bilərlər.
Qapalı səhmdar cəmiyyətinin (QSC) yaradılması prosesində səhmlər
yalnız onun təsisçiləri, yaxud əvvəlcədən müəyyən edilmiş qrup şəxslər
arasında bölüşdürülür. Əgər QSC təsisçilərindən biri hər hansı cəmiyyətdən
çıxıb öz səhmlərini satmaq istəyirsə, onda həmin səhmləri həmin cəmiyyətin
digər üzvləri ala bilər. Yalnız səhmlərin satılması təklifindən 30 gündən 60
günədək müddətdə onları cəmiyyət üzvlərindən alan tapılmazsa, onda
üçüncü şəxsə satmaq olar.
Səhmdar cəmiyyətləri dövlət əmlakının özəlləşdirilməsi prosesində
orta və iri müəssisələrin əsasında yaradılır. ”Səhmdar cəmiyyəti haqqında”
Azərbaycan Respublikasının Qanunu (1994-cü il) ölkə ərazisində səhmdar
cəmiyyətlərin yaradılmasını və fəaliyyətini tənzimləyir.
İ
stehsal kooperativi birgə istehsal, yaxud digər təsərrüfat fəaliyyətini
həyata keçirmək üçün üzvlük əsasında vətəndaşların könüllü şəkildə bir-
ləşməsidir. İstehsal kooperativinin üzvləri kooperativin öhdəliklərinə görə
onun nizamnaməsində nəzərdə tutulan həcmdə və qaydada məsuliyyət da-
ş
ıyırlar. İstehsal kooperativinin üzvləri beş nəfərdən az olmamalıdır. İs-
tehsal kooperativinin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağı
sayılır. Kooperativin icra orqanı idarə heyəti və onun sədri hesab edilir.
Kooperativin mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada əməkdə iştirakı
nəzərə almaqla təkcə mənfəət deyil, həm də ləğv edilən kvota bölünür.
İ
stehsal kooperativinin üstün cəhətləri aşağıdakılardan ibarətdir:
- kooperativin mənfəəti onun üzvləri arasında qoyduqları paya mü-
tənasib deyil, onların əmək töhfəsinə uyğun olaraq bölüşdürülür. Bu qay-
dada, həmçinin kooperativ ləğv edildikdən və kreditorların tələbləri ödənil-
dikdən sonra qalan əmlak bölüşdürülür;
- qanunvericiliklə kooperativ üzvlərinin sayının məhdudlaşdırılmaması
fiziki şəxslərin kooperativə daxil olmaları üçün böyük imkanlar yaradır;
- kooperativin idarə olunmasında bütün üzvlər eyni hüquqa malik-
dirlər, belə ki, hər birinin yalnız bir səsi vardır.
Бизнесин тяшкили вя идаря едилмяси
25
Unitar müə ssisə ona təhkim edilmiş mülkiyyətçinin əmlakına mül-
kiyyət hüququ olmayan kommersiya təşkilatıdır. Unitar müəssisənin əmlakı
bölünməzdir, müəssisənin işçiləri arasında və paylara görə bölüşdürülə bil-
məz. Unitar müəssisə formasında yalnız bələdiyyə müəssisəsi yaradıla bilər.
Unitar müəssisənin nizamnaməsində fəaliyyətin predmeti və məqsədi, həm-
çinin müəssisənin nizamnamə fondunun həcmi, onun formalaşması qaydası
və mənbələri haqqında məlumatlar əks etdirilməlidir.
Dövlət, yaxud bələdiyyə unitar müəssisənin əmlakı dövlət, yaxud bələ-
diyyə mülkiyyətində olur və təsərrüfat fəaliyyəti ilə məşğul olan müəssisəyə
məxsusdur. Unitar müəssisə əmlakının mülkiyyətçisi, qanunla nəzərdə tutu-
lan hallar istisna olmaqla müəssisənin öhdəliklərinə görə cavabdeh deyil.
Biznesin təşkilati-hüquqi formasını seçərkən aşağıdakı əsas amilləri
nəzərə almaq lazımdır:
- sahibkarın qarşısına qoyduğu məqsəd və mövcud sosial-iqtisadi
mühitdə onun həyata keçirilməsi yolları;
- ilkin kapitalın yaradılması üsulu;
- istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üsulları;
- biznesin təşkilati forması və idarəetmə metodları;
- təsərrüfat subyektlərinin yaradılması, fəaliyyəti və ləğv edilməsini
tənzimləyən qanunvericilik və normativ-hüquqi baza;
- sahibkarın istifadə etdiyi əmlakın mülkiyyət forması;
- istehsalın təşkili forması;
- müəssisə gəlirinin bölüşdürülməsi qaydası.
Biznesin təşkilati-hüquqi formasının seçilməsi haqqında qərar qəbul
edərək sahibkar müəyyənləşdirir:
- ona tələb olunan mümkün hüquq və öhdəliklərin səviyyəsi və həc-
mini. Bu biznesin profili və məzmunundan, mümkün tərəfdaşlar dairəsin-
dən, mövcud qanunvericilikdən asılıdır;
- müəssisənin nizamnamə fondunun yaradılması formasını. Bu bizne-
sin profili və məzmunundan, şəxsin imkanlarından, fəaliyyət miqyasından,
biznesin həyata keçirildiyi sahədə rəqabətin səviyyəsindən, mülkiyyət
formasından asılıdır;
- müəssisənin təşkilati quruluşunun ən effektiv formasını və onun
idarə olunması sxemini.
Beləliklə, biznesin xarakteri, fəaliyyət miqyası, maliyyə imkanları,
həmçinin hər bir konkret halda sahibkarlığın müxtəlif formalarının üstün və
nöqsan cəhətləri nəzərə alınmaqla ən sərfəli təşkilati-hüquqi formanı seçmək
mümkündür.
Бизнесин тяшкили вя идаря едилмяси
26
I BÖLMƏ . Bİ ZNESİ N TƏŞ Kİ Lİ
II FƏ Sİ L. MÜƏ SSİ SƏ Nİ N YARADILMASI
VƏ İ QTİ SADİ Ə SASLARI
2.1. Müə ssisə iqtisadiyyatın ə sas subyekti kimi
Müasir bazar iqtisadiyyatında müxtəlif mülkiyyət formalı çoxnövlü
təsərrüfat subyektləri əsas rol oynayırlar. Təsərrüfat subyekti hüquqi şəxs-
dir, mövcud qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatından keçir və
qarşıya qoyulan məqsədə nail olmaq üçün fəaliyyət göstərir.
Yaranma məqsədindən və fəaliyyətindən asılı olaraq təsərrüfat sub-
yektləri kommersiya və qeyri-kommersiya təşkilatlarına bölünürlər. Kom-
mersiya təşkilatının əsas məqsədi mənfəət əldə etmək və onu iştirakçılar
arasında bölüşdürməkdir. Qeyri-kommersiya təşkilatının məqsədi isə sosial
məsələləri həll etməkdir, əgər təşkilat sahibkarlıq fəaliyyət ilə məşğul
olursa, onda alınan mənfəət iştirakçılar arasında bölüşdürülmür, yalnız
sosial və digər ictimai faydalı məqsədlər üçün istifadə edilir.
Kommersiya təşkilatları bazar iqtisadiyyatının özəyini təşkil edir.
İ
qtisadi və hüquqi ədəbiyyatlarda bu özəyin müxtəlif cür adlandırılmasına
rast gəlinir: firma, şirkət, müəssisə, təşkilat və s.
Məlum olduğu kimi müasir iqtisadi nəzəriyyə iki hissədən: mikroiqti-
sadiyyat və makroiqtisadiyyatdan ibarətdir. Mikro və makroiqtisadi sis-
temlər biri-birini tamamlayan vahid iqtisadi sistemin tərkib hissələridir.
Mikroiqtisadi nəzəriyyənin əsasını firma (müəssisə) nəzəriyyəsi təşkil
edir. Bu nəzəriyyə milli iqtisadiyyatın əsas həlqəsi kimi firmanın fəaliy-
yətini öyrənir. Məşhur alman alimi V.Zombart müəssisəni uzunmüddətli
planın mövcud olduğu və həyata keçirilməsi üçün vahid iradəli bir neçə
şə
xsin uzun müddət birgə fəaliyyət göstərmələrini tələb edən subyekt adlan-
dırılmışdır. R.Kour demişdir ki, firma resurslardan istifadə istiqamətlərinin
sahibkardan asılı olmağa başladığı zaman baş verən münasibətlər sistemidir.
«Firma» anlayışı həm elmi ədəbiyyatlarda və həm də gündəlik biznes
fəaliyyətində geniş istifadə olunur.
Qeyd etmək lazımdır ki, dünyanın ayrı-ayrı ölkələrində sözügedən ter-
mindən istifadənin fərqli xüsusiyyətləri vardır. Məsələn, Britaniya qanun-
vericiliyində «şirkət» anlayışı işlədilir və baza normativ aktlardan biri məhz
«şirkətlər haqqında» qanun adlanır. Rusiya Federasiyasının qanunvericili-
yində «müəssisə» və «təşkilat» anlayışları təsbit olunub. Bazar iqtisadiyyatı
inkişaf etmiş Qərb dövlətlərində biznesin təşkilati-hüquqi formaları kimi
fərdi xüsusi müəssisə, tərəfdaşlıq və səhmdar cəmiyyəti (şirkət) göstərilir.
Бизнесин тяшкили вя идаря едилмяси
27
Müəssisə bir tərəfdən çoxlu alt sistemlərdən ibarət olan mürəkkəb
sistemi ifadə edir, digər tərəfdən isə daha yüksək nizamlı sistemin tərkib
hissəsi sayılır. Mexaniki sistemlərdən fərqli olaraq müəssisənin sosial-
iqtisadi sistem kimi çoxlu eynitipli və öz-özünə əmələgələn, çox vaxt for-
malaşmayan fəaliyyət aspektləri olur, hansı ki, məntiqi idarəetmənin ümumi
nəzəriyyəsi çərçivəsində izah edilir.
Müəssisə mülkiyyət formasından asılı olmayaraq ictimai təlabatın
ödənilməsi və mənfəət alınması məqsədilə məhsul istehsal edən və satan,
işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat
subyektidir.
Bazar münasibətləri şəraitində müəssisə özünün istehsal-təsərrüfat fəa-
liyyətini müstəqil həyata keçirir, istehsal etdiyi məhsulun reallaşdırıl-
masından alınan gəlirdən vergiləri və digər məcburi ödənişləri ödədikdən
sonra sərəncamında qalan mənfəətdən istədiyi kimi istifadə edir. Bu zaman
müəssisə mənfəətin alınması və ictimai tələbatın ödənilməsi məqsədlərinə
nail olmağa çalışır. Klassik iqtisadi ədəbiyyatlarda, xüsusilə Adam Smitin
ə
sərlərində «görünməz əl» termini işlədilir. Bu terminin mahiyyəti ondan
ibarətdir ki, istehsal müəssisəsi və malgöndərən təşkilatlar öz şəxsi gəlirlə-
rini (mənfəətini) artırmağa cəhd edərkən, eyni zamanda ictimai tələbatın
ödənilməsinə xidmət edirlər. Ona görə də sivil bazar münasibətləri şərai-
tində fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti sözügedən məqsədlərin
ağıllı şəkildə əlaqələndirilməsinə ciddi diqqət yetirilməlidir.
Qeyd etmək lazımdır ki, biznes sahibkarların iqtisadi fəaliyyəti, on-
ların daim artan həcmdə mənfəətin alınmasını və rentabellik səviyyəsinin
yüksəldilməsini təmin etmək qabiliyyətidir. Bununla belə, bazar iqtisa-
diyyatı şəraitində biznesin inkişafı istehlak bazarını əmtəə və xidmətlərlə
zənginləşdirir, iqtisadiyyatın struktur yeniləşməsini fəallaşdırır, elmi-texniki
nailiyyətlərin tətbiqini stimullaşdırır, istehsalın səmərəliliyini əhəmiyyətli
dərəcədə yüksəldir.
Müasir müəssisə mürəkkəb təşkilati struktura malikdir. Bazar iqtisa-
diyyatı şəraitində müəssisənin təşkilinin üç əsas istiqaməti istehsalın, əmə-
yin və idarəetmənin elmi təşkili müstəsna əhəmiyyəti kəsb edir.
İ
stehsalın elmi təşkili müəssisənin optimal texniki-texnoloji sisteminin
yaradılması məqsədinə xidmət edir.
Ə
məyin elmi təşkili əmək kollektivində sağlam münasibətlərin qurul-
masını nəzərdə tutur.
İ
darəetmənin elmi təşkili müəssisənin maddi və insan altsisteminə
məqsədyönlü təsir göstərən texniki, iqtisadi və humanitar sistemdir.
Bazar münasibətləri şəraitində hər cür müəssisə mənfəət əldə etmək
məqsədilə istehsal-təsərrüfat fəaliyyətinin genişləndirilməsi və səmərə-
liliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlər həyata keçirməli,
Бизнесин тяшкили вя идаря едилмяси
28
düzgün maliyyə, investisiya və qiymət siyasəti işləyib hazırlamalı və həyata
keçirməlidir.
Cəmiyyət üçün zəruri olan məhsullar istehsal edən, xidmətlər göstərən
müəssisələrdə əsas iqtisadi proseslər baş verir, istehsalın texnologiyası və
buraxılan məhsulun keyfiyyəti ilə bağlı problemlər tənzimlənir, iqtisadi və
sosial münasibətlər qurulur, ictimai və xüsusi mənafelər səmərəli şəkildə
ə
laqələndirilir. İstehsal müəssisələrində qarşıya qoyulmuş məqsədlərə və
mövcud şəraitə uyğun olaraq məhdud resurslardan səmərəli istifadə etmək
yolu ilə istehlakçıların tələbatının optimal ödənilməsi üçün texniki,
texnoloji, iqtisadi, maliyyə və s. məsələlər uğurla həll edilir.
İ
qtisadi ədəbiyyatlarda «firma» və «müəssisə» anlayışları bəzən sino-
nim kimi işlədilir. Bu fikrə aydınlıq gətirmək lazımdır. Firma geniş profilli
fəaliyyətlə məşğul olur, yəni istehsal, ticarət, nəqliyyat, bank, auditor və s.
fəaliyyəti həyata keçirir. Firma tərkibində eyni və ya müxtəlif profilli bir
neçə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti ilə məşğul
olan iqtisadi subyektdir. Firma bazarın ilkin halqası olub bazarda qiymət
siyasətini formalaşdırır, rəqabət mübarizəsi aparır və mənfəətin bölüşdü-
rülməsində iştirak edir.
İ
qtisadiyyatın ilkin həlqəsi olan müəssisə isə müxtəlif mülkiyyət for-
masına əsaslanan, ictimai tələbatın ödənilməsi və mənfəət alınması məq-
sədilə məhsul istehsal edən, iş yerinə yetirən və xidmətlər göstərən istehsal-
texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs səlahiyyətli
təsərrüfat subyektidir.
Bazar münasibətləri şəraitində müəssisənin sosial-iqtisadi əhəmiyyəti
dəyişir və bu dəyişikliklər aşağıdakı əsas istiqamətlər üzrə baş verir:
- bazarın müəssisəyə qarşı irəli sürdüyü tələbin ödənilməsi;
- mümkün qədər daha çox və yüksək keyfiyyətli məhsul istehsal et-
mək;
- müəssisənin bir çox məsələlər üzrə müstəqilliyinin artırılması .
Deməli, təsərrüfatçılığın bazar şəraitində müəssisənin sahibkarlıq dav-
ranışı dəyişir ki, bu da müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə müsbət
təsir göstərir.
Hər bir müəssisə təşkilati-hüquqi formasından, sahə mənsubiyyə-
tindən, buraxdığı məhsulun çeşidindən, yaxud göstərdiyi xidmət növündən
asılı olmayaraq açıq iqtisadi sistemdir. Bunu müəssisənin bazar modelindən
aydın görmək olar.
Бизнесин тяшкили вя идаря едилмяси
29
Şə
Dostları ilə paylaş: |