AZƏrbaycan respublikasi təHSİl naziRL



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix22.06.2020
ölçüsü0,69 Mb.
#31958
1   2   3   4   5   6   7   8
Menecment

§1.2.  Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətləri 
İ
dаrəеtmə  bütün  tаrix  bоyu  mövcud  оlmuşdur.  Аmmа  оnun  təsirеtmə 
xüsusiyyətləri  və  icrа  mеxаnizmi  bаşqа  cür  оlmuşdur.  İdarəetmənin  inkişаfınа  əsаs 
təkаn  vеrən  qüvvə,  İngiltərədə  bаş  vеrmiş  sənаyе  inqilаbı  оlmuşdur.  Аmmа 
idаrəеtmənin  inkişаfındа  və  uğurlаrındа  əhəmiyyətli  sıçrаyış    ilk  dəfə  Аmеrikаdа 
yаrаnmışdır.  XIX  əsrin  əvvəllərində  АBŞ    yеgаnə  ölkə  idi  ki,  оrаdа  insаn  özünün 
milliyyəti və mənşəyi ilə bаğlı prоblеmləri  unudаrаq öz pеşəsi üzrə  iş tаpа bilirdi. АBŞ 
dövləti yаrаndığı gündən təhsil аlmаq istəyənləri ciddi dəstəkləmişdir. Təhsil, insаnlаr 
а
rаsındа  intеllеktuаl  səviyyənin  yüksəlməsi,  müxtəlif  sаhələrdə,  еləcə  də  biznеs 
sаhəsində  və  idаrəеtmədə  üstünlük  yаrаdırdı.  Bu  və  yа  digər  аmillər  iri  istеhsаl 
sаhələrinin  mеydаnа  gəlməsinə  səbəb  оldu  ki,  bu  dа  оnlаrın  еlmi  yоllа 
təkmilləşdirilməsini və yеni idаrəеtmə üsullаrının tətbiqini tələb еdirdi. 
İ
darəetmənin bir elm kimi formalaşıb inkişaf etməsində idarəetmə məktəblərinin 
böyük  rolu  olmuşdur.  İdarəetmə  məktəbləri  bu  sahədə  nəzəri  biliklərin  formalaş-
masında, elmi məqalələrin və əsərlərin yazılmasında, elmi təklif və tövsiyələrin veril-
məsində xüsusi rol oynamışdır. Aşağıdakı idarəetmə məktəblərinin yaranıb, müəyyən 
tarixi dövrləri keçməsi idarəetmənin tarixində əlamətdar hadisə kimi qiymətləndirilir: 
1.
 Elmi idarəetmə məktəbi ( 1886–1920) 
2.
 Klassik və ya inzibati idarəetmə məktəbi ( 1920 – 1950) 
3.
 İnsani münasibətlər məktəbi ( 1930 – 1950) 
4.
 Davranış qaydaları haqqında elmi məktəb 
5.
 Müasir idarəetmə (kəmiyyət) məktəbi (1950 – indiyədək). 
Elmi  idarəetmə  məktəbi  idarəetmə  elminin  yaradıcısı  hesab  edilir.  Onun 
nümayəndələrindən  Fredrik  Uinslou  Teylor,  Henri  Hant,  Frenk  Cilbert,  Lillian 
Cilbert və başqalarını göstərmək olar. 
Bu məktəbin banisi Fredrik Uinslou Teylor olmuşdur. Qərb alimlərinin fikrincə 
1911-ci  ildə  Fredrik  Uinslou  Teylor  (1856  –  1915)  “Elmi  idarəetmənin  prinsipləri” 
kitabını dərc etdirməklə ilk dəfə idarəetməyə elmi yanaşmanın əsasını qoymuşdur. O, 

13 
 
bundan əlavə “İşəmuzd sistemi” (1895), “Sex menecmenti” (1903) kimi kitabların da 
müəllifidir. Onun məzarının üzərində “Elmi menecmentin atası” sözləri yazılmışdır. 
Elmi  idarəetmə  məktəbinin  nümayəndələri  belə  hesab  edirdilər  ki,  müşahidə, 
ölçü,  məntiq  və  təhlildən  istifadə  edərək  əl  əməyini  təkmilləşdirmək  olar.  Bunun 
nəticəsində də işlərin daha səmərəli icra olunması təmin ediləcəkdi. 
Elmi  idarəetmə  məktəbi  insan  amilini  də  diqqətdən  kənarda  saxlamırdı.  Bu 
məktəbin  nümayəndələri  belə  hesab  edirdilər  ki,  sistematik  olaraq  stimullaşdırma  və 
motivləşdirmə    vasitəsilə  işçinin  əmək  məhsuldarlığını  və  istehsal  həcmini  artırmaq 
olar.  Bu  elmi  idarəetmə  məktəbinin  əsas nəaliyyətlərindən  idi.  Bundan  əlavə istehsal 
prosesinin  bərpa  olunması  məqsədilə  istehdalda  kiçik  istirahətlər  və  fasilələr  nəzərdə 
tutulurdu.  Bu  rəhbərliyə  yerinə  yetirilməsi  nəzərdə  tutulan  istehsal  normalarını 
müəyyən  etməyə  imkan  verirdi.  Həmçinin,  müəyyən  olunmuş  istehsal  normasından 
artıq  məhsul  istehsal  edənlərə  əlavə  əmək  haqqı  ödənilməsi  nəzərdə  tutulurdu.  Bu 
yanaşmada  əsas  məsələ  ondan  ibarət  idi  ki,  əlavə  iş  nəticələri  əlavə  maaşla 
nəticələnəcəkdi. Bundan başqa elmi idarəetmə məktəbi işdə həvəsləndirmə sisteminin 
yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın inkişafına və artım tempinə 
təsir  amili  kimi  dəyərləndirilmişdir.  Bu  məktəbin  nümayəndələri  görüləcək  işləri 
yerinə  yetirmək  üçün  işçilərin  işə  uyğunluğunun  müəyyən  olunması,  intellektual  və 
fiziki cəhətdən işə uyğun olan işçilərin seçilməsi və onların öyrədilməsi prosesini vacib 
hesab edirdilər.  
F.Teylor  və  onun  ardıcılları  insanların  fiziki  əməklərinin  yüngülləşdirilməsinin 
mümkün və vacib olduğunu sübut etməyə çalışırdılar. Onlar elmi yolla sübut etməyə 
çalışırdılar ki, bir insan – işçi bir sutka ərzində gördüyü işi 8 saat ərzində yerinə yetirə 
bilər. Norma və normativlərin yaranması məhz bu məktəbin adı ilə bağlıdır. 
F.Teylor öz sınaqları və elmi işləri ilə təsdiq etməyə çalışırdı ki, onun hazırladığı 
ə
məyin  elmi  təşkili  metodları  və  onun  əsasında  formalaşdırdığı  “elmi  idarəetmənin” 
prinsipləri”  müasir  istehsalda  əsas  inqilab  olacaq  və  köhnəlmiş  avtoritar  idarəetməni 
rasional  elmi  yanaşmalarla  əvəz  edəcəkdir.  Teylorun  elmi  idarəetmə  sistemi  ondan 

14 
 
ibarət idi ki, əmək icraçı və idarəedici əməyə bölünməlidir. İstehsal prosesində hər bir 
işçi müəyyən bir funksiyaya görə məsuliyyət daşımalıdır. Teylor öz kitabında yazırdı 
kı, bir tip insan əvvəlcə işin planını hazırlamalı, digər tip insan isə onu icra etməlidir.  
Teylora görə inzibati sistemin yerinə yetirməli olduğu vəzifələr aşağıdakılardır: 
-
  İdarəetmənin əvvəlki primitiv metodlarının elmi metodlarla əvəz edilməli, 
hər bir idarəetmə elementi üzrə elmi metodlar işlənib hazırlanmalıdır; 
-
  İşçilərin  elmi  əsaslarla  seçilməsini,  öyrədilməsini  və  inkişaf  etdirilməsini 
təmin etməlidir; 
-
  Elm  və  işçilərin  fəaliyyətini  əlaqələndirməli,  onlar  arasında  vəhdət 
yaratmalıdır.  İşçilərin  fəaliyyətinin  elmi  prinsiplər  əsasında  qurulmasını 
təmin etməlidir; 
-
  İcraçılar  (işçilər)  və  idarəedicilər  (menecerlər)  arasında  əməyin  dəqiq 
bölüşdürülməsini  həyata  keçirməli,  işçiləri  icraçı  əməyə,  idarəediciləri  isə 
inzibati və nəzarət işlərinin yerinə yetirilməsinə istiqamətləndirməlidir. 
 
Teylorun  fikrincə,  elmi  idarəetmənin  yuxarıda  qeyd  olunan  prinsipləri  insan 
fəaliyyətinin istənilən sferasına tətbiq oluna bilər.  
 
O,  elmi  idarəetməyə  bütün  heyətin  maraqlarının  yaxınlaşdırılması  aləti  kimi 
baxırdı.  Onun  fikrincə,  elmi  idarəetmə  müxtəlif  tərəflər  arasında  ziddiyyətləri  aradan 
qaldıracaq, məhsuldarlığın artması nəticəsində işçinin rifahı yaxşılaşdıracaqdır. Teylor 
hesab  edirdi  ki,  müəssisə  üçün  səmərənin  əsas  meyarı  maya  dəyərinin  aşağı 
salınmasıdır.  Teylorun  elmi  idarəetmə  sistemində  əmək  səmərəliliyin  əsas  mənbəyi, 
sex  isə  elmi  idarəetmənin  tətbiqinin  əsas  həlqəsi  kimi  çıxış  edirdi.Teylor  əməyi  hər 
ş
eydən  əvvəl  fərdi  fəaliyyət  kimi  qiymətləndirirdi.  O,  hesab  edirdi  ki,  əmək 
məhsuldarlığının əsas hərəkətverici qüvvəsi şəxsi maraqdır. Hər bir işçi ondan nə tələb 
olunduğunu bilməlidir, idarəedici isə işçini konkret tapşırığa uyğun məlumatlandırmalı 
və  onu  istiqamətləndirməlidir.  Teylor  işçilərin  yorğunluğunun  azaldılması,  işin 
stimullaşdırılması kimi üsullardan istifadə edirdi. O, insan amilini inkar etmirdi, daha 
çox  individual  inkişafa  üstünlük  verirdi.  Teylorun  elmi  idarəetmə  sistemində  ustanın 
yerinə  funksional  inzibati  sistem  gəldi  və  bu  da  təşkilatların  funksional  idarə 

15 
 
edilməsində yenilik idi. 
F.Teylor  bir  sıra  tədqiqatlar  və  eksperimentlər  aparmışdır.  Bu  tədqiqatlar  və 
eksperimentlər nəticəsində bir sıra ümumi prinsiplər müəyyən etmişdir: 
 
Ə
məyin  bölgüsü;  əməyin  ölçülməsi;  tapşırığın  icrası  üzrə  təsvirlər; 
stimullaşdırma  proqramları;  əmək  individual  fəaliyyət  kimi;  motivasiya;  fərdi 
qabiliyyətlərin  rolu;  menecmentin  rolu;  həmkarlar  ittifaqlarının  rolu;  idarəetmə 
təfəkkürünün inkişafı.  
 
Elmi  idarəetmə  məktəbinin  digər  bir  nümayəndəsi  Teylorun  tələbəsi  Henri 
L.Hant (1861 – 1919) olmuşdur. Henri L.Hant “Əmək, əmək haqqı və gəlir” (1910), 
“Sənaye  rəhbərliyi”  (1916),  “Əməyin  təşkili”  (1919)  əsərlərinin  müəllifidir.  O. 
Mükafat  ödəmə  metodikasını  hazırlamışdı,  istehsalın  planlaşdırılması  üçün  kart-
sxemlər  tərtib  etmişdi.  Hant  sənayedə  insan  amilinin  vacib  rolunu  öyrənirdi.  1901-ci 
ildə Hant istehsal tapşırıqlarının tez və keyfiyyətli icrasını təmin edən mükafat sistemi 
hazırladı. Bu sistemin tətbiqi bir çox müəssisələrdə əmək məhsuldarlığının artması ilə 
nəticələndi.  Hant  qeyd  edirdi  ki,  işçilər  sistematik  olaraq  sənaye  əməyi  vərdişlərini 
mənimsəsələr,  bu  təkcə  məhsuldarlığı  deyil,  həm  də  işçilər  və  əmr  edənlər  arasında 
səmərəli  kooperasiya  sistemini  inkişaf  etdirər.  “Əməyin  təşkili”    kitabında  Hant 
biznesin  sosial  məsuliyyəti  haqqında  fikirlərini  inkişaf  etdirirdi.  O  qeyd  edirdi  ki, 
biznes sistemi sosial məsuliyyəti dərk etməli və özünü cəmiyyətə xidmət etməyə həsr 
etməlidir,  əks  halda  cəmiyyət  onu  dağıtmağa  həsr  edəcək.  Çünki,  cəmiyyətin  öz 
maraqları vardır. Hant sənayedə insan amilinin vacib rolunu öyrənirdi. “Menecmentin 
bütün problemlərindən ən vacibi insan amilidir” fikri məhz ona məxusdur. 
 
Elmi  idarəetmə  məktəbinin  digər  bir  nümayəndələri  ər-arvad  olan  F.Cilbert 
(1868-1924)  və  L.Cilbert  (1878-1972)  olmuşdur.  Onlar  “Hərəkətlərin  öyrənilməsi” 
(1911),  “İdarəetmənin  psixologiyası”  (1916)  əsərlərinin  müəllifləridir.  Onlar  istehsal 
prosesində fiziki işi öyrənirdilər və istehsala yönəldilən səylərin azaldılması hesabına 
məhsul  istehsalını  artırmaq  imkanlarını  tədqiq  edirdilər.  F.Cilbert  əsas  diqqətini 
hərəkətlərin  tədqiqinə  yönəltmişdi.  F.Cilbert  öz  tədqiqatları  zamanı  müasir  ölçmə 
metodlarından  və  alətlərindən  (konoçəkiliş,  şkaloqram  və  sairə)  geniş  istifadə  edirdi. 

16 
 
Onlar  işin  icrası  zamanı  nəzarətə  imkan  verən  cihaz  kəşf  etmişdilər  və  onu 
mikroxronometr adlandırmışdılar. Onlar bu cihaz vasitəsilə əməliyyatların icrası vaxtı 
hansı  hərəkətlərin  yerinə  yetirildiyini  və  onların  nə  qədər  vaxt  apardığını  qeyd 
edirdilər.  Alınan  məlumatlara  əsaslanaraq,  onlar  qeyri-effektiv  hərəkətləri  aradan 
qaldırmaq  üçün  iş  əməliyyatlarını  dəyişir  və  işin  səmərəsini  yüksəltməyə  çalışırdılar. 
Ə
vvəlki sistemlərlə müqayisədə bu fenomenal hadisə idi. 
Elmi idarəetmə məktəbi idarəetmənin ayrıca bir elm sahəsi olduğunu isbat etmiş 
və sübut etmişdir ki, idarəetmə əməyi (zehni əmək) fiziki əməkdən ayrılmalıdır. Elmi 
idarəetmə  məktəbi  idarəetmə  elminin  əsasını  qoymaqla  idarəetməyə  dair  aşağıdakı 
məzmunda yeni nəzəriyyələr, elmi fikirlər və təkliflər  irəli sürmüşlər: 
İ
darəetmə  əməyi  fiziki  əməkdən  ayrılmalıdır;  əmək  fəaliyyətində  iş  və  vaxt 
normaları tətbiq edilməlidir; təşkilatlarda işçiyə artıq iş üçün mükafat verilməlidir; əl 
ə
məyi yüngülləşdirilməli, bundan ötrü yeni texnoloji proseslər tətbiq olunmalıdır. 
Bu  cür  təkliflərin  və    nəzəriyyənin  yaranması  idarəetmənin  elmi-nəzəri  əsasını 
təşkil edirdi. 
Klassik  və  ya  inzibati  idarəetmə  məktəbinin  nümayəndələri  təşkilatın 
ümumilikdə idarəedilməsinin təkmilləşdirilməsi yollarını axtarırdılar. Onlar təşkilatın 
ümumi  xüsusiyyətlərini  və  qanunauyğunluqlarını  müəyyən  etməyə  çalışaraq  ona 
geniş  perspektiv  nöqteyi-nəzərindən  baxırdılar.  İnzibati  idarəetmə  məktəbinin 
nümayəndələri elmi idarəetmə məktəbinin yaradıcılarından fərqli olaraq iri biznesdə 
yuxarı  rəhbərlik  səviyyəsində  işləmişdilər.  Bu  məktəbin  yaradıcısı  və  bəzən 
“menecmentin  atası”  hesab  olunan  Anri  Fayol  daş-kömür  istehsalı  ilə  məşğul  olan 
böyük  fransız  kompaniyasına  rəhbərlik  edirdi.  Lindel  Urvik  İngiltərədə  idarəetmə 
məsələləri üzrə məsləhətçi idi.  
Klassik  məktəbin  nümayəndələri  elmi  idarəetmə  məktəbinin  tərəfdarlarından 
fərqli  olaraq  idarəetmənin  sosial  aspektlərinə  çox  da  diqqət  göstərmirdilər.  Onların 
tədqiqat işi  elmi  yanaşmalardan  daha  çox  şəxsi  müşahidələrə əsaslanırdı.  Klassiklər 
təşkilatlara  geniş  perspektivdən  baxaraq  onun  ümumi  xüsusiyyətlərini  və  qayda 
qanunlarını  müəyyən  etməyə  çalışırdılar.  İnzibati  məktəbin  əsas  məqsədi 

17 
 
idarəetmənin  universal  prinsiplərini  formalaşdırmaqdan  ibarət  idi.  Onların  fikrincə, 
təşkilat bu prinsiplərə əməl edərsə daha səmərəli fəaliyyət göstərəcək. 
Bu  prinsiplər  iki  əsas  aspekti  nəzərdə  tuturdu.  Onlardan  biri  təşkilatın  idarə 
edilməsinin rasional sisteminin yaradılması idi. Biznesin əsas funksiyalarını müəyyən 
edərək,  klassik  nəzəriyyəçilər  təşkilatın  kiçik  bölmələrə  və  işçi  qruplarına 
bölünməsinin  ən  yaxşı  yollarını  axtarmağa  çalışırdılar.  Bu  ənənəvi  funksiyalar  isə 
maliyyə, istehsal və marketinq hesab olunurdu.  
Klassik prinsiplərin ikinci əsas aspekti isə təşkilatın strukturunun qurulmasını və 
işçilərin  idarəedilməsini  əhatə  edirdi.  Əsas  prinsip  ondan  ibarət  idi  ki,  işçi  bir 
rəhbərdən əmrlər almalıdır və ancaq bir nəfərə tabe olmalıdır. 
H.Emerson  (1853-1931)  idarəetmədə  qərargah  prinsiplərinin  tədqiqatçısı  kimi 
məşhurlaşmışdı.  Emerson  baş  qərargah  konsepsiyasını  işləyib  hazırlamışdı.  Baş 
qərargah  nəzəriyyəsinə  əsasən  hər  bir  hərbi  məsələ  qərargahın  bir  zabiti  tərəfindən 
öyrənilirdi və yalnız bütün mütəxəssislərin ümumi fikri rəhbərə düzgün məsləhət verə 
bilərdi. Hərbi rəhbər isə son qərar qəbul etməli və ona görə məsuliyyət daşımalı idi. 
H.Emerson  hesab  edirdi  ki,  qərargah  prinsipi  bütün  təşkilatlara  tətbiq  edilə  bilər  və 
onun hərbi sahə ilə məhdudlaşması düzgün deyil. 
Amerikan  meneceri  R.Robbi  (1864-1929)  “Təşkiletmə  üzrə  mühazirələrində” 
kamil  təşkilatı  ordu  ilə  eyniləşdirilirdi.  R.Robbinin  ideyalarına  əsasən  hərbi  təşkilat 
öz intizamı, nizamnamələrin sərtliyi, məsuliyyət və tabeçiliyin səmərəliliyi ilə digər 
təşkilatlara  çox  kömək  etmişdir.  Çünki  o,  böyük  kütlələrlə  münasibət  yaratmaq  və 
idarə etməklə çox əlaqədardır. 
Q.Xopf  (1882-1949)  tərəfindən  optimal  təşkilat  ideyası  irəli  sürülmüşdür.  O 
qeyd edirdi ki, optimum işgüzar təşkilatın inkişafının elə bir forması kimi  müəyyən 
edilə bilər ki, ölçü, maya dəyəri, insani qabiliyyətlər kimi amillər arasında tarazılığı 
saxlaya  və  biznesin  vəzifələrini  reallaşdırmağa  kömək  edər.  Xopf  idarəetməni 
təkmilləşdirəcək bir sıra təkliflər irəli sürmüşdür. 

18 
 
İ
darəetmə  konsepsiyasının  formalaşmasında  ingilis  alimi  Oliver  Şeldonun 
(1894-1951)  da  mühüm  rolu  olmuşdur.  O,  “İdarəetmə  fəlsəfəsi”  kitabında  (1923) 
idarəetmənin etik tərəflərini qeyd edirdi və ona aid məsuliyyəti açıqlayırdı. Şeldona 
görə idarəetmənin fəlsəfəsini hazırlamaq, yəni elmi əsaslandırılmış və gündəlik qəbul 
edilən prinsiplər formalaşdırmaq lazımdır.  
Müasir  mütəxəssilərin  fikrincə  Fransız  inzibatçısı  və  sahibkarı  Anri  Fayol 
(1841-1925)  XX  əsrin  ortalarına  qədər  idarəetmə  sahəsində  Avropanın  ən  məşhur 
tədqiqatçısı  və  təcrübəçisi  olmuşdur.  Anri  Fayol  idarəetmə  barədə  ilk  dəfə  sistemli 
şə
kildə  nəzəriyyə  irəli  sürmüşdü.  Məhz  bu  səbəbdən  onu  “menecmentin  atası” 
adlandırırdılar.  Anri  Fayolun  idarəetmə  nəzəriyyəsinə  əsas  tövhəsi  ondan  ibarət 
olmuşdur  ki,  o,  idarəetmə  prinsiplərini  sistemləşdirdi  və  bir  neçə  qarşılıqlı  əlaqəli 
funksiyaları idarəetmənin universal funksiyaları kimi təqdim edərək, onların tətbiqinə 
tam proses kimi baxırdı. Anri Fayol “İnzibati idarəetmə nəzəriyyəsi”nin yaradıcısıdır. 
O,  öz  fikirlərini  “Ümumi  sənayə  idarəetməsi”  (1916)  kitabında  yazmışdır.  A.Fayol 
idarəetməni  funksional  yanaşma  baxımından  tədqiq  edərək  onu  planlaşdırma, 
təşkiletmə, koordinasiya və nəzarətə bölmüşdür. 
Bu  məktəb  ona  görə  klassik  adlanırdı  ki,  tarix  boyu  yaranan  bütün  idarəetmə 
prinsipləri,  funksiyaları  və  metodları  bu  məktəb  tərəfindən  sistemləşdirilmiş, 
nizamlanmış və idarəetmədə tətbiq olunmağa başlanılmışdır. 
A.Fayol öz əsərində idarəetmənin 14 prinsipini qeyd etmişdir: 
Ə
məyin bölgüsü; hakimiyyət və məsuliyyət; intizam; sərəncamların vahidliyi; 
vahid  rəhbərlik;  şəxsi  maraqların  ümumi  maraqlara  tabe  etdirilməsi;  heyətin 
mükafatlandırılması;  mərkəzləşmə;  skalyar  zəncir;  qayda-qanun;  ədalət;  heyətin 
sabitliyi; təşəbbüskarlıq; korporativ ruh.  
Maks  Veber  (1864-1920)  isə  “Bürokratik  idarəetmə  nəzəriyyəsinin” 
yaradıcısıdır.  O,  bürokratik  idarəetməyə  qaydalar,  təşkilati  struktur,    əmək  bölgüsü, 

19 
 
karyera  vəzifəsi  kimi  baxmışdır.  Bununla  bərabər,  bürokratik  idarəetmənin  mənfi 
cəhətlərini də qeyd etmişdir ki, bunlar - sərt qaydalar və ləng qərarvermədir. 
İ
nzibаti  (klаssik)  idаrəеtmə  məktəbi  idаrəеtmə  prinsiplərini  müəyyənləşdirdi, 
idаrəеtme  funksiyаlаrını  təsvir  еtdi  ve  təşkilаtın  bütünlüklə  idаrə  оlunmаsınа  sistеmli 
yаnаşmаnı  izаh  еtdi.  Bu  məktəb  idаrəеtmə  prinsiplərini,  idаrəеtmə  quruluşunu 
(strukturunu),  idаrəеtmə  funksiyаlаrını,  idarəetmənin  mеtоdlаrını,  idarəetmənin 
üslublаrını еlmi sürətdə müəyyənləşdirdi və bərqərаr еtdi. 
İ
nsani münasibətləri məktəbinin əsasını amerikan sosioloqu və psixoloqu olan 
Elton Meyo (1880-1949) qoymuşdur. O hesab edirdi ki, əvvəlki idarəetmə metodları 
ə
məkdaşlığın  deyil,  maddi  səmərəliliyin  əldə  olunmasına  istiqamətlənmişdir.  İnsani 
münasibətlər  məktəbi  idarəetmədə  yeni  yanaşmanın,  təşkilata  “sosial  sistem”  kimi 
yanaşmanın tərəfdarı idi. O, qeyd edirdi ki, işçi fizioloji və maddi tələbatlara malikdir 
və  onların  ödənilməsi  iqtisadiyyat  inkişaf  etdikcə  asanlaşır.  Bundan  başqa  insanın 
ünsiyyət, özünüreallaşdırma, tanınma kimi sosial tələbatları da mövcuddur və onların 
ödənilməsi daha çətindir. 
Elton Meyo məşhur təcrübələrini ABŞ-ın Xotron şəhərində yerləşən “Uestern 
Elektrik”  şirkətində  aparırdı.  O,  öz  tədqiqatları  nəticəsində  müəyyən  etmişdir  ki, 
dəqiq işlənmiş işçi əməliyyatları və yaxşı əmək haqqı heç də həmişə məhsuldarlığın 
artmasına  səbəb  olmur.  Bəzən  işçilər  rəhbərliyin  istəyindən  və  maddi  stimulundan 
daha  çox  öz  iş  yoldaşlarının  təsirinə  reaksiya  verirlər.  Tədqiqatlar  nəticəsində 
meydana  çıxan  belə  nəticələrə  əsaslanaraq,  psixoloji  məktəbin  tədqiqatçıları  hesab 
edirdilər  ki,  əgər  rəhbərlər  işçilərə  daha  çox  qayğı  göstərərsə  işçilərin  razılıq 
səviyyəsi  də  bir  o  qədər  artacaq  və  bu  da  məhsuldarlığın  artmasına  səbəb  olacaq. 
Onlar  insan  münasibətlərinin  idarə  edilməsi  fəndlərindən  istifadə  etməyi  məsləhət 
görürdülər.  
“Uestern Elektrik” şirkətində E.Meyo və onun əməkdaşları tərəfindən aparılan 
və  12  il  davam  edən  tədqiqatlar  istehsalın  ahəngi  və  məhsuldarlığına  ciddi  təsir 
göstərən  qeyri-formal  qrup  fenomenini  aşkar  etdi.  Aşkar  edildi  ki,  xüsusi  norma  və 

20 
 
mövqelərini  hazırlamaq,  əmək  prosesində  kollektivin  ayrı-ayrı  üzvlərinin 
hərəkətlərinə  ciddi sosial  nəzarət  müəyyən  etmək  bu qrupa xas  olan  cəhətlərdəndir. 
Buna  görə  də  qeyri-formal  münasibətləri  heç  bir  vəchlə  özbaşına  buraxmaq  olmaz. 
Ə
ksinə, fəhlələr və administrasiya arasında əməkdaşlıq əsasında onları idarə etməyi 
öyrənmək lazımdır. 
Bu  məktəbin  digər  bir  nümayəndəsi  isə  Meri  Parker  Follet  (1868-1933) 
olmuşdur.  İlk  dəfə  M.P.Follet  menecmenti  “digər  insanların  köməyi  ilə  yerinə 
yetirilən  iş”  adlandırmışdır.  O  kiçik  qruplarda  sosial  münasibətləri  öyrənmişdi.  Öz 
baxışlarını  “Yaradıcı  təcrübə”  (1924),  “Enerjili  idarəetmə”  (1941),  “Azadlıq  və 
tabeçilik”  (1949)  kitablarında  əks  etdirmişdir.  Onun  fikrincə,  əmək  kollektivindəki 
münaqişələr hər zaman destruktiv deyildir, müəyyən şərtlər altında onlar konstruktiv 
də ola bilir. Birinin digərinə tabeçiliyi kimi qəbul olunan hakimiyyət insan hisslərini 
tapdayır  və  effektiv  təşkilatın  bazası  ola  bilməz.  Demokratiya  hər  kəsdən  istifadə 
edən  və  ayrı-ayrı  individi  kompensasiya  edən  böyük  qüvvədir.  Liderlik  hakimlik 
etməyə  öyrəşən  şəxsiyyət  göstəricisi  deyil.  Lider  müəyyən  təhsilin  köməyi  ilə 
formalaşır  və  ağıllı  lider  nəinki  gələcəkdə  baş  verən  situasiyanı  dərk  etməli,  eyni 
zamanda onu yaratmalıdır. 
İ
nsani  münasibətlər  məktəbi  əmək  məhsuldarlığının  yüksəldilməsi  və  son 
nəticənin əldə olunması üçün fərdi münasibətlərin idarə olunmasını, onların sosial və 
psixoloji  vəziyyətlərinin  nəzərə  alınmasını,  rəhbərlərin  işçilərə  qayğı  ilə  yanaşması 
faktorlarını  aşkar  etdi.  Bu  məktəbinin    nümayəndələri  fərdi  davranış,  qrupların 
meydana  gəlməsi,  qrup  davranışı,  insanlararası  münasibət,  motivasiya  və  liderlik 
kimi məsələləri tədqiq etməklə onları idarəetmə elminə gətirmişlər. 
Davranış  qaydaları  haqqında  elmi  məktəb.  Sosiologiya  və  psixolgiya  elmlərinin 
inkişafı,  tədqiqat  metodlarının  təkmilləşdirilməsi  iş  yerində  davranışın  öyrənilməsini 
daha  ciddi  elmi  şəklə  saldı.  Davranış  qaydaları  haqqında  elmi  məktəbin  əsas  simaları 
Kris  Ardciris,  Rensis  Laykert,  Duqlas  Mak-Qreqor,  Frederik  Qertsberq  olmuşdur.  Bu 
tədqiqatçılar  sosial  qarşılıqlı  əlaqələrin,  hakimiyyətin  və  avtoritetin  xarakterinin, 

21 
 
təşkilati  quruluşun,  təşkilatlarda  əlaqələrin,  liderliyin,  işin  məzmununun  və  əmək 
fəaliyyətinin keyfiyyətinin dəyişməsinin müxtəlif tərəflərini öyrənirdilər.  
Davranış  haqqında  elmi  məktəb  şəxslərarası  münasibətlərin  yaradılması 
metodlarında  diqqəti  cəmləşdirməklə,  insan  münasibətləri  məktəbindən  çox 
uzaqlaşmışdır. Bu məktəbin əsas məqsədi insan ehtiyatlarının effektivliyinin artırılması 
hesabına  təşkilatın  effektivliyinin  artırılmasıdır.  Əsas  məqam  ondan  ibarət  idi  ki, 
davranış  haqqında  elmin  düzgün  tətbiqi  həm  ayrıca  işçinin,  həm  də  təşkilatın 
effektivliyinin  artırılmasına  kömək  edəcəkdir.  Davranış  yanaşması  o  qədər 
populyarlaşmışdı  ki,  artıq  60-cı  illərdə  demək  olar  ki,  bütün  idarəetmə  sahəsini  əhatə 
edirdi. 
“İnsan  ehtiyatları”  nəzəriyyəsinin  görkəmli  nümayəndələrindən  biri  Duqlas  Mak-
Qreqor (1906-1964) olmuşdur. D.Mak-Qreqor öz konsepsiyasının əsasına nəzəriyyələr 
dixotomiyasını  qoyaraq  onu  “X”  və  “Y”  nəzəriyyəsi  adlandırmışdır.  “X”  nəzəriyyəsi 
sosial  idarəetmənin  problemlərinə  ənənəvi  baxışı  əsas  götürürdü.  “Y”  nəzəriyyəsi  isə 
idarəetmə prosesində individual və təşkilati məqsədlərin inteqrasiyasını əsas götürüdü. 
“X” nəzəriyyəsinin əsas müddəaları aşağıdakılardır: 
Adi  insan  daxilən  işi  qəbul  etmir  və  ondan  müxtəlif  yollarla  çəkinmək  istəyir; 
insanların  çoxu  məcbur  edilməli  və  istiqamətləndirilməlidirlər  ki,  məqsədləri 
reallaşdırsınlar;  adi  insan  nəzarət  olunmamağa  və  məsuliyyətdən  azad  olmağa  çalışır; 
adi insan kiçik ambisiyalara malik olur və müdafiəyə ehtiyacı var. 
“Y” nəzəriyyəsinin əsas müddəaları aşağıdakılardır: 
Ə
məkdə  fiziki  və  intellektual  qüvvələrin  sərfi  oyun  və  istirahətdə  olduğu  kimi 
təbiidir;  xarici  nəzarət  və  ya  cəza  təhlükəsi  təşkilati  məqsədlərə  çatmaq  üçün  yeganə 
vasitələr  deyil;  insan  ona  tapşırılmış  vəzifələrin  icrası  zamanı  özünüidarəetməni  və 
özünənəzarəti  həyata  keçirir;  mükafatlandırma  vəzifələrin  reallaşdırılmasının  mühüm 
tərkib  hissəsi  olmalıdır;  adi insan  müvafiq  şəraitdə  məsuliyyəti  öz üzərinə  götürməklə 
yanaşı,  həm  də  onu  axtarır;  təşkilati  problemlərin  həlli  zamanı  yüksək  təxəyyül, 
orijinallıq və yaradıcılıq insanlar arasında daha geniş yayılır; 

22 
 
“X”  nəzəriyyəsinin  mərkəzi  prinsipi  idarəetməyə  ənənəvi  yanaşma,  birbaşa 
hakimiyyət  tətbiq  etmək  vasitəsilə  rəhbərlik  və  nəzarətdir.  “Y”  nəzəriyyəsinin  əsas 
mahiyyəti isə  inteqrasiyadır. Elə bir şəraitin yaradılmasıdır ki, təşkilatın bütün üzvləri 
individual məqsədlərinə müəssisənin kommersiya uğuru vasitəsilə nail ola bilərlər. 
Müаsir  idаrəеtmə  və  yа  kəmiyyət  məktəbi.  Riyаziyyаt,  stаtistikа,  kibеrnеtikа, 
infоrmаtikа  еlmləri  və  оnlаrlа  bаğlı  оlаn  bilik  sаhələri  idarəetmə  nəzəriyyəsinin 
inkişаfındа böyük rоl оynаmışlаr. Оnlаrın rоlunu еlmi mеtоdlаrın tətbiq еdilməsində 
də görmək оlаr. 
 Bu  məktəb  İkinci  Dünyа  Mühаribəsin  sonra  yaranmışdır.  İlk  əvvəl  yaradılan 
metodlar  və  modellər  hərbi  məqsədlər  üçün  istifadə  olunurdu.  Dаhа  sоnrаlаr  isə  bu 
mеtоdlаr  təkmilləşdirilərək  müаsir prоblеmlərinin  həllində kəmiyyət  mеtоdlаrı kimi  
istifаdə еdilməyə bаşlаndı.  
Riyаzi üsullаrın ve mоdеllərin tətbiqi, sözün əsl mənаsındа, təşkilаtın əməliyyаt 
prоblеmlərinə еlmin tətbiqidir. Prоblеmin qоyuluşundаn sоnrа əməliyyаtı tədqiq еdən 
bir  qrup  mutəxəssis  hаdisələrin  gеdişinin  mоdеlini  hаzırlаyır.  Mоdеli  yаrаtdıqdаn 
sоnrа,  dəyişənlərə  kəmiyyət  (miqdаr)  qiymətləri  vеrilir.  (Mоdеl  -  rеаllığın  təsəvvür 
е
dilməsinin fоrmаsıdır ki,  rеаllığı sаdələşdirir və yа оnu mücərrəd təsvir еdir).  Bu, 
о
byеktiv  оlаrаq  hər  bir  dəyişəni  kəmiyyətcə  müqаyisə  еtmək  və  оnlаr  аrаsındа 
münаsibəti  təsvir  еtməyə  (bаşа  düşməyə)  imkаn  vеrir.  Dеməli,  mоdеllər  rеаllığın 
mürəkkəbliyini bаşа düşməyi аsаnlаşdırırlаr. 
Bu  gün  vərdiş  еtdiyimiz  kоmpütеr  tеxnоlоgiyаsı,  müxtəlif  riyаzi-iqtisаdi 
mоdеllərin tətbiqi  yоlu ilə əvvəllər çоx çətin оlаn və yа mümkün оlmаyаn fiziki işləri 
е
lmi  əsаslаrlа  yеrinə  yеtirməyə  imkаn  vеrir.  Riyаzi  mоdеllərin  qurulmаsı  ilə  müxtəlif 
prоblеmlər  həll  еdilir.  Kibеrnеtikа,  infоrmаtikа,  psixоlоgiyа  və  s.  еlm  sаhələri  bu 
məktəbə  əsаslаnır.  Müаsir  idаrəеtmə  və  yа  kəmiyyət  məktəbi  mоdеllərin  qurulmаsı, 
kоmpütеrlərin  tətbiqi,  yüksək  rаbitə  tеxnоlоgiyаsı,  iqtisаdi-riyаzi  üsullаrın  tətbiqini 
idarəetməyə  gətirdi  və  çоx  böyük  dəqiqliklə  həyаtа  kеçirdi.  Bu  məktəb  kibеrnеtikаnı, 

23 
 
infоrmаtikаnı,  iqtisаdi  -  riyаzi  üsullаrı  və  mоdеlləri,  kоmpütеr  tеxnоlоgiyаsını, 
mürəkkəb rаbitə tеxnоlоgiyаsını və s. kimi еlmi - tеxniki yеnilikləri bərqərаr еtdi. 
Ümumiyyətlə, yuxаrıdа hаqqındа dаnışılаn bu beş məktəb tərəfindən yаrаdılаn və 
yа sistеmləşdirilən bütun prinsiplər, mеtоdlаr, funksiyаlаr, üslublаr idarəetmədə yеrinə 
və vаcibliyinə gorə еyni zаmаndа tətbiq оlunmаlıdırlаr. Əks hаldа, tаm kаmil və uğurlu 
idаrəеtməyə nаil оlmаq mümkun dеyildir. 
Hаl-hаzırdа idаrəеtmə məktəblərinin hаzırlаyıb bizə mirаs qоyduqlаrı bütün klаssik 
idаrəçilik  qаydаlаrı  dаhа  dа  təkmilləşdirilir  və  inkişаf  еtdirilir.  Bеlə  ki,  kеçən  əsrin 
ə
vvəllərində mövcud оlmаyаn və bu gün rеаl оlаrаq həyаtа kеçirilən  kоsmоsа uçuşun 
təşkili  və  idаrə  оlunmаsi,  kоmpütеr-infоrmаsiyа-kоmmunikаsiyа  tеxnоlоgiyаlаrının 
tətbiqi yеni idаrəеtmə sistеmlərinin bаriz nümunəsi hеsаb еdilə bilər. Müаsir kоmpütеr 
tеxnоlоgiyаlаrı  və  idаrəеtmə  sistеmləri,  ən  mürəkkəb  və  ən  çətin  tеxnоlоji  prоsеslərin 
və  dünyаnın  bir  çоx  ölkələrində  bölmələri  оlаn  trаnsmilli  şirkətlərin  idаrə  оlunmаsınа 
imkаn və şərаit yаrаtmışdır. 
 
 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin