Babayev Rəşad Şaiq oğlu
MÜASİR İDARƏETMƏ NƏZƏRİYYƏLƏRİ
REFERAT
Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
“Giriş” hissəsində tədqiqat mövzusunun aktuallığından, tədqiqatın əsas
məqsədi və vəzifələrindən, obyekti və predmetindən, tədqiqat metodlarından,
tədqiqatın informasiya bazasından, tədqiqatın elmi yeniliyindən, praktiki
ə
həmiyyətindən, dissertasiya işinin strukturu və həcmindən bəhs edilmişdir.
Tədqiqat mövzusunun aktuallığı.Bazar münasibətləri şəraitindəmakroiqtisadi
və mikroiqtisadi sferada qarşıda duran ən mühüm vəzifələrdən biri də müasir
idarəetmənin nəzəri və metodoloji problemlərini araşdırmaq və həll etməkdir. Çünki,
elə bir sahə yoxdur ki, orada idarəetməyə ehtiyac olmasın. İdarəetmə insanların
fəaliyyətini istiqamətləndirməklə və onların davranışlarının əsaslarını yaratmaqla
məqsədə nail olmaq bacarığı olub, insan fəaliyyətinin bütün sahələrinə aid edilə bilər.
Bazar münasibətlərində baş verən dəyişikliklər iqtisadi sistemin mahiyyətini
dəyişdirərək bütövlükdə idarəçilik münasibətlərində də dəyişikliklər etməyə sövq
edir. İdarəetmə münasibətlərində dəyişiklik isə yeni bazar münasibətləri şəraitində
idarəetmənin təkmilləşdirilməsini və inkişafını nəzərdə tutur. Bu mövzunun aktuallığı
onunla xarakterizə olunur ki, idarəetmənin təkmilləşdirilməsinin və inkişafının
ə
sasında müasir idarəetmə nəzəriyyələrinin və konsepsiyalarının formalaşdırılması və
inkişafı durur. Ona görə də müasir idarəetmə nəzəriyyələrinin və konsepsiyalarının
öyrənilməsi çox aktual bir məsələdir, eyni zamanda mühüm nəzəri və praktiki
ə
həmiyyət kəsb edir.
“Müasir idarəetmə nəzəriyyələri” mövzusunda olan bu dissertasiya işində
idarəetmənin aktual olan müasir sferaları istiqamətində tədqiqat aparılmışdır.
109
Dissertasiya işində idarəetmə elminin formalaşması, müxtəlif idarəetmə məktəbləri
və onların inkişaf xüsusiyyətləri, müasir idarəetmənin əsas funksiyaları araşdırılmış,
son dövrlərdə çox aktual olan və idarəetmənin yeni sferası sayılan böhran
vəziyyətlərində antiböhranlı idarəetmənin, müasir iqtisadiyyatda strateji idarəetmənin
həyata keçirilməsi, müasir korporativ idarəetmə modelləri və onların fərqləndirici
xüsusiyyətlərinin müqayisəli təhlili, əmək məhsuldarlığının yüksəldilməsi və ona
təsir edən amillər, idarəetmə prosesi və onun həyata keçirilməsi texnologiyası
araşdırılmışdır.
Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın əsas məqsədi idarəetmənin
keçmişdən indiki dövrümüzə qədər olan təkamül yolunun araşdırılması, idarəetmənin
inkişaf etdiyi və təkmilləşdirildiyi bir şəraitdə müasir idarəetmə nəzəriyyələri və
konsepsiyalarının öyrənilməsi və onların müasir idarəetmədə tətbiqi imkanlarının
müəyyən olunmasıdır.
Qarşıya qoyulmuş məqsəd aşağıdakı tədqiqat vəzifələrini müəyyənləşdirmişdir:
-
İdarəetmə elminin formalaşmasının araşdırılması;
-
Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətlərinin
öyrənilməsi;
-
Müasir idarəetmənin əsas funksiyalarının müəyyən edilməsi;
-
Müasir iqtisadiyyatda strateji idarəetmənin öyrənilməsi;
-
Qlobal iqtisadiyyatda böhran və antiböhranlı idarəetmənin öyrənilməsi;
-
Müasir korporativ idarəetmə modelləri və onların fərqləndirici
xüsusiyyətlərinin müqayisəli təhlili;
-
Əmək məhsuldarlığının yüksəldilməsi və ona təsir edən amillərin
müəyyənləşdirilməsi;
-
İdarəetmə prosesi və onun həyata keçirilməsi texnologiyasının öyrənilməsi.
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini müasir idarəetmənin
həyata keçirilməsi prosesləri təşkil edir. Tədqiqatın predmeti kimi isə müasir
idarəetmə nəzəriyyələri və konsepsiyaları çıxış edir.
110
Tədqiqat metodları. Dissertasiya tədqiqatının metodoloji əsasını dialektik,
sistemli analiz, statistik və analitik metodlar təşkil edir.
Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya bazasını yerli və
xarici müəlliflər tərəfindən yazılmış müxtəlif sferalar üzrə idarəetmə və
menecment ədəbiyyatları, elmi işlər və internet məlumatları təşkil edir. Tədqiqatın
informasiya bazası aşağıdakı tələblərə əsasən seçilmişdir: dəqiqlik, doğruluq,
obyektivlik, etibarlılıq, müasirlik, müqayisəlilik, əhatəlilik, uyğunluq.
Tədqiqatın elmi yeniliyi. Dissertasiya işinin elmi yeniliyini müasir
idarəetmənin spesifik xüsusiyyətləri nəzərə alınmaqla müasir idarəetmə
nəzəriyyələri və baxışlarının müxtəlif sferalar üzrə müasir idarəetmə prosesində
tətbiqi üzrə praktiki tövsiyyələr təşkil edir. İşin elmi yeniliklərinə aid aşağıdakıları
göstərmək olar:
-
Müasir idarəetmənin əsas funksiyaları müəyyənləşdirilmişdir;
-
Müasir iqtisadiyyatda strateji idarəetmənin həyata keçirilməsi texnologiyası
araşdırılmışdır;
-
Böhran vəziyyətlərində antiböhranlı idarəetmənin həyata keçirilməsi
araşdırılmışdır;
-
Müasir korporativ idarəetmə modelləri təhlil olunmuşdur;
-
Əmək məhsuldarlığının yüksəldilməsi yolları araşdırılmışdır.
Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işinin müddəaları makro və
mikro səviyyədə idarəetmənin həyata keçirilməsi zamanı mühüm praktiki
ə
həmiyyət kəsb edir. Xüsusilə də, yerli və xarici təşkilat və müəssisələr tərəfindən
ümumi idarəetmə prosesinin, strateji idarəetmənin, böhran vəziyyətlərində
antiböhranlı idarəetmənin, korporativ idarəetmənin həyata keçirilməsində və eləcə
də, əmək məhsuldarlığının yüksəldilməsi istiqamətində dissertasiya işinin
müddəaları mühüm praktiki əhəmiyyət kəsb edir.
111
Dissertasiya işinin strukturu və həcmi. Dissertasiya işinin strukturu tədqiqat
işində qarşıya qoyulmuş məqsəd və vəzifələrə müvafiq olaraq müəyyən
edilmişdir. Dissertasiya işi girişdən, üç fəsildən, nəticədən və istifadə edilmiş
ə
dəbiyyat siyahısından ibarətdir. Dissertasiya işinin həcmi 98 səhifədən ibarət
olub, özündə 4 sxemi, 4 şəkili və 4 cədvəli əks etdirir.
Dissertasiya işinin “İdarəetmə fikirlərinin təkamülü” adlı birinci fəslində
aşağıdakı məsələlər üzrə tədqiqatlar aparılmışdır:
-
İdarəetmə elminin formalaşması;
-
Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətləri;
-
Müasir idarəetmənin əsas funksiyaları.
İ
darəetmə elminin formalaşması istiqamətində aparılmış tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, idarəetmə təcrübəsinin tarixi çox qədimdir. E.ə 5000 il
ə
vvəl Şumerlərin vaxtından tutmuş bu günümüzə qədər müxtəlif fərdlər və etnik
qruplar tərəfindən idarəetmə elminin formalaşması və inkişafı ilə əlaqədər
müxtəlif tövhələr verilmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən
olunmuşdur ki, idarəetmənin tarixi qədim və orta əsrlər dövrü, sənayeləşmə dövrü,
sistemləşmə dövrü və müasir dövr olmaqla dörd dövrə bölünmüşdür. Hər bir
dövrün də özünəməxsus xarakterik xüsusiyyətləri mövcud olmuşdur.
Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətləri üzrə aparılmış
tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, elmi idarəetmə məktəbi, klassik və
ya inzibati idarəetmə məktəbi, insani münasibətlər məktəbi, davranış qaydaları
haqqında elmi məktəb və müasir idarəetmə (kəmiyyət) məktəbi kimi müxtəlif
idarəetmə məktəbləri mövcud olmuşdur və hər bir məktəb idarəetmə elminin
inkişafında özünəməxsus idarəçilik elementlərini bərqərar etmişdir. Tədqiqatlar
nəticəsində müəyyən olunmuşdur ki, idarəetmə elminin təkmilləşdirilməsi və
inkişafında F.U.Teylor, H.Hant, F.Cilbert, L.Cilbert, A.Fayol, H.Emerson,
R.Robbi, Q.Xopf, O.Şeldon, M.Veber, E.Meyo, M.P.Follet, D.Mak-Qreqor kimi
görkəmli nümayəndələrin xidmətləri olmuşdur.
112
Müasir idarəetmənin əsas funksiyaları üzrə aparılmış tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, müаsir idаrəеtmənin plаnlаşdırmа, təşkilеtmə,
koordinasiya, motivasiya və nəzаrət kimi əsаs (univеrsаl) funksiyаlаrı mövcuddur.
Bu funksiyaların hər biri spesifik xarakteristikaya malikdir. Tədqiqatlar
nəticəsində müəyyən olunmuşdur ki, planlaşdırma funksiyası - idarəetmənin ilkin
funksiyası olub, təşkilatın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mər-
hələlərini özündə birləşdirən, planların tərtib edilməsi ilə əlaqədar olan bir
prosesdir, təşkiletmə funksiyası - qəbul olunmuş iş planının həyata keçirilməsini
təmin etmək məqsədilə hazırlıq işlərinin yerinə yetirilməsindən ibarətdir,
koordinasiya funksiyası - ayrı-ayrı işlərin və onların ayrı-ayrı mərhələlərinin
ə
laqələndirilməsi ilə də bağlı olub, bütöv bir tamın ayrı-ayrı komponentlərinin
ə
laqəli fəaliyyəti, qarşılıqlı təsiri və onun bir sistem kimi dinamik, tarazılı
inkişafını təmin edir, mоtivləşdirmə funksiyası - işçiləri qаrşıyа qоyulmuş
məqsədin yеrinə yеtirilməsinə yönəltmək və icrаnı təmin еtməkdən ibarətdir,
nəzarət fuksiyası - intizamın yaranmasını, fəaliyyətin tənzimlənməsini, qayda-
qanunlara, təlimatlara əməl olunmasını təmin edən idarəçilik funksiyasıdır.
Dissertasiya işinin “Qlobal iqtisadiyyatda müasir idarəetmə nəzəriyyələri” adlı
ikinci fəslində aşağıdakı məsələlər üzrə tədqiqatlar aparılmışdır:
-
Müasir iqtisadiyyatda strateji idarəetmə nəzəriyyələri;
-
Qlobal iqtisadiyyatda böhran və antiböhranlı idarəetmə nəzəriyyələri;
-
Müasir korporativ idarəetmə modelləri nəzəriyyəsi.
Müasir iqtisadiyyatda strateji idarəetmə nəzəriyyələri üzrə aparılmış tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, strateji idarəetmə - strategiyaların işlənib
hazırlanması və reallaşdırılması üzrə təşkilatların fəaliyyətləri ardıcıllığını
müəyyən edən prosesdir. Tədqiqatlar nəticəsində strateji idarəetmənin seçilmiş
obyektdən asılı olaraq korporativ strategiya, biznes strategiyası və funksional
strategiya kimi istiqamətləri müəyyən olunmuşdur. Aparılmış tədqiqatlar
nəticəsində strateji idarəetmənin əsasını təşkil edən strateji planlaşdırma
113
prosesinin niyyət və məqsədlərin müəyyənləşdirilməsi, xarici mühitin təhlili, zəif
və güclü tərəflərin təhlili, strateji alternativlərin təhlili və strategiyanın seçilməsi,
strategiyanın reallaşdırılmasının nəticəsi və strategiyanın qiymətləndirilməsi kimi
mərhələləri müəyyən olunmuş və təhlil edilmişdir.
Qlobal iqtisadiyyatda böhran və antiböhranlı idarəetmə nəzəriyyələri üzrə
aparılmış tədqiqatlar nəticəsində böhran və onun təsnifatı müəyyən edilmişdir,
böhranın simptomu (əlamətləri), böhran amilləri, böhranın baş vermə səbəbləri
araşdırılmış, böhran vəziyyətlərində antiböhranlı idarəetmənin həyata keçirilməsi
texnologiyası, antiböhranlı idarəetmənin funksiyaları, antiböhranlı idarəetmənin
səmərəliliyini təyin edən əsas amillər, antiböhranlı idarəetmədə riskin
idarəedilməsi zamanı əsas təsir vasitələri müəyyən edilmiş, müəssisənin
sağlamlaşdırılması məsələləri öyrənilmişdir.
Müasir korporativ idarəetmə modelləri nəzəriyyəsi üzrə aparılmış tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, müasir korporativ idarəetmənin anqlo –
amerikan, alman, yapon kimi əsas modelləri mövcuddur və hər bir modelin
spesifik xüsusiyyətləri vardır.
Dissertasiya işinin “Postindustrial cəmiyyətdə idarəetmə nəzəriyyələrinin
inkişafi” adlı üçüncü fəslində aşağıdakı məsələlər üzrə tədqiqatlar aparılmışdır:
-
Əmək məhsuldarlığının yüksəldilməsi nəzəriyyəsi;
-
İdarəetmə prosesi və onun həyata keçirilməsi texnologiyası.
Ə
mək məhsuldarlığının yüksəldilməsi və ona təsir edən amillər üzrə aparılmış
tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, əmək məhsuldarlığının
yüksəldilməsi maddi-texniki, ictimai-iqtisadi və təşkilati amillərdən asılıdır.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, əmək məhsuldarlığının
yüksəldilməsinə istehsalın və əməyin mexanikləşdirilməsi, istehsal prosesinin
avtomatlaşdırılması, kimyalaşdırılma və elektrikləşdirmə, qabaqcıl texnologiyanın
tətbiqi, mövcud avadanlıqların təkmilləşdirilməsi, istehsalın ixtisaslaşması və
114
kooperasiyalaşması, işçilərin mədəni, texniki və təhsil səviyyələrinin
yüksəldilməsi, qabaqcıl istehsalat təcrübəsinin tətbiqi, əmək intizamının
möhkəmlənməsi, operativ rəhbərlik və idarəetmənin təşkili kimi amillər təsir
göstərir.
İ
darəetmə prosesi və onun həyata keçirilməsi texnologiyası üzrə aparılmış
tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, idarəetmə prosesi müəssisə və
təşkilatların son məqsədə çatmaq üçün onun fəaliyyətinin həyata keçirilməsinə
xidmət edən bir prosesdir və onun spesifik xüsusiyyətləri mövcuddur. İdarəetmə
texnologiyasının məhsuldar formada aparılması qərarlar, informasiyalar,
hakimiyyət, səlahiyyət, məsuliyyət kimi müəyyən idarəetmə resurslarının olmasını
tələb edir.
Aparılan tədqiqat araşdırmaları bir daha göstərir ki, bazar iqtisadiyyatı
şə
raitində müasir idarəetmə elminin təkmilləşdirilməsi və inkişafında müasir
idarəetmə nəzəriyyələri və konsepsiyaları mühüm rol oynayır.
Dostları ilə paylaş: |