FƏSİL III.TORPAQ RESURSLARININ QİYMƏTLƏNDİRİLMƏSİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
3.1. Torpaq resurslarının qiymətləndirilməsi problemlərinin aradan
qaldırılması və beynəlxalq standartlara uyğunlaşdırılması
Ölkəmizdə torpaq ehtiyatlarının normativ dəyər səviyyəsinin müəyyən
olunması torpaq kadastrı üzrə informasiyalar əsasında hesablanır.Bu zaman
Respublikanın hər bir rayonu üzrə müəyyən olunmuş differensial rentaya görə
hesablama aparılır. Qüvvədə olan Əsasnaməyə görə, torpaq ehtiyatları alınıb-
satıldıqda,yaxud
da
girov
qoyulduqda,
vərəsəlik
əsasında
irsən
verildikdə,ümumiyyətlə torpaq ehtiyatu barəsində sair əqdlər bağlandıqda torpaq
sahəsinin bazar dəyəri tələb və təklifdən asılı olaraq ,ancaq torpağın normativ
dəyərindən az olmamaq şərti ilə müəyyən olunur.
Respublikamızda 1996-cı ildə Nazirlər Kabinetinin 145 saylı qərarı qəbul
edilmişdir ki,bu qərarla ölkə ərazisində olan torpaqların normativ dəyərləri təsdiq
olunmuşdur.Lakin bir qədər sonra respublika ərazisində yenidən daha mükəmməl
kadastr dəyər rayonları və yarımrayonları üzrə torpaq ehtiyatlarının dəyərləndirilməsi
aparıldı.Bu zaman torpaq ehtiyatlarının həm keyfiyət ,həm də kənd təsərüfatı
bitkilərinin məhsuldarlıq göstəriciləri diqqətdə saxlanılmaqla bütün təbii təsərüfat
sahələri üzrə torpaq ehtiyatlarının yenilənmiş normativ dəyərləri müəyyən edilmişdir.
Nazirlər Kabinetinin bu qərarına görə torpaq ehtiyatlarının dəyəri kadastrı
informasiyaları, həmçinin torpaqların keyfiyət və iqtisadi dəyərləndirmə
göstəricilərinə uyğun olaraq 19 kadastr dəyər rayonu və 3 yarımrayonu müəyyən
olunmuşdur. Bu ərazilərdə dəyərlər keyfiyət qrupları üzrə differensial mənfəətə görə
müvafiq təshih əmsalları tətbiq olunmadan müəyənməşdirilir.
Torpaq ehtiyatları alınıb-satılan zaman, girov qoyulan zaman, irsən verildiyi
vaxt, onun haqqında sair əqdlər bağlandıqda torpaq ehtiyatlarının bazar dəyəri baza
dəyəri əsasında, ancaq torpaq ehtiyatunun normativ dəyər səviyyəsindən az
61
olmamaq şərtilə müəyyən olunur.
Dövlət mülkiyətində olan müəssisə və obyektlərinin, həmçinin özəlləşdirilmiş
olan dövlət müəssisə və obyektlərinin yerləşmiş olduğu torpaq ehtiyatlarının
normativ dəyəri haqqında arayışların verilməsi və bu torpaq sahələrinin qeydiyyatı
Iqtisadiyyat Nazirliyi tərəfindən aparılır.
Torpaq ehtiyatlarının normativ dəyəri müəyyən olunan zaman dəyərlərin
düzgün müəyyən olunması və əsaslandırılması əsasən torpaq kadastrının tətbiqi
dərəcəsindən, aparılan dəyərləndirmənin dəqiqlik səviyyəsindən asılıdır.
Respublikada qüvvədə olan qanunvericiliyə görə dövlət torpaq kadastrının
iqtisadi mahiyyəti torpaq ehtiyatları üzərində istifadəçiliyin dövlət qeydiyyatı,
torpaq ehtiyatlarının həm kəmiyyətcə,həm keyfiyətcə uçotu, bonitirovkası ,həm də
iqtisadi dəyərləndirilməsi üzrə informasiyaların məcmusu kimi izah edilir.
Torpaq ehtiyatlarının kadastrının tətbiqi sahələrdən istifadəni daha da
yaxşılaşdırmağa hədəflənmişdir. Torpaq kadastrının tərkibi kimi ehtiyatların
bonitirovkası rayonların və təsərüfatların torpaq sahələrini onların məhsuldarlığına,
yəni sahələrin orta məhsul yığımına uyğun müqayisə aparmağa imkan verir.Torpaq
ehtiyatlarının kadastrı torpaq sahələrinin münbitliyinin nisbilik səviyyəsini müəyyən
etməyə şərait yaratmaqla istehsalın məqsədyönlülüyünü düzgün seçməyə, onun
yerləşməsini və ixtisaslaşma dərəcəsini aşkarlamağa imkan verir.
Torpaq ehtiyatlarının bonitirovkasının əldə edilmiş nəticələri bir sıra təcrübi
məsələlərin həllində istifadə edilir. Bu kimi məsələlərə istehsal edilən məhsulların
istehsalı və satışı,mövcud əkin sahələrinin quruluşu üzrə perspektiv proqnozların
işlənməsi; rayon planlaşması üzrə yerquruculuğu; təbiəti mühafizə tədbirləri
sisteminin əsaslandırılması və sairələr aiddir.
1. Torpaq ehtiyatlarının bonitirovkası ilə bir təsərüfatın istifadəsində və ya
mülkiyətində olan torpaq sahələrinın digər təsərüfatların torpaq sahələrındən nə
qədər yaxşı və ya pis olduğu müəyyən olunur. Bu isə ayrı-ayrı iqtisadi rayonlar və
təsərüfatlar üzrə torpaq sahələrinin məhsuldarlığını obyektiv qaydada
proqnqzlaşdırmağa imkan yaradır. İqtisadi rayonlar və təsərüfatçiliq subyektləri üzrə
62
məhsulvermə, meşə ehtiyatlarının məhsuldarlığı səviyyəsi müəyyən olunarkən
torpaqların keyfiyəti (ballar əsasında) nəzərə alınmır.Bu zaman differensiasiya
olunmamış proqnozlar verilir;
2. Ümumiyyətlə torpaq ehtiyatlarının bonitirovkası aqroistehsal torpaq
qruplarına aid edilir. Torpaq ehtiyatlarının aqroistehsal qruplaşması – oxşarlığa yaxın
xassələrə malik olan, kənd təsərüfatında bitkilər qrupuna aid olan bir bitki növünə və
ya ümumilikdə bitkiçilik keyfiyətlərinə malik aqronomik keyfiyətlərinə yaxın torpaq
konturları birləşdirir;
3. Torpaq ehtiyatlarının bonitirovkası rayon balına nisbətdə təsərüfatın
müqayisəsi dəyər balı əmsalının müəyyən edilməsinə imkan verir.Rayon balı vahid
qəbul edilir.Bura daxil olan bütün təsərüfatların balları isə ümumrayon etalonuna
munasibətdə müəyyən olunur;
Torpaq ehtiyatlarının bonitirovkası olmadan torpaq sahəsinin pul dəyərini
müəyyən etmək mürəkkəbləşir. Bu zaman dəyərlərin tərəddüdləri torpaq
ehtiyatlarının bonitetinin əhəmiyyətini azaltmır. Yaxın gələcəkdə torpaq
ehtiyatlarının dəyəri ancaq artan dinamika üzrə dəyişir. Dəyər nisbətinə görə torpaq
ehtiyatlarının dəyəri ancaq bonitet şkalası üzrə müəyyən olunur. Bu vəziyyət, torpaq
ehtiyatunun statusunun dəyişməsi zamanı da saxlanılır. Yəni torpaq ehtiyatları
özəlləşdiriləndə, satılanda, müxtəlif icarə munasibətləri zamanında da bu vəziyyət
saxlanılacaq.
4. Torpaq ehtiyatlarının bonitet balları üzrə tövsiyyələr:
5. Torpaq
ehtiyatlarının bonitirovkası torpaq-iqlim göstəriciləri və
bioməhsuldarlığına görə rayonların ixtisaslaşmasını dəqiqləşdirməyə şərait
yaradır;
6. Torpaq ehtiyatlarının bonitirovkası gələcəkdə kənd təsərüfatı məhsulları
istehsalını proqnozlaşdırmağa imkan verir. Bunun üçün bir balın dəyərini müəyyən
etmək lazımdır. Bir balın dəyəri bir balın nə qədər məhsula uyğun gəldiyini
göstərir.Bir balın nə qədər məhsula uyğun gəldiyini tapmaq üçün hər hektardan
sentnerlə ümumi məhsuldarlığı torpağın balına bölünür;
63
7. Torpaq ehtiyatlarının bioloji məhsuldarlıq əmsalı torpaq konturları üzrə
məhsuldarlıq dərəcəsini müəyyən etməyə imkan verir;Məhsuldarlıq dərəcələri əla,
orta və pis dərəcələrinə bölünür.
8. Torpaq ehtiyatlarının müqayisəli dəyərlilik əmsalı təsərüfat subyektinin
torpaq sahələrinin münbitliyini tənzimləməyə imkan verir;
9. Torpaq ehtiyatlarının bonitirovkası istehsal proqnozlarının dəqiq tərtibini,
təsərüfatların mənfəətliliyinin yüksəldilməsini təmin edir, alış dəyərlərinin düzgün
müəyənməşdirilməsinə imkan verir və s.
10. Kartoqrafik materiallar.
Torpaq
ehtiyatlarının
münbitliyinin
dəyərləndirilməsini
aparmaqla
təsərüfatlarda və təbii-iqtisadi rayonlarda əlavə məsrəflərdən qaçmaq olar.Bunun da
iqtisadi əhəmiyyəti böyükdür.
Tədqiqatlar göstərir ki, kadastr dəyərləndirilməsinin mərhələləri
aşağıdakılardır:
- torpa ehtiyatunun məhsuldarlığı, texnoloji xassələri və yerləşməsi üzrə
kadastr dəyərləndirilməsi obyektlərinin inteqral göstəricilərinin müəyyən olunması;
- kadastr dəyərləndirilməsi obyektlərinin hesablanan renta mənfəətinin və
kadastr dəyərinin müəyyən olunması;
Kadastr dəyərləndirilməsinin əsasını təşkil edir:
- torpaqların təsərüfatdaxili dəyərləndirilməsinin nəticələri;
- kənd təssərrüfatına yararlı torpaqların məhsuldarlığının, onlardan istifadə
vəsaitlərinin, hesablaşma renta mənfəətinin və rayonlar səviyyəsində torpaq
ehtiyatlarının kadastr dəyərləndirilməsi göstəriciləri.
Torpaq ehtiyatunun kadastr dəyərləndirilməsi üzrə informasiyalar qiymət
rayonları üzrə ümumiləşdirilir:
- torpağın məhsuldarlığı üzrə bonitet balı;
- texnoloji xassələr üzrə torpaq ehtiyatlarının texnoloji xassələri indeksi;
- yerləşməsi yeri üzrə maddi-texniki ehtiyatlarla təchizat bazasına və aqrar
məhsulunun satışı məntəqəsinə kimi ekvivalent məsafə .
64
Torpaq ehtiyatlarının bonitet balının müəyyən olunması aşağıdakıları əhatə
edir:
- statistik analiz metodları ilə torpaq ehtiyatunun məhsuldarlığına təsir edən
xəssələrinin müəyyən olunması;
- torpaq ehtiyatunun xassələrinin orta fiziki kəmiyyətlərinin hesablanması;
- korrelyasiya-represiya analizi əsasında torpaq ehtiyatunun xassələrinin fiziki
kəmiyyətlərinin onların kənd təsərüfatı məhsullarının məhsuldarlığına təsiri ilə nisbi
kəmiyyətlərə – ballarına uyğun yenidən hesablanması;
- torpaq ehtiyatlarının xassələrinin məcmusu üzrə orta balların hesablanması;
- orta ballara torpaq ehtiyatlarının məhsuldarlığına mənfi təsir edən xassələrə
duzluluq, erroziya və s. görə düzəlişlər olunmaqla məcmu torpaq ehtiyatunun balının
hesablanması.
Torpağın dəyərləndirilməsinin birinci mərhələsi stratifikasiyadan, müqayisə
vahidinin müəyənməşdirilməsindən və bazar informasiyasının analizindən ibarətdir.
Stratifikasiya termini alqı-satqı sövdələşmələri üzrə məlumatların və digər bazar
informasiyalarının eynicinsli qruplar üzrə təsnifləşdirildiyini ifadə edir. Torpaq
dəyərləndirilərkən bazarın təsirinə məruz qalan bütün coğrafi əraziləri özündə
birləşdirməli, bölgələşdirmə və torpaqdan istifadənin digər tənzimləyiciləri əks
etdirməlidir.Torpaq ehtiyatundandan istifadənin variantları arasında olan bütün
mümkün fərqləri əks etdirməlidir. Bu qaydada aparılan təsnifləşdirmə meyarları
torpağı dəyərləndirərkən, oxşar variantlarda istifadə edilən və eyni bir coğrafi ərazidə
yerləşib, bir-biri ilə rəqabət aparan torpaq ehtiyatlarını müqayisə etməyə imkan
yaradır.
Dostları ilə paylaş: |