Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti beynəlхalq magistratura məRKƏZI


  Azərbaycanda  torpaq    resurslarının    dəyərləndirilməsi  metodlarının



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix02.01.2022
ölçüsü0,82 Mb.
#37232
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
qiymətləndirmə unes

      

2.2.  Azərbaycanda  torpaq    resurslarının    dəyərləndirilməsi  metodlarının 

tətbiqi  mərhələləri 

 


 

49 


Torppaq 

ehtiyatlarının 

dəyərləndirilməsinin 

nəticəsi 

ümumiyyətlə 

dəyərləndirmə  prosesində  qəbul  edilən  dəyərləndirmə  üsulundan  asılı  olur. 

Azərbaycanda  da  torpaq  ehtiyatlarının  bazar  dəyərinin  dəyərləndirilməsi  məqsədilə 

aşağıdakı dəyərləndirmə metodlarından istifadə edilir: 

- ən yaxşı və daha səmərəli

- satışların müqayisəsi; 

- bölüşdürmə ; 

- ayırma ; 

- sahələrə bölmə; 

- torpaq üçün qalıq texnikası; 

- topra ğ rentasının  kapitalaşdırılması. 

     Məsrəf    yanaşması    ilə  torpaq  ehtiyatu  dəyərləndirilən  zaman  üzərində 

daşınmaz əmlakl olan torpaq ehtiyatunun dəyəri müəyyən olunarkən ona tikililərdən 

azad ən yaxşı və daha səmərəli istifadəni nəzərdə tutan bir obyekt kimi baxmaq olar. 

Ən  yaxşı  və  daha  səmərəli  istifadə  prinsipi    mümkün  alternativ  variantlar  arasında 

seçilmiş  olan  elə  bir  istifadə  istiqamətini  nəzərdə  tutur  ki,  bu  ,həm  fiziki  cəhətdən 

mümkün,həm  kifayət  dərəcədə  əsaslandırılmış,hım  də  maliyə  nöqteyi-nəzərindən 

reallaşdırılan. Beləliklə də, torpaq ehtiyatunun daha yüksək dəyərinin formalaşmasına 

səbəb olsun. 

Ölkəmizdə konkret torpaq ehtiyatunun dəyərləndirilməsi prosesində ən yaxşı və 

daha  səmərəli  istifadə  variantının  seçilməsi  bir  sıra  amillərin  qarşılıqlı  təsiri  ilə 

müəyyən edilir: 

- torpaq  ehtiyatının  yerləşmə  vəziyyətinin  potensialı  ilə.    Bu  zaman 

dəyərləndirilməsi  aparılan  torpaq  ehtiyatunun  yerləşdiyi  rayonda  torpaqdan 

istifadə  tipinin  hər  hansı  üstün  nisbəti  və  əlverişlilik  səviyyəsi  nəzərə  alınır. 

Qeyd  etmək  lazımdır  ki,  bu  amil  torpaq  ehtiyatunun  real  bazar  dəyərinin 

müəyyən olunmasında əsas amildir

- mövcud  torpaq  ehtiyatuna  bazarda  formalaşan  tələbin  həcmi  ilə. 

Dəyərləndirilməsi  nəzərdə  tutulan  torpaq  ehtiyatunun  planlaşdırılan  istifadə 



 

50 


variantı  mövcud bazarda  tələb və təklif   həcminin  nisbətini  uçota  almaqla nə 

dərəcədə mümkündür

- torpaq  ehtiyatu  üzərində  tikililərin  huquqi  cəhətdən  əsaslandırılması  ilə. 

Torpaq  ehtiyatu  üzərində  tikintisi  təklif  edilən  investisiya  layihəsinin  həyata 

keçirilməsi  ilə əlaqədar olan dövlət və xüsusi huquqi məhdudiyyətlər; verilmiş 

ərazidə vergi ;rüsumlar; 

- torpaq sahəsinin ehtiyat keyfiyəti ilə (torpaq sahəsinin investisiya tutumluluğu 

və investisiya qoyuluşlarının səmərəlilik səviyyəsi ilə); 

- torpaq  ehtiyatundan  səmərəli  istifadəyə  yönəlmiş  olan  investisiya    layihəsinin 

texnoloji cəhətdən əsaslandırılması ilə; 

- mövcud  torpaq  ehtiyatundan  məqsədyönlü  istifadəni  nəzərdə  tutan  investisiya 

layihəsinin maliyə cəhətdən əsaslandırılması ilə; 

     Torpaq  ehtiyatlarının  dəyərləndirilməsində  ən  yaxşı  və  daha  səmərəli 

istifadənin  analizi  torpaq  sahələri  tikililərinin  alternativ  mənimsəmə  variantlarının 

müqayisə edilməsini nəzərdə tutur. Tikilinin hər bir variantı üçün torpaq ehtiyatunun 

qalıq  dəyəri  müəyyən  edilir.Bu  məqsədlə  lazımi  hesablamalar  aparılır.  Torpaq 

ehtiyatunun  ən  yüksək  qalıq  dəyəri  onun  daha  səmərəli  istifadə  olunma  variantına 

uyğun mənfəətdir. 

      Torpaq   ehtiyatunın   dəyərləndirilməsi    üçün    zəruri   olan   informasiyaların 

mövcudluğu şəraitində torpaq sahələrinin satışlarının müqayisəsi üsulu daha üstün və 

ümumi istifadə üsulu sayılır.Aşağıdakı qeyd olunan bazar informasiyası yığıldıqdan 

conra və müqayisə vahidləri seçildikdən sonra müqayisə edilən satış dəyərləri 

müqayisə elementləri üzrə təshih edilir.  

- mülkiyət hüququ; 

- maliyələşdirmə  qaydaları; 

- satış şərtləri; 

- bazar şərtləri,o cümlədən də satış vaxtı; 

- yerləşmiş olduğu ərazi; 

- torpaq ehtiyatunun fiziki xarakteristikası; 



 

51 


- mümkün olan komunal xidmətlər; 

- toprağ  sahələrinin  zonalaşdırma  şərtləri; 

- torpaqdan ən yaxşı və daha səmərəli istifadə  imkanları. 

Torpaq ehtiyatlarını dəyərləndirərkən bir neçə müqayisə vahidlərindən istifadə 

edilir.  Bu  vaxt  onların  hər  birinin  dəyəri  təshih  edilməlidir.Sonradan  isə  dəyər 

hüdudları müəyyən olunan bir neçə dəyər kəmiyyəti əldə edilməlidir.  

Respublikamızda torpaq ehtiyatlarının dəyərləndirilməsində geniş tətbiq edilən 

bölgü üsulu ona əsaslanır ki, daşınmaz əmlakın hər bir tipi üçün torpağın dəyəri ilə 

tikilinin  dəyəri  arasında  normal  nisbət  mövcuddur  və  bu  dəyərləndirmədə  nəzərə 

alınmalıdır.Qeyd  olunan  bu  nisbət  ən  çox  daha  yeni  yaxşılaşdırmalar  üçün  etibarlı 

sayilir.Bunlar da torpaq ehtiyatlarının ən yaxşı və daha səmələri istifadəsini göstərir. 

Həyata  keçirilmiş  tikililərin  inşaa  tarixi  artdıqca  torpaq  ehtiyatunun  dəyərinin 

obyektin  ümumi  dəyərinə  nisbəti  də  artmış  olur.Lakin  bu  bölgü  üsulu  torpaq 

ehtiyatlarının  bazar  dəyərinin  dəqiq  kəmiyyətini  müəyyən  etməyə  imkan  vermir. 

Ölkəmizdə torpaq ehtiyatlarının dəyərləndirilməssi prosesində bölgü üsulunun tətbiqi 

boş  torpaq  sahələrinin  satışı  haqqında  tam  olmayan  informasiya  şəraitində 

dəyərləndirmə hallarında səmərəli hesab oluna bilər. 

 

Dəyərləndirmə  üzrə  qəbul  edilmiş  olan  praktiki  dəyərləndirmə  fəaliyyətinə 



əsasən  dəyərləndirilən  torpaq  ehtiyatlarının  bazar  dəyəri  üç  metodoloji  yanaşmanın 

tətbiqi  ilə  müəyyən  edilir.Bu  yanaşmalar  mənfəətlik,  vəsaitlər  və  müqayisə 

yanaşmalarıdır  ki,bu  mövqelərdən  dəyərləndirmə  aparılır.Torpaq  ehtiyatunun  real 

bazar  dəyəri    müəyənməşdirilir.  Bu  dəyərləndirmə  üzrə  yanaşmaların  hər  birinin 

tətbiqi çərçivəsində torpaq ehtiyatundan istifadənin istənilən tipinə tətbiq edilə bilən 

metodlar  işlənilmişdir  və  tam  olaraq  hazırlanmışdır.  Torpaq  ehtiyatunun 

dəyərləndirilməsində  hər  hansı  bir  üsulun  seçilməsi  həmin  torpaq  sahəsinin  

dəyərləndirilməsinin  məqsədlərindən,  dəyərləndirilən  torpaq  sahəsinin  və  onun 

üzərində 

olan 


obyektin 

tipindən, 

onun 

təyinatından, 



informasiyaların 

mövcudluğundan və informasiyalarla təminat səviyyəsindən , sair şərtlərdən asılıdır.    

 

Torpaq  ehtiyatlarının  bazar  dəyəri  dəyərləndirilən  zaman  dəyərləndirməyə 




 

52 


əsasən üç mövqedən yanaşilmaqla və bu yanaşmaya əsaslanan aşağıdakı metodlarla  

bazar dəyərləri müəyənməşdirilir .   

 

 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin