Elementlər
|
Əmsal
|
Mn
|
0,9
|
Ni
|
0,7
|
Zn
|
1,7
|
As
|
5,5
|
Mo
|
6
|
Sn
|
1,6
|
Sb
|
10
|
W
|
1,5
|
Pb
|
2,2
|
Torpağı çirkləndirən mənbələrdən biri də kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrdir. Mineral gübrələr, zəhərli maddələr, boy stimulyatorları hər il planlı və məqsədyönlü şəkildə tətbiq edilir. Bu preparatların istifadəsi ildən-ilə çoxalır. Normadan artıq tətbiq edildikdə bitkilərə, heyvanlara, ətraf mühitə toksiki təsir edir. Məhsulda külli miqdarda toksiki qalıq toplanır ki, bu da insan sağlamlığına mənfi təsir göstərir. Bundan başqa yağış suyula yuyularaq sərbəst hala keçir və yeraltı sularla birlikdə ciddi ekoloji problemlərin yaranmasına gətirib çıxarır. [12]
Fosfor gübrəsinin istehsalı zamanı onun tullantıları istehsal olunan gübrədən 3 dəfə çoxdur. Fosfat xammalı-apatit və fosforitlər qarışıq elementlərlə zəngindir. Fosforitlərə nisbətən apatitlərdə nadir elementlər mövcudluğu 3-8 dəfə litosferdə olduğundan çoxdur. Apatitlərdə stronsiumun, ftorun miqdarı 50 dəfə, fosforitlərdə isə florun, qurğuşunun, misin, uranın, stronsiumun miqdarı 30 dəfə litosferdə olduğundan çoxdur.
Bitki mühafizəsində istifadə olunan kimyəvi preparatların tərkibi civə, arsen, qurğuşun, ftor, bor, mis, bismut birləşmələrindən ibarətdir. Bu elementlərin torpağı çirkləndirməsini sadə misalla göstərmək olar. Üzüm bağlarında mis tərkibli preparatlardan istifadə etdikdə mövsüm ərzində torpağa 6-8 min ton mis çökür.
Toksiki tullantıları xarakterinə görə kütləvi və qeyri-kütləvi olmaqla 2 yerə bölürlər. Kütləvi tullantılar ətraf mühitin sanitar-gigiyenik göstəricilərini kəskin dəyişdiyinə görə onları xüsusi nəzarətdə saxlamaq lazımdır. Qəza zamanı qeyri-kütləvi tullantılar kütləviyə çevrilə bilər.
Tullantıları onlara nəzarət imkanı baxımından iki qrupa bölünür:
1. Təşkil olunmuş yaxud razılaşdırılmış toksiki tullantılar - atmosferə, su hövzələrinə və torpağa xüsusi qurğuların (borular, kompressorlar, təmizləyici vasitələr, yanma peçləri və s) köməkliyi ilə daxil olur. Bu tullantılar müxtəlif dərəcədə zəhərli olduğu üçün adətən ərazi üzrə yol verilən həddi (YVH) müəyyən olunur.
2. Təşkil olunmamış toksiki tullantılar - elə tullantılardır ki, onları zərərsizləşdirmək və yaxud neytrallaşdırmaq qeyri-mümkün olur. Məsələn, aparat və qurğularda nasazlıq ucbatından meydana gələn və yaxud kanalizasiya sistemlərində axan məhlulların səthindən və xüsusi tullantılardan buxarlanan maddə miqdarı bu tullantılara aiddir. Bu tullantıların törənməsi istehsalat səbəbləri ilə əlaqədardır. Zəhərli tullantıların inventarizasiyası zamanı onların mənbəyi, tullandığı yer, torpaq və tərkibi, həmçinin yerüstü qatlarda yayılmasının maksimum konsentrasiya həddi müəyyən olunmalıdır
Tullantılar vasitəsilə torpağa daxil olan toksiki maddələrin torpaqda hərəkətini təyin etmək üçün əsas göstəricilərdən biri onların torpaq məhlulunda mövcudluğudur. Kimyəvi proseslər əsasən torpağın bərk fazasında, torpaq məhlulunda, torpaq havasında mikroorqanizmlərin və bitki köklərinin iştirakı ilə baş verir.
Torpaq məhlulunda və torpağın bərk fazasında bu elementlər kifayət qədər olduqda bitkilər üçün qidalanma mənbəyinə çevrilir və onların fəaliyyətini tənzimləyir. Torpağın çirklənmə göstəriciləri,eyni zamanda kimyəvi birləşmələrin torpaqda miqrasiyasından asılıdır. Çirklənmə zamanı torpağın buferlilik qabiliyyəti torpaq məhlulunda kimyəvi elementlərin konsentrasiyasını bir səviyyədə saxlayır və konsentrasiyasının dəyişməsinə imkan vermir. Torpağın buferlilik qabiliyyəti çirkləndirici maddələrə təsir göstərməklə torpağın özünütənzimləməsinə şərait yaradır.
Bəzi çirkləndirici maddələr (B, As, Ni, Se) torpaqda anion formasında olur və üzvi maddələrlə reaksiyalar nəticəsində kompleks birləşmələr əmələ gətirərək torpaqda toplanır. Kompleks birləşmələr qələvi mühitə davamlıdır.
Torpağın üzvi maddələri landşaftda çirkləndirici elementlərin miqrasiyasına böyük təsir göstərir və onların hərəkətini genişləndirir. Kompleks birləşmələr yaradan reaksiyalar nəticəsində torpaqda üzvi maddələr çoxluq təşkil edir. Metallar torpaq məhlulunun tərkibində qalaraq çətin həll olan çöküntülər yaradır. Məsələn, Cu, Zn, Ni, Cr torpaqda hidroksid çöküntüsü yaradır, ancaq kompleks duzlar olduğu üçün qələvi mühitdə çöküntü vermir. [16]
Torpaqda toplanmış ağır metallar mühitin reaksiyasından asılı olaraq hidrolizə məruz qalırlar.
Güclü texnogen çirklənmə olan zonalarda tozlu tullantılarla torpağa daxil olan ağır metalların hidrolizi nəticəsində torpağın turşulaşması baş verə bilər.
Dostları ilə paylaş: |