Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi kimi iqtisadi şəraitdə maliyyə siteminin nəzəri əsaslarını tədqiq etmək, ölkəmizdə onun inkişaf səviyyəsinin nə dərəcədə olduğunun araşdırılması, o cümlədən mövcud problemlərin aşkar edilməsi, eyni zamanda problemlərin həlli yollarının müəyyən edilməsi və elmi baxımdan əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiyada informasiya baxımından Azərbaycan respublikası Statistika Komitəsinin statistik məlumatlarından ,həmçinin İqtisadi İnkişaf Nazirliyinin, Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Vergilər Nazirliklərinin hesabat və rəsmi məlumatlarından, Dövlət Neft Fondunun rəsmi materiallarından istifadə olunmuşdur.
Tədqiqat işində isə statistik, sistemli yanaşma,həm pozitiv həm də normativ yanaşmadan və bir sıra müşahidə metodlarından istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyinə aşağıdakıları misal göstərə bilərik:
Respublikamızda maliyyə və maliyyə sisteminin formalaşmasının nəzəri-metodoloji bilikləri və əsasları araşdırılmış, burada mövcud olan problemlərin aradan qaldırılması məsələləri tədqiq edilmişdir;
Maliyyə sisteminin əsas seqmentlərindən sayılan büdcə, kredit və sığorta haqqında, həmçinin bunlar arasında olan qarşılıqlı münasibət və onların fəaliyyət mexanizmi təhlil olunmuş, onların inkişaf yolları müəyyən edilmişdir,
Maliyyə və bu sisteminin inkişaf prespektivləri müəyyən edilmiş və elmi yanaşmadan əsaslandırılmış halda təklif və tövsiyyələr verilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işində maliyyə sisteminin formalaşması və inkişafı üçün hazırlanmış təklif və tövsiyələrdən bu sahə üzrə hazırlanacaq dövlət proqramlarında və ya iqtisadi islahat layihələrində istifadə oluna bilər.
Dissertasiya işinin strukturu. Dissertasiya işi giriş, üç fəsil, nəticəvə ədəbiyyat siyahısından ibarətdir. Burada 10 sxem və 4 cədvəldən istifadə olunmuşdur.