Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Dissertasiya işinin I Fəslində baxılan məsələlər



Yüklə 373,62 Kb.
səhifə4/25
tarix04.03.2023
ölçüsü373,62 Kb.
#86669
1   2   3   4   5   6   7   8   9   ...   25
suleymanzade vusal

Dissertasiya işinin I Fəslində baxılan məsələlər.
Dissertasiya işinin IFəslində maliyyənin mahiyyəti və maliyyə sisteminin qurulması əsaslarından danışılır. Bu fəsildə qeyd etdiyimiz məsələlərə maliyyə sisteminin fəaliyyəti forma və mərhələlərinin öyrənilməsi və onun respublikamızın sosial-iqtisadi inkişafında rolu və əhəmiyyətindən ibarətdir.
Dissertasiya işinin I I Fəslində baxılan məsələlər.
II Fəsil müasir dövrdə Azərbaycan maliyyə sisteminin müasir dövrdəki mövcud vəziyyəti və fəaliyyət xüsusiyyətlərindən bəhs olunmuşdur. O cümlədən Azərbaycanda maliyyə sisteminin seqmentləri, o müasir vəziyyətinin təhlili, maliyyə sisteminin qanunvericilik bazasının təhlili və onun istifadə xüsusiyyətləri və bir sıra məsələlərin tədqiqinə geniş yer verilmişdir.
Dissertasiya işinin III Fəslində baxılan məsələlər.
Tədqiqat işinin üçüncü fəsli isə tədqiqatın əsas problematikasının açılmasını özündə əks etdirir.Həmçinin bu fəsildə Azərbaycan Respublikasında maliyyə sisteminin problemlərinin aradan qaldırılması yollarından danışılır. Burada maliyyə sisteminin perspektiv inkişaf yolları, Azərbaycan Respublikası reallığının tətbiqi, maliyyə münasibətlərinin fəaliyyəti zamanı qarşıya çıxan problemlərin araşdırılması və onların maksimum dərəcədə həll olunması öz əksini tapmışdı.


FƏSİL 1. Maliyyə sisteminin mahiyyəti, formalaşması və təkamülü
1.1 Maliyyə sisteminin mahiyyəti və qurulması əsasları
Maliyyə mürəkkəb bir sisteme malikdir. Buradakı praktik tövsiyələr birbaşa maliyyə sisteminin habelə onun ayrı-ayrı elementlərinin müxtəlif aspektlər baxımından öyrənilməsini tələb edir. Maliyyə sistemi hər bir təsərrüfat subyektinin normal fəaliyyətinin əsasını təşkil edir. Belə ki, bazar münasibətlərinin inkişafı şəraitində, yalnız təkmil maliyyə sistemi və mexanizmlərinə malik təsərrüfat subyektləri uğurlu nəticələrə malik olur. Ona görə də maliyyə sisteminin formalaş­dırıl­ması və tənzimlənməsi xüsusi aktuallıq kəsb edir.
Maliyyə sferası maliyyə sistemi ilə sıx əlaqədardır.Ona görə ki, sistem dedikdə hər bir hissəsi ayrı -ayrılıqda bütövlüyün xarakteristikasına öz töhfəsini verən və bir birilə qarşılıqlı əlaqəli hissələrdən ibarət bütövlükdür. Sistem anlayışının bu izahından qeyd ede bilərik ki, maliyyə sferasını, bir sistem adlandırmaq üçün bu sfera müxtəlif elementlərdən -, bir sıra digər sistemlərdən ibarət olmalıdır.
Digər bir baxımdan isə maliyyə sistemi - qarşılıqlı əlaqə və qarşılıqı fəaliyyət şəklində olan maliyyə münasibətlərinin və maliyyə sistemindı olan ayrı-ayrı həlqələrinin məcmusudur. Bu sistem vasitəsilə pul vəsaitləri fondlarının formalaşması, bölgüsü və istifadəsi həyata keçirilir. Hər bir ölkə və dövlətin maliyyə sisteminə həmin ölkənin maliyyə fəaliyyətinin və pul tədavülünün tənzimlənməsini həyata keçirən maliyyə idarələri daxil edilir.
Maliyyə sistemi həmçinin - maliyyə bazarlarının dövlət maliyyəsinin fəaliyyətinə imkan yaradan qarşılıqlı əlaqəli elementlərin məcmusundan ibarətdir.
Bir digər baxımdan - maliyyə sistemi həm dövlət həm də təsərrüfat subyektlərinin maliyyəsinin məcmusundan , banklar, təsərrüfat subyektlərinin maliyyəsi, sığorta, dövlət və fiziki şəxslərin maliyyəsinin məcmusudur. Digər baxımdan unudulur ki, maliyyə sistemi təkcə müxtəlif maliyyə fondlarının sxematik birləşməsi deyil. Nəzərə alınmalıdır ki, maliyyə sistemi öz xidmətini firma, vətəndaşla, həmçinin, dövlətə təklif edən müəssisə və bazarın bütöv sırasından ibarətdir. Bir sözlə, maliyyə sisteminin tərkibinə mühüm elementlərin-maliyyə bazarlarının, maliyyə vasitəçilərinin, maliyyə institutlarının, maliyyə mexanizmləri və s. olduğu da nəzərə alınmalıdır.
Maliyyə sistemi indiki anda dövlətin funksiyalarının həyata keçirilməsini təmin edən pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsinin mühüm elementlərinin cəmindən ibarətdir. Maliyyə sisteminin elementləri aşağıdakılardır:

  1. Maliyyə həlqələrinin növləri;

  2. Pul vəsaitləri fondlarının toplanması üsulları;

  3. Pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadə olunması üsulları;

  4. Dövlətin, müəssisələrin və vətəndaşların maliyyə sahəsində hüquq və səlahiyyətləri;

  5. Maliyyə nəzarətinin növləri və üsulları;

  6. Maliyyə münasibətlərinin iştirakçılarının məsuliyyəti;

Müasir mərhələdə dövətin funksiyalarının yerinə yetirilməsini təmin edən maliyyə həlqələrinə aiddir:

  1. Müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi;

  2. Dövlət maliyyəsi;

  3. Sığorta

  4. Ev təsərrüfatlarının maliyyəsi

Müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətinin nəticəliliyindən asılı olaraq, onların maliyyəsi 3 sahəyə ayrılır: istehsal-kommersiya fəaliyyəti müəssisələrinin maliyyəsi; istehsal-kommersiya fəaliyyəti ilə məşğul olmayan idarə və təşkilatların maliyyəsi və ictimai birliklərin maliyyəsi. Maliyyə sisteminin bütün həlqələrində səfərbərliyə alınan pul vəsaitlərinin əsas mənbəyi ölkə ərazisində istehsal-kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələrdəm yaradılan maddi nemətlərin (əmtəələrin, iş və xidmətlərin) dəyəridir. Buna görə də müəssislərin maliyyəsi ümumi maliyyə sisteminin əsas həlqəsi hesab olunur.
Müəssisələrin maliyyəsi geniş təkrar istehsal prosesində qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin məcmusudur. Müəssisələrdə yaradılan bu cür fondlar aşağıdakılardır:

  • amortizasiya fondu;

  • əmək haqqı fondu;

  • dövriyyə vəsaitləri üzrə ehtiyat fondu;

  • əsas vəsaitlərin geniş təkrar istehsalı fondu(kapital qoyuluşları);

  • istehsalın inkişafı fondu;

  • sosial-mədəni tədbirlər üçün fond;

  • dövlət büdcəsinə və büdcədənkənar fondlara ödəmələr üzrə fond;

  • qiymətli kağızlar üzrə dividentlərin və faizlərin ödənilməsi üçün fond;

  • ehtiyat fondu.

Bütün bu fondlar məhsulun(işin, xidmətin) satışından alınan pul gəlirlərinin bölgüsü hesabına yaradılır. Ona görə də müəssisələrin pul vəsaitləri fondlarının yaradılması məhsul istehsalı və satışından, habelə maliyyə və investisiya əməliyyatlarının həyata keçirilməsindən asılıdır.
Müəssisələrin maliyyəsi sahə əlamətindən asılı olaraq “sənayenin maliyyəsi”, “nəqliyyatın maliyyəsi”, “kənd təsərrüfatının maliyyəsi”, “əsaslı tikintinin maliyyəsi”, tucarətin maliyyəsi”, “ictimai iaşənin maliyyəsi”, “gömrük maliyyəsi” və sair sahələrin maliyyəsinə ayrılır. Dövlətin maliyyə potensialının yaradılmasında gömrük maliyyəsinin rolu xüsusilə olaraq qeyd edilməlidir. Azərbaycan resbublikasında malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi və şərtlərinin tətbiq olunması, həmçinin gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsindədə gömrük fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Fəaliyyətləri zamanı gömrük orqanları Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi” və , “Gömrük tarifi haqqqında” Azərbaycan Respublikasının qanununa və ölkəmizdəki digər qanunvericilik aktlarına uyğun olaraq fəaliyyət göstərir.
İstehsal-kommersiya fəaliyyəti ilə məşğul olmayan idarə və təşkilatların maliyyəsi bu müəssislərdə müxtəlif məənbələrdən (büdcədən, büdcədənkənar fondlardan və s.) ayrılan pul vəsaitləri fondlarından istifadə olunması ilə əlaqədar olaraq əmələ gələn pul münasibətlərini ifadə edir.
Dövlət büdcəsi hökumətin sərəncamında olan ən mühüm mərəzləşdirilmiş pul vəsaitləri fondudur. Hökümət büdcə vasitəsilə yenidən bölüşdürülən milli gəlirin xeyli hissəsini öz əlində səfərbərliyə alır. Ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin gəlirlərindən tutulan vergilərin toplanması və ümumdövlət xərclərinin maliyyələşdirilməsi büdcə vasitəsilə həyata keçirilir. İctimai tələbatların ödənilməsipul gəlirləri və yığımlarının bir hissəsinin mərkəzi və yerli hakimiyət orqanlarının sərəncamında səfərbərliyə alınmasını və beləliklə də ümumdövlət pul vəsaitləri fondunun yaradılmasını zəruri edir.
Mərkəzləşdirilmiş pul vəsitləri fondunu təşkil etməklə dövlət, eyni zamanda ölkənin bütün təsərrüfatında gəlirlərin və yığımların yaradılması, bölüşdürülməsi və istifadəsi üzərində maliyyə nəzarətini həyata keçirmiş olur. Büdcə ölkənin sosial-iqtisadi həyatına müdaxilə etmək üçün dövlətin istifadə etdiyi mühüm iqtisadi alətdir. Dövlət iqtisadi artımın və milli pulun sabitliyini təmin edilməsi və məşğulluğun həvəsləndirilməsi yolu ilə ictimai geniş təkrar istehsala təsir göstərir, onu tənzimləyir.
Demokratik prinsiplərin inkişaf etdiyi və iqtisadi müstəqilliyin genişləndiyi şəraitdə yeli hakimiyyət orqanlarının rolu və nüfuzu getdikcə artır. Müasir mərhələdə yerli təsərrüfatların əhatə dairəsi genişlənir və yerli hakimiyyət orqanlarının funksiyaları mürəkkəbləşir. Bütün bunlar yerli maliyyənin rolunu və əhamiyyətini yüksəldir. Yerli maliyyə vergilərin böyük qrupunu, yerli kredit sistemini habelə xüsusi təyinatlı fondları əhatə edir. Burada əsas yeri dövlət büdcəsinin tərkibinə daxil olmayan və müəyyən müstəqilliyə malik olan yerli büdcələr tutur. Yerli maliyyənin quruluşu ölkənin dövlət quruculuğu və müvafiq inzibati bölgüsü ilə müəyyən edilir. Yerli maliyyənin tərkibinə şəhər, rayon, qəsəbə və kənd büdcələrinin təhkim olunmuş gəlir və xərcləri daxildir.
Ölkənin maliyyə sistemində xüsusi həlqə kimi büdcədənkənar fondlar müəyyən müstəqilliyə malik olmaqla, dövlət büdcəsindən ayrılmış və bilavasitə mərkəzi, bəzi hallarda isə yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Bu fondlara aiddir: sosial sığorta fondu, pensiya fondu, əhalinin məşğulluğuna kömək fondu, məcburi tibbi sığorta fondu, yol fondu və s. Bu fondların yaradılmasında əsas vəzifə ayrı-ayrı məqsədli tədbirlərin maliyyələşdirilməsindən ibarətdir. Lakin bazar iqtisadiyyatına keçid dövründə yaranan qeyri-sabitlik büdcədənkənar fondların funksiyalarının daim genişlənməsinə səbəb olmuşdur. Maliyyə çətinlikləri ilə əlaqədar olaraq hökümət bu fondları ehtiyat mənbəyi kimi istifadə edir. Dövlət büdcəsindən fərqli olaraq, büdcədənkənar fondlar qanunverici orqanın ciddi nəzarətinə məruz qalmır və bu da fondların istifadəsini asanlaşdırır, onların həcminin artırılmasında dövlət marağını gücləndirir.
Maliyyə münasibətlərinin müstəqil sahəsi kimi çıxış edən sığorta təbii fəlakət, bədbəxt və s. hadisələrin baş verməsi nəticəsində hüquqi və fiziki şəxslərə dəyən zərərin ödənilməsi üçün sığorta fondunun yaradılması üzrə tədbirlər sistemidir. Sığorta iki formada: məcburi (sığorta münasibətləri mütləq qaydada qanunun gücü əsasında yarandıqda) və könüllü (sığortaçı təşkilatla sığorta olunan arasında müqavilə əsasında) həyata keçirilir. Sığorta müqaviləsi dedikdə sığorta olunan tərəflə sığortaçı arasında bağlanan saziş nəzərdə tutulur. Tərəflər arasında bağlanmış müqaviləyə görə sığortaçı sığorta hadisəsi baş verdiyi zaman zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi etməyi, sığorta olunan isə müəyyən edilmiş zamanda sığorta haqqı ödəməyi öhdəsinə götürür.
Bazar münasibətləri inkşaf etdikcə sığorta obyektlərinin sayı çoxalır. Bu obyektlərə uyğun olaraq sığorta şəxsi sığorta, əmlak sığortası, mülki məsuliyyət sığortası və tibbi sığorta şəklində aparıla bilər. Müasir dövrdə maliyyə riskinin, habelə bank kreditlərinin sığortalanması böyük əhəmiyyət daşıyır. Sığorta fondu üzrə vəsaitlərin qalığı bank sisteminin borc ehtiyatlarına daxil edilir və ölkənin iqtisadi tərəqqisinə xidmət edir.
Maliyyə sistemində pul vəsaitləri fondlarının toplanması üsulları xüsusi yer tutur. Dövlətdə müxtəlif mülkiyyət formalarına əsaslanan müəssisə və təşkilatlar, habelə vətəndaşlar arasındakı münasibətlərdə əsasən vergi üsulu tətbiq edilir. Vergi dövlətin müvcudluğunun başlıca amilidir və ölkə ərazisidə fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əldə etdikləri gəlirlərin (mənfəətin bir hissəsinin məcburi qaydada, qanunla müəyyən edilmiş müddətlərdə və həcmdə büdcəyə ödənlməsini nəzərdə tutur).
Ölkənin pul vəsaitləri fondlarının toplanmasında könüllü pul ödəmələri (əhalinin banklara əmanətlərini, istiqrazlarını və s.qiymətli kağızların lotoreya biletlərinin satın alınması) böyük rol oynayır.
Rüsumlar dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərə görə (sənədin təsdiq edilməsinə, pasportun verlməsinə, gömrük xidmətlərinə və s) tutulur və dövlət büdcəsinə ödənilir.
Maliyyə sistemini yaradan iqtisadi münasibətlər toplusu şəkildə göstərilmişdir. (Sxem 1)

Sxem 1. Maliyyə sistemini yaradan iqtisadi münasibətlər toplusu


Sığortaçı təşkilatların sərəncamında olan sığorta fondları sığorta olunanlardan alınan sığorta haqqları hesabına yaradılır.
Bank sisteminin vəsaitləri, bir qayda olaraq, depozitlər,yəni saxlamaq üçün müştərilərin banka etibar etdikləri pullar hesabına təşkil olunur.
Büdcədənkənar fondların toplanması üçün hüquqi şəxslərdə qanunla müəyyən edilmiş həcmlərdə alınan ödəmələrdən istifadə edilir. Zəruri hallarda fondların toplanması üçün büdcədən vəsaitin ayrılması istina edilmir.
Pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadə olunması üsullarına aiddir:

  1. maliyyələşdirmə - maliyyə həlqələrində səfərbərliyə alınmış pul vəsaitlərinin planlı, məqsədli, əvəzsiz və qaytarılmadan digər şəxsə verilməsinə deyilir.

  2. kreditləşdirmə - pul vəsaitlərini planlı, məqsədli, lakin qaytarılmaq və haqqını ödəmək şərtləri ilə digər şəxsə verilməsinə deyilir.

Pul vəsaitləri fondlarının toplanması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar təsərrüfat subyektlərinin fəaliyyətinin hüquqi əsasları maliyyə sisteminin ayrılmaz həlqəsini təşkil edir. Maliyyə fəaliyyətinin hüquqi tənzimlənməsinə aşağıdakılar daxildir:

  • dövlət hakimiyyəti və idarəetmə orqanlarının maliyyə sahəsində səlahiyyətlərinin müəyyənləşdirilməsi;

  • maliyyə orqanlarının vəzifə və səlahiyyətlərinin müəyyənləşdirilməsi;

  • müəssisələrin, idarələrin və təşkilatların maliyyə sahəsində hüquq və vəzifələrinin təyin edilməsi;

  • vətəndaşların maliyyə sahəsində hüquq və vəzifələrinin təyin edilməsi.

Maliyyə sisteminin for­ma­laş­ma­sının əsas məqsədi müasir bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliy­yə­tinin qurulması , həmçinin dünya iqtisadiyyatına sürətli bir şəkildə inteqrasiya olunma prosesini həyata keçirtməkdən ibarətdir. Habelə formalaşmaqda olan maliyyə sisteminin mühüm rolunu,o cümlədən pul dövriyyəsinin sürətləndirilməsini və pul vahidinin möhkəmləndirilməsini şərt­lən­dirir. Maliyyə sistemi dedikdə isə, dövlətin və müəssisələrin pul vəsaitləri fondu­nun yaran­ma­sı, bölgüsü və istifadə edilməsinin forma və metodları sistemi başa dü­şü­lür. Aydındır ki, müasir mərhələdə bazar münasibətlərinin təkmilləşməsi, öz nö­v­bə­sində cəmiyyətin inkişafının strateji kursuna da müəyyən düzəlişlər edilməsini və bütün bunları maliyyə sisteminin formalaşdırılmasında, onun yenidən qurulmasında nəzərə alınmasını tələb edir1.


Yüklə 373,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin