2014-2016-cı illər üzrə dövlət büdcəsi gəlirlərinin strukturu
min manatla ra №si Göstəricilər 2015-ci il proqnoz 2015-ci il gözlənilən icra 2016-cı il proqnoz 2015-ci ilin proqnozu ilə 2015-ci ilin gözlənilən icrası ilə fərq faiz Gəlirlər 19438 000,00 17 080 000,00 14 566 000,00 -4 872 000,00 74,9 -2 514 000,00 85,3
1) Fiziki şəxslərin gəlir vergisi 982 000,00 982 000,00 957 000,00 -25 000,00 97,5 -25 000,00 97,5
2)Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 211 000,00 2 111 000,00 1 821 600,00 -389 400,00 82,4 -289 400,00 86,3
3) Hüquqi şəxslərin torpaq vergisi 48 000,00 48 000,00 50 000,00 2 000,00 104,2 2 000,00 104,2
4 )Hüquqi şəxslərin əmlak vergisi 148 000,00 148 000,00 159 200,00 11 200,00 107,6 11 200,00 107,6
5 )Əlavə dəyər vergisi 3 456 000,00 3 456 000,00 3 446 000,00 -10 000,00 99,7 -10 000,00 99,7
6)Sadələşdirilmiş vergi 145 000,00 145 000,00 170 000,00 25 000,00 117,2 25 000,00 117,2
7 ) Aksiz 684 000,00 684 000,00 637 000,00 -47 000,00 93,1 -47 000,00 93,1
8 ) Yol vergisi 67 600,00 67 601,00 87 000,00 19 400,00 128,7 19 399,00 128,7
9 ) Mədən vergisi 116 000,00 116 000,00 107 200,00 -8 800,00 92,4 -8 800,00 92,4
10)Gömrük rüsumları 348 400,00 348 400,00 348 000,00 -400 99,9 -400 99,9
11) Respublikamızda istehsal edilən və qiymətləri tənzimlənən bir sıra məhsulların kontrakt qiyməti ilə yuxarida qeyd etdiyimiz kimi (ixrac xərcləri çıxılmaqla) ölkə daxilində topdansatış qiymət arasındakı fərqdən olan daxilolmalar 195 000,00 195 000,00 118 000,00 -77 000,00 60,5 -77 000,00 60,5
12) Ölkəmizdəki Büdcə təşkilatlarının ödənişli xidmətlərindən gələn daxilolmalar 300 000,00 300 000,00 305 000,00 5 000,00 101,7 5 000,00 101,7
13 ) Xarici ölkələrin hökumətlərinə verilmiş kreditlər üzrə daxil olan daxilolmalar 14 051,00 14 051,00 25 553,00 11 502,00 181,9 11 502,00 181,9
14)Səhmlərində dövlətin payı çox olan müəssisələrdən alınan dividendlər 2 490,00 2 490,00 5 290,00 2 800,00 212,4 2 800,00 212,4
15) Dövlət Neft Fondundan daxilolmalar 10 388 000,00 8 130 000,00 6 000 000,00 -4 388 000,00 57,8 -2 130 000,00 73,8 33
16) Dövlət əmlakının,o cümlədən özəlləşdirilən dövlət müəssisələri və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxil olan daxilolmalar 7 000,00 7 000,00 7 000,00 0 100 0 100
17) Dövlət mülkiyyətinin nəznində olan torpaqların icarəyə verilməsindən gələn daxilolmalar 6 000,00 6 000,00 6 000,00 0 100 0 100
18) Aksiz mallarının markaların satışından daxil olan daxilolmalar 3 000,00 3 000,00 3 000,00 0 100 0 100
19) Dövlət rüsumu 115 000,00 115 000,00 105 000,00 -10 000,00 91,3 -10 000,00 91,3
20) “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxil olan daxilolmalar 0 0
21) Sair vergi daxilolmaları 180000 180000 180000 0 100 0
Dövlət Neft Fondundan transfert 6000,0 mln. manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2014-2015-ci illərin müvafiq göstəricilərindən 3337,0 mln. manat və 4388,0 mln. manat azdır.
Beynəlxalq təcrübədə makroiqtisadi təhlillərin aparılması zamanı vergi sisteminin əsas parametrlərinin təhlilində bir neçə əsas vergi daxilolması- fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və Əlavə Dəyər Vergisi üzrə təhlillər aparılır. Aparılan təhlillər zamanı istifadə edilən göstərici hər 3 vergi növü üzrə büdcəyə daxilolmaların ÜDM-ə faiz nisbətidir.
Azərbaycan üzrə bu, 2016-cı ildə proqnozlaşdırılmış ƏDV üzrə 6,0%, gəlir vergisi üzrə 1,7% və mənfəət vergisi üzrə 3,1% təşkil edəcəkdir. ƏDV üzrə beynəlxalq təcrübədə bu göstərici ÜDM-in 6-10% nisbətindədir22. mənfəət vergisi üzrə 1,1-5,4%23, gəlir vergisi üzrə isə bu, 2,4-24% 24 nisbətində dəyişir. 3 əsas vergi üzrə aparılan müqayisə Azərbaycanda bu indikatorların ÜDM-ə faiz nisbətinin uyğun səviyyədə olduğunu göstərir.
Dövlət büdcəsinin gəlirlərinin tərkibində xüsusi çəkisinə görə əsas daxilolmaların Dövlət Neft Fondundan - 41,2%, ƏDV - 23,7%, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi -12,5%, fiziki şəxslərin gəlir vergisi - 6,6% təşkil edəcəyi gözlənilir ki, 2015-ci il üçün həmin göstəricilər müvafiq olaraq 53,4%, 17,8%, 11,4%, 5,1% nəzərdə tutulmuşdur. Göründüyü kimi, DNF-dən daxilolmalarınxüsusi çəkisində 2015-ci illə müqayisədə 2016-cı ildə azalma gözlənilsə də, digər qeyd olunmuş mənbələr üzrə xüsusi çəki göstəricilərinin də artımı proqnozlaşdırılmışdır.
Eyni zamanda, Rəyə təqdim edilmiş sənədlərdə, ötən illərdən fərqli olaraq qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirlərin (təsnifat kodu 142300) tərkibində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da proqnozlaşdırılmışdır. Ötən illərdə müəyyən məbləğdə icrası təmin edilsə də, “Büdcə zərfi”nə məqsədli büdcə fondlarından daxilolmalar üzrə proqnozların tərtib olunmaması bu istiqamətdə fəaliyyətin səmərəliliyi ilə bağlı fikir söyləmək imkanı vermirdi. Qeyd edilənləri nəzərə alaraq, büdcə gəlirlərinin daha detallı təqdim edilməsini müsbət addım hesab edirik. Eyni zamanda, qanun layihəsində büdcə gəlirlərinin tərkibində müvafiq dəyişikliklərin tətbiq edilməsini təklif edirik.
Dövlət büdcəsinin 2016-cı il üçün gəlirlərinin tərkibində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların xüsusi çəkisinin 2,1% təşkil edəcəyi nəzərdə tutulmuşdur. Bu mənbə üzrə daxilolmalar 2014-cü ilin icra göstəricisi ilə müqayisədə 97738,3 min manat və ya 47,2% çox, 2015-ci ilin proqnoz və gözlənilən göstəriciləri ilə müqayisədə 1,7% çox olmaqla 305000,0 min manat məbləğində proqnozlaşdırılmışdır. “Büdcə zərfi”nə daxil olan məlumatların təhlili göstərir ki, həmin məbləğ 302050,0 min manat məbləğində büdcə təşkilatlarının ödənişli xidmətlərindən və 2950,0 min manat məbləğində məqsədli büdcə fondlarının daxilolmalarından formalaşdırılmışdır.
Əvvəlki illərdə bu mənbə üzrə gəlirlərin icra səviyyəsinin aşağı olduğunu, həmçinin Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri zamanı ödənişli xidmətlər üzrə daxilolmaların yığılması istiqamətində, xüsusilə, ali təhsil məktəblərində bir sıra nöqsanların mövcudluğunu, eyni zamanda, göstərilən ödənişli xidmətlərin siyahısının mümkün genişləndirilməsi, bəzi xidmətlərin tariflərinin müasir tələblərə uyğun yenidən müəyyənləşdirilməsi ilə bağlı təkliflərini də nəzərə alaraq,büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların artırılması istiqamətində əlavə potensialın olduğunu qeyd edə bilərik.
Rəyə təqdim edilmiş Qanun layihəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 2015-ci il üçün təsdiq edilmiş məbləğə bərabər olmaqla 290000,0 min manat məbləğində nəzərdə tutulmuşdur (Maddə 3). Məlumatlar Fondun 35
mədaxil mənbələrinin dəyişməz qaldığını, lakin bu mənbələr üzrə proqnozlaşdırılmış vəsaitlərin həcminin fərqli olduğunu göstərir.
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri, min manatla
Qeyd etdiyimiz kimi , yol vergisi dedikdə idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq olunan gömrük rüsumu və nəqliyyat vasitələrinin, həmçinin motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki nəzərdən keçirilməsi üçün tutulan dövlət rüsumu üzrə daxilolmalarda müvafiq olaraq 28,7%, 23,0% və 6,9% , idxal olunan minik avtomobillərinə tətbiq olunan aksizlər, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu və Azərbaycan Respublikasında dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlir hissəsindən ayrılan vəsait üzrə daxilolmalarda azalma (20,4%, 7,4% və 26,6%) nəzərdə tutulmuş, mülkiyyətində habelə istifadəsində olan avtonəqliyyat vasitələri yanaşı sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergilərdən daxilolmaların məbləği isə 2015-ci ilin göstəricisinə bərabər olmaqla proqnozlaşdırılmışdır.
Rəyə təqdim edilmiş Qanun layihəsində Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə vergi daxilolmalarının Azərbaycan Respublikasının VergiMəcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanılması (Maddə 4), Azərbaycan Respublikasında istehsal olunan habelə qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların satış qiyməti ilə ixracla dair xərclər çıxılmaqla ölkə daxilində topdansatış qiyməti arasında olan fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulduğu və bu yığımların vergi ödəyicisinin vergilər həmçinin faizlər, maliyyə sanksiyaları o cümlədən inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmədiyi (Maddə 5)qeyd edilmişdir və hər iki maddə ilə nəzərdə tutulmuş fəaliyyət dövlət gəlirlərinin, o cümlədən, vergi gəlirlərinin səmərəli və vaxtında daxil olmasını təmin etmək məqsədini daşıyır.
Həmçinin, Qanun layihəsinin 6-cı və 7-ci maddələri gəlirlərin, o cümlədən, məqsədli büdcə fondlarının və yerli gəlirlərin mənbələrinin şəffaf olaraq təmin olunmasına xidmət edir.
Cari ilin may ayında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında Qanunda bankın kapital çatışmazlığının ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra dəyişikliklər edilmişdir. Belə ki, Mərkəzi Bankın kapital çatışmazlığı əsasən balansında olan xarici valyuta və qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərərin Bankın öz kapitalı hesabına ödənilə bilməməsi hallarında baş verə bilir. Bu əsasda, yenidənqiymətləndirmə nəticəsində yaranan fərq daim dəyişən olduğundan qanuna edilən dəyişiklik zərər halında kapital çatışmazlığının aradan qaldırılmasını zərərin əmələ gəldiyi maliyyə ilindən sonra bir il təxirə salınmaqla dövlətin vəsaiti hesabına bərpasını nəzərdə tutur.
Eyni zamanda, dəyişiklik çatışmazlığın bərpa mexanizmini dəqiqləşdirməklə Mərkəzi Bankın kapital çatışmazlığının dövlətin buraxdığı qiymətli kağızlarla ödənilməsini müəyyən edir.
Həmçinin, qeyd etmək istərdik ki, Qanunun 12.2-ci maddəsinə görə “Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditorlar tərəfindən təsdiq edildikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə hesabına köçürülür”.
Qeyd edilənləri nəzərə alaraq, növbəti il üçün dövlət büdcəsi haqqında qanunda bu vəsaitlərlə bağlı maddənin əlavə olunmasını, sonrakı illərdə isə mövcud təcrübəyə əsaslanılaraq proqnozların tərtib edilməsini məqsədəmüvafiq hesab edirik.
Dostları ilə paylaş: |