12 Nəqliyyat və rabitə 88226,3 128 335,7 126 282,4 114 787,5 26561,2 130,1 -13 548,2 89,4 -11 494,9 90,9
13 İqtisadi fəaliyyət 307999,6 345 280,2 332 504,8 254 000,0 -53999,6 82,5 -91 280,2 73,6 -78 504,8 76,4
14 Əsas bölmələrə aid edilməyən xidmətlər, o cümlədən, 2580776,2 2 696 919,2 2 302 649,3 896 224,3 -1684551,9 34,7 -1 800 694,9 33,2 -1 406 425,0 38,9 dövlət büdcəsinin ehtiyat fondu 330854,3 343 000,0 243 000,0 100 000,0 -230854,3 30,2 -243 000,0 29,2 -143 000,0 41,2
CƏMİ : 18709000,0 21100000,0 17730045,3 16264000,0 -2445000,0 86,9 -4 836 000,0 77,1 -1 466 045,3 91,7 41
Dövlətin funksiyalarının həyata keçirilməsi istiqamətlərini sosial siyasətin reallaşdırılması, real sektora dəstək, dövlət sərhədlərinin və ictimai asayişin qorunması ilə bağlı və digər tədbirlər üzrə qruplaşdırsaq, 2014-2016-cı illərin müvafiq dövlət büdcəsi xərclərində nəzərdə tutulmuş və ya icra edilmiş vəsaitlərin məbləği aşağıdakı cədvəldə göstərilmişdir. Dövlətin funksiyalarının həyata keçirilməsi istiqamətləri üzrə xərclər min manatla sıra №-si.Cədvəl(2 )
Xərclərin istiqamətləri
|
2014-cü il icra
|
2015-ci il proqnoz
|
2015-ci il gözlənilən icra
|
2016-cı il proqnoz
|
Sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclər
|
4608581,1
|
5028158
|
4898553
|
55 139 394
|
Real sektorun inkişafı ilə bağlı xərclər
|
7598711,1
|
8472794,1
|
5753344,7
|
4966661,5
|
Müdafiə və hüquq-mühafizə ilə bağlı xərclər
|
2619642,6
|
3005609,3
|
2914120,3
|
2976579,5
|
Digər fəaliyyətlərlə bağlı xərclər
|
3882065,2
|
4593438,6
|
4164026,8
|
3181365
|
Ayrı-ayrı istiqamətlər üzrə geniş təhlilin Rəyin müvafiq bölmələrində təqdim edildiyini nəzərə alaraq funksional təsnifatın bir sıra bölmə və köməkçi bölmələri ilə bağlı aşağıdakı məqamları qeyd etmək olar. Ümumi dövlət xidmətləri üzrə 2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin məbləği cari ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 20,3% çoxdur. Bu xərclərin ÜDM-ə nisbəti 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 0,8 faiz bəndi çox olmaqla 4,2% səviyyəsində proqnozlaşdırılmışdır. Bölmənin xərclərində 2015-ci ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması” və “Dövlət borcu üzrə xidmətlər” köməkçı bölmələri üzrə ümumilikdə artım tempinin 38,3% səviyyəsində proqnozlaşdırılması digər köməkçi bölmələr üzrə azalmaların nəzərdə tutulması fonunda bölmə üzrə xərclərin növbəti ildə 20,3% artımını şərtləndirəcək. Qeyd edək ki, bölmə üzrə xərclərin tərkibində dövlət borcu üzrə xidmətlərin ödənilməsi ilə bağlı nəzərdə tutulmuş vəsaitin 2015-ci ilin sonuna gözlənilən icra ilə müqayisədə 64,3% artımla nəzərdə tutulması ümumi dövlət xidmətləri üzrə xərclərin strukturunda həmin xərclərin xüsusi çəkisinin də 13,8 faiz bəndi artaraq 51,7%-ə çatmasına səbəb olacaqdır. Dövlət borcu üzrə xidmətlərlə bağlı xərclərin proqnozlaşdırılmış artımı bölmə üzrə nəzərdə tutulmuş artımdan 19,6% çoxdur. 42 Qeyd edilməli digər məqam “Faizlər üzrə ödənişlər” bölməsinin 2016-cı ildə nisbətən az nəzərdə tutulması fonunda Dünya Bankının kreditləri üzrə xərclərin 25,9%, Mərkəzi Bank üzrə xərclərin isə 188,9 dəfə çox nəzərdə tutulmasıdır. Bölmə üzrə müşahidə edilən nəzərəçarpacaq artımlardan biri də beynəlxalq təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərin 64,1%, həmçinin bank xərclərinin 33,7% artımıdır. Ümumi dövlət xidmətləri bölməsi üzrə “Qeyri-maliyyə aktivlərinin alınması” ilə bağlı xərclərdə isə nəzərəçarpacaq azalma nəzərdə tutulmuşdur. Belə ki, 2016-cı il üçün proqnozlaşdırılan məbləğ 2015-ci ilin sonuna gözlənilən icra məbləğindən 2,2 dəfə azdır. 2016-cı il dövlət büdcəsinin tərkibində elm xərclərinə 131,7 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da ümumi dövlət xidməti ilə bağlı xərclərin 5,4% həcmindədir. 2016-cı ildə azalma fundamental elm sahəsində malların alınması və qeyri-maliyyə aktivləri ilə bağlı xərclərdə, eyni zamanda, büdcədənkənar xərclərdə proqnozlaşdırılmışdır. Təhsil xərcləri ilə bağlı dövlət büdcəsində 2016-cı ildə 1713,5 mln. manat vəsait və ya cari ilin gözlənilən icrası ilə müqayisədə 3,6% artım proqnozlaşdırılmışdır. Dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 3,1%-dən çox olacağı (2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə eyni nisbətdə, 2014-cü ilin icrası ilə müqayisədə 0,2 faiz bəndi az) gözlənilir. Bölmə üzrə xərclərin tərkibində, ötən illərdə olduğu kimi, ümumi təhsillə bağlı xərclərin xüsusi çəkisi çox yüksək olacaq. Ümumiyyətlə, qeyd edək ki, təhsil xərclərinin tərkibində funksional istiqamətlər üzrə xərclərin xüsusi çəkisi sabit saxlanılır. 2016-cı ilin təhsil xərclərində artım əmək haqqı xərcləri ilə bağlı nəzərdə tutulmuşdur. Təhlil göstərir ki, bu xərclərdə son illərlə müqayisədə ilk dəfə “Subsidiyalar və cari transfertlər” üzrə 18,5 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitin “Texniki peşə məktəbləri və liseylər” köməkçi bölməsində digər müəssisə və tədbirlər bloku üzrə icra ediləcəyi gözlənilir. Növbəti ildən başlayaraq yerli xərclərdən maliyyələşən 26 internat məktəbinin Təhsil Nazirliyinin tabeliyinə verilməsinin nəzərdə tutulması ilə əlaqədar olaraq bu köməkçi bölmə üzrə ərzaq məhsullarının alınması xərcləri 43 “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölməsində proqnozlaşdırılmışdır. Səhiyyə xərcləri üzrə 2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin məbləği 744,9 mln. manat təşkil edir. Bu xərclərin dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla ÜDM-ə faiz nisbətinin 2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə müqayisədə 0,3 faiz bəndi, 2014-cü ilin icrası ilə müqayisədə 0,1 faiz bəndi az olmaqla 1,3%-dən çox olacağı nəzərdə tutulmuşdur. Bu xərclərin əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, eyni zamanda dərman, sarğı ləvazimatları və materialların alınması ilə bağlı xərclər istisna olmaqla qalan xərclərdə azalmanın nəzərdə tutulması bölmə üzrə xərclərin 2015-ci illə müqayisədə 2,3% az proqnozlaşdırılmasına səbəb olmuşdur. Dərman, sarğı ləvazimatları və materialların alınması ilə bağlı xərclərin səhiyyə xərclərində xüsusi çəkisinin 25,8%-ə çatacağı proqnozlaşdırılır. Sosial müdafiə və sosial təminat xərcləri ilə bağlı 2016-cı ilin dövlət büdcəsinin layihəsində 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 5,2% az olmaqla 1896,6 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 3,3%-dən çox olacağı (2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə müqayisədə 0,2 faiz bəndi, 2014-cü ilin icrası ilə müqayisədə 0,1 faiz bəndi az)gözlənilir. Qeyd olunmalıdır ki, bu xərclərin tərkibində iqtisadi təsnifatın digər xərclər və qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı proqnozlaşdırılmış vəsaitin nəzərəçarpacaq azalma tempi digər istiqamətlər üzrə xərclərin artım meylinə baxmayaraq bölmədə cəmi xərclərin azalması ilə nəticələnmişdir. Xüsusilə digər xərclərin 14,3 dəfə azalması bu istiqamətdə daha təsirli olacaq. Belə ki, digər xərclərin 2016-cı ildə məbləğinin 129,4 mln. manat az olacağı proqnozlaşdırılmışdır ki, bu da sosial müdafiə və sosial təminat xərcləri üzrə proqnozlaşdırılmış azalmanın məbləğindən 26,2 mln. manat çoxdur. Sosial müdafiə və sosial təminat xərcləri ilə bağlı qeyd edilməli digər məqam bu istiqamətdə iqtisadi təsnifatın “Subsidiya və cari transfertlər” bölməsi üzrə vəsaitin nəzərdə tutulmasıdır. Belə ki, həmin istiqamətdə son dövrlərdə ilk dəfə olaraq 1,7 mln. manat vəsait proqnozlaşdırılmış, həmin vəsaitin də 2016-cı ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən qeyri-hökumət təşkilatların üzrə icra ediləcəyi gözlənilir. 44 Mənzil və kommunal təsərrüfatı ilə bağlı xərclər ümumi büdcə üzrə azalma nəzərdə tutulmuş bölmələrdən biridir. Belə ki, 2016-cı ildə bu istiqamətdə 416,8 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur və bu, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 0,2% azdır. Mənzil və kommunal təsərrüfatı üzrə xərclərin strukturunda ilk dəfə olaraq əməyin ödənişi ilə bağlı xərclər nəzərdə tutulmuşdur və bu məqsədlə 6899,5 min manat vəsaitin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən abadlaşdırma, tullantıların yığılması və təmizlənməsi ilə bağlı fəaliyyət üzrə icra ediləcəyi gözlənilir. Layihədə əməyin ödənişi ilə bağlı xərclərin ilk dəfə nəzərdə tutulduğu ikinci funksional bölmə yanacaq və enerji ilə bağlı bölməsidir. Qeyd edək ki, Palata tərəfindən dövlət büdcəsinin layihəsi ilə bağlı hazırlanan rəylərdə bu bölmə üzrə xərclərin yalnız digər xərclərdə nəzərdə tutulduğu əsas götürülərək səmərəlilik və nəzarətin gücləndirilməsi baxımından daha detallı təqdim edilməsi ilə bağlı təkliflər təqdim edilmişdir. Bu baxımdan, həm digər xərclərin nəzərəçarpacaq dərəcədə azaldılması (2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 2,1 dəfə), həm də xərclərin tərkibində təkmilləşdirmənin aparılması müsbət qiymətləndirilir. Ümumilikdə isə, yanacaq və enerji xərclərinə 2016-cı ildə 5654,9 min manat və ya 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 24,7% az vəsait nəzərdə tutulmuş, həmin xərclərin tərkibində bank xərcləri ilk dəfə olaraq 9456,0 manat məbləğində proqnozlaşdırılmışdır. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi ilə bağlı xərclər növbəti ildə 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 1,6% çox və ya 596,6 mln. manat məbləğində proqnozlaşdırılmışdır. Dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 1,2%-dən çox olacağı (2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə müqayisədə 0,2 faiz bəndi azdır) nəzərdə tutulmuşdur. Bu bölmənin tərkibində ən böyük artım təqaüdlər və sosial müavinətlərlə bağlı xərclərdə nəzərdə tutulmuşdur -18,4%. Qeyd olunmalıdır ki, ötən illərlə müqayisədə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərin tərkibində cari təmir xərcləri növbəti ildə nəzərdə tutulmamış, sair xərclər isə həmin məbləğ qədər artırılmışdır. 45 Sənaye, tikinti və faydalı qazıntılar bölməsi üzrə 2016-cı ilin dövlət büdcəsinin layihəsində 3578,9 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur və bu, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 16,4% azdır. Sənaye köməkçi bölməsi üzrədövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 2,4%-dən çox olacağı gözlənilir. Faydalı qazıntılar üzrədövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 0,1%-dən çox olacağı gözlənilir. Qeyd edək ki, bu bölmə üzrə də, ilk dəfə olaraq, əməyin ödənişi ilə bağlı xərclər nəzərdə tutulmuşdur. 2016-cı ildə bu məqsədlə 2813,1 min manat vəsaitin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mineral yanacaq istisna olmaqla, mineral ehtiyatların hasilatı ilə bağlı tədbirlərə yönəldilməsi nəzərdə tutulmuşdur. İqtisadi təsnifat üzrə isə “Qeyri-maliyyə aktivlərinin alınması” ilə xərclərin cari ilin gözlənilən icrası ilə müqayisədə 16,6% az nəzərdə tutulması ümumi bölmə üzrə xərclərin də az proqnozlaşdırılmasının əsas səbəbidir, belə ki, məhz bu xərclər “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi üzrə cəmi xərclərin 99,0%-dən də çoxunu təşkil edir. Geoloji kəşfiyyat xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclərin cari ilin gözlənilən icrası ilə müqayisədə 21,4% az nəzərdə tutulması da ümumi bölmə üzrə xərclərin azalmasına kiçik təsirə malikdir. Qeyd edilməlidir ki, bank xərcləri bu bölmə üzrə son illərdə ilk dəfə olmaqla 21120,0 manat məbləğində proqnozlaşdırılmışdır.
Dostları ilə paylaş: |