Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 121,51 Kb.
səhifə3/6
tarix18.05.2022
ölçüsü121,51 Kb.
#58531
1   2   3   4   5   6
MELİKOVA NİGAR ƏKRƏM QIZI BURAXILIŞ İŞİ 1802B

Buraxılış işinin strukturu.Buraxılış işi giriş,2fəsil,plan,xülasə və ədəbiyyat siyahıdan ibarət olmaqla 40 səhifədən ibarətdir.Buraxılış işinin giriş hissəsində mövzunun aktuallığı və həmçinində onun obyekti və predmeti verilir,bununla yanaşı elmi-nəzəri əsaslarıda qeyd edilir.Buraxılış işinin “İdrak maraqları probleminin pedaqoji-psixoloji ədəbiyyatda qoyuluşu” adlanan I fəslində idrak maraqları təlim fəaliyyətinin aparıcı amili kimi mahiyyəti açılır.Həmçinində bu fəsildə idrak maraqlarının yeniyetmələrin həyatında böyük əhəmiyyət kəsb etdiyidə qeyd edilir.Buraxılış işinin II “Təlim prosesində idrak maraqlarının inkişafının dinamikası “fəslində isə yeniyetmələrdə idrak maraqlarının formalaşdırılması üçün hansı üsul,vasitələrdən istifadənin zərurəti öz əksini tapmışdır və məsələ ətraflı şərh edilir.


I FƏSİL. İDRAK MARAQLARI PROBLEMİNİN PEDAQOJİ-PSİXOLOJİ ƏDƏBİYYATDA QOYULUŞU.

    1. İdrak maraqları təlim fəaliyyətinin aparıcı amili kimi

İdrak marağı dərketməyə tələbat və onun təsiri ilə reallaşan fəaliyyət olaraq qiymətləndirilir.İdrakı maraq hər bir fərdə məxsusdur.Hər bir fərddə idrak marağın olması,heç də hər kəsdə eyni minimalda inkişaf edib fəaliyyət göstərir mənasına gəlmir.Onun dərəcəsi,istiqaməti bütün şəxslərdə eyni deyildə,müxtəlif şəkildə özünü göstərir


İdrak maraqlarının inkişaf etdirilməsi yeni bilik,bacarıqların əldə edilməsinə zəruri şərait yaradır.Müasir dövürdə təhsil müəssiələrində keçirilən məşğələlər müxtəlif intellektual bilik və bacarıqların əldə edilməsinə istiqamətlənir.
Hər bir pedaqoqun arzusu, şagirdlərinin tədris etdiyi fənni sevməyi, məktəbə həvəslə gəlib, tədrisi maraqla öyrənməyə cəhd etməyinə şərait yaratmaqdır.Bu arzu valideynlərin də maraq dairəsində önəmli yer tutur.Amma bəzən həm məktəb kollektivi, həm də övladlarının təhsilindən narazı olanlar böyük təəssüf hissi ilə deyirlər:Oxumaq istəmir" "istəsə oxuyar, amma həvəssizdi".Belə olduq da uşaqda elmə, biliyə etinasızlıq, öyrənməkdə çətinlik çəkməkləri ilə qarşılaşırlar.
Elmə, biliyə olan marağın əhəmiyyəti nələrdən ibarətdir,hansı şəraitdə lazım olur, nə zaman rastlaşmaq mümkündü, ən əsası hansı şəraitdə və nə qədər inkişaf edə bilir,Məktəblilərdə həvəsi, marağı necə yaratmaq olar.Bu suallar bütün uşaqla işləyən müəllimləri, valideynləri kifayət qədər narahat edir.Şagirdin öyrənməyə, təhsilə marağı olmasa, tədris effektiv olmaz və keyfiyyətli təhsildən sohbet belə gedə bilməz.Ona gorədə ən başlıca bu məsələnin:Həqiqi savadlılığa meyl hissi yaradilmali və əldə olan vasitələrlə effektiv inkişaf etdirilməlidir.
Ümumiyyətlə genetik faktorlar üzrə aparılmış təcrübələr göstərir ki, ümumiyyətlə insanın idrak fəaliyyəti həm ekzogen, həm də endogen şərtlər arasında ən mürəkkəb qarşılıqlı əlaqə prosesidir.İnsanın idrak fəaliyyətinin artımında əhatə, kənar ünsürlər ən əsaslardandı, lakin onun şüurun inkişaf etdikcə onun həyat və fəaliyyətində daxili şərait aparıcı rol oynuyur:Təcrübə, dünyagörüşü, maraq və ehtiyaclar.Bütün bu baş verənlər öz təzadlı qarşılıqlı əlaqəsi ilə insanın psixoloji proseslərinin çoxalmasinda və imkişaf etməsində şəxsin fəaliyyət oriyentasiyasiyasını əhatə edir.Uşağın səxsiyyətinin istiqamətliliyinə görə onun tamamilə idrak fəaliyyəti seçmə forma alir ki, bu da təhsil, bilik mövzusuna fasiləsiz diqqət yaradır.İdrak obyektinə davamlı diqqətin təsiri altinda psixi proseslerin yaranmış dinamik sistemi də inkişaf edir ki, bu da uşağın idrak fəaliyyətinin və azadlığınln təşəkkülünə təkan verir.Əslində, ətraf mühitin qaydalarına və qanunlarına mütəmadi diqqəti olmayan insanın idrak fəaliyyətindən danışmaq mümkünsüzdür.
Şagirdin idrak fəaliyyəti hər zaman hansısa bir motivlə, sosial statusla, hər zaman məqsədli şəkildə olması, ən başlıca həyati önəm daşıyır və şəxsiyyəti düşündürən obyekt ve hadisələrlə bağlıdır.Şəxsin obyekt və ya baş verənlərə ayrı-ayrılıqda maraq dərəcəsi fəaliyyətə fərqli yanaşma və bunun qarşılığında idrak fəaliyyəti və müstəqillik səviyyəsinə bais olur və bu kifayət qədər realdır.
Tədrisin əsaslarını mənimsəmək prosesinde yeniyetmənin nəzər-nöqtəsi böyüyür, onun maraq dairəsi böyük insanlarin maraqlarına nəzərən daha çoxşaxəli olur.Kiçik məktəblinin maraqların əsasən, təhsil ocağındakı və ailədəki fəaliyyəti ilə əlaqəli ömrünün yığcam xüsusi məğzi ətrafinda dövr edir.Biliyin çoxalması, dünyagörüşünün artımı ilə kiçik məktəblilərin təmiz, daha yeni cürbəcür maraqları olur, ələlxüsus idrak, ictimai-siyasi maraq və arzuları inkişaf edir və daha da dərinləşir. İlkin gənclik dövrünə çatmış usaqlarla tərbiyə işinin qələbəsi, bildiyiniz kimi, onların baxış bucağını doğru yönləmdirmək bacarığından çox asılıdı.Bu dövürdəki motivlərin xüsusiliyi nələrdir?İlkin gənclik dövründə maraqlar, məktəbəqədər dövr və ilk məktəb dövrünə nəzərən daha sabit qədəm olur.Əksər zamanlar bir uşağın yeniyetməlik mərhələsində hansi maragin gizləndiyini, məzmun və mahiyyət etibari ilə ağırlaşdığını və çoxaldığını və ardıyca həyatı boyu saxlandığını müşahidə etmək lazımdır.Bununla yanaşı, hər bir yeniyetmə usaq həyat fəaliyyətilə birləşən genis maraq ilə xarakterize olunur, bu da özü-özlüyündə zaman-zaman qeyri-adi sabitliyə ve parçalanmış maraqlara səbəb olur, imkan tapdıqca birini, sonra digər birini ve ya eyni zamanda iki və daha artiq arzunu yerine yetirmək fikri ilə əvəz olunur.Həm bir sıra maraqların eyni anda baş verməsi, həm də uşaqlarin eyni dərəcə də dəyişikliyi, uyğunluğu arzuolunmazdır.
Çünki bu adətən şagirdin sütünlük etibari ile xarakterik olan şeyləri mənimsəmək, qavramaq, öyrənmək üçün tamahkarcasına istək ilə büruzə verilsə də, bu çox vaxt yalnız, yersiz və səmərəsiz marağın inikasına təkan verir.O səbəbdən belə “marağı" vaxtında idarə etməyi bacaran pedaqoq və valideyn ən düzgün iş görmüş olurlar.Böyük faiz etibari ile, bir sıra məktəblərdə yeniyetmənin eyni anda 2dən çox çevrədə olması, həmçinin bir çevərədən digər çevrəyə əsaslı, üzürlü səbəb olmadan daxil olmağı qadağandır.Məktəb və valideynlər axarlı maraqların inkişafına istənilən dərəcədə təkan verməlidir.Rəngarəng maraqlarla(dərk edilə bilən qadagalar daxilində bu, nəinki icazəli, hətta zəruridir) əsas, həyati, "xüsusi" narağı secmək və bir-birindən fərqləndirməyi öyrətmək lazimdir.Erkən gənclik dövründəki maraqlar sıra-sıra hobbi formasinda yığılır və uşaqları digər zərərli fəaliyyəti icra etməyi üçün ələ keçirir.Əgər şagird hər gün fasiləsiz şahmat oyunu ile məşğul olursa, kitab həvəsi üçün yuxusuz qalib gecələri gec saatlara kimi kitab oxuyursa, texnologiyaya olan maragına görə sağlamlığını təhlükəyə atirsa-o zaman özünüunutmağa başlayır.Belə bir hadisəyə səkkizinci sinif şagirdi Stefan Tomsu misal göstermək olar.Stefan maraqlı bir kitab oxuduğu zaman qulaqları qapadib, ətrafdan təcrid olur və özünü kitab oxumağa həsr edir.Onu valideynləri yeməyə dəvət etdiyi zaman rədd edir və aqressiya ilə cavab qaytarır.Kitab oxumağ həvəsi üçün mütəmadi olaraq dərsə vaxtında gedə bilmir.Nəhayət valideynləri kitabı əlindən alırlar nəticədə isə yenə də faydası olmur.Zaman irəlilədikcə, Stefanin kitab həvəsi yerini fotoqrafiyaya ilə əvəz olunur, beləliklə elmdən imtina edir və bütün zamanını film çəkməyə, o sahədə inkişaf etməyə sərf edir.Bunlarla yanaşı içindəki futbol həvəsi də çılğın bir şəkildə onu özünə çəkir, dərsdən sonra Toms stadiona qaçır ve bütün gününü topla oynamağa həsr edir.Bütün bunları qeyd etməkdə məqsəd belə bir maraqlara dözməyin çətinliyinin təbii nümunəsini göstərməkdən.ibarətdir.Bu yaşda maraqlar ibtidai sinif şagirdlərinin maraqlarımdan fərqli olaraq təhtəlşüurdan kənar olur.Yeniyetmə əksər vaxtlar şüurlu formada maraqları idarə edir və dəstəkləyir.Bununla bağlı olaraq, bu maraqlardan əlavə maraqlar da ortaya çıxır(ibtidailərdə nadir hallarda)-yeniyetme əgər maraq dairəsi ilə baglılığı olarsa, son zamanlar heç zövq almadığı və sıxıldığı işlərlə məşğul ola bilər.Məsələn: yeniyetmə təyyarələrin və gəmilərin modelləri ilə maraqlanır və bunun ucun də o gəminin dayaniqligi nəzəriyyəsi, aerodinamik nəzəriyyəni bilməyə meyl edir.Və bütün bunları bilmək üçün fizika və riyaziyyatı yaxşı bilmək tələb olunur, çünki çətin hesablamalar aparan zaman bunlardan istifadə edilir.Beləliklə yeniyetmenin dünən "dözmədiyi" riyaziyyat maraq dairəsinə daxil olur.
Məktəblinin idrak tələbatı və marağı barədə xeyli tədqiqatlar aparılmışdır (Q.İ.Şukina və başqaları tərəfindən). Ümumiyyətlə, son on illər ərzində pedaqoq və psixoloqlar idrak tələbatı və marağının tədqiqi nəticəsində aşağıda göstərilənləri müəyyən etmişlər:
1. Şagirdlərdə idrak marağının inkişafının obyektiv əsası təd-
risin yüksək səviyyəsindən, onun əsl elmi məzmunundan, fəal və 
müstəqil idrakın pedaqoji cəhətdən məqsədəuyğun təşkilindən iba-
rətdir. 
2. Şagirdlərin idrak marağı müxtəlif inkişaf səviyyəsində təza-
hür dərəcəsinə, sabitlik və dərinliyinə görə müxtəlif xarakterə malik 
ola bilər. Şagirdlərin formasız, geniş və başlıca marağı fəal və 
müstəqil öyrənmə üçün müxtəlif əsas təşkil edir. Şagirdlərin idrak 
marağı öz məzmununa görə məktəblilər tərəfindən hadisələrin, pro-
seslərin və qanunauyğunluqların dərk olunması səviyyəsini əks 
etdirir. İdrak marağı inkişafının ən yüksək səviyyəsi yaradıcılıq sə-
viyyəsidir ki, bu da dərin nəzəri problemlərə fəaliyyəti hamıya bəlli 
olan asan yolla deyil, şagirdin özünün planı və axtarıb tapmış oldu-
ğu üsulu ilə yerinə yetirməyə maraq göstərməsi ilə bağlıdır. 
3.İdrak marağının təsiri altında fəaliyyət asanlaşır, daha sər-
bəst və sürətli olur ki, bunun da sayəsində yorğunluq aradan qalxır. 
4. Şagirdlərin idrak marağının formalaşmasına, tədrisin sti-
mullaşdırıcı təsiri çox böyükdür. Bu təsir fənnin məzmunundan, 
şagirdlərin fəaliyyətindən, tədris prosesi iştirakçıları arasında olan münasibətdən irəli gəlir . 
Müasir dövrdə insanın hərtərəfli inkişaf etdirilməsi məktəblərimizin qarşısında ən mühüm vəzifə kimi durur. Şagirdlərin təlim, tərbiyə, bilik və bacarıqlarını yüksəltməkdə fərdi yanaşma prinsipi mühüm rol oynayır.Fərdi yanaşma prinsipi hər bir şagirdin ahəngdar inkişafına, onun biliyində və əxlaqında nəzərə çarpan qüsurları vaxtında görüb aradan qaldırmağa və müsbət cəhətləri daha da inkişaf Etdirməyə imkan verir. Uşaq yaşa dolduqca, onun fərdi xüsusiyyətləri də inkişaf edir və formalaşır. Müəllim təlim prosesində bu xüsusiyyətləri nəzərə almalıdır, həm də necə rəftar apardığını da unutmamalıdır. Sevimli şairimiz S. Vurğun yazırdı:
“Müəllimlik işində adamlarla, xüsusən şagirdlərlə mədəni rəftar böyük əhəmiyyət kəsb edir. Uşaqlarla mədəni davranmağı bacarmayan müəllim yüksək nüfuz sahibi ola bilməz. Həssas uşaq ürəyi haqsızlığa, əsasız məzəmməti, ədalətsizliyi heç cür bağışlamır. Belə uşağın həvəs və ümidləri qırılır, onun mənəvi aləmi xəzan vurmuş bir bağçanı andırır.“ Müəllim o vaxt şagirdlərə təsir göstərmək üçün əlverişli yol tapa bilər ki, şagirdlərin fəaliyyətində onları işə sövq edən səbəbləri dərindən öyrənsin.Akademik sahəyə aid maraqlarin təkamulundə xususilik təskil eden bir sagirdin fənni qavraya bilməsindəki bacariqlari, əldə etdiyi zəfərlər və nailiyyetləri və ya eksinə məglubiyyeti və ugursuzluqlaridi.Əksər zamanlar xoş əhvali ruhiyəli eksperimentlərlə əlaqəli olan uğurlar predmetə maragi artirir, baş verən uğursuzluqlar(xüsusile ardıcıl təkrarlanan)marağı böyük bir faiz etibari ilə aşağı salir.Pedaqoji təcrübə dönəmində xarici dil öyrənməyə zərrə qədər həvəsi olmayan, və özünün dili ilə desək bu dili sevmeyen bir şagirddən danışılırdı.Lakin ona bir neçə dəfə uğurun həzzini yaşamaq imkanı yaradilan zaman baş verən hal 180.dərəcə dəyişməyə başladı.Müəllim hətta bu şagirdin bir nçə dəfə verdiyi tapşırıqların təkbaşına və düzgün yerinə yetirilməsinə şahid oldu, böyük ruh yüksəkliyi ilə bu uğur ardıcıl olaraq təkrarlandı ve ən sonda hər kəs adına sevincə səbəb oldu.Hal-hazirda həmin tələbə Xarici Dillər instutununu bitirmək üzrədi.
Deməli, idrak maraq öyrətməyimiz üçün ən vacib motivlərdən biridir. Onun təsiri çox güclüdür. İdrak marağının təsiri altında, hətta zəif şagirdlər üçün də tərbiyə işi daha məhsuldar gedir. Şagirdlərin fəaliyyətinin düzgün pedaqoji təşkili və sistemli və məqsədyönlü təhsil fəaliyyəti ilə idrak marağı şagird şəxsiyyətinin sabit xüsusiyyətinə çevrilə bilər və olmalıdır və onun inkişafına güclü təsir göstərir. Koqnitiv maraq da bizə güclü öyrənmə vasitəsi kimi görünür. Keçmişin klassik pedaqogikasında deyilirdi – “Müəllimin ölümcül günahı darıxdırıcı olmaqdır”. Uşaq məcburiyyət altında oxuyanda müəllimə çox əziyyət və kədər verir, amma uşaqlar həvəslə oxuyanda işlər tamam başqa cür gedir. Şagirdin idrak marağı inkişaf etmədən onun idrak fəaliyyətinin aktivləşdirilməsi nəinki çətin, həm də praktiki olaraq mümkün deyil. Məhz buna görə də təlim prosesində öyrənmənin mühüm motivi və davamlı şəxsiyyət xüsusiyyəti kimi və onun keyfiyyətini yüksəldən tərbiyəvi təhsilin güclü vasitəsi kimi şagirdlərin idrak marağını sistemli şəkildə oyatmaq, inkişaf etdirmək və gücləndirmək lazımdır. Məktəblilər üçün idrak marağına səbəb olan ilk şey dünya haqqında yeni biliklərdir. Məhz buna görə də elmi biliklərdə olan zənginliyi göstərən tədris materialının məzmununun dərindən düşünülmüş seçimi öyrənməyə marağın formalaşmasında ən mühüm həlqədir.
Bu tapşırığı yerinə yetirməyin yolları hansılardır? Maraq ilk növbədə şagirdlər üçün yeni, naməlum olan bu cür tədris materialını həyəcanlandırır və möhkəmləndirir, onların təxəyyülünü oxşayır, heyrətləndirir. Sürpriz idrak üçün güclü stimuldur, onun əsas elementidir. Təəccüblənən insan, sanki, irəli baxmağa çalışır. O, yeni bir şey gözləmə vəziyyətindədir.
Tədris materialında hər şey tələbələr üçün maraqlı ola bilməz. Sonra idrak marağının daha az vacib olmayan başqa bir mənbəyi var – fəaliyyət prosesinin özü. Öyrənmək istəyini oyatmaq üçün şagirdin idrak fəaliyyəti ilə məşğul olmaq ehtiyacını inkişaf etdirmək lazımdır, bu isə o deməkdir ki, prosesin özündə tələbə cəlbedici tərəflər tapmalıdır ki, təlim prosesinin özündə müsbət maraq yükləri olsun. Ona gedən yol, ilk növbədə, maraq xüsusiyyətlərinə uyğun olaraq təşkil edilmiş tələbələrin müxtəlif müstəqil işlərindən keçir.


Yüklə 121,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin