Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


II FƏSİL. TƏLİM PROSESİNDƏ YENİYETMƏLƏRİN İDRAK MARAQLARININ İNKİŞAF DİNAMİKASI



Yüklə 121,51 Kb.
səhifə5/6
tarix18.05.2022
ölçüsü121,51 Kb.
#58531
1   2   3   4   5   6
MELİKOVA NİGAR ƏKRƏM QIZI BURAXILIŞ İŞİ 1802B

II FƏSİL. TƏLİM PROSESİNDƏ YENİYETMƏLƏRİN İDRAK MARAQLARININ İNKİŞAF DİNAMİKASI
2.1. Yeniyetmələrin idrak maraqlarının psixoloji xüsusiyyətləri
Uşaqlıqdan yeniyetməliyə keçid məhz bu dövrdə baş verdiyi üçün yeniyetməlik adətən keçid dövrü adlanır. Bu yaş dövrünün yeniyetmələrində uşaqlıq xüsusiyyətləri, sanki, əsasən gəncliyə xas olan, fəqət hələ formalaşma mərhələsində olan xüsusiyyətlər bir-biriylə ziddiyyət təşkil edir.Bu isə yeniyetmələrin təbiətinin, davranışının və inkişafının mürəkkəbliyini,uyğunsuzluğunu izah edir.
Yeniyetmələrin düşüncəsi, idrak fəaliyyəti əhəmiyyətli dəyişikliklərlə xarakterizə olunur. Kiçik məktəblilərdən fərqli olaraq, yeniyetmələr artıq tədqiq olunan cisim və hadisələrin xarici qavrayışı ilə kifayətlənmir, eynizamanda onların mahiyyətini, onlarda mövcud olan səbəb-nəticə əlaqəsini anlamağa çalışırlar. Öyrənilən hadisələrin dərinliyini anlamağa çalışaraq, yeniyetmələr yeni materialı öyrənərkən çoxlu suallar verir, müəllimdən irəli sürülən müddəalar,faktlat üçün daha çox arqumentasiya və inandırıcı sübutlar təqdim etməyi tələb edirlər. Və nəticə etibarı ilə onlarda mücərrəd təfəkkür və məntiqi yaddaş inkişaf edir. Onların təfəkkür və yaddaşının bu xüsusiyyətinin təbii xarakteri yalnız idrak fəaliyyətinin müvafiq təşkili ilə özünü göstərir. Buna görə də təlim prosesinə problemli xarakter verməyə diqqət yetirmək çox vacibdir. Eyni dərəcədə əhəmiyyətli bir vəzifə müstəqil təhsil işi üçün bacarıqların inkişafı, dərslik ilə işləmək bacarığının formalaşdırılmasıdır.Yeniyetmələrin təhsil işinin təşkilində onların idrak fəaliyyətinin daxili stimullaşdırılması, yəni idrak ehtiyaclarının, maraqlarının və öyrənmə motivlərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Yeniyetmə siniflərində şagirdlərin idrak maraqları fərdiləşdirilmiş pedaqoji təsir tələb edir.
Pedaqoji təcrübə zamanı təhkim olunduğum 227N°li tam orta məktəbin 7-ci sinifində şagirdlərin idrak maraqlarını müəyyən etmək üçün “Zərflərlə metodika”adlı eksperimental iş həyata keçirdim.Zərflərlə metodika adlı bu test tapşırıq və suallardan ibarət bir vərəqdir.Eksperimentin əsas mahiyyəti yeniyetmələr arasında hər bir fənn üzrə koqnitiv marağın xüsusiyyətlərinin müəyyənləşdiriıməsidir.Beləki,bu metod dörd tapşırıqdan ibarətdir.Birinci qrup tapşırıq tərifi yadda saxla və faktın təsvir edilməsidir.Bu qrupa daxil olan tapşırıqlar məhz reproduktiv fəaliyyətləri yerinə yetirmək üçün tələb olunur.İkinci qrup tapşırıqlar isə digər qruplara nisbətən bir qədər mürəkkəb çalarlıdır.Beləki burada isə subyektdən fəal axtarış,məsələlərə problemli yanaşmağı tələb edir.Üçüncü qrup tapşırıqlarda təxəyyül elementlərindən istifadə etməklə bilik,bacarıqların aktiv istifadəsi və həmin bu bilik və bacarıqların müxtəlif situatsiyalrda tətbiqi nəzərdə tutulub. 4-cü qrup tapşırıqlar yaradıcı xarakter daşıyırdı.Həmçinində bu tapşırıqlarla yanaşı şagirdlərin maraq dairəsi üzrə elmin ən son nailiyyətləri haqqında məlumatlı olmalarını müəyyən etmək üçün də bir neçə sual vermək olar.
Koqnitiv maraq ən çox axtarış, tədqiqat, yaradıcılıq tipli problemlərin həllində, daha az reproduktiv fəaliyyətdə özünü göstərir.İdrak marağının mövcudluğunda koqnitiv problemin həlli prosesi zehni fəaliyyətin gərginliyi ilə müşayiət olunur.Maraqların təsiri altında fəaliyyət prosesi həmişə emosional cəhətdən əlverişli olaraq davam edir.
Tədqiqat zamanı istifadə edilən zərf texnikası yeniyetmələrə xas olan özəllikləri vurğulamağa imkan verdi.Aparılan tədqiqatlardan sonra aydın oldu ki,bu qrupdakı tələbələr idrak prosesini dərinləşdirməyə çalışmırlar, təlimdə yaxşı nəticələr əldə etmək üçün canfəşanlıq göstərmirlər,təlim prosesində bu qrupun tələbələri kənardan daimi stimul tələb edir,daima kiminsə onlar üçün nələrisə etmələrini gözləyirlər, onlar özləri tədris fəaliyyətində təşəbbüskarlıq, müstəqillik nümayiş etdirmirlər,hətta əlavə verilən suallar onların dünyagörüşünün aşağı səviyyədə olduğunu aşkar edir.Bu yeniyetmələrin bilik dairəsi proqramdan kənara çıxmır, biliyin zənginləşdirilməsi üçün əlavə məlumat mənbələrindən istifadə olunmur.Tədqiqat apardığım sinifin şagirdlərindən olan Ülvi zərfi üç dəfə dəyişdi.Riyaziyyatı ədəbiyyata, sonra isə fizikaya dəyişdi.Ülvi məsələnin mahiyyətini dərk etmədən və dərinləşdirmədən sualları səthi cavablandırırdı. O, tez-tez fikrini yayındırır,diqqətini başqa məsələlərə yönəltməklə yoldaşlarına müdaxilə edirdi.Məlahət fizikanı inamla seçdi,bunun səbəbini isə belə izah etdi: “Mən fizikanı ona görə seçdim ki, müəllim yaxşı izah edir, təcrübələr aparır.O, uzun müddət suallara cavab verməsinə baxmayaraq, tez-tez diqqəti yayınırdı. Onun biliyi empirik və səthidir.
Vasif tarixə üstünlük verdi. Birinci qrup sualları sxematik şəkildə cavablandırdı. İkinci qrup suallarda nəyəsə cavab verməyə çalışsada,alınmadı.Üçüncü qrupun vəzifələrini ümumiyyətlə həll etməyə vaxtı çatmadı. Çox maraq göstərmədi, həvəssiz cavab verdi. O,uğursuzluqlarına laqeydlə yanaşırdı.
Təqdim olunan material amorf maraqları olan 7-ci sinif şagirdlərinin biliklərinin xarakteri ilə əlaqəli olan idrak maraqlarının inkişaf səviyyəsinin aşağı olduğunu, qeyri-müəyyənlik nümayiş etdirdiyini göstərir. Cavab zamanı qarşılaşdıqları uğursuzluqlar idrak marağının formalaşmasına mane olur, onlar fənləri yalnız bəzi xarici cəhətləri ilə onları cəlb edənləri fərqləndirirlər,yəni müəllim yaxşı izah edir, təcrübələr aparır və s.
Yeniyetmələrin idrak maraqlarının amorfizminin əsas səbəbi onların tədris metodlarının yenidən qurulmasında,yaradılmasında, getdikcə mürəkkəbləşən təlim tapşırıqlarını yerinə yetirmək üçün lazım olan təkmil bacarıqların mənimsənilməsində qanunauyğunluğun olmamasıdır. Məhz bu səbəbdən bu qrup tələbələr müəllimlər tərəfindən zəif şagirdlər kimi təsnif edilir.
Bu baxımdan amorfluq qrupdakı yeniyetmələrin idrak maraqlarının qeyri-müəyyənliyi onları oxumağa həvəsləndirmək üçün böyük bir maneədir.Uşaqlarla aparılan sorğu-suallar göstərirki,onların idrak maraqlarının bir-birinn fərqlidir.
Eyni zamanda pedaqoji təcrübə əsnasında digər siniflərə daxil olub yeniyetmələrin idrak marağlarını müəyyənləşdirmək üçün kiçicik bir sorğu keçirdim.Onlara xüsusilədə “Siz mütəmadi olaraq və yaxud da tez-tez yeniyetmənin,araşdırılmamış bir işə maraqları göstərirsinizmi?”,”Əgər bir idrak sizə çətinlik yaradırsa,onu tamamlamış yekunlaşdırırsınızmı?” kimi sualları əks etdirən anket təlim etdim.Nəticə olaraq müəyyən olundu ki,yeniyetmələrin 85%-idrak təhsilin zamanı tez-tez maraqları deyildə,adi maraqları göstərirlər.



Yüklə 121,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin