Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Təlim fəaliyyətində yeniyetmələrin idrak maraqlarının inkişaf dinamikası



Yüklə 121,51 Kb.
səhifə6/6
tarix18.05.2022
ölçüsü121,51 Kb.
#58531
1   2   3   4   5   6
MELİKOVA NİGAR ƏKRƏM QIZI BURAXILIŞ İŞİ 1802B

2.2. Təlim fəaliyyətində yeniyetmələrin idrak maraqlarının inkişaf dinamikası
Yeniyetmə idrak maraqlarının inkişafında təlim-tərbiyə həlledici rola malikdir.Çünki təlim-tərbiyə prosesində yeniyetmənin idrak maraqlarının inkişafı müəyyən məqsədə müvafiq olaraq plan,proqram əaasında təşkil olunur.Və ona rəhbərlik edilir.Bunun sayəsində yeniyetmədə istənilən idrak maraqlarının sürətlə inkişaf etdirilir.İdrak maraq insana xas olan dərin daxili motivdir.
İdrak maraqları təlim münasibətdə xarici və ya da əlavə bir şey deyildir.Sadəcə maraqların olması təhsilin uğurlu gedişi üçün əsas şərtlərdən biri hesab olunur.Həmçinində təhsilin düzgün təşkilinin sübutudur. Nəinki yeniyetmələr,hətta məktəblilər arasında belə marağın olmaması təhsilin təşkilində ciddi nöqsanların olmasının göstəricisidir. Sözün qısası,konkret olaraq yeniyetmənin təlim-tərbiyədən kənarda inkişafı kor-təbii,pərakəndə halda gedir ki,bu da bəşər cəmiyyətinin tələblərini təlmin edir.Məhz bu deyilənlərdən aydın olaraq ki,yeniyetmənin hərtərəfli,düzgün və çevik inkişafı təlimdən kənarda mümkün deyildir.Ona görədə yeniyetmənin inkişafında təlimin oynadığı rol psixoloqların diqqətini xüsusi olaraq cəlb edir.
Təlim fəaliyyəti nəticəsində şagirddə öyrənməyə marağ birbaşa olaraq inkişaf etməyə başlayır. Təlim fəaliyyətinin təsiri altında yenjyetmələrin idrak maraqlarının inkişafında da dəyişikliklər baş verir.Ümumiyyətlə təlim fəaliyyəti yeniyetmələrin koqnitiv idrak maraqlarına əsaslı təsir göstərir və onların inkişafını sürətləndirir.Bu dövrdə şagirdlərin idrak maraqları geniş əhatəli olmaqla seçici və ardıcıl xarakter daşıyır.Yeniyetmələr müəllimin köməyi əsasında idrak maraqlarının səmərəli yollarından istifadə etməyə başlayırlar və buda öz növbəsində maraqlarının təlim fəaliyyətinin təsiri altında fəal bir şəkildə inkişaf etməsinə təkan verir. Yeniyetmə məktəblilərdə koqnitiv maraqların inkişafı böyük əhəmiyyət kəsb edir.
Və hər bir müəllim təlim prosesində şagirdlərin inkişafı üçün müxtəlif metodlardan istifadə edirlər.Başqa sözlə desək,qarşısına qoyduğu məqsədə nail olaraq üçün öz fəaliyyəti bu müvafiq şəkildə təşkil edir.Həmin metodların köməyi iləyeniyütmələrdə müvafiq idrak maraqının qanunauyğunluqları aşkara çıxarılır.Əlbəttə ki,əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən,onların vahidliyindən asılıdır.Müəllimlər idrak prosesini inkişaf etdirmək üçün rahat atmosfer,şərait yarada biləcək yeni metodlardan,üsul və vasitələrdən istifadə etməlidirlər.
Müəllimin öyrənməyə çalışdığı hadisələr olduqca mürəkkəb və özünəməxsus,öyrənilməsi çətin olan hadisələrdir.Ona görədə bu məsələləri öyrənmək üçün müəllim həddən artıq kamil,həmin hadisələr idrak araşdırmağa imkan verən düzgün metodları seçməyə qadir olmalıdır.Bu işdə müəllimin əsas vəzifəsi yeniyetmələrdə təhsil istəyinin aktivləşdirilməsidir.Yeniyetmələrin idrak maraqlarının imkişafı üçün ilk öncə onlarla söhbətə başlamaq lazımdır.Onların maraqlarının,hobbilərini müəyyən etməklə,yarana biləcəy problemli bir situatsiyada necə analiz-sintez,ümumiləşdirmə proseslərindən istifadə etdiyini,necə düşündüyünü anlamaq olar.
Yeniyetmələrin təlimə cəlb etmək üçün fərqli növ oyunlar və əlavə məşğul ola bilinəcəy fəaliyyətlər olması zəruri hal yaradır.Həmçinində yeniyetmələrin maraqlarını praktikada müəyyənləşdirməklə onlara yaxından bələd olmaq olar.Bunun üçün isə müxtəlif variantları nəzərdən keçirməyə imkan yaradacağ bir test aparmaq və ya müxtəlif növ oyunlar keçirtmək kifayətdir.Məhz bu metodlardan istifadə yeniyetmənin fəaliyyətini,maraqlarını üzə çıxarır.Yeniyetmənin yaradıcılıq potensialına və idrak fəaliyyətinə dair nəticələri aydınlaşdırmaqda mümkün olacaqdır.
Müəllim təlim prosesində bu tipli metodları tətbiq etməylə yeniyetmələr arasında rəqabət yaratmış olacağdır.Çünki rəqabət təzahürlərə səbəb olan şagird fəaliyyətinin çox güclü stimuludur.Onlar arasında rəqabət yaratmaqla stimullaşdırılma və daha fəal,aktiv bir şəkildə işləməyə can atacaglar.Buda öz növbəsində onların idrak maraqlarının imkişaf dinamikasını yüksək səviyyəyə çatdıracağdır.
Həmçinində təlim fəaliyyətində müxtəlif növ filmlərin təqdimatı,ekskursiyalar kimi əyani vəsaitlərdən istifadə yeniyetmələrdə təhsil fəaliyyətinə qarşı fəal iştirak formalaşdırmaqla ona təşviq edir.Eyni zamanda təlim prosesində idrak maraqlarının inkişafı üçün vizual xarakterli metodlardan da istifadə vacibdir.Bunun nəticəsində yeniyetmədə mövzunu öyrənməyə maraq yaranacağ.Məsələn,informatika dərsi götürək.Dərsdə “proqram təminatı”mövzusu tədris olunur.Və müəllim bu mövzuda böyük bir mühazirə oxuyur və yeniyetmələr isə diktə edilən məlumatları yazmaqdan narazıdırlar.Təbiiki ,yeniyetmələrin bir qismi üçün bu maraqlı ola bir,digərləri üçün isə bu cansıxıcıdır.Lakin müəllim proqram təminatına aid olan avadanlıqları canlı şəkildə komputer otagında göstərəcəyini söylədiyi zaman şagirdlər dərhal fəallaşacağlar.Çünki onlarda idrak prosesləri aktivləşməyə başlayır.Bu nümunə onu göstərirki,şagirdlərdə maraqın oyadılmasında istifadə olunacağ təqdimat üsullarından da çox şey asılıdır.Həmçinin bu təcrübələr göstərirki,bu tip işlərin tətbiqi daha effektivdir.Çünki uşaqları daha çox maraqlandırır.
Təcrübə onu göstərir ki,dərsdə yalnız nəzəriyyənin nəql edilməsi,quru-quru mövzunun mənimsədilməsi mövzuya maraq qatmır,əksinə onu daha da pisləşdirir.Bu aspektden təlim fəaliyyətində müxtəlifliyin tətbiq edilməsi müəllim pedaqoji ustalığında,təcrübəsində çox vacib bir məqamdır.
Yeniyetmələrdə idrak fəaliyyətini inkişaf etdirmək üçün müxtəlif metodlardan istifadə məqsədəuygun hesab olunur.Onların bir neçəsi aşağıdakılardır:
1)yaradıcı tapşırıqların icrası

  1. müzakirə qruplarının,debat,diskussiyannın yaradılması

  2. )problemli situatsiyaları simulyasiya etmək və s.

Yeniyetmələrin maraqli kifayet qeder cox oldugu ucun daha ətrafli izaha ehtiyac yaranir.Canli təbiətə və sosial muhit hadiselerini qavramasina istiqametlenmis usagin idrak maragi boyuk onem dasiyir.Beləki onlar elmin tam məzmununun oyrənilməsi zamani inkisaf edirlər.
Kicik yas dovrunun təhsil maraqlarindan fərqli olaraq, yeniyetmənin idrak maraqlari yalniz fərqli təsadufi situasiyalarla(məsələn: kənar əyləncə, oyrənmə formasi və s) deyil, oyrənilənin ozu ilə mueyyen edilmeye basliyir.Talim prosesi zamani peyda olan maraqlar muasir ve teze biliklerin oyrənilməsi ucun xususi əhəmiyyət dasiyan motivatora cevrilir.İlkin.genclik.mərhələsində idrak maraqlar orta məktəb proqramlarinin cərcivəsindən qiraga cixir.Yeniyetmeler elmi, gundəmdə.olan bədii ədəbiyyat numunələrini arasdirmaga, oxumaga, dərk eləməyə baslayir, məshur seminarlarda istirak edir, muxtəlif ictimai tədbirlərdə, səyahətlərdə istirak edirlər.İdrak maraqlari deyisməz qayda olaraq usaqlarin taninmis bitkilər, yirtici ve yə ev heyvanalarini bəsləmək, geoloji qayalar, poct markalari, konvertler, qədimi pullar toplamaq arzusunu da muəyyənləsdirir.
Usaglara vaxtinda duzgun istiqamet vermək lazimdir ki, onlar sadə "kolleksiya" meyl etməsin, vaxtini mənasiz və dəyərsiz islərə hesr edərək gələcəyini riskə atmasin.Bu dovrdə maraqlar urey acan formada qarsiniza cixsa, usagin bu obyektleri hazirlamaga calisdigi maragini ozu hiss etmədən və nəzakətlə dayandirmalisiniz.
Orta təhsil məktəblərinin birində 7-ci siniflər xususi olaraq duzəldilmis masinlarin, dəzgahlarin, aparat və avadanliqlarin hissələrinin funksiyasini izah etməyi ucun fizika muəllimlərinə xahis formali muraciət etməyə basladilar.Pedaqoq isə oz pedaqoji biliklerindən səmərəli istifadə etmək əvəzinə usaqlara “zibil yigmaq” aksiyasinda istirak etməyi tapsirdi və onu “vaxt aparacaq mənasiz suallarla” narahat etməməyləri ucun bir daha belə.seylerin bas verməsini qadagan etdi.Basqa bir yerdə isə mektəbin tarix muellimi Moskvada arxeoloji tapintilar elde etdiyini deyen sagirdleri kinaye ile ələ salib.
Qonsuluqdaki məktəbin tarix muellimi ise həqiqətən ferqli yanasirdi.Altinci sinif usaqlarinin kolleksiya topladiqlarini, lakin hər hansi bir səbəbin və maragin olmadini esitdi və yeniyetmelere filateliya isinin funksiyasi, vəzifəsi və təskili ile tanis etdi, poct markalarinin ilk dəfə təskil olunmasi tarixindən, onun formasindan, məzmunundan, iqtisadiyyatda ne qeder boyuk deyerli oldugunu danisdi.O dedi ki her bir markanin duzəlis formasinda oz aid oldugu olkələr əks edilir.Ve belelikle mektebde marka eksponantlarini toplamaq keyfiyyetli yol aldi ve koqnitiv maraqlarin inkisafina sərait yaratdi: usaqlarda markasi olan bir sira olkələrin cografiyasina iqtisadiyyatina və tarixinə boyuk maraq yarandi.Ailə və məktəb jurnalinin daimi oxucularindan biri jurnalin ilkin gənclik dovrunun usaqlarinin bitki, gul cicək kolleksiyasiya, herbari dəftəri hazirlamaq ucun hec bir əhəmiyyət kəsb etməyən istəklərini təhsil məqsədləri ucun necə dusunulmus formada dəyisdirilə biləcəyini təsvir etdi.Bu isdə onun yardimina N.Verzilinin “Robinsonun izi ilə” kitabi catdi.Bu kitab eyni zamanda oxuculari musahidə etmeye tam mənada istiqametləndirdiyine gore bitkilərin də musahidəsi və qorunub saxlanilmasina boyuk maraq dogurmusdur.Buna ən taninmis numunə kimi Qirmizi kitabi gostermək olar.

Nəticə
Bu işdə böyük məktəbəqədər yaşlı uşaqlarda idrak fəaliyyətinin formalaşması probleminə dair psixoloji və pedaqoji ədəbiyyatlarla tanış oldum.


İdrak marağının mahiyyətini və strukturunu müəyyənləşdirdim və müəyyən etdim ki, məktəbəqədər uşaqların inkişafı prosesində koqnitiv maraq çox dəyərli rol oynayır.
İdrak maraq probleminin inkişafı,təşəküllü gənc nəslin fəal,aktiv həyata hazırlanması ilə məşğul olan müasir,çağdaş cəmiyyətin vəzifələri ilə bağlıdır.Araşdırmalar zamanı məlum oldu ki, idrak maraq problemi psixoloji və pedaqoji tədqiqatlarda geniş şəkildə nəzərdən keçirilir və keçirilməyədə davamda edir.Hər dəfə tədqiqatlar aparılır,yenilənir və bir nəticəyə varılır.
Məşhur psixoloqlardan Ananyev,Bondarevsky,Morozova və Shchukina idrak maraqını düzgün idarə etmək üçün yeniyetməlik həyatının dövürlərini təsnif etməyə cəhd göstərmişlər.Təklif olunan təsnifatlara görə koqnitiv maraq insanın həyatı prosesində inkişaf edən, mövcudluğunun sosial şəraitində formalaşan və heç bir halda insana doğulduğu andan immanent olaraq xas olmayan şəxsiyyətin ən mühüm,vacib formalaşmasıdır.
İdrak maraq probleminin təhlili göstərdi ki, bu problem həmişə aktual olub.Həmçinin psixoloji ədəbiyyatlarla araşdırmalar apardıgım zaman 18ci və 19cu əsrlərdə idrak marağı probleminə fərqli yöndən yanaşılıb,tərif verilirdi.Beləki ,18-ci əsrdə idrak marağına yalnız biliyin mənimsənilməsini asanlaşdıran, uşağın öyrənməyə daha çox marağını artırmağa qadir olan bir vasitə kimi baxılırdı.19-cu əsrdə isə bu yanaşma tamamilə istiqamətini dəyişərək idrak marağı probleminə fərdin mənəvi inkişafının onunla bağlı olduğu əks olunurdu.Psixologiya elminin inkişafı ilə bağlı olan marağın psixi proseslərlə əlaqəsi getdikcə daha dərindən əsaslandırılırdı. Anastasieva, L.N. Tolstoy, K.D. Uşinski və başqalarıda 19-cu əsrdə meydana gələn fikirləri təsdiqləyirdilər.Onlarda marağın özünütəhsillə, uşağın mənəvi dünyasının zənginləşdirilməsi ilə, onun sosial fəaliyyətinin formalaşması ilə əlaqəsi ideyalarını öz əsərlərində əks etdirmişlər.Yeniyetmələrin idrak maraqlarını səmərəli formalaşdırmaq üçün elmi-metodiki ədəbiyyatda toplanmış çoxlu qiymətli psixoloji və pedaqoji materiallardan istifadə mümkündür.Bununla belə, müəllim və psixoloqların apardıqları elmi tədqiqatların təhlili göstərir ki, şagirdlərin idrak maraqları son dərəcə zəif inkişaf edir.Əksər yeniyetmələrdə idrak marağının formalaşmamasının əsas səbəbləri, eyni tədqiqatların göstərdiyi kimi, idrakda maraqların inkişafı baxımından müəllimin məqsədyönlü, sistemli, elmi təşkil olunmuş işinin olmamasıdır.
Beləliklə, ziddiyyətli bir vəziyyət yaranır: elmi-metodiki ədəbiyyatda məktəblilər arasında maraq nəzəriyyəsi və onun formalaşması və inkişafı metodologiyası ilə bağlı çoxlu qiymətli material var, lakin bir çox müəllimlər idrak marağının inkişafını lazımi səviyyədə qiymətləndirmirlər.Buraxılış işinin yazılması zamanı çoxlu sayda elmi-metodiki ədəbiyyat öyrənilmiş və təhlil edilmişdir.Şəxsiyyətin oriyentasiyasını ifadə edən digər meyllərdən fərqləndirən marağın spesifikliyi ondadır ki, marağın müəyyən bir düşüncə predmetinə yönəldilməsi, onu daha yaxşı tanımaq, ona daha dərindən nüfuz etmək istəyi yaradır.onu gözdən qaçırmamaq üçün.Yeniyetməlik dövründə məktəb və məktəbdənkənar müəssisələrin tərbiyə işinin təsiri altında, yeniyetmələrin elmin əsaslarını öyrənməsinin təsiri altında uşaqların müəyyən fəaliyyət növü üzrə qabiliyyətləri formalaşmağa başlayır və aydın şəkildə özünü göstərir. Bu onunla əlaqədardır ki, məhz yeniyetməlik dövründə dərin, təsirli, davamlı maraqlar yaranır, ətrafdakılara şüurlu və fəal münasibət formalaşır, müstəqil, yaradıcı təfəkkür formalaşır.Uğurlu peşəkar öz müqəddəratını təyin etmək üçün ən vacib psixoloji ilkin şərtlər formalaşmış intellektual potensial, adekvat özünə hörmət, emosional yetkinlik və fərdin özünü tənzimləməsidir.

Ədəbiyyat siyahısı



1. Əmrahlı L.Ş., Rzayeva N.T. Uşaq psixologiyası. Bakı, 2010
2. Qədirov Ə.Ə.Yaş psixologiyası. Bakı.: Maarif, 2002, -386s.
3. Березина, Ю.Ю. Изучение познавательных предпочтений детей старшего дошкольного возраста / Ю.Ю. Березина // МПГУ на образовательном поле Москвы: сборник статей, посвященный 140-летию вуза. - М.:«Просвещение», 2012г. - С. 66-69
4. Дейкина А.Ю. Познавательный интерес: сущность и проблемы изучения – М.: Просвещение, 2012. – 258с.
5. Лебедева А.В.Уровни развития познавательного интереса у младших школьников // Среднее профессиональное образование. 2010. №2. – С.62-64.
6. Лебедева, А.В. Роль познавательного интереса младших школьников в учебном процессе. // Начальная школа. – 2010. – № 3. – С. 100-103.
7. Щукина Г.И.Активизация познавательной деятельности учащихся в учебном процессе.М.:Просвещение, 2008. - 34с.
8.Волков Б.С. Психология юности и молодости /Б.С. Волков – М., 2006.
9.Аксюта, Максим Почему одни подростки трудны, а другие – нет. Воспитание с помощью окружения / Максим Аксюта , Татьяна Сандлер. – М.: В Круге, 2014
10. Щукина, Г.И. Актуальные вопросы формирования интереса в обучении / Под ред. Г.И. Щукиной. - М, 1984.
11.Limunət Əmrahlı Nurəngiz Rızayeva Uşaq psixologiyası
12.Muxtar Həmzəyev Yas və pedaqoji psixologiya,Uşaq inkişafı metodikası
13.Camal Zeynaloğlu-“Təlim fəaliyyətinin psixoloji prosesi Bakı 2017”
14.Problemli təlimin psixo­lo­ji mahiyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Ali Pedaqoji Qızlar Semi­nari­yası. BAPQS-in «Elmi xəbər­ləri» III buraxılış, «Nurlan» nəş., Bakı, 2001 s.31-34.
15.Problemli təlim və idrak maraqları Gənc tədqiqatçıların «XXI əsr mülahizələr, düşüncələr» mövzusun­da elmi-praktik konfran­sın materi­alları, 16 may, 2006.səh152
16.Yeniyetməlik yaş böhranının psixoloji inkişaf xüsusiyyətləri. Bakı, 2012. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri №4. S.165-168 (M.İsmayılova).
17.Cabbarov R.V.Yeniyetmələrədə özünüdərketmədə prosesinin psixoloji təhlili.diss.psixol.e.n.dər.al.üçün.Bakı,2004,167s
18.Obuxova L.F. Yaşla əlaqəli psixologiya. - M.: Rusiya, 2011, 414 s.
19.Rubinstein, S.L. Ümumi Psixologiyanın əsasları.- SPb.: Peter, 2000. - S.201-205.
20.Rubinstein, S.L. Ümumi Psixologiyanın Əsasları / S.L. Rubinşteyn. - SPb.: Peter, 2018. - 192 s.
Yüklə 121,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin