Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Yeniyetmələrin idrak maraqlarının formalaşması probleminə



Yüklə 121,51 Kb.
səhifə4/6
tarix18.05.2022
ölçüsü121,51 Kb.
#58531
1   2   3   4   5   6
MELİKOVA NİGAR ƏKRƏM QIZI BURAXILIŞ İŞİ 1802B

1.2. Yeniyetmələrin idrak maraqlarının formalaşması probleminə
dair psixoloji-pedaqoji ədəbiyyatın təhlili.
Yeniyetməlik yaş dövründə idrak fəaliyyətinin təzahür formalarından biri də idrak marağıdır. Müasir psixoloji və pedaqoji tədqiqatlarda idrak marağı yeniyetmənin ətraf aləmin cisimləri və hadisələri haqqında yeni məlumatlar əldə etməyə emosional rəngli, artan diqqəti kimi başa düşülür. Son zamanlar psixologiyada, eləcə də elmin bir çox başqa sahələrində təcrübə və iş üsullarının yenidən qurulması,yaradılması baş verir.Ələlxüsusda müxtəlif növ tədqiqat işləri daha geniş yayılmışdır.Təlim prosesində tələbələrin idrak maraqlarının formalaşdırılması problemi müasir psixoloji-pedaqoji tədqiqatlarda aparıcı yerlərdən birini tutur. Tədris prosesinin effektivliyi əsasən bu problemin həllindən asılıdır, çünki maraq tələbənin idrak fəaliyyəti üçün vacib bir motiv və eyni zamanda onun optimallaşdırılmasının əsas vasitəsidir.İdrak maraqlarının formalaşması probleminin həlli cəmiyyətin, həyatın tələbatı, gənc nəsillərin öyrədilməsi və tərbiyəsi təcrübəsidir. Bu problemin nəzəri işlənməsinin və onun tədris praktikasında həyata keçirilməsinin zəruriliyi pedaqoji elm tərəfindən sübut edilmişdir.
Əvvəlki planda bütövlükdə bu mövzuda Monqol ve Sovet psixoloq və pedaqoqlarının araşadırmalarının ortaya çıxardıqları ən ümdə nəzəri arqumetnlər müzakirə edilir.Beləki Monqol pedaqoji ədəbiyyatlarında maraqlar və onlar arasında yaranan problemlərin forması nəzərdən keçirilir.Qeyd olunur ki, Monqol psixologiyası məktəblilərin maraqları üzrə təkamülünə və xüsusi formasına nisbətən az bir ölçüdə yer ayırmışdır.Yalnız say-seçmə şəxsi özəl psixoloji tədqiqatlar mövcuddur bu problemlərlə bağlı(B.Bor və s)
Beləki, Sanjvanin elmi dissertasiya işində təqdim olunan müstəqil iş zamanı yeniyetmələrin təhsilə, elmə, öyrənmək, inkişaf etməyə yaratdığı maraqların formalasması məsələsinə baxılırdı.O, şagirdlərin maraqlarının formalasması prinsipi olaraq əsas çıxış yolunu, bütövlükdə tədris olunan həm fənnin, həm də təhsil alan uşaqların lazimi fənnlərə, həyati əhəmiyyəti olan sahələrə marağını sadə və tez qavranıla biləcək yollarla yaratmağa və onu həqiqətən pik səviyyəyə qədər artırmaqdan ibarət olduğunu, həm idrak tərbiyəsinin, həm şəxsiyyətin oz tərbiyəsinin, həm də bu tərbiyələrlə bərabər maraqların da tərbiyəvi formada artımı üçün başlıca olaraq şərti təlim zamanı uşaqların azad və rahat bir şəkildə yaradıcılıq və qabiliyyətlərinin inkişafına imkan yaradılmalı olduğunu vurğulayır.Çünki, azad insanın biliyə yiyələnməsi, təfəkkürün, təxəyyülün və s digər psixoloji proseslərin təzahürü, şagirdlərin tələb edilənləri icra etmək üçün yaranmış istək fənnlərə və bütövlükdə dərsə maragın artması və yaranmaı üçün əvəzedilməz dərəcədə önəmli faktorlardandi.Elm sahəsində istər şüurlu, istərsə də şüuraltı olaraq təhsilə aid yaradılan maraq gələcək üçün savadlı kadrların müsbet emosiyalar ilə, öyrənmədə uğur qazanmaq və bu sahədə yaranan çətinliklərin aradan qaldırılması üçün səbəb olan xoşxassəli təcrubələrin inkişafı məsələsidi.Beləki yalnız ali məktəblərdə deyil, orta məktəblərdə də, yetkinlik yaşına çatmış usaqların müsteqil is təqdimatı onların həm öz zehni qabiliyyətinin, həm də idrak maraqlarının inkişafı üçün xarakterik xüsusiyyətə sahibdir.E.Qoncikin(1983) əsərində bütün şagirdlərin təhsil aldığı müddətə hər hansısa bir fənnə istiqamətliliyinin idraki olaraq marağı aşkar edilir, sagirdlərin bilik səviyyəsinin keyfiyyəti ilə bu maraqlar arasındakı əlaqə, şagirdlərin idrak marağının inkişafına təsir göstərən bir sıra amillər ön planda nəzərdən keçirilir.
Ən basda qeyd etdiyim kimi əvvəlki fəsildə Monqol psixologiyası ilə yanaşı tarixdə böyükk səs salmış Sovet psixologiyasi və psixoloqlarının maraqlarla bağlı problemlərinin vəziyyətinin şərhinə yer verilir.Haşiyəyə çıxaraq əvvəla onu qeyd etməyi vacib bilirəm ki, SSRİnin nəinki psixoloji hadisələri, demək olar ki bütün inkişaf forması, hadisələrin cərəyan etməsi ölkəmizlə yaxınlıq təşkil edir.Beləki tarixə nəzər yetirsək görərik ki, 70 illik bir əsarətdə olan xalqın, millətin ümumilikdə həyatında iz qoyan bir imperiyanın hər tərəfli forması müasir Azərbaycanla uyğunluq təşkil edir.Yarandığı dönəmdən, süqutuna qədər etnik tərkib olaraq üstünlüyü olan millətlərdən biri də məhz müasir Azerbaycanın vətəndaşlarının ulu babaları və s qan qohumları, həmçinin həmvətənlərimiz bir ideologiya altında inkişaf etmişdir.Sovetler psixoloji inkişaf demək olar ki, ən pik həddinə yetmişdi.Bu həm indiki Rusiya dövlətində, həm də həmin dövr rus-tatar məktəblərində xüsusi formada nəzərə çarpır.Beləki təhsilin, o cümlədən fərqli dilə sahib olan millətlərin bir məktəbdə, eyni dildə tədris alması həm genetik faktorlara, həm də digər psixoloji proseslərə təsirsiz ötüşmədi.Həmin dönemi görmüş insanlardan tez-tez eşitdiklərimiz bu gündə bizə nələrin doğru, nələrin yanlış edildiyi barədə fikir yürütməyə imkan verir.Beləki, əldə olan məlumatlar və faktlarla həmin ki dövrə qayıtsaq deyə bilərik ki, Sovet məktəblərində, (istər psixoloji, istərsə də pedaqoji istiqamətdə) dünyaya öz adını qızıl hərflərlə yazdırmış insanlar mövcuddur.Bu gün ki gün, tək bu faktor bəs edir ki, həmin dövrün nə qədər həm qəliz, həm də dəyərli olduğunu izah edek.Lakin kifayət qədər özünü həm psixoloji, həm pedaqoji yönümdən göstərən bir imperiyanın hansı səbəblərdən ləngidiyini və süquta yaxın bir dönəmdə nə üçün ötən illərə nəzərən geridə qaldığı sual doğurur.
Tarixi-psixoloji ədəbiyyatlara nəzər yetirsək görərik ki, böyük vətən, həmçinin ikinci dünya müharibəsindən sonra Sovet imperiyasi tərkibində olan millətlər, həmçinin bizim millətdən olan insanlar həm böyük sevinc, həmçinin də böyük psixoloji gərginlik və yorğunluqla ayrılmışdılar.
Bütün olan hadisələr həmin dönəmdə təhsil alan insanların elm sahəsindəki ümidlərinə xətt çəkmişdi.Kifayət qədər yeniyetmə, tələbə öz gələcəklərini millət uğruna fəda etməyə hazir idi.20ci əsr aralığı həm psixologiyanın həm də Sovet imperiyasının çata biləcəyi ən yüksək dönəm idi.Həm dünya psixologiyası, həm sovet psixologiyası, həm həmin dönəm baş verənlər hamısı bütünlükdə o dövr üçün misil dərəcədə önəmli rol oynamışdı.O dövr azərbaycan təhsili üçün də önəmli idi, yeni açılan məktəblər, yaradılan imkanlar orta məktəbdə təhsil alanlar üçün xüsusi idi.Lakin ümumilikde müasir Azərbaycan Respublikası ilə SSRİ tərkibindəki Azərbaycan arasındakı hər sahədə oxşarlıq olduğu qədər, fərqlilikdə mövcud idi.Ən başlıca fərqlilik artıq məktəblər xüsusi şəraitdə,xüsusi avadanlıq, daha inkişaf etmiş formada keçirilməyə başlanılmasında idi.Bu fərqlilik siniflərin sayının artımı, ali məktəblərə daha savadlı kadrların yetişdirilməsinə imkan yaratmışdı.Ümumilikdə götürsək müasir Azərbaycan məktəblərində diqqət mərkəzini şagirdlərin fərdiliyidisə, Sovet dönəmində,şagirdin deyil, əvvəla sinifin sonra isə bütövlükdə məktəbin nailiyyətlər əldə etməsi önəmli idi
Azərbaycan orta məktəblərində təhsilini davam etdirən yeniyetmələrə bu gun orta məktəb psixoloqlarının böyük dəstək göstərdiklərinin şahidi olmaq mümkündü.Bu sahədə uğurlu addımların olması, həm azərbaycan gəncliyinin, həm azərbəycan təhsilinin daha da zirvələrə doğru irəlilədiyinin göstəricilərindəndi.Sovet dönəmindəki azərbaycan yeniyetmələrinin psixoloji durumları, onların təhsilə, elmə olan maraqları,bu maraqları inkişaf etdirmək üçün yaradılan imkanın, müasir Azərbaycan gəncliyi, yeniyetməlik dövründəki idrak maraqlarının inkişaf etməsinə, onun düzgün, səmərəli və tək istiqamətli deyil, müxtəlif cəhətli olması imkanından aşağı olmasını qeyri-şərtsiz qeyd etmek olar.Bu günn Azərbaycan təhsil işçilərinin, pedaqoq və psixoloqların üzərinə düşən ən böyük vəzifələrdən biri həm qonşu ölkələrdən, həm də dünya psixologiya, pedaqogika, elm, texnika, yaradıcılq kimi sahələrə səs salmış ölkələrin ən yaxşı nümunələrinə ölkə təhsilində yer vermək, onları düzgün,faydalı formada izah etmək və bütün bunların ahəngi ilə irəliyə aparmaq, yeniyetmələrin idrak maraqlarinin artımınana, beynəlxalq arenalarda özünə təşəkkül tapmağına vasitəçilik etmək və hamılıqla bu dövrdə çətinliyi olanlara yardım etmək, yaranmış hər hansısa bir problemin birdəfəlik və qısa müddətdə aradan qaldırılmasına çalışmaqdır .İnsan inkişaf edən varlıq olduğu üçün, keçmiş bilik və bacarıqları müasir insanlara tədris etmək gələcək üçün riskdir.Bu baximdan həm psixoloqlar, pedaqoqlar, həmdə uşaqla işləyən bütün insanlar bunlar nəzərə almalı, daha böyük problemlərin yaranmasının qarşıaını almalı ən əsası yaranmış problemlərə çıxışyolu axtarmalı, əldə olan imkanlarından düzgün istifadə etməlidir.İdrak maraqlari problemi təkcə bir millət, bir ölkə üçün deyil, bütün ümumbəşəri o dönəmə çatmış usaqlarda rast gəlinən bir hadisədir.Bununüçün beynəlmiləl formada bu problemin həlli yolunu axtarmaq vacibdir.
Müxtəlif ədəbiyyatlarda araşdırma apardığım zaman hər bir alim öz aspketindən çıxış edərək fərqli fikirlər irəli sürmüşlər.Beləki,Viqotsikə görə idrak maraq “uşaq davranışının təbii mühərrikidir”. O, “instinktiv cəhdin əsl ifadəsidir".Həmçinin o,vurğulayırdı ki,idrak maraqları yeniyetmələrin fəaliyyətinin onun üzvi ehtiyacları ilə üst-üstə düşməsinin göstəricisidir. Buna görədə nəticə etibarı ilə müəllimlərin optimal,ümumi qərarı bütün təhsil sistemini məhz uşaqların maraqları nəzərə alınmaqla qurmaq olmalıdır.
"İdrak maraqlarının yanaşma şərtləri" adlı əsərin müəllifi olan N.G. Morozova öz əsərində də idrak maraqına yer vermişdir.O, koqnitiv marağı motiv kimi müəyyən edirdi.İdrak maraqı “şagirdin mühüm şəxsi xüsusiyyəti və şagirdin öyrənməyə inteqral koqnitiv-emosional münasibəti” kimi təsvir etmişdi. Morozova hesab edir ki, maraq fəaliyyətin motivasiya sferasında baş verən mürəkkəb proseslərin əksidir.
Hesab edirik ki, yeniyetməlik dövründə təhsil fəaliyyətinin təşkilində son dərəcə vacib olan ünsürlərdən biridə idrak marağıdır.
Yeniyetmələrin idrak marağı olduqca parlaq,emosional rəngə malikdir. O,yeniyetmələrin müşahidələrə, təsvirlərə, təəssüratlara maraq məqamında özünü göstərir. İbtidai məktəb çağında idrak marağı əsasən böyümək arzusu və müstəqillik arzusu kimi psixikanın belə bir neoplazması ilə müəyyən edilir. Bu yaşda koqnitiv maraq mövcud öyrənmə nümunələrinə və ümumiyyətlə biliyin əsaslarına nüfuz etmək istəyi ilə əlaqələndirilir.
Psixoloji ədəbiyyatlarda araşdırmalar apardığım zaman idrak marağın meydana gəlməsinin təbiəti haqqında alimlərin oxşar fikirlərinin,mülahizələrinin şahidi oldum. İstər yerli, istərsə də xarici psixoloqların əksəriyyəti marağı ehtiyacla əlaqələndirir. Tez-tez onları müqayisə edib,analiz-sintez,ümumiləşdirmələr aparırdılar.Aparılan araşdırmalar nəticəsində məlum olan ki, ehtiyaclar və idrak maraqları arasındakı əlaqə çox mürəkkəbdir.Onlar arasında bərabər işarə qoymağa,eyniləşdirməyə əsas vermir.
Belə ki, S.L. Rubinsteyin qeyd edir ki, maraq ehtiyacı əks etdirir.Maraq ehtiyacı əks etdirməsinə baxmayaraq yenədə bununla məhdudlaşmır. Maraq inkişafı eynizamanda idrak marağının təhsil marağına keçid hallarını da əhatə edə bilər. Bununla bağlı İ.F. Xarlamov fikir yürütmüşdür.O ,deyirdi ki, onu digər idrak marağı növlərindən fərqləndirən təhsil marağının bir neçə xüsusiyyətləri vardır.Və Xarlamov həmin xüsusiyyətləri araşdırıb,öyrənmişdi.
Dünyanı araşdıran və öyrənən uşaq, ətrafındakı reallığın müxtəlif sahələrinə maraq göstərərək çoxlu kəşflər edir,nələrisə anlamaq,dərk etmək üçün səy göstərir. Savenkovun fikrincə, idrak marağının formalaşdırılması yollarından biri təhsil tədqiqatlarıdır.O, uşaqların ətraf mühiti müstəqil öyrənmək üçün təbii istəyinə əsaslanır. Təhsil tədqiqatının əsas məqsədi uşaqda insan həyatının istənilən sahəsində müstəqil, yaradıcı şəkildə mənimsənmək və yeni fəaliyyət üsullarını yenidən qurmaq bacarığının formalaşdırılmasıdır.
Peqadoji və psixoloji arasdirmalara əsasən ilkin gənclik dovru yas koqnitiv maragin ən incə saplardan asili oldugu bir donəmdir.Məşhur psixoloqlardan biridə Shchukinanındır.O,müxətlif metodlarla işləyib,hazırlayaraq uşaqların idrak maraqını öyrənmək istəyirdi.Apardıqı araşdırmalar sonrası belə qənaətə gəlmişdi ki, idrak maraq bir insanın ətrafındakı dünyaya, onun obyektlərinə, hadisələrinə və proseslərinə aktiv bir fikir, güclü duyğular, istəklərlə dolu olan xüsusi seçici münasibətidir.İdrak marağının inkişafı məktəbəqədər yaşlı uşaqların yaş xüsusiyyətləri ilə bağlıdır fikridə məhz Şukinaya məxsusdur.
G.İ.Şukina idrak marağının artmağının yeniyetməlik dövrünə qədəm qoymuş uşaqların yaş xarakteristikaları ilə əlaqəli olduğunu dəstəkləyir.O, bu dövrdə özünü göstərən aşağıdakı idrak marağının formalarını müəyyənləşdirir:
-Situativ maraq(epizodik təcrübə)
-Mütəmadi hərəkətdə olan maraq(Həm subyekt, obyekt, həm də fəaliyyətə emosional-idraki münasibət)
-Yeniyetmənin öz fərdi marağın (şəxsiyyətin koqnitiv istiqati)
Şukinaya görə idrak maragi yeniyetme usaqlarin koqnitiv fəaliyyətinin ən çətin, ən agir formasidir.Onun ortaya çıxmasından qabaq həvəs və həvəslənmənin meydana çixmasi baş verir.Şukina marağı uşaq üçün böyük önəm daşımayan bir obyektin yenilənməsi ilə əlaqədar oriyentasiyanin bəsit dövrü hesab edirdi.Obyektlərin məğzini bilmək həvəsi onlarda daha kiçik yaşlılardan fərqli olaraq daha yaxşı nəzərə çarpır, lakin bununla yanaşı bu dövürdə uşaaqlar bu və ya digər işlərə meyl göstərə bilərlər.Şukina oz müəllifi olduğu əsərdə marağı araşdırılan obyekt ile daha dərindən tanışlıq, göstərilən sərhədləri asma nəticəsində öz öyrəndiklərini böyütmək istəyi kimi xarakterizə edir.Və bu mərhələdə də ən yeni nələrisə öyrənmə həvəsi, biliyin bəxş etdiyi şadlığın intellektual hissi yaranir, yeniyetmə uşaqlar onları düşündürən hər bir suala cavab tapmaq istiyir və nəticədə soruşmaga öyrənmə başlayırlar.İstər akademik,istərsə də adi maraq bütün uşaqlara şamil olunandir.Həmçinin bununla yanaşı D.B.Qodovikov, maragin kəmiyyətindən əlavə keyfiyyətini bilmək lazimdir-yeniyetmə nəyi bilməyə can atir və onu həqiqətən əldə etmək üçün azad formada çalışır mı? Maraq mərhələsində iradi səyin koqnitiv prosesinə keçid baş tutur.Koqnitiv prosesdə iştirak faizinə görə marag iki formada ola bilər:
-obyektlerin xarici xassələrini;
- keyfiyyətlərini bilməyə yönəlmiş maraq
Ətraf aləmin zərrə və baş verən hadisələrinin daxili, xüsusi xarakterlərini üzə çıxarmağa istiqamətlənmiş maraq.Koqnitiv fəaliyyətin bir sonraki daha çətin dövrü koqnitiv maraq düşünülə bilər.K.D.Uşinskinin fikrincə yeniyetmələrdə nəinki problemli suallar mövcud olur, həm də onlar ayrı-ayrılıqda azad formada cavab əldə etməyə çalışırlar.Usşaqların diqqət problemi həll edilməyi zərurət təskil edən bir koqnitiv vəzifə olaraq fərqlənir.Boycenko və basqa alimlər yeniyetməlik döveündəki uşaqlarin axarlı koqnitiv marağınım təkamülündə aşağıdakı dövrləri qəlibləşdirirlər:
-uşaqların ətraf mühitdəki xarici obyektlərə qeyri-sabit koqnitiv maraqlarının yaranması, yeganə sübutlara arxalanaraq idrak maraqlarının genişləndirilməsi;
-uşaqlarin sübutları, baş verənləri öyrənmək və onları bir sistemə salmaq, onların məgzinə dərindən bələd olmaq və səbəb-nəticə əlaqəsi qurmaq həvəsi nəticəsində koqnitiv marağının dərinləşməsi;
-idrak fəaliyyətə maragın sabit inikası;
N.N.Poddyakov yeniyetməlik yaşlı usaqlar üçün şamil olunan bir koqnitiv maraq meyarlarını qeyd edir.Bunlara aiddi;
-İntellektual mövzulardakı çətinlikləri, yaranmış problemli situasiyani həll etmək istəyi;
-Həll üçün mümkün qədər çox və lazımlı vasitə və vəsaitə sahib olmaq istəyi.
İntellektual zəfərlərə mənəvi böhranla müşahidə olunan ehtiyac hissi; yeni qavranilmaga başlanılmış mövzu ilə əlaqədar suallar(necə etmək? Niye etmek, ne sehvdir?), yeni bilikler əldə etməyi öyrənmək, yeni davranış tərzinə sahiblik etmək həvəsini tamamlayan, ön planda tutulan fəaliyyət üsullarinin mənimsənilməsi üzrə qruplasdirma
-Yeniliklərinin tam dərk edilməsi ilə bağlı müsbət emosional təcrübə
-Yeni söz və ifadələrin fərqli mənalarina maraq və s.
Dusavitski, koqnitiv marağın mahiyyət etibari ilə intellektual və emosional-iradi hadisələr kimi komponentlərin varlığını nəzərdə tutduğunu vurğulayır.
İdraki maraqlara dair təcrübələrdə Volfqanq Kalerin yeniyetməninşəxsi diskriminativ situasiyalar zamanı yarananan problemlərə dair "Toqquşma" eksperimenti xüsusi yer tutur."Toqquşma"nin məzmunu belədir:İlkin gənclik dövrünə çatmış uşaqlar ətraf mühitdə dostları ilə münasibətdə çətinliklər yaşayır.Beləki nə özündən yaşca kiçik qruplarda, nə də özünndən yaşca böyük adamlarla ünsiyyətdə həddən artıq təklənmiş olurlar.Və ətraf mühitdəki bu "rədd etmə" mexanizmi uşagın şəxsi inkişafına ciddi problem yaradir.Bu problem özünü onun koqnitiv maraqlarinda da gösterir.C.Makklelland, D.Rumelhart Kalerin Toqqusma eksperimentinin ekvivalenti sayila biləcək "Dərk etmə problemleri və ləngiyən maraq" kiçik həcmli esselərini ərsəyə gətirmişlər.Bu esselər ABŞ və İngiltərənin ilk təmayüllü orta məktəblərində dərsliklərə salınmışdır.Esselerin birinde qeyd edilir ki, ümumən insan dəyişkən varliq olduğu üçün onun maraqlarının dəyişməsi də normaldir.Lakin Kibernetikadan məlumdur ki, yaddas həcmi nə qədər böyük olsa, bir o qədər daha rahat idarə etmək mümkündür.Bu esseləri oxuyan N.Comski təhsil aldığı Pensilvaniya universitetinin yuksek seviyyeli seminarinda istirak ederek şəxsi maraqlarin da tərkibində idrak maraqlari önəmli yer tutur.Beləki o öz çıxışında belə demişdi:Anadan olduğum Filadelfiyada kifayet qədər istedadli, həvəsli yeniyetmələrin yaşadigina əminəm, bu bizim dövrdə də belə idi.Lakin kəskin sürətdə kənardan bizə edilən təsirlər həmin həvəsimizi məhv etmisdi.Məsələn:Biz 7 sinifdə oxuyanda usaqlarla evimizə yaxin ərazidəki gölə baliq tutmaga gedirdik.Çünki biz biologiya müəlliməmizi çox sevirdik.Və ona olan rəğbət bizi heyvanlarla maraqlanmaga vadar edirdi.Onu da deyim ki,biz baliqlari sadəcə tutur, biraz əlimizdə o üz bu üzə çevirib yenidən gölə atirdiq.Təbii ki bu bir maraq idi.Lakin kifayət qədər mənasiz idi.Çünki biz həm vaxtimizi itirir, həm də balığın həyatını riskə atirdiq.Bir günn bizdən biraz kənarda hər gün bizdən gec gəlib, bizdən daha tez evinə(həmcinin yaxsi baliq ehtiyyati ilə)qayidan bizdən böyük bir adamin baliq tutduğunu görürdük.Birdəfəsində sual verməyə cəsarətimizi toplayıb sorusduq.Böyük balıqçı bizə sadə anlasiqli dille bir çox şeyleri izah etdi, hətta bizə baliq tutma növlərini də öyrətdi, o günə qədər biz sadəcə tor ilə baliq tuturduq Nəhayətində biz onlari tutub suya buraxmagi tərgidib artiq hər gun evə getirməyə basladiq.Nəticədə həm evle bagli maraq, həm də balıqlara qarsi maraq kəskin olaraq dəyisdi.Və biz artiq bir balig yox müxtəlif növlü baliq axtarisina keçdik, digər dərsləri də öyrənməyə basladiq.Hansi ki biz bilməliydik, hansi havada baliq tutmaq rahatdi, harada daha çox baliqlar olur, suyun axin istiqaməti necə olmalidi və s.Beləliklə bizim quru formada kecən "baliqci" gunlerimiz daha dadli və faydali istiqamet almisdi .
Bu fikrə əsaslanaraq, müəllif bütünlükdə öyrənmə bacariginin bir hissəsi olaraq koqnitiv maragin yaradilmasinin ferdi xarakterik formasi üçün dəyərləndirmə ölçülərini etdi.
Beləliklə, bütün bunlardan belə bir nəticə çixarmaq olar ki, yeniyetme uşaqlarda koqnitiv maragin yaranmasi və inkisaf etməsi, xüsusi fəaliyyət növlerinin bir addim öndə olmasi və xaricdən gələn emosional təsirlərə asililiqla əlaqədar və həyat fəaliyyəti zamani istifadə edilən müsbət emosional hal ilə əlaqəlidir.Savenkova gore idrak maraginin formalasdirilmasi üsullarindan biri elm təhsil araşdırmalarıdır.


Yüklə 121,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin