Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


İnformasiya mübadiləsi və müzakirəsi



Yüklə 0,51 Mb.
səhifə27/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   23   24   25   26   27   28   29   30   ...   70
C.Nabat Monoqrafiya

İnformasiya mübadiləsi və müzakirəsi. Qruplar işlərini təqdim edirlər.
Təqdimatdan sonra qrupların işi müzakirə olunur.
Ümumiləşdirmə və nəticə. Ana müqəddəs, əvəzolunmaz, zəhmətkeş, böyük varlıqdır. Klaster vasitəsi ilə ümumiləşdirmə aparılır.

Yaradıcı tətbiqetmə. Ana və vətən anlayışlarını müqayisə edin.




Qiymətləndirmə. Müəllimin nəzarəti altında şagirdlər özləri qrup üzvləri arasında qiymətləndirmə aparırlar.

\1 Təmsillərin tədrisi texnologiyası



Təmsil janrı uşaqları çox maraqlandırır. Təmsillər paxıllıq, hiyləgərlik, tənbəllik, lovğalıq, yalançılıq, xəbərçilik, xainlik və s. bu kimi pis cəhətlərin tənqidinə həsr olunur. Xeyirxahlıq, zəhmətsevərlik, sadəlik, təvazökarlıq, düzlük, doğruçuluq, səmimiyyət və s. bu kimi xüsusiyyətlər alqışlanır. Təmsillər həm nəsr şəklində, həm nəzmlə yazılır, həcm etibarı ilə kiçik olur. Təmsillər bir növ kiçik həcmli hekayələri xatırladır. Həyatda baş verən hadisə, əhvalat və əşyalar təmsillərdə baş obraz (qəhrəman) ola bilir.
Təmsillərin xarakterik xüsusiyyəti odur ki, burada heyvanlar, bitkilər, quşlar, əşyalar canlandırılır, hadisələr ya onların başına gəlir və ya da onların dili ilə ifşa edilir.
Yazıçı heyvanları, bitkiləri, quşları, əşyaları insan kimi canlandırır, danışdırır. Yaxşı xüsusiyyətlərə rəğbət bəsləyir, pisləri isə ifşa edir. Hiyləgər və acgözləri tənqid atəşinə tutur, mərdləri düşmənlərlə döyüşməyə ruhlandırır.
Yunan ədəbiyyatında təmsillər qədimdən (Ezop-e.ə.VI-V əsrlərdə) mövcud olmuşdur. Romada Fadr, Hindistanda təmsillər toplusu (Pançatantra, III əsr) qədim tarixə malikdir. Fransız şairi Jan Lafonten (XVII əsr) məşhur təmsil yazanlardan biri olmuşdur. Təmsil janrında kulminasiya nöqtəsini İ.A.Krılov qoymuşdur.
Bizdə ilk təmsil nümunələrinə N.Gəncəvinin əsərlərində təsadüf edilir. A.Bakıxanov, Q.Zakir, S.Ə. Şirvani, M.Ə.Sabir, A. Səhhət, A. Şaiqin təmsilləri də maraq doğurur. Məzmununa görə təmsillərin 2 növü var:
1. Alleqoriya
2. Təmsil
Alleqoriyada əhvalatların əşyalara xas olması xarakterikdir. 
Təmsillərin daxili bənzətmə ilə kiməsə işarə etməsi, satiranın, öldürücü gülüşün və nəsihətin əks olunduğu məzmunun verilməsi bu janrın xarakter xüsusiyyətidir.
Şagirdlər təmsilləri öyrənməyə maraqlıdırlar. Təmsillərin tədrisi şagirdləri bədii təsvir vasitələrinin təsir gücü ilə tanış edir, bədii zövqlərini inkişaf etdirir.
Təmsillərin tədrisində iki məqsəd qarşıya çıxır:

  1. şagirddə əsərin məzmununu öyrənməyə maraq oyatmaq;

  2. şagirdin diqqətini əsərin ideyasına yönəltmək [32, s.203].

Təmsillərdə əsas sayılan alleqoriyadır. Təmsil janrında yazan müəlliflər heyvan, quş, bitki, meyvə, həşərat və əşyaları insan obrazları kimi tipikləşdirirlər. Təmsillərdə mənfi xasiyyətlər: yalançı, xəbərçi, müftəxor, acgöz, qorxaq və s. tiplər gülüş hədəfinə çevrilir. Təmsilin sonunda isə nəsihətamiz fikirlər əks olunur. Təmsil janrının tədrisi müəllimdən ciddi səy və yeni innovativ təlim metodlarından istifadə etməklə məzmunun optimal mənimsədilməsini tələb edir.
Təmsil janrı epik növə daxildir. Epik əsərlər isə quruluşuna və məzmununa görə fərqli xüsusiyyətlərə malikdir. Təmsillərdə cansız varlıqlar vasitəsilə insanlara mesaj göndərilir, insana xas xüsusiyyətlər əşyaların üzərinə keçirilir.
Nəzmlə yazılan təmsillər 3 hissəyə bölünür: giriş, əsas hissə, sonluq. Təmsillərin ifadəli oxusunun təşkili məzmunun mənimsənilməsini təmin edir. Təmsillərin oxusunun xüsusiyyətləri dram əsərlərinin oxusuna, səhnələşdirməyə uyğun olduğu üçün şagirdlərin rollu oxusunun təşkili vacibdir. Belə ki, bu zaman şagirdlərin öyrənmə imkanları daha yüksək olur.
Oxunun keyfiyyətli olması təmsildəki bədii ifadə vasitələrinin əhəmiyyətinin dərk olunmasından, intonasiyanın gözlənilməsindən asılıdır. Təmsillərin oxusunun səmərəli təşkilinin əsas faktorlarından olan lüğət üzrə iş hər bir obrazın daxili aləmini anlamağa yardımçı olur. Bunu belə izah etmək lazımdır ki, hər bir leksik vahidin tam, dolğun mənası kontekst daxilində daha yaxşı dərk olunur. Təmsillərin ən diqqəti cəlbedən cəhəti odur ki, əsərin sonunda mütləq nəsihət, tərbiyə, öyüd verən hikmətli ifadə verilir.
Təmsillərin ifadəli oxusunu həyata keçirən zamanı lüğət üzrə iş aparmaq lazımdır. Bundan sonra əsərin tam təhlili aparılmalı və tərbiyəvi məna izah olunmalıdır. Məsələn, aşağıdakı təmsilə nəzər salaq, burada tülkünün hiyləgərliyi ifşa olunur.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin