Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə25/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   21   22   23   24   25   26   27   28   ...   70
C.Nabat Monoqrafiya

Məlumat mübadiləsi və müzakirəsi: Şagirdlər müxtəlif fikirlər söyləyirlər, bir-birinin fikirlərini dinləyirlər.
Ümumiləşdirmə və nəticə: Müəllim suallarla müraciət edir:
-Hekayəni daha necə adlandırmaq olar? (Böyük ürəkli insan).
-Kasıb kişi niyə tərəddüd edirdi? (Özünü bu böyuk insanla danışmağa layiq bilmirdi).
-M.F.Axundovun kişiyə münasibəti necə oldu?(Bahalı xalça verdi).
-O, bahalı xalçanı niyə verdi? (Ona görə ki, xalçanı satıb özünə bir iş qursun).
-M.F.Axundov necə insan idi?(Böyük ürəkli, xeyirxah insan).
Yaradıcı tətbiqetmə: Şagirdlərə hekayəni rollar üzrə səsləndirmək təklif olundu. Onlar mətni özünəməxsus şəkildə, yəni öz cümlələri ilə səhnələşdirdilər.
Qiymətləndirmə. Mətnin düzgün və ifadəli oxusuna görə aparıldı.


Şeirlərin tədrisi texnologiyası

... Şeir deyilən incəsənət əsəri vəznin və qafiyənin, xəyal, fikir, hiss, ideya ifadəçisi olan bədii sözün vəhdətindən ibarətdir[10, s.17].
Şeirlərin poetik xüsusiyyət daşıması, özünəməxsus lirizmə malik olması tədrisi prosesinin də fərqli təşkilini tələb edir. Şeirlərin nəsrdən fərqli spesifik ahəngdarlığı olur ki, bu da onun daha çox diqqət cəlb etməsinə və sevilməsinə səbəb olur.
Şeir anlayışına daxil olan terminlər: vəzn, bölgü, qafiyə, misra, bənd, heca və s. adlanır. Bunlar şeirdə müvafiq ahəngin meydana çıxmasına gətirib çıxarır.
Müəllimin sinifdə şeirlərin oxusunu keçirməzdən əvvəl şeirlərin forması, xarakter xüsusiyyətləri ilə tanış olmalı, onları rəvan, şüurlu, ifadəli oxumağı öyrənməlidir. Dərsliklərdə olan şeirlər şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olduğuna görə onlar həmin şeirlərin xüsusiyyətlərini bilməli, heca, misra, bölgü, qafiyə və s. anlayışları mənimsəməlidirlər. Əlbəttə, şeirlərin tədrisinin optimal təşkili və fəal təlim metodlarından istifadə şəraitində şeirlərin tədrisi keyfiyyəti istənilən səviyyədə olacaqdır. Şeirlərin oxusu lirikanın daxili qanunauyğunluqları gözlənilməklə oxunmalıdır. Şeirlər ifadəli oxunduqda şagirdlər onun bədii qiymətini dərk edirlər. Yalnız ifadəli oxu zamanı şairin hiss və həyəcanı, əsərin lirik təsiri, obazların əhval-ruhiyyəsi, dünyagörüşü şagirdlərin daxili aləminə sirayət edir.
Şagirdlər şeirin adi danışıqdan, nəsrdən fərqini, ritmli-ölçülü olduğunu, sütunlarda yerləşdiyini, yəni spesifik quruluşunun olduğunu ibtidai siniflərdə öyrənirlər. Şeirlər haqqında daha dərin məlumatlar isə şagirdlərə yuxarı siniflərdə təqdim edilir.
İbtidai sinif dərsliklərinə 7-lik, 8-lik, 5-lik və 14-lük şeir formaları daxil edilmişdir ki, bunların tədrisini səmərəli təşkil etmək üçün müəllim qoşma, bayatı, gəraylı kimi şeir formalarının xüsusiyyətlərini yaxşı bilməlidir. Müəllim lirik şeirlərin ifadəli oxusunu mənimsətmək məqsədi ilə şagirdlərin qarşısında nitqin təşkili, şeirin quruluşu, növü, forması, xüsusiyyətləri haqqında bilgilər verməlidir. Şeirlərin oxusu prosesində diqqət yetirməli məsələlərə şagirdlər praktik olaraq bələd olmalıdırlar.
Şeirlərin əsas xüsusiyyətlərinin aşılanması misra sonundakı fasilələrə, misralarda bögülərə, ritmə, qafiyələrə, tələffüzə düzgün əməl edilməsindən asılıdır. Şeirlərdə misra sonu fasilələrə düzgün əməl edilməsi vacib şərtlərdən biridir. Şeirlərin öyrədilməsi prosesində qafiyələr, rədiflər, düzgün oxunmalı, hecalar bir bərabərdə olmalı, ifadə və sözlər aydın tələffüz edilməlidir. Şagirdlər bilməlidirlər ki, şeirin şeir kimi səslənməsində qafiyələrin rolu əvəzsizdir. Şagirdləri düzgün ifadəli oxuya alışdırmaq, qafiyələrin altından xətt çəkib fərqləndirməklə oxu nümunəsi vermək müəllimin borcüdür. Bəzən müəllim şeirin ilk bəndini yazı lövhəsində yazıb oxu nümunəsi verdikdən sonra ardını kitabdan oxuda bilər. Şeirin oxunması ədəbi tələffüz normalarını gözləməklə, şifahi nitq bacarıqlarını inkişaf etdirməklə, qəliblənmiş stereotiplərdən uzaqlaşıb ifadəli oxuya əməl edilməklə həyata keçirilməlidir.
Təcrübə göstərir ki, dərsdə əsər (şeir) üzrə iş düzgün təşkil edildikdə şagirdlər lirik şeiri həvəslə oxuyur, emosionallıqla qavrayırlar. Lirik əsərin qavranılması prosesində təxəyyül, emosiya, təfəkkür, yaddaşın iştirakı bədii qavramanın inkişafına səbəb olur[6, s.158].
Şagirdlərin hafizəsini möhkəmləndirmək, nitqini inkişaf etdirmək, dünyagörüşünü genişləndirməkdə şeirlərin rolu böyükdür. Şeiri əzbərləyən şagirdin leksikonu zənginləşir. Belə ki, şeirdə işlənən obrazlı ifadələr, yəni bədii ifadə vasitələri şagirdlərin lüğət ehtiyatına daxil olur və zaman-zaman nitqdə istifadə edilir. Estetik zövqün tərbiyə edilməsində də şeirlərin rolu əvəzsizdir. Şeirdəki hecanın, vəznin, ritmin, melodikanın, tonun, diksiyanın, vurğu, fasilənin və s. şagirdlərə olduğu kimi çatdırılması oxunun ifadəliliyindən asılıdır. Şeirlərin tədrisi prosesində ifadəli oxunun müstəsna əhəmiyyəti vardır. İfadəli oxu zamanı şairin fikirlərini dinləyiciyə daha dolğun, düzgün, aydın, orijinal, lokonuk, dəqiq çatdırmaq mümkündür.
İbtidai sinif şagirdlərinin ifadəli oxu vərdişlərinin yaradılmasında şeirdə vürğunun müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Məntiqi vürğunun düzgün müəyyənləşdirilməsi bədii oxu üçün əsas şərtdir. Şeirlərin oxusu prosesində məntiqi vurğuya əməl edilməzsə, ifadənin mənası dəyişə bilər. Şagirdlər şeirdə məntiqi vürğunu müəyyənləşdirə bilməyəndə müəllim izah verməlidir.
Şeirin ifadəli oxusunun bir xüsusiyyəti də ayrı-ayrı söz və söz birləşmələrinin fonetik quruluşundan asılı olaraq ifadə imkanlarının nəzərə alınmasıdır.
Vətən
Ey Vətən, ana Vətən!
Heyranam sənə Vətən!
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var. Ə. Cəmil[8, s. 22].
Yaxud:
Yallı rəqsi
Qayada bir şəkil var,
Yallı gedir adamlar.
Nələr düşür gör yada:
Ən çətin zamanda da
İnsan gülüb- oynamış,
Canda müsiqi eşqi
Qayıq-qayıq qaynamış.X.Rza Ulutürk[9, s. 192].
Yaxud:
Əyilmə
Qalsan belə susuz, ac
Yavan çörəyə möhtac
Ağız açma namərdə!
Ürəyində dərd yaşa:
Sən insansan! Əyilmə!
Yoxsul yaşa, mərd yaşa!X.Rza Ulutürk
Şeiri müəllim öz ifadəli oxusu ilə şagirdlərə çatdırmalıdır. Müəllimin oxu nümunəsi hər bir halda şagirdlərə örnəkdir. Müəllimin nümunəsi düzdün oxunun necə olması haqqında şagirdlərin fikirlərinə aydınlıq gətirir. Onlar oxu prosesində intonasiyanı: diksiya, melodika, tembr, sürət, fasilə, məntiqi vurğu və s. gözləməyi öyrənirlər. Bunun üçün isə müəllim öz üzərində çalışmalı, ifadəli oxumaq üçün ciddi hazırlaşmalıdır. Müəllim əsərin ideyasını müəyyənləşdirməli, oxusunda sürətin gözlənilməsi, ritm üzrə və s. məşq etməlidir. Müəllim bədii qiraət ustalarının ifasını dinləməli, öz ifasını mükəmməlləşdirməlidir. Çətinlik yaranarsa, sənətkar və aktyorların lent yazlılarından istifadə etməlidir.
Şeirlərin oxunuşu üzrə işə diqqətlə yanaşmaq lazımdır ki, şeirdəki sözlərin mənası, əsərin məzmunu dolğun mənimsənilsin.
Şeirlərin oxusunda orfoepik normaların gözlənilməsi şagirdlərin oxusunun düzgünlüyü, sürəti, ifadəliliyi, şüurluluğu na, sözlərin və ifadələrin düzgün tələffüzünə güclü təsir göstərir. Şagirdlər şeirin məzmununu şəkil çəkməklə əks etdirməyi, sözlə təsvir etməyi bacarmalı, kiçik esselər yazmalıdırlar.
Şeirlərin oxusuna şüurlu münasibətin yaradılması üçün bütöv oxudan sonra şeiri bənd-bənd oxutdurmaq lazımdır. Bu həm də şagirdləri şeirləri düzgün oxumağa alışdırır.
Dərs nümunəsi:

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin