Dərsin gedişi Motivasiya, problemin qoyuluşu. Müəllim mobil telefon vasitəsi ilə bir mahnı (xalq mahnısı) səsləndirir və soruşur:
-Mahnıda eşitdiyiniz “mən arifəm, içarədən qanaram”-deyimini siz necə başa düşürsünüz? (Fərziyyələr dinlənilir).
Rollu oyun keçirilir. Uşaqlar pantomimo hərəkətləri ilə bir-birinə nəsə deyəcəklərini göstərirlər. Hərəkəti tapana hədiyyə təqdim edilir. Hədiyyənin nədən ibarət olması da yenə him-cimlə izah edilir. Həmin şagird aldığı hədiyyəni jest və mimika ilə təsvir edir. Növbə ilə şagirdlər bir-birinə “hədiyyə” təqdim edirlər. Hər kəs verdiyi hədiyyənin nədən ibarət olduğunu hərəkətlərlə, işarələrlə, jest və mimika ilə təsvir edir.
Tədqiqat sualı: -İşarə ilə, jestlə danışmaq nə deməkdir?
Tədqiqatın aparılması: Mətn şagirdlər tərəfindən hissə-hissə oxunur və təhlil edilir. Keçilmiş digər mətnlərlə müqayisələr aparılır.
Məlumat mübadiləsi və müzakirəsi: Şagirdlər müxtəlif fikirlər söyləyirlər, bir-birinin fikrini dinləyirlər.