Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Strategiyalı oxu üzrə qruplarda müzakirənin qiymətləndirilməsi qaydası



Yüklə 0,51 Mb.
səhifə20/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   16   17   18   19   20   21   22   23   ...   70
C.Nabat Monoqrafiya

Strategiyalı oxu üzrə qruplarda müzakirənin qiymətləndirilməsi qaydası



Meyar

Mətnlə tanış olan şagird

Mətni dərk edən şagird

Mətni tətbiq edən şagird

Məzmun

Qrupun bəzi üzvləri hazırlıqlıdır, fəaldır, fikirlər əsaslandırılır. Mətndən nümunələr gətirilir.
Qrup üzvlərinin çoxunun işi yarıtmazdır, onlar bir-birinə diqqət göstərmir, söylənən fikirləri mətnə uyğun gəlmir.
Kimsə danışmayır, hamı susur.

Qrup üzvlərindən bir neçəsi davamlı şəkildə ardıcıl olaraq iş, vəzifə bölgüsü aparır, mətni müzakirə edirlər.
Fikirlərini əsaslandırmaq üçün mətndən nümunələr gətirirlər.
Sualları cavablandırırlar. Mətni başa düşdüklərini nümayiş etdirirlər.

Qrup üzvlərindən bir çoxu davamlı olaraq iş zamanı vəzifələri bölür, fikirlərini bölüşürlər. Hər bir qrup üzvü yoldaşının fikrini tamamlayır, mövzu üzrə söhbət gedir.
Mövzudan sitatlar, arqumentlər gətirirlər, fikirlərini izah edirlər. Mətni dərk etdiklərini nümayiş etdirirlər. Mətnə uyğun yeni mətn hazırlayırlar.




Oxu zamanı baş verən nöqsanlar

Oxu prosesində baş verən nöqsanlar heç də səbəbsiz deyildir. Oxu texnikası və oxu vərdişlərinin yaranması bir sıra çətinliklərlə müşayiət olunur. Birinci sinfə gələn uşaqların savad təlimi dövründə qarşılaşdığı psixoloji problemlərdən ən mürəkkəbi oxu və yazı sahəsində baş verir. Oxu təlimində baş verən çətinliklər disleksiya adlanır və onun da öz mərhələləri vardır.


Oxunun pozulmasının bir sıra aparıcı səbəbləri mövcuddur. Görmə, görmə-məkan qavrayışı və yaddaşın formalaşmaması səbəbi vizual (görmə) disleksiyanı formalaşdırır. Oxu təlimindəki digər çətinliklərin yaranmasının səbəbi nitq funksiyasının normal inkşaf etməməsi ilə bağlı olub nitq disleksiyası adlanır.
Ümumiyyətlə, kiçikyaşlıların oxu çətinliklərinin əsas səbəblərini aşağıdakı kimi müəyyənləşdirə bilərik:
1) oxu vərdişlərinin yaranmaması;
2) intonasiyaya düzgün əməl edilməməsi;
3) bəzən mətndəki məfhumların mürəkkəbliyi, anlaşılmaması;
4 )görmə qavrayışının məhdudluğu;
5) fonematik təhlilin ilk vaxtlar yüksək inkişaf etməməsi;
6) semantikanın düzgün dərk edilməməsi;
7) lüğət ehtiyatının məhdudluğu[2, s.247].
Buraya bəzi məqamları da əlavə etmək lazımdır:

    • açıq hecaların açar kimi istifadə edilməməsi;

    • səs-heca təhlil-tərkib metoduna lazımınca əməl edilməməsi;

    • oxu prosesində oriyentasiyanın zəifliyi;

    • oxuya motivasiyanın davamlı olmaması;

    • oxu təlimində ardıcıllığın pozulması;

    • nəqletməyə üstünlük verilməməsi;

    • şagirdlərin maraq sferasının nəzərə alınmaması və s.

Oxu təlimi ilə bağlı nöqsanların xarakteri həm müxtəlif, həm də mürəkkəbdir. Məsələn:
Ötürməklə oxu zamanı ya səslər, ya hecalardan bir neçəsi, ya sözün hissəsinin, ya söz birləşmələri, ya da bütün sətrin oxunmadan keçilməsidir. Ötürməklə oxunun 2 növü məlumdur:
1) şagird tanış olmayan, başa düşmədiyi sözü bilə-bilə oxumur;
2) şagird səsi, hecanı düşünmədən ötürür.
Belə halın baş verməsi təkrarlanarsa, oxumada, gözlə səhifənin izlənilməsində səhvlərin yaranmasına səbəb olacaqdır ki, bu da oxunun nöqsanlı aparıldığına işarədir. Səhvlərə tez-tez yol verən şagirdlərin oxuyacağı hissəni oxuya-oxuya barmaqla izləməsi lazımdır.
Əlavəetmə. Əlavəetmədə mövcud mətnə əlavə səs, heca, söz artırmaqla oxunur və həmin oxunduğu kimi də yazıya alınır. Əlavələrin oxunmuş cümlədə mənanı dəyişə biləcəyindən, yaxud dəyişdirəcəyindən oxunun səhv olacağı məlumdur. Əlavəetmə təsadüfdən-təsadüfə olarsa, həyəcanlanmağa əsas yoxdur, yox, əgər bu davamlı şəkildə olarsa, müəllim bu işə ciddi yanaşmalıdır. Çünki belə hal şagirdin diqqətinin inkişafı qayğısına qalınmasına işarədir.
Təkraretmə. Mətndə oxu prosesində sözlərin, cümlələrin təkrarlanması, yəni dönə-dönə oxunması təkraretmə adlanır. Təkraretmə yenicə oxumağa başlayanların oxu texnikasının xüsusiyyətlərindən biridir və tez-tez baş verən geriyə qayıtmadır. Reqressiya adlanan, oxuda sürəti aşağı salan belə vəziyyət oxuda dərketmənin keyfiyyətinə xələl gətirir. Belə hal şagirdin özgüvəni olmadığını göstərir və o, sözün, sözlərin, cümlələrin oxusuna təkrar-təkrar qayıdır. Şagirddə özünəinam artdıqda oxudakı təkrarlamaların da azalması baş verir.
Şagirdlər sözlərdəki eyni hecanı, cümlədəki eyni sözü oxu zamanı dəfələrlə təkrarlayırlar. Bu ondan irəli gəlir ki, şagirdlər fasilə verməklə oxuduqlarından axıra çatmamış əvvəl oxuduqlarının yadından çıxdığını hiss edirlər. Odur ki, oxuda geri qayıtmalar baş verir, şagirdlər çalışırlar ki, oxuduqları hissələri əlaqələndirsinlər. Oxu mətnindəki sözlər çoxhecalı və mənaca çətin olduqca geri qayıtmalar da artır. Şagirdlərin təkrarlamağa meyilli olması ona görədir ki, onlar sözləri təkrarlamaqla, cümlələri birləşdirməklə mətnin mənasını başa düşməyə çalışırlar. Odur ki, ilk dövrlərdə geriyə qayıtmaların nöqsan kimi qəbul edilməsi düzgün deyildir.
Tərs oxuma- çevirmə. Bu hal hərf, heca və sözlərin yerini dəyişdirmək, ya da tərsinə çevrilməsidir.
Birincilərin oxusunda müşahidə olunan, tez-tez rastlaşdığımız çətinlikdir. Tərs oxuma dörd cür olur:

  • sözü tam olaraq tərsoxuma;

  • sözdə bir hərfi tərsoxuma;

  • hərf sırasını tərsoxuma;

  • söz sırasını tərsoxuma.

Eyniköklü sözlər və omonimlər kiçikyaşlılar üçün eyni cür oxu təəssüratı yaradır. Belə olarsa, şagirdlərə yanıltmacların oxudulması səmərəlidir. Belə ki, oxşar olan b-p, s-ş, m-n, v-f və s. hərflərin, daha sonra başqa hərflərin oxunuşu zamanı hərfin qarşılığının işlədilməsi ilə əvəzlənərək nöqsanlı oxu baş verir.
Tələffüz xətaları-bu ədəbi tələffüz qaydalarına riayət edilmədikdə yaranır. Dialekt, şivə sözləri də danışığa əngəl yaradır.
Təhsildə orfoqrafiya qaydalarının düzgünlüyü gözlənilir, tələffüzün də düzgünlüyünü orfoepik qaydalara və intonasiyaya nəzarət etməklə saxlamaq mümkündür.
Yanlış oxuma. Oxunun ədəbi tələffüz qaydalarını gözləmədən aparılması, punktuasiya işarələrinin gözlənilməməsi yanlış oxunun yaranmasına səbəb olur. İbtidai sinif müəllimləri hər zaman şagirdin oxu bacarıqlarının düzgün istiqamətdə formalaşması qayğısına qalmalıdır.

Reqressiya. Oxunmuş hissəni təkrar oxuyarkən gözlərin geri hərəkət etməsidir. Oxucuların içərisində daha çox müşahidə olunan nöqsandır. Elə hal baş verir ki, reqressiyanı oxuyan hiss edə bilmir, oxuduğu səhifəni təkrar oxuyur. Halbuki reqressiya oxuda sürəti azaldır. Bəzi şagirdlər özləri də hiss etmədən mətnləri təkrar oxuyurlar. Ləng oxunun 100 sözdən ibarət mətn üzrə həcmində reqressiyalarının sayı 15-ə çatdığı məlumdur. Təbii ki, gözlərin tez-tez geri hərəkətlərinin oxunun sürətinin azalmasına təsiri güclüdür. Bəzi şagirdlərın oxusu, ümumiyyətlə ləng olur. Onlar asan və ya çətin mətnləri asta-asta oxuyur ki, müəllim belə halların islahına çalışmalıdır.


Reqressiyalarsız oxu. Bu, istənilən çətin mətnlərin geriyə qayıdışsız oxunmasıdır. Yalnız oxunu sona çatdırıb və oxunmuşların mənasını anladıqdan sonra lazım olarsa, mətnin oxusunu təkrarlamaq olar. Belə qayda oxu üçün qanun sayılmalıdır. Oxu mətni hansı çətinlik dərəcəsində olsa da, gözlər yalnız irəliyə hərəkət etməlidir. Geriyə qayıdışa imkan vermək olmaz. Məqsəd oxumağın düzgünlüyünə nail olmaqdır. Məhz belə hərəkət etməklə reqressiyalarsız oxuya sahib olmaq olar. 
Oxu üçün mətnlərin seçilməsi, hər şeydən əvvəl, şagirdlərə oxumağı və öyrənməyi öyrətmək, onların həyati marağına, psixoloji xüsusiyyətlərinə uyğun gələn mətnlərin oxusunun təşkilində geriyə qayıtma olmayacaqdır. Şagirdin bilik və yaş səviyyəsinə uyğun olmayan mətnlərin oxusunda bəlkə də ilk oxuda belə hal olsun. Sözsüz, dərketmədə çətinlik yaradan mətnlər təkrar oxunur, lakin buna adət etmək olmaz.
Oxu zamanı şagirdlər başa düşülməsi lazım olan məqamları düşünmür və ya başqa şey fikirləşdiklərinə görə təktrar oxumağa məcbur olurlar. Mətn təkrar oxunsa belə, oxu məhsuldar olmayacaqdır. Odur ki, geriyə qayıtmalara yol verilməməlidir. Belə oxunun sürəti də aşağı olur, həmçinin mətnin mənasının başa düşülməsi və yaddaşda qorunması aşağı səviyyədə təzahür edir. Reqressiyalı, yəni geriyə qayıtmalarla oxu zərərli vərdiş olduğundan müəllim aşağı siniflərdən qarşısını almalıdır. Bu isə şagirdlərin oxu prosesinə ciddi və məsuliyyətlə yanaşmanı önə çəkir.
Dəyişkən oxu proqramı. Belə proqramın olmasının oxucuya ziyanı yox, xeyri var. İnteqral alqoritm üsulundan istifadə oxuda sürəti 2 dəfədən çox artırmağa imkan verir, mənimsəməni 2 dəfədən çox yaxşılaşdırır.
Artikulyasiya. Tələffüz orqanlarının hərəkəti-oxunun təşkilində dil, diş, alt çənə, dodaqlar, burun boşluğu və s. danışıq üzvlərinin oxunun sürətinə təsiri zahirən azaldıcı təsir bağışlayır, lakin onlar daim hərəkət edirlər. Artikulyasiya aparatının mikrohərəkətləri oxunun inkişaf səviyyəsi, intensivliyi və mətnin çətinlik səviyyəsi ilə əlaqədardır.
Dar görüş sahəsi. Ənənəvi oxuda görüş sahəsi çox dardır, burada ən yaxşı halda 2-3 söz qavranılır. Nəticədə gözlər çox sıçrayış edir. Bu oxu üsulu nəzər yetirmənin parçalanması kimi qəbul olunur. Görüş sahəsi geniş olduqda göz dəfələrlə çox informasiya qavrayır və effektiv oxu baş verir. Sürətli oxuda şagird bir dəfə nəzər yetirməklə 2-3 söz yox, bütöv cümləni, abzası qavramağı bacarır.
Diqqətin təşkil olunma səviyyəsi. Oxu prosesində diqqət vacib şərtdir. Ləng oxuda diqqət yayğın olur, mətn maraqla oxunmur. Mətnin hissələri mexaniki oxunur, oxunmuş hissənin məzmunu dərk olunmur. Belə şagird oxu mətnini yenidən oxumağa başlayır ki, bu da oxunun sürətini azaldır.
Ədəbiyyat

  1. Abdullayev A.S. İbtidai məktəbdə Azərbaycan dilinin tədrisinin metodikası. Bakı: Maarif, 1962, 165 s.

  2. Abdullayeva N. I siniflərin ilk təlim çətinliklərinin psixoloji xüsusiyyətləti//BQU-nun Elmi əsərləri, Bakı, 2019, №3(39)

  3. Abdulla Şaiq. Əsərləri. IV c., Bakı: Azərnəşr, 1977, 776 s.

  4. Azərbaycan qəzeti, 1995 ci il, № 210, s.2

  5. Azərbaycan dili. 1-ci sinif. Bakı: “Altun Kitab” MMS, 2012, 159 s.

  6. Azərbaycan dili. 2-ci sinif üçün dərslik. Bakı: Altun Kitab, 2009, 208 s.

  7. Azərbaycan dili. 3-cü sinif üçün dərslik. Bakı: Altun Kitab, 2012, 207 s.

  8. Azərbaycan dili. 4-cü sinif üçün dərslik. Bakı: Altun Kitab, 2011, 224 s.

  9. I sinif üçün “Ana dili” dərsliyinə metodik göstərişlər. Bakı: Maarif, 1971, 201s.

  10. Cəfərova N.B. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə. Bakı: ADPU, 2020, 404s.

  11. Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dili. 4 hissəli, I hissə (Fonetika, orfoepiya, orfoqrafiya), Bakı: Maarif, 1984, 312 s.

  12. Həsənli B, Abdullazadə N. İfadəli oxu. Bakı: Müəllim, 2015, 304 s.

  13. Hüseynoğlu S. İfadəli oxunun əsasları. Bakı: ADPU, 2010, 123 s.

  14. Kərimov Y. Ş. Ana dilinin tədrisi metodikası. Bakı: Nasir, 2003, 520 s.

  15. Nəbiyeva Ş. Ana dili tədrisi metodikasının aktual problemləri. Bakı: ADPU, 2010, 127s.

  16. Savad təlimi məşğələlərinin təşkili. Bakı, 1988, 66 s.

  17. Tağıyev B. Oxu təlimi. Bakı:ADPU, 2006, 315 s.

  18. Tapmacalar. Bakı, 1973, 11 s.

Rus dilində

  1. Элконин Д.Б. Как учить детей читать. 2-е изд. М.: Знане, 1991. - 80 с.

  2. Рыбникова М.А. Очерки по методике литературного чтения.  З-е изд. М.: Просвещение1963, 315 с.

Türk dilində

  1. Özen M. Metinleri ekrandan okumanin anlam kurma üzerine etkisi. Türkiye, 2009

İnternet resursları

  1. https://www.shagird.az

  2. http://www.tipii.edu.az/noduploads/document/oxu-talimi-muallimlar-ucun-vasait.


  3. http://azkurs.org/qafqaz-universiteti-materiallar.html?page=92

  4. https://aztehsil.com/kitabxanac/512-ktab-oxumaq-mdniyytdir-sizd-ktab-oxuyun-.html






Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin