Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə17/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   13   14   15   16   17   18   19   20   ...   70
C.Nabat Monoqrafiya

Bilirəm

İstəyirəm bilim

Öyrəndim

Şah İsmayıl dövlət başçısı olub. Şah olub. Şeirlər yazıb

Şah İsmayıl nə kimi işlər görüb?



Şah İsmayıl tarixi şəxsiyyətdir. Səfəvilər dövlətinin banisidir. Azərbaycan dilini dövlət dili elan edib.



Təqdimat (prezentasiya)-Adından göründüyü kimi, verilmiş vaxt bitdikdən sonar şagirdlər tədqiqatın nəticələrini təqdim edirlər. Təqdimat mətn kimi şifahi və yazılı, şəkillərlə, qrafik təsvirlə, albomla, rollarla və s. həyata keçirilir. Təqdimat fərdi, cütlərlə və qrupla təşkil oluna bilər. Oxu materiallarının tədrisində yaxşı təşkil olunmuş təqdimatlar hansı formada olmasından asılı olmayaraq, şagirdlərin fəaliyyətinin nəticəsi kimi ortaya çıxır. Onların biliklərinin göstəricisi olmaqla, nailiyyət səviyyələrini də göstərir.
Ziqzaq. 1. Bu, mətnin məzmununu tez bir zamanda mənimsəməyə imkan yaradan üsuldur.
2. Dörd nəfərlik(1, 2, 3, 4) qruplarda birləşən şagirdlər (əsas qrup), nömrələr üzrə yeni qrupda birləşirlər(ekspert qrupu).
3.Mətn dörd hissəyə bölünür və ekspert qruplara təqdim edilir.
4.Ekspert qrupunda olan şagirdlər mətnin verilmiş hissəsini oxuyur, məzmunu qavrayır və öz qruplarına qayıdır, öyrəndiklərini onlara çatdırırlar.
Sonda müəllim şagirdlərin mənimsəməsini yoxlamaq məqsədilə mətnin məzmunun dair suallar verir.
İki hissəli gündəlik strategiyası. Bu zaman oxu prosesinin aparılmasında müəllim cütlərlə iş formasından istifadə edir. Belə üsulla işləyərkən müəllim şagirdlərə tapşırıqlar verir. Məsələn, tapşırılır ki, şagirdlər “Azərbaycan-Türkiyə” şeirinə dair bildiklərini yazsınlar. Cütlərlə işləyən şagirdlər yazdıqlarını bir-biri ilə bölüşürlər. Müəllim bütün sinfi fəaliyyətə cəlb etmək üçün bir neçə şagirdin fikrini soruşur, qalan şagirdlər bu fikri genişləndirirlər.
Sonra şagirdlərə Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinin oxunması tapşırılır, şeir oxunduqca, iki hissəli gündəlikdə qeydlər aparılır[8, s.45]. İki hissəli gündəlik ağ vərəqi şaquli xətlə iki yerə ayırmaqla düzəldilir, sonar hər iki tərəfdə qeydlər aparılır: Məsələn:

I. Azərbaycan ana yurdum!


Şərhlər:
-“Ana yurdum, ata yurdum” ifadəsini necə başa düşürsünüz?
-Bir ananın iki oğlu ifadəsi nə deməkdir?
-Dinimiz bir, dilimiz bir deyəndə, hansı dil və dindən söhbət gedir?
II. Hər iki dövlətə sevgisini bildirib.
-Şeirdə Azərbaycana və Türkiyəyə məhəbbət necə ifadə olunub?
-Şair nəyə görə bu şeiri yazıb?
III. Cümhuriyyət nə deməkdir?
-Azadlıq deyəndə nə düşünürsünüz?
Şeirin oxunması və qeydlərin aparılması başa çatdıqdan sonar müzakirə bütün siniflə aparılır. Müzakirədən sonra şagirdlər “Azərbaycan- Türkiyə” şeirinə dair 10 dəqiqəlik esse yazırlar.
İdeyalar xalısı. Oxu dərslərində çətin problemlər bu üsulla həll edilir. Bir neçə mərhələsi olan bu üsulun quruluşu belədir:
I mərhələdə problem elan edilir. Problem haqqında əvvəlcədən və ya həmin gün məlumat verilir.
II mərhələdə problemin baş vermə səbəbləri araşdırılır.
III mərhələdə problemin həlli üçün müxtəlif yollar müəyyənləşdirilir.
IV mərhələdə fərdi iş aparılır.
İdeyalar xalısı üsulu başqa cür də keçirilə bilər. Məsələn:

  • Şagirdlər 4-5 nəfərlik qruplara ayrılırlar.

  • Şagirdlərə oxu dərsində həll edilməsi lazım olan problem haqqında dərsdən bir neçə gün əvvəl məlumat verilir.

  • Müəllim hər qrupa iri vatman, altı eyni rəngli kağız zolaqlar və yapışqan verir. Tələb olunur ki, problem və onun həllinə dair fikirlər bu kağız zolaqlara yazılsın.

  • Sonda müəllim kağız zolaqların iri vatmana yapışdırılmasını tapşırır.

  • Qrup işi tamamlandıqdan sonra şagirdlər yazdıqlarını oxuyurlar.

  • Daha sonra qruplara başqa rəngdə olan 6 kağız zolaq təqdim edilir ki, şagirdlər problemin həllinə dair fikirlərini orada yazsınlar. Yeni zolaqlarda qrup üzvlərinin fikirləri yazılır və vatmana yapışdırılır. İşi qrup liderləri təqdim edirlər.

  • Müəllim qruplara yapışqanlı vərəqlər verir və yeni ideyalarını burada yazmağı tapşırır. Şagirdlər həmin vərəqləri vatmanlarına yapışdırırlar(xalıya bənzədilir).

  • Sonda müzakirə keçirilir, problemin həllində səmərəli olan yol seçilir.

  • İşin təqdimində tərtibat da qiymətləndirilir. Belə ki, şagirdlər rəngli zolaqları elə yapışdırırlar ki, vatman xalıya bənzəyir.

Vəziyyət (situasiya) üzrə praktikum. Oxu mətnini öyrəndikdən sonra bu metod tətbiq edilir. 
Göstərilən metod şagirdlərdə öyrəndikləri mətnlə bağlı biliklərin, təcrübənin yaranmasına səbəb olur. Bu metodun tətbiqi necədir? Müəllim mümkün variantlarda problem və suallar hazırlayır. Müxtəlif iş yolları təklif edir.
Vəziyyətə uyğun verilən tapşırıqlar iş vərəqlərində əks olunur(2- 5 tapşırıq ola bilər). Şagirdlər cütlərlə və ya qruplarla işləyirlər. Verilən tapşırıqlar yerinə yetirilir və qrup işlərinin təqdimatı keçirilir.
Sonda müzakirənin keçirilməsi ilə dərs yekunlaşdırılır.
Qərarlar ağacı. Üsulun tətbiqi o zaman aktuallaşır ki, təqdim olunan problemin bir neçə həll yolu olsun. Şagirdlər oxu materialında olan problemin həllində hansı yolu seçmək barədə düşünürlər, çünki hamısını seçə bilmirlər. Nə etməli?
Müəllim problemin həlli üçün bir neçə variant söyləyir. Söylənilən variantlar bir-birindən o qədər də fərqlənməməlidir. Problem iri hərflərlə lövhədə əks olunur və 3 həll yolu göstərilir(+, +,-).

PROBLEM

Problemin həlli yo­l­­larının “+” və “-“ tərəfləri

Problemin həlli yolu

I yol

II yol

III yol




+

+

_

Qərar:










Qərarın qəbul edilməsi şagirdlərə həvalə olunur.



  • şagirdlər qruplarla işləyirlər;

  • müəllim tapşırığa aid izahat verir;

  • qruplara cədvəl çəkilmiş kağız və marker təqdim edir;

  • tapşırığın icrasına vaxt verilir;

  • problemin həlli yolları təhlil edilir, variantların müsbət və mənfi cəhətləri müəyyənləşdirilir və xanalara yazılır;

  • bütün variantlar təhlil edilir, qərara alınır ki yalnız bir variant seçilsin;

  • qərarlar lövhəyə yazılır, müəllim onuların üzərini örtür;

  • təqdimatda qruplar yazdıqlarını oxuyurlar, ancaq qərar açıqlanmır.

  • müəllim başqa qrupların rəyini dinləyir, sonar isə qarşı tərəfin müsbət və mənfi cəhətlərə görə hansı variantı seçmələrini soruşur;

  • fikirlər dinlənilir və qərarın üstü açılır.

Beləliklə, digər qrupların da qərarları müzakirə edilir. 
Qərarlar ağacı üsulu düşünülmüş qərarın qəbul olunmasında mühüm əhəmiyyət kəsb edir.
Qar topası. Qar topası üsulu şagirdlərin mətndə öyrənilənlərlə bağlı fikirlərini, yanaşmalarını formalaşdırır. Onlar özlərinin yanaşmalarını söyləyir, gəldiyi nəticələri müdafiə edir, qərar qəbul edir, lazım gəldikdə yoldaşlarına güzəştə gedirlər. Qar topası üsulu şagirdlərin ümumi işdə fəal iştirakını təmin edir. Onların qrup işinə töhvə vermək şansını artırır. Qar topası üsulu mərhələlərlə həyata keçirilir.
I-şagirdlər üçün fərdi iş təşkil edilir.
II-qruplarla iş təşkil edilir
III-ümumiləşdirmədə qərarların hazırlanması bütün sinfə həvalə edilir.
Üsulun tətbiqinə nəzər salaq:

  • Azərbaycan dili dərslərində şagirdlərin qarşısına problematik sual qoyulur və onların qısa müddətdə sualı cavablandırması tələb edilir. Şagirdlərə cavabları vərəqdə yazmaları tövsiyə edilir.

  • Qruplar yaradılır, həmin problematik sual qrup üzvlərinə elan edilir. Orup üzvləri öz fərdi işlərini ümumiləşdirib, qərar hazırlayırlar və kağıza yazırlar.

Sonra da təqdimat aparılır.

  • Bütün qrup işlərinin müzakirəsi aparılır, daha çox təkrarlanan fikirlər ayrıca kağızda yazılır.

Dəyirmi masa. Müəllim şagirdləri qruplara bölür və onlara qrup üzvlərinin sayına uyğun rəngli flamasterlər və iri ağ kağız verir. Şagirdlərin hər birinin cavabı öz flamasterləri ilə yazmaları tapşırılır.
Müəllim kağıza hər hansı bir fikir yazır. Qrup üzvləri isə bu fikrin davamı olan digər bir fikri vərəqdə bir-birinə ötürərək öz rəngli flamasterləri ilə yazırlar. Bu üsul şagirdlərin hər birinin mövzunu necə mənimsədiyini başa düşmək üçün tətbiq olunan əhəmiyyətli üsuldur.
T-sxemlər. Mətnin müzakirəsində müqayisəli fikirlərdən( + və ya -), cavablardan ( razıyam və ya etiraz edirəm) istifadə edilir.
Şagirdlər verilmiş oxu mətnini oxuyurlar. Sonda cədvəl tərtib olunur: müsbət(+) və mənfi (-) səbəblər göstərilir.

“+” səbəblər

“-”səbəblər

1.
2.
3.

1.
2.
3.

Cədvəl tərtibi başa çatdıqdan sonar cütlərlə iş aparılır.


Birinci 5 dəqiqədə səbəblər yazılır, ikinci 5 dəqiqədə isə cədvəldə sol tərəfdə qoyulmuş suala cavab yazılır, üçüncü 5 dəqiqədə cədvəldə sağ tərəfdə verilən suala cavab yazılır. Müəllim cavablara əsaslanıb ümumiləşdirmə aparır, sonda nəticə çıxarılır.
Daha sonra oxu mətninin mütaliəsi təşkil edilir, şagirdlərin öyrəndikləri mütəmadi müzakirə edilir. Mətnlə tanışlıqdan sonra da cədvəldə düzəlişlər aparmaq olar. Müəllimin hazırladığı sxemdə düzəlişlərin aparılmasında şagirdlər iştirak edirlər.
İşgüzar səs-küy. Müəllim mövzuya dair şifahi izah verdikdən sonra qruplar (4-6 nəfərlik) yaradılır. Müəllim təklif edir ki, oxu mətni ilə əlaqədar 5 dəqiqə müddətində qruplarda işgüzar müzakirələr aparılsın. Sonda təkliflərə, nəticələrə əsaslanaraq siniflə fikir mübadiləsi təşkil edilir. Bu da mətnin asan, düzgün, şüurlu, aydın, ifadəli dərk edilməsinə şərait yaradır.
Venn diaqramı (Mətnlərin müqayisəsi). Venn diaqramı 1-1-i ilə kəsişən bir neçə dairədən ibarətdir. Mahiyyət ondadır ki, kəsişmə hissələrində iki və daha çox anlayış müqayisə edilə bilir. Anlayışların hər birində oxşar, fərqli cəhətlərin olduğu məlumdur və həmin cəhətlər dairələrdə qeyd olunur. Belə ki fərqli cəhətlər dairələrin sol və sağ tərəflərində, oxşar cəhətlər isə dairələrin kəsişdiyi hissədə-ortada yazılır. Venn diaqramı oxu materiallarının müqayisəsində, onların fərqli və oxşar cəhətlərinin müəyyənləşdirilməsində çox səmərəlidir.
Azərbaycan dili dərslərində şagirdlərə oxunan mətn haqqında esse yazmaq tapşırılır. Şagirdlərə yazdıqları ilə oxu mətninin müqayisə edilərək oxunmasına yönəlmiş tapşırıqlar təqdim edilir. Məsələn:
1.Verilmiş hər iki oxu mətnində fərqli və oxşar cəhətləri müəyyənləşdirin.
2.Verilmiş mətnləri seçərkən bu və digər məsələlərə diqqət yetirin:
-oxu mətninizin xarakteri;
-dərslikdə olan mətnin xarakteri;
-həmin mətnlərdə təqdim edilən məsələlər.
3.Tapşırığı Venn diaqramında yerinə yetirin.
4. Belə mətn yazsaydınız nələri artırardınız?
Azərbaycan və Türkiyə bayrağı müqayisə edildikdə fərqli cəhətə görə birinci sinif şagirdləri belə cavab verirlər:
-Türkiyənin bayrağı qırmızıdır. Azərbaycanın bayrağı üçrənglidir.
Oxşar cəhəti müəllim qeyd edir:
-Bu bayraqların rəngi fərqli olsa da, hər ikisi dövlət simvoludur.
Sinkveyn. Sinkveyn (fransız sözüdür, beşlik adlanır) beş sətirlik şeirdir. Sinkveyn qeyri-adi şeirdir. 
1.Birinci sətir-şeirin həsr olunduğu məfhumu, adı bildirir (isim).
2.İkinci sətir-məfhumun əlamətini bildirən iki sözdür(sifət).
3.Üçüncü sətir- məfhuma dair hərəkəti, fəaliyyəti, nə edildiyini, nə baş verdiyini bildirən üç sözdür(feil).
4.Dördüncüsü, məfhum haqqında münasibətinizə aid 4 sözlu cümlədir.
5.Beşinci sətir-verilmiş məfhumun şagirdin əhvalına təsirini ifadə edən bir sözdür.
Məsələn:
Qızılgül
Ətirli, tikanlı,
Dəririk, qoxlayırıq, sevirik.
Qızılgül, sənin ətrindən doymaq olmur!
Gözəllik.
***
Alma
Şirin, dadlı,
Əkirik, becəririk, yeyirik.
Babam mənə alma aldı.
Sağlamlıq.
Sinkveyn oxunmuş kitab(hekayə, şeir, nağıl, təmsil və s.), həmçinin tədqiq edilmiş problemə dair bədii formada xülasədir. Sinkveyn şagirdlərdə nəticəçıxarma və interpretasiya bacarıqları yaradır.
Layihələrin hazırlanması. Müəllim oxu materialına aid problemi müəyyən edir və şagirdlərə layihə hazırlamağı tapşırır.
Şagirdlərə layihənin başlanması və bitməsi vaxtı elan edilir. Layihə hazırlığında hansı vasitələrdən istifadə olunacağı, onların əldə edilməsi yolları, işin aparılma forması və s. izah edilir. Şagirdlərin tədqiqatçılıq bacarığının inkişaf etdirilməsi üçün bu üsulun tətbiqi vacibdir.
Müəllimin sualları cavablandırması, daha doğrusu, fasilitator olması, istiqamət göstərməsi şagirdləri ruhlandırır. Tədqiqat istənilən şəkildə təqdim edilir: hesabat formasında, xəritələrlə, illüstrasiya şəklində, fotoşəkillərlə, cədvəllərlə, qrafik formada və s.
Akvarium. Akvarium üsulu-müzakirə xarakteri daşıyır, şagirdlərin fəallığını yüksəldir. Oxu materialının müzakirəsini keçirmək üçün tətbiq edilən üsuldur. Maraqlı olduğu üçün şagirdlər diskussiyaya tez qoşulurlar. Bu texnikanın tətbiqində iştirakçıların eyni fikrə gəlməsi tələb olunmur. Bu zaman diskussiya aparmaq mədəniyyəti aşılanır. Burada məqsəd müzakirənin düzgün aparılmasıdır.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin