Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə15/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   11   12   13   14   15   16   17   18   ...   70
C.Nabat Monoqrafiya

Fərqli Oxşar Fərqli
Müəllim:
- Oxuduğunuz və yazdığınız mətnlərdəki məsələlər haqqında nə fikrə gəldiniz?
- Bu mövzuda yenidən mətn yazsanız oraya nələri əlavə edərdiniz?
Beləliklə, müəllim şagirdlərdə müqayisə etməklə oxu strategiyasının yaradılması qayğısına qalır.
Müasir dövrdə strategiyalı oxu təliminin səmərəli təşkili üçün fəal təlim texnologiyalarından istifadəyə üstünlük verilir. Fəal təlim texnologiyaları şagirdlərin yaradıcılığını aşkara çıxarır. Fəal təlimdə müəllimin bələdçiliyi biliklərə yiyələnməkdə şagirdlərə yol göstərməkdir, şagirdlər isə tədqiqatçılıq funksiyasında çıxış edirlər. Fəal təlim texnologiyalarının istifadəsi təlim prosesində təhsilverən və təhsilalanın eyni bir vaxtda interaktiv fəaliyyətinin təşkili xarakteri daşıyır. Odur ki, fəal (interaktiv) üsulların xüsusiyyətlərini öyrənmək lazımdır. Bunlar aşağıdakılardır:

  • müəllim tərəfindən dərsə maraq yaradan problem vəziyyətin yaradılması;

  • şagirdlərin problemi araşdırmaq imkanlarının aşkara çıxarılması;

  • şagirdlərin bilikləri müstəqil olaraq dərk etməsi;

  • problemin həlli istiqamətində işlərin həyata keçirilməsinə şəraitin olması.

Fəal(interaktiv) təlim metodlarının strategiyalı oxu prosesində tətbiqi əsərin oxusunun, məzmununun dərk olunmasıda böyük əhəmiyyət kəsb edir.
Strategiyalı oxunun təşkilində faydalı olan fəal təlim texnologiyaları haqqında bəzi nüanslara diqqət yetirək:
Beyin həmləsi (Əqli hücum). İnformasiya bolluğunda şagirdlərin fəallığının artması üçün beyin həmləsindən istifadə olunur. Beyin həmləsi mətnə dair çoxsaylı fərziyyələr söyləməyə imkan yaradır. Bu çoxsaylı fərziyyələri ümumiləşdirmək, fərqli fikirləri dəyərləndirmək, onlara şərh verməmək və  s. əsas məsələlərdən biridir. Əqli hücum şagirdlərin sərbəst fikir söyləməsinə imkan yaradır, onlar bu şərtlərə uyğun olaraq oxu mətninə dair təfəkkür fəaliyyətlərinin səviyyəsi daxilində fərziyyələr irəli sürürlər. Alınan fikirlər fərqli olsa da, bunların hamısı lazım olan fikrin yaranması üçün yardımçı rolunu oynayır.
Əqli hücum üsulu şagirdləri şablondan uzaqlaşdırır, onların təfəkkürünün inkişafına yol açır. Əqli hücum üsulunda şagirdlərin söylədikləri açıqlama aparılmadan lövhəyə yazılır. Bütün fikirlər yazıldıqdan sonar müzakirələr aparılır. Nəticədə tədqiqat sualı yaranır.
Diskussiya (Müzakirə). Diskussiya hər bir problemin həlli yollarının açılması üçün təşkil oluna bilər. Diskussiya mövzudakı faktlara və hadisələrə münasibəti öyrənməyə imkan yaradır. Bu prosesdə şagirdlərin məsələyə münasibəti üzə çıxır, onlar əsaslı faktlarla problemi təhlil etməyi bacarırlar. Müzakirə zamanı onlarda bir-birini dinləmək, danışanın sözünü kəsməmək, növbə ilə danışmaq kimi bacarıqlar yaranır, həmçinin digər fikirlərə dözümlülük, diskussiya mədəniyyəti inkişaf edir.
Bir mövzu ətrafında fikir, təəssürat, ideya və məlumatların dinlənilməsi və təkliflərin irəli sürülməsi müzakirənin məğzini təşkil edir. Müzakirələrin əsas məqsədi problemin təhlili, həlli istiqamətində fikir yürütmək, düzgün qərara gəlməkdir.
Müzakirədə dinləmək, sual vermək, sualı cavablandırmaq, təklif irəli sürmək, təhlil etmək bacarıqları formalaşır, şagirdlərin məntiqi və tənqidi və yaradıcı təfəkkürləri, şifahi nitqləri inkişaf edir. Müzakirə zamanı şagirdlərə əvvəlcə müzakirə qaydaları xatırlanır. Problem mövzu şəklində təqdim edilir. Diskussiyada sualların verilməsi, şagirdlərdən cavabların alınması, alınan cavabların nəzərdən keçirilməsi və nəticədə ümumi fikrin ortaya çıxması vacibdir. Bu zaman müəllim müzakirəni tənzimləmək üçün açıq suallardan istifadə edir, çünki qapalı suallar müzakirə üçün məqsədəuyğun sayılmır.
Nümunəyə baxaq:
“Meynə niyə ağlayır”[8, s.93] mətninə dair müzakirədə mövzuya aid müxtəlif suallardan istifadə etmək olar:
“Necə düşünürsünüz? Ata meynəni niyə budayır? Siz bu haqda nə düşünürsünüz? Elşənin hərəkəti necə oldu? O, niyə belə etdi? Siz nə edərdiniz? Bu hadisə necə oldu ki, baş verdi? Daha necə ola bilərdi? Bu vəziyyətdə nə etmək olar?
Belə vəziyyətdə siz nə edərdiniz? Düzgün qərqr qəbul etmək asandırmı?”.
Debat. Debatlarda 3 tərəf olur. İki tərəfin fikirlərini üçüncü tərəf öz dəlilləri ilə inandırmalıdır. Debatlarda əks fikirlər toqquşur, problemin yeganə düzgün həll yolu inandırıcı dəlillərin söylənilməsidir. Oxu materiallarının tədrisində debatın aparılması maraqlı olur. Buna hazırlıq üçün 7-10 dəqiqə vaxt ayrılır. Bu vaxt mətnə aid materialların toplanmasına sərf olunur. Bu məlumatlar bir şagird tərəfindən qeyd edilir. Debat həm şifahi, həm də yazılı keçirilə bilər. Yazılı debatların aparılma qaydası şifahi debatlarda olduğu kimidir, sanki yazılı dialoqdur.
Söz assosiasiyası. Söz assosiasiyasını tətbiq edərkən aşağıdakıları nəzərə almaq lazımdır:
-Öyrənilən mətnlə bağlı başlıca sözü yazı lövhəsinə yazmaq tələb olunur.
-Şagirdlərin həmin sözə aid gördükləri, eşitdikləri, ağıllarına gələn ilk sözü yazmaları üçün onlara 1-2 dəqiqə vaxt verilməlidir.
-Dərsin sonunda isə şagirdlər mövzu ilə bağlı düşündüklərini bir sözlə ifadə etməlidirlər.
Sonra isə sözlər yazılır. Məsələn: qırmızı- lalə, nar, bayrağın rəngi və s.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin