Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə18/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   14   15   16   17   18   19   20   21   ...   70
C.Nabat Monoqrafiya

I variant: şagirdlər bir-birinin sözünü kəsməməli, reqlamenti gözləməlidir. Burada şagirdlər iki qrupa ayrılır ikiqat dairə yaradılır. Daxili dairə təqdim edilən problem ətrafında düşünür, öz aralarında müzakirə edirlər. Xarici dairənin şagirdləri isə diskussiya zamanı qaydalara əməl edilib-edilməməsinə nəzarət edirlər.
Təqdim edilən problem üzrə müzakirənin gedişatı 20 dəqiqəyə qədər davam edə bilər. Xarici dairəni təşkil edən şagirdlər işin necə getdiyinə dair fikirlərini bildirirlər, qiymətləndirmə aparılır.
İkinci mərhələdə xaricdəki və daxili dairənin üzvləri yerlərini dəyişirlər. Problem üzrə iş davam edir.
II variant: Daxildəki dairədə əyləşən şagirdlər problemin müzakirəsində onun lehinə fikir bildirirlər. Xarici dairəni təşkil edən şagirdlər arqumentləri eşidir, yazır, təhlillər aparır və bunun əksi üçün hansı fikirləri söyləyəcəklərini müzakirə edirlər.
20 dəqiqə davam edən diskussiyanın sonunda iştirakçılar arqumentlərlə qalibi müəyyənləşdirirlər [ 10, s.114].
Konseptual cədvəl. Yazıda aparılan bu üsulda fəallığı yaradan konseptual cədvəllərdir. Metodun səmərəliliyi onun istifadəsində müqayisələrin aparılmasının nəzərdə tutulmasıdır.
Cədvəlin sütunlarında müqayisəyə cəlb edilən obyektlərin, sətirlərdə müqayisə edilən şərtlərin fərqlilikləri yerləşir.
İnsert. İnsert həm də Səmərəli Mütaliə və Yazı Üçün İnteraktiv Qeydetmə Sistemi kimi tanınır. Dərsin II mərhələsinə aiddir. Material insertlə oxunan zaman şagirdlər öz qavrayışlarını yoxlaya bilirlər. Onlar oxuduqca oxu mətnini dörd cür işarələyirlər.
Məsələn, onların əvvəllər bildiyi məlumatların qeyd olunması üçün mötərizədə göstərilən yoxlama işarəsi (✓) qoyulur. Oxu mətnində verilənlər əvvəllər öyrənilən məlumatlara zidd olarsa, mənfi(-) işarəsi qoyulur. Oxunan məlumatda yenilik olarsa, müsbət (+) işarəsi qoyulur. Oxu mətni ilə bağlı şagirdlərin əlavə bilməyə can atdıqları biliklər olarsa, sual (?) işarəsi qoyulur.
Hər zaman da işarə qoyulması lazım gəlmir. Məlumatın ümumi mənzərəsi verilməlidir, çünki, şagirdlər yaş və hazırlıqlarına görə müxtəlif işarələrdən istifadə edə bilərlər. İbtidai siniflərdə iki işarənin verilməsi məqsədəmüvafiqdir. Məsələn: 1)bunu bilirəm (✓) və 2) bunu öyrənirəm (+) işarələri qeyd olunur.
Ucadan düşün. Oxu təlimində müəllimin öz düşünmə tərzini şagirdlərə çatdırması, onların oxu mətni haqqında necə düşünə bilməsinin yolları göstərilir. Müəllimin öyrətdiyi kimi əlaqə yaratmaq, ümumiləşdirə bilmək, dərk etmək, nəticə çıxarmağı bacarmaq və yaxşı oxucu olmaq qabiliyyəti yaradılır. Ucadan düşün üsulu ilə oxuda dərs iki mərhələdə aparılır:
Birinci, mətn oxunarkən düşüncəyə yönəltmə mərhələsi həyata keçirilir.
İkinci, düşünərək oxuya bilmək üçün hansı üsulların faydalı olması öyrədilir.
Oxu başa çatdıqdan sonar necə oxunması və yadda qalması haqqında sorğu keçirilir:
-Oxuduğunu başa düşmək üçün necə oxumaq lazımdır?
Sualın cavablandırılması müstəqil oxuyan və yaradıcı düşünməyi bacaran oxucunu yetişdirir. Ucadan düşün metoduna aşağıdakı fəaliyyət növləri də daxildir:

  • ilkin biliklər müəyyənləşdirilir;

  • əlaqələndirilir;

  • sual verilir;

  • məqsəd müəyyənləşdirilir;

  • dərketmə yoxlanılır;

  • təsəvvür edilir;

  • uşaqların münasibəti öyrənilir, dəstəkləyici fikirlər əlavə edilir.

Qeyd edək ki, fəal təlim texnologiyalarının imkanlarından istifadə edən hər bir müəllim strategiyalı oxuya yiyələnmiş şagird hazırlaya bilər.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin