Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə31/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   27   28   29   30   31   32   33   34   ...   70
C.Nabat Monoqrafiya

+

_

+

+

Düzgün oxuyur.

_

+

+

+

Təmsili fərqləndirir.

+

+

+

+

Əsas fikrə münasibətini bildirir.

+

+

+

+

Atalar sözlərinin tədrisi texnologiyası



Atalar sözü şifahi xalq yaradıcılığının növlərindən biridir. Spesifik janr olan atalar sözü xalqın hikmət xəzinəsidir. Kiçik həcmli bu ifadələr dərin məna kəsb edən lokonik, bitkin cümlələrdir.
Xalqın əsrlərdən bəri əldə etdiyi həyat təcrübəsini əks etdirən atalar sözləri bu günümüzdə də öz aktuallığını saxlamışdır. Cümlədə az sözlə dərin məna verə bilmək xalqın dil faktorundan səmərəli istifadə edə bilməsinin bariz nümunəsidir. Xalqımız öz tarıxi boyunca apardığı müşahidələri asan, səlis, ifadəli, orijinal, yığcam ifadələrlə gələcək nəsillərə ərməğan etmişdir.
Folklorda kiçik formalı, dərin məzmunlu janr olan atalar sözləri obrazlı söz sənətidir. Yığcam şəkildə bədii obraz yaradan atalar sözü ədəbi-bədii çalarları ilə canlı xalq dilinə rövnəq verir. Atalar sözü insanların həyat fəlsəfəsini, əxlaqi-estetik, baxışlarını əks etdirir. Həyatın bütün sahələrini əhatə edən atalar sözü insanların fikirlərini ifadə edən parlaq işıqdır. Əməklə bağlı atalar sözlərinin gənc nəslin əməyə, peşəyə məhəbbətinin yaranmasında böyük əhəmiyyəti vardır. Məsələn:
İşləməyən dişləməz.
İşləyən kotan pas atmaz.
Ağac əkən barından yeyər.
Bəsləsən atlaz olar,
Tut yarpağından.
Zəhmət həyata bəzəkdir.
İşləməyən, dişləməz.
Əmək xoşbəxtliyin açarıdır.
Çox zəngin olan atalar söləri həyatın bütün sahələrini özündə ehtiva edir.
El bir olsa, dağ oynadar yerindən.
El gücü, sel gücü.
Birlik dirilikdir və s. atalar sözləri birlikdə güclü olmağı təbliğ edir.
Atalar sözlərində vətən sevgisi, igidlik, mərdlik, mübarizlik hissləri bədii-obrazlı bir dillə çox güclü şəkildə ifadə olunur. Atalar sözündə vətən, torpaq, yurd, el-obanın müqəddəs maddi və mənəvi xəzinə olduğu əks edilir.
Şagirdlərin şifahi nitq bacarıqlarının inkişaf etdirilməsində atalar sözləri böyük imkanlara malikdir. Belə ki, atalar sözləri vasitəsi ilə şagirdlərin təfəkkürü inkişaf edir, hissləri, təxəyyülü, təsəvvürü, lüğət ehtiyatı zənginləşir.
Atalar sözləri lokonik ifadə olunur, yığcam ifadələrlə geniş fikir söyləmək xüsusiyyəti şagirdlərin nitqinə hopur, onların nitqi xalq hikməti ilə zənginləşir.
Professor Ə.Qarabağlı yazırdı ki, xalq hikməti ifadələrin, mənalı, fəlsəfi ümumiləşdirmələrin yığcam şəkildə əks etdirilən həyat həqiqətləri, yəni atalar sözü əvəzsiz mənəvi xəzinədir.
Mətnlərin oxusunda hadisələrin atalar sözünün hikməti ilə müşayiət olunması məşğələlərin daha canlı keçməsi və oxu mətninin məzmununun dərk edilməsini təmin edir.
İbtidai siniflərin Azərbaycan dili dərslərində oxu mətninin ideya, məzmun və məqsədinin mənimsənilməsində atalar sözünün istifadəsi mühüm rol oynayır. Oxu mətnlərinin tədrisi prosesində atalar sözünün istifadəsi mətnin emosional-obrazlı dərk edilməsinə, həmçinin tapşırıqların maraqlı olmasına şərait yaradır. Bu da öz növbəsində şagirdlərin təfəkkür və nitqinin inkişafına  səbəb olur. Məsələn, “Xəstə” mətninə uyğun atalar sözlərinin verilməsi şagirdlərin məzmunu daha yaxşı mənimsəməsinə imkan yaradır[7, s.146].
Tənbəl tədbirli olar.
Tənbələ dedilər, dur qapını ört, dedi, külək örtər.
Ortada yeyir, qıraqda gəzir.
Yalançının şahidi yanında olar.
Oxu mətnlərinin tədrisi prosesində şagirdlərin diqqətinin atalar sözünə yönəldilməsi fikrin yığcam söylənilməsinə imkan yaradır. Şagirdlərin şifahi nitqi atalar sözünün: xalqın mənəvi xəzinəsinin, dilinin, tələffüzünün, ifadə xüsusiyyətləri ilə silahlanır. Atalar sözü nitqi kəsərli və tutarlı edir. Atalar sözü şagirdləri pis xüsusiyyətlərdən uzaqlaşdırır, onları vətənpərvər, ədalətli, səxavətli, xeyirxah, zəhmətkeş, cəmiyyətə layiqli şəxsiyyət kimi yetişdirir. Məsələn, bu mətnlə (Mövzu: “Yaşıl fincan”) əlaqədar aşağıdakı tapşırıq verilmişdir.

  • Mətnin məzmununa uyğun atalar sözlərini seçin. Çalışmada aşağıdakı atalar sözlərindən istifadə olunmuşdur:

  • Yalan üz qaraldar.

  • Yalançının şahidi yanında olar.

  • Yalanın ömrü az olar.

  • Yalançı özünün düşmənidir.

  • Yalan cücərər, amma bitməz [8, s.43].

Mətndəki anlayışların öyrədilməsində atalar sözlərindən istifadə etmək, xalqın müdriklik nişanəsi və hikmət xəzinəsinə əsaslanmaq həm mətnin məzmununun anlaşılmasına, həm şagirdlərin lüğət ehtiyatının zənginləşməsinə, həm də nitqinin inkişafına səbəb olur. Aşağıdakı çalışmaya nəzər yetirək:

  • Hansı atalar sözündə əksmənalı sözlər yoxdur?

1. Yüz ölç, bir biç.
2. Zəhmətsiz bal yeməzlər.
3. Axşamın xeyrindən səhərin şəri.

  • Hansı atalar sözündə əksmənalı sözlərin yeri səhv düşüb?

A) Baca düz olsa da, tüstü əyri çıxar.
B) Oğlan evin dirəyi, qız evin bəzəyidir.
C) Ağ gün ağardar, qara gün qaraldar [9, s.68].
Atalar sözlərindən istifadə mətinin məzmununun emosional mətnimsənilməsini təmin edir. Atalar sözlərindən istifadə əsərin təsir gücünü artırır.
Mətnin məzmununa uyğun atalar sözü məzmunun açılmasına, obrazların xarakterinin başa düşülməsinə şərait yaradır. Atalar sözündə sözün dar lüğəvi mənası yox, geniş məcazi mənası əks olunur. Belə ki, atalar sözlərinin təsir qüvvəsi şagirdlərin nitqinin obrazlı ifadələrlə zənginləşməsində, sərrast, yerində deyilmiş cümlələrdə özünü göstərir.
Atalar sözlərinin tədrisini real həyat hadisələri ilə vəhdət yaratmaqla həyata keçirmək daha səmərəlidir. Oxu mətninin atalar sözü ilə inteqrativ tədrisi, əsərdəki obrazların ayrı-ayrı xarakterinə uyğun atalar sözlərinin istifadəsi mətnin daha asan, emosional-estetik qavranılmasını və tərbiyəvi nəticənin mənimsənilməsini təmin edir.
Əsərdəki surətlər, qəhrəmanın davranışı, obrazlar arasındakı münasibətlərin nəticəsi, əhval-ruhiyyə, ədalətli, ədalətsiz hərəkətlərin öyrənilməsi, qiymətləndirilməsi şagirdlərin düşüncəsini, təfəkkür və nitq inkişafını üzə çıxarır. İbtidai siniflərdə oxu mətnlərinin tədrisi prosesində zamanın kəşməkeşləri qarşısında dözüm göstərən, bu günümüzə qədər gəlib çıxan, ən sadə sözlərlə dərin məna ifadə edən atalar sözlərinə geniş yer verilməsi təlimin optimallığını təmin edən faktordur. Kiçik məktəblilərin xalq hikmətindən, onun tərbiyəvi nəticələrindən bəhrələnməsi tədris-tərbiyə işinin düzgün qurulmasında, faydalı olmasında böyük əhəmiyyət kəsb edir.
IV sinfin Azərbaycan dili dərsində şagirdlərdən çalışmanın yerinə yetirilməsi tələb edilir [6, s.170]. Çalışmada şagirdlərə oxunmuş mətnə uğun olmayan atalar sözünü seçmək tələbi verilir:

  • Bağ salan barın yeyər.

  • Lovğalığın sonu xəcalətdir.

  • Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir.

Belə tapşırıqlar əsərə, qəhrəmana aid münasibəti aydınlaşdırmağa imkan verir.
Uyğun atalar sözundən istifadə şagirdlərin təşəbbüskarlığını, müstəqil fikir söyləmələrini, əsərə, qəhrəmanlara düzgün münasibət bəsləmələrini və yaradıcılıq qabiliyyətlərini formalaşdırır. Ana məhəbbəti güclü olar. Ana ürəyi, dağ çiçəyi və s. atalar sözü ana məhəbbətindən, onun ülviliyindən bəhs edir. Özün istəmədiyini başqasına rəva bilmə-fikri şagirdlərə bir mesaj olaraq ünvanlanır.
Atalar sözləri şagirdlərin emosional hisslərini və estetik zövqünü də inkişaf etdirmək baxımından dəyərlidir. Şifahi xalq yaradıcılığından məqsədəuyğun istifadə şagirdlərin nitqini zənginləşdirir, oxusunu ifadəli edir, dünyagörüşünə təsir göstərə bilir. Atalar sözləri, məsəllər, sınamalar, düzgülər, saymacalar, alqışlar, arzular və s. şagirdlərin ruhuna yaxındır, onlarda xoş hisslər yaradır. Onlar həmçinin oxu zamanı intonasiyanın nə qədər mühüm rol oynadığının şahidi olurlar. Şagirdlər xeyli xalq yaradıcılığı nümunələri öyrənirlər. Məsələn:
Yaxşılıq et, yaxşılıq gör.
Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq mərd kişinin işidir.
Yayda çəkən zəhməti, qışda görər ləzzəti.
Dünyada qalir: bir yaxşılıq, bir də pislik.
Özgəyə quyu qazan, özü düşər.
Quyu qazanda gen qaz, axırda özün düşərsən.
Böyüklərə hörmət et, sən də qocalacaqsan.
Hirsli başla qərar vermə.
Bu cür nümunələrin oxunması nitqdə bədii-obrazlı ifadələrin yaranmasına şərait yaradır. Bir sıra atalar sözləri tamahkarlığın pis xüsusiyyət olduğunu aydın şəkildə əks etdirir.

  • Bir əldə iki qarpız tutmaq olmaz.

  • Artıq tamah baş yarar.

  • Çox istəyən azdan da olar.

Nəqletmə bacarığını mənimsəyən, atalar sözünü mənaya görə işlədə bilən şagirdlər düşünülmüş, səlis, aydın, yığcam, ifadəli, danışmağı, təxəyyülündə, fantaziyasında yeni aləm kəşf etməyi öyrənirlər. Onların daxili nitqinin inkişafı güclü olur.
Qeyd etmək lazımdır ki, xalq yaradıcılığı bitib-tükənməyən xəzinədir və bu da dilin zənginlikləri, gözəl nitq bacarıqlarının özülüdür. Nitqin zənginliyi isə uğurlu təhsil, inkişaf deməkdir.
Nitqin zənginliyi şagirdin özünə inamını artırır, özünü təqdimetmə, cəmiyyət və təbiət hadisələri haqqında fikir söyləmə imkanlarını genişləndirir.
Dərs nümunəsinə nəzər salaq.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin