Publisistik mətnlər üzrə işin təşkili
Publisistika- ictimai mənasını verən, latın sözü olan publicus sözündən alınıb. Publisistik mətnlərdə cəmiyyətdə baş verən bugünkü problemlərin əksi özünü tapır.
İbtidai sinif şagirdlərinin yaş və bilik səviyyəsində olan publisistik mətnlərin oxunmasının təşkili şagirdlərdə lüğətin zənginləşməsi, dünyagörüşünün formalaşması, oxu vərdişlərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
Belə mətnlər ictimai-siyasi ədəbiyyatlarda, qəzet və jurnal səhifələrində, televiziyada, sənədli filmlərdə, bukletlərdə və afişalarda yer alır.
Məlumat verici rol oynayan publisistik materialların bir sıra xüsusiyyətləri vardır:
məliumat verici materialları yazanlar geniş oxucu, tamaşaçı, dinləyici kütləsini cəmiyyətdə mövcüd olan çatışmazlıqlarla tanış edir;
bu materiallar problemə qarşı münasibəti, davranışı istiqamətləndirir;
ünsiyyət mübadiləsi faktını daşıyır;
Publisistik mətnlərdə yer alan məlumatların seçilməsi hadisələrə; kütlənin marağına, sosial sferada zəruriliyinə, ictimai mənasına, hansı zərurətdən yarandığına, əhəmiyyətinə əsasən müəyyənləşir.
Məsələn: iki dövlət rəhbərinin görüşləri, referendium, seçki, mədəniyyət yenilikləri, multikulturalizmə dair yeni qanunların qəbulu, pandemiya şəraiti, idman, turizm yeniliklərindən bəhs edən, yaşa görə nəzərdə tutulan uyğun məlumatların çatdırılması sivil cəmiyyət qurucularının, vətəndaşların yetişməsi üçün əhəmiyyətlidir.
Publisistik materiallarla tanışlıq şagirdlərdə faktlar, problemlər haqqında bədii ifadə vasitələri ilə obrazlı təsəvvür yaradır. Şagirdlər az da olsa, bədii janrın publisistik növündə yazılmış materiallar haqqında (oçerk, esse, felyeton, pamflet) ilkin məlumatlar əldə edirlər.
III FƏSİL
İbtidai sinif dərsliklərində nağılların yeri
Şifahi xalq ədəbiyyatının nümunələri ağızdan-ağıza, nəsildən-nəslə keçmiş və müəyyən dəyişikliklərlə zəmanəmizə qədər gəlib çatmışdır. Şifahi xalq yaradıcılığı ana dilinə yiyələnməkdə, xalq incilərindən istifadənin reallaşmasında mühüm vasitələrdəndir.
Hər bir xalq kimi Azərbaycan xalqının da zəngin şifahi xalq ədəbiyyatı nümunələri vardır. Şifahi xalq yaradıcılığı kiçik yaşlı uşaqlarda lüğət ehtiyatını zənginləşdirir, rabitəli nitqini inkişaf etdirir. Onlarda fantaziyanı inkişaf etdirir. İbtidai sinif şagirdlərində nağıla həvəs böyük olur. Nağıllar şifahi xalq ədəbiyyatının bir növüdür.
Nağılların hər biri aid olduğu xalqın dünyagörüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini və həmçinin gələcək üçün planlarını əks etdirir. Şifahi xalq ədəbiyyatı qədim olduğu qədər nağıllar da qədimdir.
Nağıllar uşaqların çox sevdiyi, öz sehri ilə onları təəccübləndirən, obrazları ilə dost olan sirli bir aləmdir. Onlar nağıl qəhrəmanlarının həyəcanı ilə yaşayır, imkanları olarsa, bu, kiçik qəlblərin qəhrəmanlıq hisslərinin cücərtiləri kimi üzə çıxarılır. Nağıllar şagirdlərin dünyagörüşünü genişləndirir, təfəkkürünü inkişaf etdirir, yaddaşını, təxəyyülünü fantaziyasını, hisslərini gücləndirir.
Şagirdlər nağılların təsiredici istiqaməti ilə zəngin təəssüratlar əldə edirlər. Onlar bildikləri nağılları danışmağa can atır və bu prosesdə də onların nitqinin inkişafı geniş vüsət alır.
İbtidai məktəblərlə şagirdlərin tərbiyəsində, ictimai işlərində, nitq və təfəkkürünün inkişafında nağıllardan- ümumxalq sərvətindən daha çox istifadə etmək lazımdır. Nağıllar onların nitqinin ədəbi dil normaları çərçivəsində daha sanballı olmasına, leksikonlarının zənginləşməsinə, obrazlı ifadələrdən istifadəsinə imkan yaradır.
Şagirdlər nağılların izi ilə babalarımızın məişəti, milli ənənəsi, oyuncaqları və oyunları ilə tanış olur, onların həyat tərzi haqqında bilgilər əldə edirlər.
Nağıllar şagirdlərin təfəkkürünü, təxəyyülünü genişləndirir, mərdlik, igidlik, ədalətli olmaq, doğruçuluq, yoldaşlıq hisslərini gücləndirir, dünyagörüşünü, yaddaşını zənginləşdirir, nitq mədəniyyətinin inkişafını təmin edir.
Bədii təxəyyülün məhsulu olan nağıllar fantaziyanın genişlənməsinə əhəmiyyətli dərəcədə kömək edir, bu zəmində rabitəli nitqi inkişafı sürətlənir, şagird öyrəndiyi nağılı başqalarına danışmağa can atır.
Kiçikyaşlı məktəblilərin nitqinin inkişaf etdirilməsində nağılların geniş imkanları vardır. Nağılların bu cəhətinə görə ibtidai siniflərdə ondan geniş istifadə edilir. Nağıllar şagirdlərin təfəkkürünü və nitqini inkişaf etdirir, düşünməyə sövq edir. Böyüklərin yaratdığı,uşaqların həyata adaptasiya olunmasında mühüm əhəmiyyət daşıyan nağıllar, onlarda emosional qavrayışı, estetik zövqü formalaşdırır.
Nağıllar uşaqların təfəkkürünün inkişafına təsir göstərməklə, yaradıcı fantaziyanı inkişaf etdirir. İbtidai sinif şagirdlərinin nitq inkişafının, düzgün danışıq və tələffüz vərdişlərinin yaranmasında, onların söz ehtiyatının zənginləşməsində, nağıetmə bacarıqlarının yaranmasında nağılların rolu danılmazdır. Uşaq psixologiyasını bilən hər kəs nağıllardan istifadənin nə qədər mühüm faktor olduğunu dərk edir. Uşaqlar öz obrazları ilə seçilərək, hərə özünü bir nağıl qəhrəmanı kimi görmək istəyir və özlərini ona bənzədirlər. Onlar nağıl qəhrəmanlarının çətinliklərinin necə dəf olunması haqqında fikirləşir, öz fantaziyalarında buna müvəffəq olurlar ki, bu da yaradıcılığın inkişafı üçün mühüm şərtdir.
Nağılların gedişində müvafiq nəğmələrin oxunması da şagirdlərin nitqini, yaradıcı təfəkkürünü inkişaf etdirməklə, onlarda nağıl kitablarını oxumağa həvəs yaradır.
İbtidai siniflərdə Azərbaycan dili təliminin başlıca vəzifələrindən biri şagirdlərin nitq bacarıq və vərdişlərinin, nitq mədəniyyətinin inkişaf etdirilməsidir. Nitq təfəkkürlə vəhdət təşkil edir, deməli, nitqin inkişaf etməsi təfəkkürün də inkişaf etməsi anlamına gəlməlidir. Nitq inkişafı, o cümlədən təfəkkürün inkişafı üzrə işlər şagird məktəbə qədəm qoyduğu gündən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Şagirdlərin yaş və anlaq səviyyəsinə uyğun üsul və vasitələrin, iş növlərinin müəyyənləşdirilməsi, həmçinin bu yaş dövrü üçün münasib hesab edilən şifahi xalq yaradıcılığı nümunələrinin, mətnlərin, nağılların, şeirlərin seçilməsi nitq və təfəkkürün inkişafı üzrə işin səmərəli təşkilindən xəbər verir.
İbtidai siniflərinin proqram və dərsliklərində nağılların çox olması onların tədrisi texnologiyasının necə olmasına dair məsələnin çözülməsi zərurətini doğurur. Azərbaycan dilinin incəliklərini mənimsətmək üçün nağılların tədrisinə xüsusi diqqət verilməlidir. İbtidai məktəblərdə oxu dərsləri Azərbaycan dili tədrisinin mühüm tərkib hissəsi olduğuna görə nağılların öyrənilməsi də Azərbaycan dilinin zənginliyini mənimsəmək, şagirdərin nitq və təfəkkürün inkişafına təkan vermək baxımından çox faydalıdır.
Azərbaycan dili kurikulumunda(I-IV) I sinifdə oxu məzmun xətti üzrə şagirdlərin bilməli olduğu məsələlər standartlarda verilmişdir: 2.2.1; 2.2.3; 2.2.4; 2.2.5 [21, s.21].
Belə ki, I sinifdən ədəbiyyat nəzəriyyəsi elementlərinin öyrənilməsinə başlanılmış olur. Bu da şagirdlərin ümuminkişafında, nitqinin, təfəkkürünün inkişafında əsaslı rol oynamış olur. Əgər I sinif şagirdi şeirlə hekayənin fərqini
bilməlidirsə, deməli, müəllim şeir haqqında ümumi məlumat verməli, qafiyə, ölçü, ritm barədə danışmalı, nümunələr oxunmalıdır. Hekayədən söz düşəndə süjet və kompozisiya barədə danışmalı, hekayənin ideyası, məzmunu, obrazları haqqında müəyyən məlumat verməlidir. Həmçinin nağıllar haqqında ilkin anlayışların verilməsi vacibdir.
Xalq yaradıcılığı nümunələri II sinifdə daha geniş şəkildə tədris olunur. II sinif üzrə oxu məzmun xətti aşağıdakı standartlarda verilmişdir: 2.2.1; 2.2.3; 2.2.4; 2.2.5 [21, s.23].
Kurikuumda məzmun standartlarda(alt standartlarda) göstərilir ki, şagird dərslikdəki əsərləri janrlara görə fərqləndirməyi bacarmalıdır. Məhz II sinifdə şifahi xalq ədəbiyyatı nümunələri, nağıllar, lətifələr, oyun-nəğmələr, düzgülər, sayaçı sözləri, tapmacalar, yanıltmaclar, atalar sözləri, bayatılar tədris olunur. Bir sıra terminlərin qeyri-dəqiq olmasına baxmayaraq, II sinifdə folklorun çox geniş şəbəkəsi əhatə edilir. II sinifdə nağılların xeyli xüsusiyyətlərini şagirlərdə öyrətmək mümkündür. Şagirdlər nağıldakı əsas fikri həyatla əlaqələndirir, obrazlı söz və ifadələrin seçilməsinə diqqət yetirir, obrazlı ifadələrin nə demək olduğunu dərk etməyə çalışır, nağıldakı hadisələrdə reallığa uyğun olmayan elementləri müəyyənləşdirirlər. Nəticədə isə təfəkkürün inkişafı üçün zəmin hazırlanır.
Nağılın bir sıra çox mühüm elementləri ilə tanış olan şagirdlər III sinifdə biliklərini bir qədər də dərinləşdirirlər.
III sinfin proqramı (kurikulumu) üzrə Oxu
məzmun xətti aşağıdakıları standartların rellaşmasını zəruri edir:
2.2.1; 2.2.3; 2.2.4; 2.2.5 [21, s.24].
Təlimin bu mərhələsində şagirdlərin ucadan və səssiz oxumaq vərdişləri təkmilləşdirilməlidir. Şagirdlər həmçinin materialı oxuyarkən məzmunu dərk etməli, ona münasibət bildirməli, qiymətləndirməyi bacarmalıdırlar. Bu işlər həm də şagirdlərin təfəkkürünün inkişafına xidmət edir.
Müəllim ədəbi janrlar içərisindən nağılı səciyyələndirən xüsusiyyətləri aydınlaşdırmalı, süjet və kompozisiya mövzusunu ifadə etmək baxımından həmin janrın xüsusiyyətlərini şagirdlərə başa salmalıdır. Yəni bu janrın özünəməxsus xarakterik səciyyəsini araşdırmağı qarşıya tələb kimi qoymaq təfəkkürün inkişafı baxımından çox vacibdir.
III sinifdə nağıllar haqqında anlayışlar bir qədər dərinləşməlidir. Bu sinifdə şagird üçün yeni anlayışlar da meydana çıxır. Mif, əsatir, əfsanə, rəvayət kimi istilahlar onun üçün təzədir. Buna görə də müəllim nağılı başqalarından ayıran başlıca xüsusiyyətləri izah etməyə borcludur.
IV sinif üçün nəzərdə tutulan Oxu məzmun xəttinin standartlarında göstərilir ki, (2.2.1; 2.2.3; 2.2.4; 2.2.5) mətn üzərində iş zamanı nağılın təmsildən, şeirlərdən, həmçinin bayatıların laylalardan, tapmacaların yanıltmacdan fərqləndirilməsi təfəkkürün inkişafı baxımından maraqlıdır [21, s.26].
Nağılın mövzusuna müvafiq atalar sözlərinin, məsəllərin, aforizmlərin, tapmacaların işlədilməsi də təfəkkürü inkişaf etdirir. IV sinfin oxu dərslərinin qarşısında mətndəki obrazlı söz və ifadələrin seçilməsi-tələbinin qoyulması da şagirdlərin müstəqilliyini təmin edən və təfəkkürü fəallaşdıran iş növüdür. Azərbaycan dili(I-IV) dərsliklərində oxu materialı kimi nağıllardan çox istifadə olunmuşdur.
Belə ki, I sinif dərsliyinə “Nə üçün pişik yeməkdən sonra yuyunur”[7, s.114], “Niyə Ayın donu yoxdur”[7, s.119], “Nəzakətli dovşan”[7, s.132], “Kələm yarpağı”[7,150], “Ayoqa” [7, s.156] və s. nağıllar daxil edilmişdir ki, bunlar da şagirdlərin ruhuna yaxın olmaqla yanaşı, nitq və təfəkkürünün inkişafı üçün səmərilidir.
II sinif dərsliyində isə mətnlərin ümumilikdə 16-sı nağıldır[8, s.48, s.52, s.65, s.83, s.98, s.126, s.148, s.154, s.159, s.162, s.164, s.166, s.168, s.174, s.177, s.198].
Nağıllar şagirdlərin ruhuna yaxın olan bir janrdır. Onlar nağıl qəhrəmanlarının keçirdiyi hissləri duymağa, özlərini onlara bənzətməyə çalışırlar. Bu zaman hadisələrin baş vermə səbələrinin araşdırılması, qəhrəmanlara münasibətin bildirilməsi, təhlil, tərkib, ümumiləşdirmə, qruplaşdırma, sistemləşdirmə kimi təfəkkür fəaliyyətlərinin ilkin elementləri yaranır ki, bu da təfəkkürün inkişafını təmin edir.
III sinif dərsliyində isə 11 nağıl vardır [9, s.48, s.54, s.60, s.90, s.94, s. 162, s.177].
IV sinif dərsliyində 4 nağıl vardır [10, s.84, s.179, s.186, s.189].
Həmin nağıllar həm şagirdlərin oxu vərdişlərinin cilalanmasını, həm də lüğət ehtiyatının zənginləşməsini və bilavasitə təfəkkürünün inkişafını stimullaşdırır.
Oxu dərslərində nağılların tədrisi ibtidai sinif şagirdlərinin həm təfəkkürünün və nitqinin inkişafına, həm də onlarda yeni hisslərin təşəkkülünə, hisslərin məzmunca zənginləşməsinə səbəb olur. Hər bir müəllim ilk gündən bu mühüm məsələni diqqət mərkəzində saxlamalı, oxu dərslərində nağılların inkişafetdirici rolundan istifadəyə və bunun təfəkkürün inkişafına yönəldilməsinə geniş yer verməlidir.
Oxu dərslərində nağılların öyrənilməsi şagirdin nəyin yaxşı və nəyin pis olmasını dərk etməsinə əsaslanır. İbtidai sinif şagirdlərində təfəkkürün inkişafı əşya və hadisələri anlamağa, yaxşı və pisi ayırmağa, hadisələrin gedişini izləməklə onlardan necə nəticə çıxarmağa kömək edir. Onlar başqalarına kömək etməyə çalışır, onların qayğısına qalırlar. Şagirdlərin ətraf aləm haqqında biliyinin, təcrübəsinin artması da onların ümuminkişafı üçün müvafiq şərait yaradır.
Dostları ilə paylaş: |