Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə45/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   41   42   43   44   45   46   47   48   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Əmək fəaliyyəti 
üzrə aşağıdakı istiqamətlərdə işlərin aparılması zəruridir

-
Özünəxidmət əməyi. 
Müstəqil səliqəli yemək, soyunub-geyinmə və yuyunma
 
bacarıqlarının 
aşılanması; 
-Geyimlərindəki çatışmazlıqları görüb, aradan qaldırılması üzrə vərdişin aşılanması; 
- Təmizlik və gigiyena qaydalarına əməl edilməsinin öyrədilməsi.
-Məişət-təsərrüfat əməyi. 
Böyüklərin köməyi ilə nahar və məşğələ üçün stollara ləvazimatların 
düzülməsinin öyrədilməsi; 
-Birgə əmək fəaliyyətinin təşkili. 
Bədii fəaliyyət 
üzrə aşağıdakı işlərin aparılması zəruridir:
 
-Bədii fəaliyyətə qoşulma; 
- Estetik təəssüratların genişləndirilməsi; 
- İncəsənət əsərlərinə emosional cavabın, onları bütünlüklə qavranılması imkanlarının, bədii 
bacarıqların inkişafı; 
- Musiqi səslərinin xüsusiyyətlərinin mənimsənilməsində təsviri fəaliyyət əşyalarından 
(karandaş, kağız və s.) istifadə edilməsi.
Mədəni-davranış və qarşılıqlı münasibət vərdişlərinin aşılanması.
Bu istiqamətdə aşağıdakı işlərin aparılması zəruridir: 
- Salamlaşmağı, xudahafizləşməyi, xahiş, təşəkkür bildirən sözlərdən istifadə vərdişinin 
aşılanması; 
-Yaşıdlarının əhatəsində mədəni davranışın təcrübəsini yaratmaq; 
-Güzəştə getmək, bölüşmək, kömək etmək arzusunun reallaşmasına kömək etmək; 
-Davranışa nəzarəti tərbiyə etmək. 
Sensor tərbiyə.
Sensor tərbiyə ətraf aləmin hərtərəfli dərkedilməsinin formalaşdırılmasına 
xidmət edir. Məktəbəqədər yaşlı uşaqların sensor tərbiyənin mühüm şərtlərindən biri onun uşaqların 
məzmunlu fəaliyyətində həyata keçirilməsi prosesidir. 
Bu istiqamətdə aşağıdakı işlərin aparılması zəruridir: 
- Sensor tərbiyə üzrə müxtəlif təcrübələrin təşkili; 
-Müxtəlif fəaliyyət növlərində sensor xüsusiyyətlərin ( rəng, forma) nəzərə alınması.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin