Ünsiyyət fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir:
- Müstəqil şəkildə böyüklər və yaşıdları ilə qarşılıqlı fəaliyyət zamanı müəyyən olunmuş
qaydaların rəhbər tutulması
; - İşgüzar situasiya və ünsiyyətin inkişafı
; - Uşağın yaşıdları tərəfindən qəbul olunması tələbatının təmin olunması üçün əlverişli şəraitin
yaradılması
; - Birgə fəaliyyət, kiçik qruplarla fəaliyyəti təşkil edərək uşaq kollektivinin formalaşması
; - Ali əxlaqi hisslərin aşılanması ( vətənpərvərlik, kollektivizm, mehribanlıq və s.)
; - Şəxsiyyətlərarası münasibətlər sistemində əlverişli yer və mövqeyə malik olmaq üçün uşağa
ünsiyyət üsullarının və vasitələrinin (oyuncaqları bölüşmə, oyunların təşkili, yardım və s.)
mənimsənilməsinə yardım;
Oyun fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir:
-Oyunun aparıcı fəaliyyət qismində inkişafı;
-Uşağın oyun rollarını yerinə yetirilməsi, müstəqil şəkildə qaydaların müəyyən olunması və
riayət edilməsi, hərəkət vəziyyətlərinin, insanların oyun və real qarşılıqlı fəaliyyət vəziyyətlərinin
müqayisəsi;
-Mövqelərin dəyişməsi ilə böyüklərin və uşaqların birgə oyununun təşkili;
-Oyun fəaliyyətinin mənimsənilməsi, uşağın xoş əhvalının və özünün reallaşdırılmasının
dəstəklənməsi.
Əmək fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir:
-Digərlərinə yardım istəyinin və müstəqil fəallığa can atmanın dəstəklənməsi;
- Fəaliyyətin əsas növü qismində əməyin əhəmiyyətinin açılması, əmək müvəffəqiyyətlərinə
görə qürur hissinin oyanması;
-Əmək bacarıqlarının mənimsədilməsi prosesində vərdişlərin dəstəklənməsi;
-Uşaqların fərdi və birgə əmək fəaliyyətinin təşkili.
Birgə fəaliyyət üçün aşağıdakı işlərin aparılması zəruridir:
- Uşağın meyl və maraqlarının müəyyən edilməsi;
- Müxtəlif fəaliyyət növlərində (təsviri, bədii-nitq, musiqi, oyun, səhnələşdirmə) bədii
bacarıqların inkişafının dəstəklənməsi;
-Təəssürat ilə uşaqların emosional sahələrinin genişləndirilməsi əsasında estetik hisslərin
oyanması;
- Digərlərinin, bədii obrazın dərdinə şərik olma bacarıqlarının, incəsənət əsərlərinin fərqli
qavranılmasına və bədii ifadə vasitələrinin fərqləndirilməsi üçün şəraitin yaranması;
-Bədii fikrin ixtiyari təcəssümünün təlimi;
- Əyani-obrazlı təfəkkür, obrazlı təxəyyülün inkişafı.