46
-İdraki bacarıqların inkişafı;
-Müxtəlif fəaliyyət növlərində sensor etalonunun tədqiqi;
- Müşahidə, reproduksiya və yaradıcı təxəyyülün inkişafı, müqayisə etmək, ümumiləşdirmək,
nəticə çıxarmaq, təsnif etmə bacarıqları;
- Yaddaşın bütün növlərinə əsaslanmaqla uğurla yadda saxlama üçün şəraitin yaradılması.
Ünsiyyət fəaliyyəti
üçün aşağıdakı işlərin aparılması zəruridir:
- Mübahisəli vəziyyətin qeyri-zorakılıq yolu ilə həll olunmasının, ünsiyyətdə əxlaqi
normaların aşılanması;
- Böyüklər və digər uşaqlara idraki, praktik və kommunikativ məsələlərin həlli üçün suallar
vermək bacarığının formalaşdırılması;
- Ünsiyyət zamanı etibar və hörmətin aşılanması;
- Dostluq münasibətləri üçün şərait və imkanların yaradılması, kollektivçilik və liderliyin
formalaşması;
- Başqa insanların emosional vəziyyətinin başa düşülməsi bacarıqlarının formalaşması;
Oyun fəaliyyəti
- Hadisələrin fərqləndirilməsi, oyundan zövq almaq;
-M
arağın həyata keçirilməsi baxımından uzunmüddətli rollu oyunlar (pazzl oyunları, didaktik
oyunlar və s.) üçün şəraitin yaradılması.
Əmək fəaliyyəti
- Birgə və fərdi fəaliyyətdə tələbatın öyrənilməsi üçün imkanların yaradılması;
-Əmək bacarıqlarının formalaşması, böyük və kiçik motor hərəkətlərinin inkişafı.
Bədii -yaradıcı fəaliyyət
üçün aşağıdakı işlərin aparılması zəruridir:
-
bədii mədəniyyət və estetik şüurun əsaslarının formalaşması;
- ümumi və xüsusi bədii bacarıqların inkişafı, fərqləndirmə və müqayisə, xüsusiyyətlərin
ümumiləşdirilməsi, obraza acıma əsasında fərqli qavranmasının inkişafı;
- müxtəlif bədii fəaliyyət prosesində müstəqillik və özünənəzarətin yardımı ilə bədii obrazın
modelləşdirilməsi şəraitində subyektiv movqeyin və özünüifadənin dəstəklənməsi;
- bədii fəaliyyətə hissi mədəniyyətin və yaradıcılıq münasibətlərinin aşılanması.
Dostları ilə paylaş: