44
-Perseptual (hissi qavrayış) fəaliyyətin formalaşması;
- Praktiki təhlil və tərkibdən istifadə etməklə, əyani-əməli üsullarla
məsələlərin həlli;
- Müstəqilliyin və şifahi nitqin inkişafı üçün senzitiv (həssaslıq) dövrün istifadəsi;
-Üç yaş böhranından çıxışda, əşyavi fəaliyyətdən əsas fəaliyyət növü kimi oyun fəaliyyətinə
keçidə yardımçı olmaq;
- Sualların (Nə? Kim? Niyə? Harada?) köməyi ilə idraki fəallığın təmin
edilməsi;
- Dioloji nitqin formalaşması.
Ünsiyyət
üçün aşağıdakı işlərin aparılması məqsədəuyğundur:
-Şəxsiyyətlərarası münasibətlərdə uşağın tələbatının təmin olunması üçün təhlükəsiz və
rahat atmosferin yaradılması;
- Uşaqların marağı
üzrə ünsiyyətin təşkili, müsbət münasibətlərin qurulmasına yardım;
-Mədəni ünsiyyət qaydalarına müvafiq olaraq effektiv ilkin kommunikativ bacarıqların
formalaşması;
-Verbal və qeyri-verbal ünsiyyət vasitələrinin istifadəsində, uşaqlar və böyüklərlə ünsiyyətin
qurulması üzrə vasitə və üsulların (salamlaşmaq, gözlərə baxmaq, təşəkkür etmək və s.)
mənimsənilməsində uşağa yardım.
Oyun fəaliyyəti
üçün aşağıdakı işlərin aparılması məqsədəuyğundur:
- Oyunda ətraf aləmin dərk edilməsi üçün uşağın şəxsi təcrübəsinin oyuna (təsvir
olunan
vəziyyətə) köçürülməsi üçün şəraitin yaradılması;
- Oyun məqsədlərinin qoyulması, oyun qaydalarını razılaşdırmaq və ona riayət etmək
bacarıqlarının formalaşması;
- Uşağa qalib gəlmək imkanları vermək.
Dostları ilə paylaş: